Azərbaycanda qeyri-neft sektorunun
inkişafı daha intensiv xarakter alır
Azərbaycanda qeyri-neft sektoru son illər davamlı olaraq yüksələn xətt üzrə inkişaf etmişdir. Nazirlər
Kabinetinin 2011-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının
yekunlarına həsr olunmuş iclasında çıxışı zamanı
söylədiyi dərin
məzmunlu nitqində
Prezident İlham Əliyev qeyri-neft sektorunun artımı ilə bağlı bildirmişdir ki, qeyri-neft iqtisadiyyatımız
8,2 faiz artmışdır.Bu
artım əvvəlki
dövrdə görülmüş
işlərin nəticəsidir...
Artıq iqtisadiyyatımız, iqtisadiyyatımızın
strukturu müsbətə
doğru böyük dərəcədə dəyişmişdir. Əvvəlki dövrdə görülmüş
və bundan sonra görüləcək
işlər nəticəsində
iqtisadiyyatımız tam şəkildə
çoxşaxəli iqtisadiyyat
kimi özünü göstərəcəkdir...Yəni,
əvvəlki dövrdə
başlanmış və
bu gün icra edilən layihələr, sözün
əsl mənasında,
Azərbaycan iqtisadiyyatına
çox böyük töhfə vermişdir.
Dövlət başçımız sənaye sektorundakı tərəqqi ilə bağlı fikirlərini də diqqətə çatdırmışdır:"Sənaye istehsalının
inkişafına gəldikdə,
yenə də neftin hasilatının aşağı düşməsi
nəticəsində ümumi
rəqəm mənfidir.
Ancaq ölkə iqtisadiyyatının qeyri-neft
sənayesində 9,2 faiz artım əldə edilmişdir. Bu artım iqtisadiyyatın
real sektoruna qoyulmuş
investisiyalar, sahibkarlığın
inkişafı hesabına
mümkün olmuşdur.
Bu, verilən kreditlərin, sahibkarlığın
inkişafı üçün
qəbul edilmiş proqramların və dövlət siyasətinin
çox uğurlu olmasının nəticəsidir".
Davamlı inkişaf yolunda olan Azərbaycan iqtisadiyyatının fərqləndirici
xüsusiyyətlərindən biri onun sosialyönümlü
xarakter daşımasıdır. Prezident İlham
Əliyevin rəhbərliyi
altında atılan addımlar, görülən
işlər, imzalanan mühüm fərman və sərəncamlar ölkəmizdə sosialyönümlü
problemlərin kompleks həllinə geniş imkanlar yaradıb. Həmçinin insanların maddi
rifah halı əvvəlki illərlə
müqayisədə xeyli
yüksəlib, həyat
şəraitləri daha
da yaxşılaşıb.
Əhalinin büdcədən maliyyələşən təbəqələrinin
maddi gəlirlərinin
artması istiqamətində
də cənab İlham Əliyev tərəfindən vacib addımlar atılıb, mühüm qərarlar qəbul olunub. Prezident İlham Əliyev iclasda demişdir: "Siyasətimiz
sosialyönümlüdür. Biz bazar iqtisadiyyatı
prinsiplərinə sadiqik.
Aztəminatlı təbəqəni
sosial cəhətdən
daha da yaxşı
müdafiə etmək
üçün konkret
addımlar atırıq.
Bu addımlar sadəcə
olaraq, proqramların qəbulu, hansısa bəyanatların verilməsi
ilə məhdudlaşmır,
bu proqramlar konkret xarakter daşıyır.
Bu il 900 minə yaxın pensiyaçının
pensiyası orta hesabla 40 faiz artmışdır. Bütövlükdə
götürsək, 9 ayda
Azərbaycanda pensiyaların
səviyyəsi 35 faiz
artmışdır. Bu, çox
böyük göstəricidir,
çox böyük nailiyyətdir, çox ciddi addımdır və yaşlı nəslin maddi cəhətdən daha da yaxşı təminatı üçün
vaxtında atılmış
çox düzgün
və ədalətli bir addımdır".
Dövlət başçımız bildirmişdir ki, hazırda Azərbaycanda orta pensiyanın səviyyəsi 190 dollar, orta
maaşın səviyyəsi
isə 450 dollar səviyyəsindədir.
Bu, yaxşı göstəricidir,
ancaq bundan da çox olmalıdır.
Biz çalışacağıq növbəti illərdə
sosial məsələlərin
həlli üçün
də əlavə tədbirlər görək
ki, bundan sonra da pensiyalar,
maaşlar daim artsın. İnsanların
yaşayış səviyyəsi
artsın və beləliklə, Azərbaycanda
yoxsulluq kimi sosial bəla aradan qaldırılsın.
Sosial cəhətdən
ən az, müdafiə olunan vətəndaşlara dövlət
Ünvanlı Sosial Yardım Proqramını təşkil etmişdir. Hazırda bu proqram 113 min ailəni əhatə edir. 500 mindən bir qədər artıq insan dövlətdən hər ay vəsait alır. Orta hesabla hər bir ailə 102 manat, təqribən haradasa 130 dollar səviyyəsində
dövlətdən bu
yardımı alır.
Sosial sferada həyata keçirilən siyasətin
mühüm elementlərindən
biri də yoxsulluğun azaldılmasına
xidmət edən proqramlardır. 2008-ci il sentyabrın 15-də Prezident
tərəfindən təsdiq
edilən "2008-2015-ci illərdə
Azərbaycan Respublikasında
yoxsulluğun azaldılması
və davamlı inkişaf Dövlət Proqramı" və ona edilən əlavələr nəticəsində
ölkəmizdə yoxsulluq
səviyyəsi əhəmiyyətli
dərəcədə azaldılıb.
Xatırlatmaq yerinə düşər
ki, cari il iyunun 28-də Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə
"2008-2015-ci illərdə Azərbaycan Respublikasında
yoxsulluğun azaldılması
və davamlı inkişaf Dövlət Proqramı"nın həyata
keçirilməsi üzrə
Tədbirlər Planı
(2011-2015-ci illər) təsdiq
olunub. Ümumiyyətlə,
Azərbaycan dövlət
başçısının əsas məqsədi odur ki, ölkəmizdə
yoxsulluq kimi sosial problem birdəfəlik
aradan qaldırılsın.
Prezident İlham Əliyev bununla bağlı iclasda demişdir: "İşsizliklə
bağlı deyə bilərəm ki, bütövlükdə bu
sahədə də Azərbaycanda çox böyük işlər görülmüşdür, hazırda
işsizliyin səviyyəsi
təqribən 5,5 faizdir.
Əgər biz ətrafa,
inkişaf etmiş ölkələrə baxsaq
görərik ki, bu da çox
gözəl göstəricidir.
Bəzi inkişaf etmiş ölkələrdə
işsizlik 20 faiz, 15 faiz səviyyəsindədir,
10 faiz səviyyəsindədir,
bizdə isə 5,5 faizdir. Çox güman ki, bu da real vəziyyəti
əks etdirmir. Çünki yaxşı
bilirik, əfsuslar olsun ki, hələ
də bizdə bu sahədə müfəssəl və dəqiq mexanizm tam işə düşməyib.
Bəzi hallarda qeydiyyata almamaq halları da olur. Bəzi hallarda rəsmi yox, zərfdə maaş alanlar da vardır. Biz dəfələrlə bu məsələni qaldırmışıq.
Deyə bilərəm
ki, son illər ərzində bu sahədə vəziyyəti
normallaşdırmaq üçün
yaxşı tədbirlər
görülmüşdür və davam etdirilməlidir.
Ancaq əgər biz bu amili də
nəzərə alsaq
görərik ki, Azərbaycanda işsizliyin
sayı da 5,5 faizdən aşağıdır.
Çox güman ki, yoxsulluq şəraitində
yaşayanların da sayı 9,1 faiz deyil, ondan aşağıdır.
Ancaq əlbəttə,
biz növbəti illərdə
həm konkret inzibati addımların və həm də institusional tədbirlərin nəticəsində
iqtisadi vəziyyətin
tam real mənzərəsini əldə edəcəyik".
Azərbaycanın maliyyə qüdrəti
də getdikcə artır.Bu da öz növbəsində
Azərbaycanın simasını
gözəlləşdirməyə, insanların həyat şəraitini daha da yaxşılaşdırmağa,
möhtəşəm layihələrin
uğurlu icrasını
həyata keçirməyə
imkan verir. Burada bir məqama
da toxunmaq istərdim. Valyuta ehtiyatlarının miqdarının
ÜDM-ə nisbətinin böyük
olması və dünyanın ən çox valyuta ehtiyatına malik Çin iqtisadiyyatında bu göstəricinin Azərbaycandan aşağı
olması qeyd olunan sahədə ölkə hakimiyyəti tərəfindən nə
dərəcədə mükəmməl
siyasət həyata keçirilməsinin real təsdiqidir.
Strateji valyuta ehtiyatlarından səmərəli
istifadənin təmin
olunması fonunda ölkəmizdə konservativ
xarici borclanma strategiyası həyata keçirilir. Digər tərəfdən, böyük
valyuta ehtiyatları Azərbaycanın müxtəlif
xarici ölkələrə
iri investisiya yatırımları etməsinə
geniş imkanlar açır. Həmçinin
indi Azərbaycandan kredit götürmək istəyən dövlətlərin
sayı artır və bu, ölkəmizin
beynəlxalq kreditora çevrilməkdə oluğunu
göstərir.Dövlət başçımızın sözügedən
iclasda dedikləri də bu baxımdan
maraqlıdır: "Deyə
bilərəm ki, bu ilin 9 ayında
maliyyə vəziyyətimiz
də bütövlükdə
böyük dərəcədə
yaxşılaşıbdır. Bu il ərzində baxmayaraq ki, böyük infrastruktur layihələrini icra edirik, bizim valyuta
ehtiyatlarımız azalmır,
əksinə artır.
Doqquz ayda ehtiyatlarımız təxminən
11 milyard dollar həcmində
artmışdır. Hazırda
Azərbaycanın valyuta
ehtiyatları 40 milyard
dolları ötübdür.
Bu, çox böyük
bir göstəricidir.
İnkişaf etmiş
ölkələrin göstəricilərinə
nəzər salsaq görərik ki, Azərbaycan bu sahə üzrə heç kimdən geri qalmır, bir çox ölkələri qabaqlayır.
Nəzərə alsaq
ki, düzgün neft-qaz siyasətimiz, strategiyamız vardır və investisiya qoyuluşunu gözlənilən
gəlirlərlə daim
uzlaşdırırıq, şübhə
yoxdur ki, növbəti illərdə
də investisiya və sosial xərcləri azaltmadan valyuta ehtiyatlarımızı
daha da artıracağıq.
Bu, bizim böyük sərvətimizdir. Bu, həm
bizə iqtisadi güc verir, investisiya layihələrini
icra etməyə imkan yaradır, eyni zamanda, bizi
istənilən çətinliklərdən,
böhranlardan qoruyur və qoruyacaqdır. Bu həcmdə valyuta ehtiyatlarının yığılmasının
başlıca səbəbi
vaxtilə - 1999-cu ildə
Azərbaycan Dövlət
Neft Fondunun yaradılması və fondun fəaliyyətinin şəffaflığı ilə
bağlıdır".
Musa HACIYEV,
kənd təsərrüfatı elmləri namizədi
Xalq qəzeti.- 2011.- 29 oktyabr.- S. 4.