Səbail rayonunda 2011-ci ilin 9
ayının yekunları müzakirə olunmuşdur
Səbail
rayonunda 2011-ci ilin 9 ayının sosial-iqtisadi inkişaf istiqamətində
görülmüş işlərə yekun vurulmuşdur. Səbail
Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov
2011- ci ilin 9 ayı ərzində Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi
altında respublikanın sosial-iqtisadi inkişafı sahəsində
əldə olunmuş nailiyyətlər barədə ətraflı
məlumat vermiş, rayonda görülmüş işləri
təhlil edərək həlli vacib olan problemlərin aradan
qaldırılması yollarından
danışmışdır.
Qeyd
olunmuşdur ki, 2011-ci ilin 9 ayı ərzində rayonda 15
milyard 809,2 milyon manatlıq və ya əvvəlki ilin
müvafiq dövrü ilə müqayisədə 2,6 faiz
çox sənaye məhsulu istehsal edilmişdir. Nəqliyyat
sektorunda 464,8 milyon manatlıq və ya 36,4 faiz çox nəqliyyat
xidmətləri, rabitə müəssisələrində
578,5 milyon manatlıq və ya keçən ilin müvafiq
dövrünə nisbətən 1,4 faiz çox rabitə xidmətləri
göstərilmişdir.
Bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya 1 milyard 626,5 milyon manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 9,3 faiz çoxdur. İlin əvvəlindən əhaliyə 394,9 milyon manatlıq istehlak malları satılmış və pullu xidmətlər göstərilmişdir ki, bu da 5,5 faiz çoxdur. Keçən ilin müvafiq dövrü ilə müqayisədə pərakəndə əmtəə dövriyyəsi 9,5 faiz , pullu xidmətlərin həcmi isə 3,9 faiz artmışdır. 2011-ci ilin yanvar-avqust ayları üzrə Səbail rayonunda çalışan işçilərin sayı 89097 nəfər, orta aylıq əmək haqqının məbləği isə 902,4 manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 6,9 faiz çoxdur.
9 ay ərzində Səbail rayonu ərazisində 1242 yeni daimi iş yeri açılmışdır. Ümumiyyətlə, 2003-cü ilin noyabrından 2011-ci ilin oktyabr ayının 1-dək rayonda 34429 iş yeri açılmışdır ki, bunlardan 32162 iş yeri daimidir.
2011-ci ilin əvvəlindən rayonda yerləşən bir sıra müxtəlif təyinatlı obyektlərin inşası, təmir-yenidənqurulması işləri müvəffəqiyyətlə davam etdirilir. Bu il ölkə rəhbəri İlham Əliyevin iştirakı ilə "Bakıelektrikşəbəkə" ASC-nin Mərkəzi Dispetçer xidmətinin və yeni inşa olunmuş 6 yarımstansiyanın, Səbail Rayon Enerji Təchizatı və Satış İdarəsinin yeni inzibati binasının, Qafur Məmədovun adını daşıyan parkın, 6 saylı tam orta məktəbin, "Hilton-Baku" otel kompleksinin açılışı olmuşdur.
Hazırda rayonda bir sıra dövlət əhəmiyyətli iri obyektlərin tikintisi aparılır, bir sıra obyektlərdə təmir-bərpa işləri davam etdirilir. Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün yeni binanın, "Flame Tower" (Alov qüllələri) kompleksinin, "Four Seasons" və "Mariot" mehmanxanalarının, Badamdar qəsəbəsində MTN-nin yeni Hospitalının və Oksford məktəbi üçün yeni tədris korpusunun, Z.Əliyeva küçəsində "İş Adamları Mərkəzinin", İncəsənət Muzeyi üçün yeni korpusun tikintisi aparılır. Neftçilər və Bülbül prospektlərində yeni yeraltı keçidlərin inşası başa çatmaq üzrədir. Parlament prospektində yeni keçid, Azadlıq Meydanında 2 mərtəbəli yeraltı, Fəvvarələr Meydanında yerüstü qarajların tikintisinə, Funikulyorun və Dövlət Filarmoniyasının əsaslı təmirinə, may ayından isə Səbail rayonunun simvolu olan Qız qalasının bərpa və konservasiyası işlərinə başlanmışdır.
Aparılan təmir işləri ölkə rəhbərliyi tərəfindən nəzarətdə saxlanılmış və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 16-da 189 saylı orta ümümtəhsil məktəbinin, sentyabırın 1-də isə 160 saylı Klassik gimnaziyanın binalarında aparılan əsaslı təmir və yenidənqurma işlərinin gedişatı ilə tanış olaraq aparılan işlərin keyfiyyətindən razı qaldığını bildirmişdir.
2010-2011-ci tədris ilində rayonun orta məktəblərini 1536 nəfər bitirmiş, onlardan 763 nəfəri tələbə adını qazanmışdır. Qəbul imtahanlarında abituriyentlərdən 167 nəfəri 500-dən yuxarı, 44 nəfəri 600-dən, 12 nəfəri isə 650-dən çox bal toplamışdır. 81 məzun xarici ölkələrin ali məktəblərinə daxil olmuş, 4 nəfər məzun Prezident təqaüdünə layiq görülmüşdür.
Təsərrüfat xidmətləri tərəfindən hesabat dövründə rayon təsərrüfatının normal fəaliyyəti və mənzil fondunun qorunub saxlanılması, abadlıq və təmizlik işlərinin aparılması istiqamətində gündəlik işlər aparılmış, bu sahəyə aid tapşırıqlar icra olunmuş, sakinlərin elektrik enerjisi, qaz və su ilə təminatı məsələləri müvafiq qaydada həyata keçirilmişdir.
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyi ilə əlaqədar RİH tərəfindən tərtib olunmuş tədbirlər planına əsasən rayonda çoxsaylı tədbir və toplantılar keçirilmiş, rayon ictimaiyyətinin nümayəndələrindən 2 nəfəri ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunmuşlar.
Toplantıda əldə olunmuş nailiyyətlərlə yanaşı, həllini gözləyən problemlər, çatışmamazlıqlar və onların aradan qaldırılması yolları da müzakirə olunmuşdur.
Tədbirdə dövlət qulluqçularının peşə bayramı ilə əlaqədar təltif olunmuş Səbail Rayon İcra Hakimiyyəti Başçısı Aparatının əməkdaşı Fəridə Əliyevaya "Dövlət qulluğunda fərqlənməyə görə" medalı təqdim olunmuşdur.
Yığıncağın işində Milli Məclisin üzvü Fuad Muradov iştirak etmişdir.
R.TAHİR
Xalq qəzeti.- 2011.- 28 oktyabr.- S. 5.