Türk dünyası sivilizasiyası
haqqında kitab
Beynəlxalq münasibətlər üzrə
mütəxəssis, iqtisad elmləri namizədi
Ərəstü Həbibbəylinin "Sivilizasiyaların kəsişməsində
türk dünyası" monoqrafiyası
Bakıda "Elm və təhsil" nəşriyyatı
tərəfindən çapdan
buraxılmışdır.
Əsərdə
bəşər sivilizasiyaları arasında özünəməxsus
xüsusiyyətləri ilə seçilən türk
dünyası sivilizasiyasının qədim tarixindən bəhs
olunmuş, bu sivilizasiya tipinin özünəməxsusluqları
eylmi-nəzəri şəkildə əsaslandırılmışdır.
Müəllif türk dünyası sivilizasiyasının digər
sivilizasiyalarla, o cümlədən Provoslav-Slavyan, Avropa,
Çin, Ərəb, İran sivilizasiyaları ilə əlaqələrindən
geniş söz açmışdır. Nəticə olaraq
monoqrafiyada türk dünyası sivilizasiyasının islam mədəniyyəti
dövründən qədimliyinin elmi cəhətdən müəyyənləşdirilməsi
ilə yanaşı, həm də böyük
sivilızasıyaların daşıyıcıları olan
ölkələrin mədəniyyətlərinin
formalaşmasında və inkışafında bu
sivilizasiyanın rolundan və təsirindən əsaslı surətdə
bəhs edilmişdir.
Mövzu
etibarilə qlobal xarakter daşıyan məsələləri
əhatə edən kitaba ümummilli liderimiz, görkəmli
dövlət xadimi Heydər Əliyevin zəngin irsindən
seçilmiş nümunə kimi verilən "Xalq bir
çox xüsusiyyətləri ilə tanınır,
sayılır və dünya xalqları içərisində
fərqlənir, bu xüsusiyyətlərin ən yüksəyi,
ən böyüyü mədəniyyətdir" epiqrafı
problemin araşdırılma istiqamətini və ideya əsasını
müəyyən edir.
Ərəstü
Həbibbəylinin "Sivilizasiyaların kəsişməsində
türk dünyası" monoqrafiyasında sivilizasiya
anlayışı və onun əsasında dayanan dəyərlər
haqqındakı elmi-nəzəri mülahizələri
özünün yeniliyi və aktuallığı ilə diqqəti
cəlb edir. Əsərdə ümumən
sivilizasiyaşünaslıqda mübahisəli olan bir sıra məsələlərə
də aydınlıq gətirilmişdir.
Oxuculara
təqdim olunan Ərəstü Həbibbəylinin
"Sivilizasiyaların kəsişməsində türk
dünyası" monoqrafiyasıda Azərbaycanla bağlı
məqamlara və Azərbaycanşünaslıq
materiallarına da münasib yer ayrılmışdır.
Kitabda Gəmiqaya və Qobustan qayaüstü rəsmlərindən
mövzu ilə bağlı şəkillər seçilərək
oxucuların diqqətinə
çatdırılmışdır.
Bundan
əvvəl çap olunmuş Ərəstü Həbibbəylinin
"Azərbaycan Respublıkasının Böyük Britaniya
və Şimali İrlandiya Birləşmiş
Krallığı ilə iqtisadi əlaqələri"
kitabında (2007) beynəlxalq münasibətlər çərçivəsində
Azərbaycanla əlaqədar sıyasi-iqtisadi məsələlər
öz əksini tapmışdır.
Fəlsəfə
elmləri doktoru, professor Məmməd Rzayevin elmi
redaktorluğu ilə nəşr edilən Ərəstü Həbibbəylinin
"Sivilizasiyaların kəsişməsində türk
dünyası" monoqrafiyası ictimai-və humanitar elmlərin
tədqiqatçılarının, ali məktəb müəllimlərinin
və tələbələrinin marağına səbəb
olacaqdır.
Şükür MƏMMƏDOV,
tarix üzrə fəlsəfə
doktoru
Xalq qəzeti.- 2011.- 21 oktyabr.- S. 8.