"Kitabxanalar milli mədəniyyətin dirçəliş resursudur" mövzusunda beynəlxalq konfrans

 

Mədəniyyət və Turizm Nazirliyi və YUNESKO-nun "İnformasiya hamı üçün" Proqramının Azərbaycan Komitəsinin təşkilati dəstəyi ilə C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında "Kitabxanalar milli mədəniyyətin dirçəliş resursudur" mövzusunda beynəlxalq konfrans keçirilmişdir .

 

Tədbirdə maraqlı məruzələr, diskussiyalar, ustad dərsləri, habelə Azərbaycanın qabaqcıl region kitabxanalarının fəaliyyətinin təqdimatı keçirilmiş və onların fəaliyyətinə həsr olunmuş slayd-şou nümayiş etdirilmişdir.

Konfransın rəsmi açılışında mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, Rusiya Federasiyasının mədəniyyət Nazirliyinin nümayəndəsi Tatyana Kuznetsova, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin, habelə YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının məsul katibi Günay Əfəndiyeva çıxış etmişlər. Konfransda Azərbaycan və Rusiya Federasiyasının tanınmış kitabxana mütəxəssisləri maraqlı məruzələri dinlənilmiş və debatlar keçirilmişdir.

 

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2011.- 22 oktyabr.- S. 8.