Samux: Dövlət Proqramı uğurla yerinə yetirilir

 

Samux Daşkəsən istisna olmaqla Qərb bölgəsinin ən kiçik rayonudur. Ayrı-ayrı vaxtlarda Gəncənin, Xanlar rayonunun (indiki Göy-göl) tərkibində olan, Səfərəliyev, Samux rayonu kimi müstəqil fəaliyyət göstərən rayon əsasən üzümçülük, taxılçılıq, heyvandarlıqla məşğuldur. Bununla yanaşı, sənayenin inkişafına da son illər önəm verilir.

 

Rayonun dinamik inkişafı haqqında geniş danışmağa ehtiyac yoxdur. Çünki Samuxu 5-10 il əvvəl görənlər indi onun hansı vəziyyətdə olduğunu bilirlər. Tozlu-palçıqlı küçələrin, yöndəmsiz tikililərin yerində rahat, abad yollar salınıb, yaraşıqlı binalar ucaldılıb, park və xiyabanlar göz oxşayır.

...Rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyevlə üzüm bağlarında görüşdük. Bir qrup kənd adamı ilə səmimi söhbət edirdi. Yeri gəlmişkən, qeyd edək ki, V.Hacıyev rayon sakinləri ilə elə gün yoxdur ki, görüşməsin. İş yerindəki qəbullar, səyyar qəbullar öz yerində. O, özü ən müxtəlif təbəqələrdən olan adamların yanına gedir, problemləri, dərd-sərləri ilə maraqlanır. Bir dəfə bu barədə söhbət düşərkən demişdi: "Bizim işimiz kabinetdə əyləşmək, kimisə gözləmək və ya gözlətmək deyil. Adi bir kənd adamının evində qonaq olmaq, onun və qonşularının səsini eşitmək, həmin qəbullardan qat-qat üstündürdaha sərfəlidir".

Bu dəfə isə başçı üzümçülərin yanına gəlmişdi. Əslində, üzümçülük Samuxun iqtisadiyyatında vaxtilə çox mühüm rol oynayırdı. Rayonda ildə 50-60 min ton, bəzən daha çox məhsul toplanardı. Amma 80-ci illərin ortalarında Qorbaçovun "islahatı", 90-cı illərin əvvəllərində isə bu sahəyə xüsusi diqqət yetirilməməsi Samuxda üzümçülüklə məşğul olanların sayını qat-qat azaltdı.

Son 8-9 il ərzində Samuxda üzümçülüyün yenidən inkişaf etdirilməsi üçün kompleks tədbirlər işlənib hazırlanır və həyata keçirilir. Elə Dövlət Proqramının Samuxla bağlı tədbirlər planının ilk maddəsində də taxılçılığın, heyvandarlığın və meyvə-tərəvəzçiliyin inkişafı ilə yanaşı, üzümçülüyün inkişafının dəstəklənməsi ön plana çəkilib.

İndi Samuxda vaxtilə üzümçülüklə məşğul olmayan adamlar belə üzümçülüyə meyl göstərir, onun əkilib-becərilməsinə çalışır. Məsələn, ucqar Poylu kəndi ərazisində 30 hektar üzüm bağının salınması, şərab zavodunun tikintisi nəzərdə tutulur ki, bu da 3000 nəfərdən çox əhalisi olan 5 kənddə məşğulluğun nəzərəçarpacaq dərəcədə yaxşılaşmasına səbəb olacaqdır.

Ümumiyyətlə, üzümçülüyü və meyvəçiliyi inkişaf etdirmək üçün rayonun Poylu və Qarabağlı kəndlərində 150 hektar plantaj aparılaraq 90 hektara yaxın üzüm, 30 hektar isə meyvə bağı əkilmişdir. Artıq 6500 ton üzüm istehsal edilmişdir.

Taxılçılıq da çox inkişaf edib. Təkcə son bir ili müqayisə etsək, bu yüksəlişi görmək mümkündür. Keçən il rayonda 22 min tondan bir qədər çox taxıl istehsal edilmişorta məhsuldarlıq 23,3 sentner olmuşdusa, bu il 31 min tondan çox taxıl yığılmış, orta məhsuldarlıq 33 faizə çatdırılmışdır.

Diqqətçəkən məqamlardan biribudur ki, son vaxtlar Samuxda üzümçülük, heyvandarlıq, quşçuluq, meyvə-tərəvəzçilik sahələri inkişaf etdirilməklə yanaşı, emal müəssisələri də yaradılır, yeni yerləri açılır. Bu, bir tərəfdən adamların əziyyətlə yetişdirdikləri məhsulların, o cümlədən heyvandarlıq məhsullarının saxlanmasına, emalına kömək edir, digər tərəfdən həmin sahələrin inkişafına marağı ilbəil artırır. Hazırda Samux şəhərində ət-süd kombinatının, konserv zavodunun tikintisi davam etdirilir ki, bu müasir müəssisələrdə də əlavə 75 yeni yeri açılacaqdır. Artıq bu ilin fevralında rayonda meyvə-tərəvəz qurudulması sahəsi və quşçuluq fabriki nəzdində broyler müəssisəsi, yem anbarı işə düşmüşdür ki, burada da 133 nəfər üçün yeni yeri açılmışdır. Bir məsələni də qeyd etmək yerinə düşər ki, rayon icra hakimiyyəti yeni yerləri açmaq üçün bütün adamlarına, Bakı, Gəncə şəhərlərindəki iri şirkət və müəssisələrə imkan yaradır ki, Samuxda öz müəssisələrini, filiallarını aça bilsinlər. İndi Samux bu sahədə irəlidə gedən rayonlar sırasına çıxıb. Halbuki 7-8 il qabaq burada yerləri tapmaq müşkül məsələ idi.

Dövlət Proqramında nəzərdə tutulan tədbirlərdən biriSamux şəhəri küçələrinin asfaltlaşdırılması məsələləridir. Yuxarıda qeyd etdik ki, bu sahədə son illər az görülməyib. Xüsusilə Samux rayon mərkəzi olmasına baxmayaraq, onun küçə və səkiləri ucqar, geridə qalmış kəndi xatırladırdı. Amma indi tamamilə başqa mənzərədir və bu küçələrdən marşrut avtobusları və taksiləri şütüyür. Son vaxtlar şəhərin Heydər Əliyev və Kolayır prospektlərinə, S.Vurğun, Asim Quliyev, M.Hüseynzadə, 28 May, A.Qasımov küçələrinə 7,6 kilometr uzunluğunda 53 min 735 kvadratmetr yeni asfalt örtüyü salınmışdır.

Amma proqramda nəzərdə tutulmuş kəndarası avtomobil yollarının əsaslı təmiri işində problemlər qalmaqdadır. Bu yolların ümumi uzunluğu 218 kilometrdir. 2010-2013-cü illərdə təmiri başa çatdırılası yollar, o cümlədən Sərkar, Ziyadlı, İstixana, Qovlarsarı, Qarayeri, Seyidlər, Sarıqamış və Qədili kəndlərinin Gəncə şəhərinə çıxışını təmin edən yolların əsaslı təmiri yubadılır. Nəzərə almaq lazımdır ki, adları çəkilən kəndlərin yollarından 18 min nəfərə yaxın əhali istifadə edir.

Yollardan söhbət düşmüşkən, Kür çayı üzərindəki körpününbu günədək nə vaxt çəkiləcəyi sual altındadır. Bu körpünün inşası birinci Dövlət Proqramına salınmışdı. Amma nədənsə ikinci Dövlət Proqramında bu, öz əksini tapmadı. Proqrama salınmasa belə Kür üstündəki körpünün tezliklə tikilməsi rayon üçün çox vacibdir. Çünki Samux rayonunun Kürün sol sahilindəki kəndləri bu tərəfə keçmək üçün neçə illərdir əziyyət çəkirlər.

Rayonun elektrik şəbəkələrinin yenidən qurulması və hava elektrik verilişi xətlərinin özüdaşıyan izolyasiyalı naqillərlə əvəz olunması işi də ləngiyir. Burada da maliyyə vəsaitinin olmamasını səbəb kimi göstərən əlaqədar təşkilatların rəhbərləri nəzərə almalıdırlar ki, Samuxda 40-50 il qabaq çəkilmiş elektrik dirəkləri, naqillər tez-tez sıradan çıxır və əhali əziyyət çəkir.

Bu ilin fevralında ölkə başçısı İlham Əliyevin iştirakı ilə 500/300 kilovoltluq "Samux" yarımstansiyasının istifadəyə verilməsi respublikanın və rayonun həyatında mühüm hadisə olmuşdur. Təkcə yarımstansiyanın fəaliyyətə başlaması ilə 70 daimi yeri açılmışdır. Bütün bunlar çox yaxşıdır, əhalinin böyük razılığına səbəb olub. Amma bütövlükdə şəhərin elektrik şəbəkəsinin yenidən qurulması hava, su kimi vacibdir.

Samuxda əhalinin qaz təchizatı ilə bağlı son illər çox görülüb. İkinci Dövlət Proqramı çərçivəsində rayonun Füzuli və Əlibayramlı kəndlərinə mavi yanacaq verilmiş, bununla da Samuxun 35 yaşayış məntəqəsindən 27-si qazla təmin olunmuşdur. Başqa sözlə, rayon əhalisinin 85 faizi hazırda "mavi" yanacaqla təmin olunur. Eyni zamanda, yeni salınmış yaşayış massivlərində 364 abonentə təbii qaz verilmişdir. Yeni salınmış yaşayış məntəqələrinə qaz xətləri indi də çəkilir.

Amma Kür çayının alt hissəsində 7 min nəfərdən çox əhalisi olan 8 kənd indiyədək qaz almır. Görünür körpü tikilməyənə kimi bu məsələ həllini tapmayacaqdır. Hər halda işlərin tezliklə yoluna düşəcəyinə ümidvarıq.

Rayonun su təchizatında son vaxtlar xeyli görülməsinə baxmayaraq, 2009-2010-cu illərdə nəzərdə tutulan Poylu, Kəsəmən, Qarabağlı, Salahlı və Burunqovar kəndlərində sutəmizləyici qurğuların quraşdırılması işi həyata keçirilməmişdir. Halbuki 3100 nəfər əhalisi olan bu kəndlərin içməli suya olan tələbatı ödənməlidir. Samux şəhərinin su təchizatı sisteminin də yenidən qurulması ləngiyir. Doğrudur, İslam İnkişaf Bankının nümayəndələri rayonda olublar və hazırda topoqrafiya işləri həyata keçirilir. Amma işin sürətləndirilməsi üçün konkret tədbirlər həyata keçirilməlidir.

Məktəb, səhiyyə müəssisələrinin təmiri, tikintisi, yeni idman qurğularının inşası istiqamətində ikinci Dövlət Proqramında nəzərdə tutulan işlərin bir qismi artıq həyata keçirilmişdir. Belə ki, Hacıalılı, Qaraarx və Qədili kənd məktəbləri əsaslı təmir olunmuş və hazırda Lüksemburq kənd tam orta məktəbinin tikintisiİstixana kənd ümumi orta məktəbinin əsaslı təmiri davam etdirilir. Lakin maliyyə vəsaitinin ayrılmaması səbəbindən şəhər 2 saylı, Poylu, Salahlı və Qiyaslı məktəblərinin tikintisinə başlanılmamışdır. Əhmədbəyi, Lək məktəbləri üçünyeni binaların tikintisi, Qırmızı Samux, Alabatlı, Ziyadlı, Zazalı, Burunqovaq, Yenikənd, Alıuşağı, Seyidlər məktəblərinin əsaslı təmiri, Qarayeri qəsəbə və İnstitut qəsəbə tam orta məktəbləri üçün əlavə korpusların tikintisi 2009-2012-ci illərdə nəzərdə tutulsa da, ortada konkret bir yoxdur. Eyni sözlər rayonun bir çox mədəniyyət və səhiyyə obyektlərinə də aiddir.

...Samuxun dünənindən bu gününə baxanda təkcə onun sakinlərinin deyil, hamının ürəyi açılır. Bütün sahələrdə inkişaf, tərəqqi var. Yuxarıda göstərdiyimiz problemlər də həll olunduqdan sonra Samux qonşu Gəncədən seçilməyəcəkdir. Buna hamı inanır.

 

 

Hamlet QASIMOV

 

Xalq qəzeti.- 2011.- 10 sentyabr.- S. 4.