Masallı: təhsildə uğurlar böyük olsa da, arxayınlıq yaranmamalıdır

 

2010-2011-ci dərs ilinin yekunlarına və yeni dərs ilində qarşıda duran vəzifələrə həsr olunmuş konfransın iştirakçıları əvvəlcə Heydər Əliyev parkına gələrək ulu öndərin abidəsi önünə tər gül dəstələri qoydular. Sonra yeni inşa olunmuş şəhər 4 saylı tam orta məktəbin konfrans zalında keçirilən tədbirdə rayon təhsil şöbəsinin müdiri Astan İbişovun geniş məruzəsi dinlənildi. Qeyd olundu ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində ölkəmizin sürətli iqtisadi inkişafının nəticəsi olaraq təhsil müəssisələrinin maddi-texniki bazası genişlənib, məktəblər müasir tədris avadanlığı və informasiya-kommunikasiya texnologiyaları ilə təmin edilib. Hazırda ümumi təhsilin məzmununun təfəkkür və düşüncə müstəvisində qurulması, çevik təlim texnologiyalarının tətbiqi kimi amillər Azərbaycan təhsilinin qabaqcıl təhsil sistemlərinə inteqrasiyasının bariz nümunəsidir.

 

Məruzəçi vurğuladı ki, milli təhsilimizin inkişafında Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın da xidmətləri böyükdür. Fondun xətti ilə "Yeniləşən Azərbaycana yeni məktəb", "Təhsilə dəstək" layihələri, digər proqramlar həyata keçirilmişdir. İnkişaf meylləri özünü Masallı rayonunun təhsil sahəsində də bariz göstərmişdir. Rayondakı 99 məktəbdə 29 min şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 3075 nəfər müəllim məşğul olur. Eyni zamanda Masallıda 16 məktəbəqədər və 4 məktəbdənkənar tədris müəssisəsi fəaliyyət göstərir.

Masallıda təhsilə qayğı ilk növbədə məktəb tikintisində özünü göstərir. Son beş ildə rayonda 24 yeni məktəb inşa edilib, 5 təhsil ocağı əsaslı təmir olunub. Yeni dərs ili ərəfəsində Hüseynhacılı və Yolağac kəndlərində məktəblərin tikintisi başa çatıb. Yaxın vaxtlarda daha bir neçə məktəbin tikintisi nəzərdə tutulub. Təbii fəlakətlər nəticəsində məktəblərə dəyən ziyanlar operativ şəkildə aradan qaldırılıb. Rayonun məktəblərində şagirdlərə Heydər Əliyev irsinin dərindən öyrədilməsinə ciddi önəm verilir. Böyüyən nəslin hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, həmçinin cinayətkarlıq, narkomaniya və digər bu kimi zərərli vərdişlərdən çəkindirilməsi üçün müxtəlif tədbirlər həyata keçirilir. Buraxılış siniflərində bilik səviyyəsinin yüksəldilməsi daim diqqət mərkəzində saxlanılır. Tədris ili ərzində vaxtaşırı sınaq yazı işləri, ayrı-ayrı fənlər üzrə test yoxlamaları, monitorinqlər keçirilir, nəticələr təhlil olunur və məktəb rəhbərlərinə, fənn müəllimlərinə əməli göstərişlər və tövsiyələr verilir.

Müxtəlif bilik yarışları, fənn olimpiadaları da təhsildə keyfiyyətin yüksəldilməsində əsas stimul sayılır. Təsadüfi deyil ki, 2011-ci il qəbul imtahanlarının nəticələri əvvəlki ildəkindən yüksəkdir. Əgər 2010-cu ildə sənəd verən 701 məzundan 205-i tələbə adını qazanmışdısa, 2011-ci ildə 690 nəfərdən 325-i ali məktəblərə qəbul edilib. İlkin məlumata görə, 124 məzun da orta ixtisas məktəblərinə daxil olmuşlar. 600-dən yuxarı bal toplayanlar ötən il 8 nəfər idisə, bu il 12 nəfərdir. 500-600 bal arası nəticə göstərənlərin də sayında artım var.

Aprel ayında Təhsil Nazirliyi və Təhsil Problemləri İnstitutu Masallı RTŞ ilə birlikdə "Müasir dövrdə innovativ təhsil ideyalarının tətbiqi təcrübəsindən" mövzusunda zona elmi-praktik konfransı keçiriblər. Müəllimlərin 18 nümunəvi açıq dərsində iştirak edən təhsil naziri Misir Mərdanov dərslərdən razılığını bildirib.

"Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişikliklərin edilməsi haqqında" 17 may 2011-ci il tarixli Qanunonun tətbiqi barədə Prezidentin müvafiq fərmanının icrası ilə əlaqədar bir sıra işlər görülsə də, qarşıda ciddi məsələlər durur. Buna görə də ardıcıl olaraq təhsil işçiləri arasında maarifləndirmə işi aparılır. Yaşı 65 və ondan yuxarı olan təhsil işçiləri əmək məzuniyyətindən qayıtdıqdan sonra onlarla bağlanmış əmək müqavilələri ləğv edilib. Hazırda tələbat duyulan təhsil müəssisələrinin kadr təminatı ilə bağlı təkliflər hazırlanır.

Masallı rayon təhsil şöbəsinin Rusiyanın ölkəmizdəki səfirliyi ilə qurduğu işbirliyi səmərəli nəticələr verməkdədir. Şagirdlərdən 7 nəfəri rus dili üzrə müxtəlif nominasiyalarda fənn olimpiadalarının qalibi olub, 2 şagird isə qonşu ölkənin ali məktəblərinə göndərilib.

Biliklərə əsaslanan iqtisadiyyatın geniş təşəkkül tapdığı hazırkı şəraitdə informasiyakommunikasiya texnologiyalarının inkişafı ölkənin intellektual potensialının vacib göstəricilərindəndir. İKT-nın təhsildə tətbiqi xüsusilə mühüm vəzifədir. Bu vacib məsələyə son illərdə daha ciddi yanaşılır, laqeydlik hallarına son qoyulub. Əksər məktəblərdə müasir texnologiyalar lazımi texniki qaydada quraşdırılıb. Təhsil şöbəsi və bir sıra məktəblər birbaşa internet xəttinə qoşulub. Yeni texnologiyaların bilavasitə dərslərin gedişində istifadəsi diqqət mərkəzindədir.

Aslan İbişov məlumat verdi ki, "Həyati bacarıqlara əsaslanan təhsil" kursunda 2010-cu ilin oktyabrında 60 müəllim iştirak edib, "Öyrədənləri öyrənən" kursuna isə 30 müəllim cəlb olunub. 2008-2009-cu tədris ilindən yeni kurikulumun tətbiqinə başlanılıb. Hər il birinci siniflərdə dərs deyəcək müəllimlər kurslara cəlb olunuronlara sertifikatlar verilir. Artıq 2011-2012-ci tədris ilində birinci sinfə qəbul olunacaq şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olacaq müəllimlərin sertifikatlaşdırılması başa çatıb.

Hesabat dövründə Masallı məktəblərində istedadlı şagirdlərlə işin təşkilinə diqqət artırılıb. RTŞ metodkabinetinin rəhbərliyi ilə "Olimpiada mərkəzi" fəaliyyətini davam etdirib, rayonun istedadlı şagirdləri həmin mərkəzə cəlb olunub. Mərkəzdə məşğələləri bu sahədə yüksək qabiliyyəti olan müəllimlər aparır.

Məktəblərdə hərbi-vətənpərvərlik tərbiyəsi vacib sahədir. Masallı məktəblərində bu dərslər hərbi otaqlardaidman meydançalarında keçirilir. Dərslik və əyani vəsaitlə təchizat yaxşıdır. Hərbi hazırlıq üzrə müəllimlər üçün tədris-metodiki toplanış və seminarlar təşkil olunub. Ənənəvi "Şahin" hərbi-idman oyunu ilə bərabər, "Atıcılıq" üzrə yarışlar da keçirilir.

"Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşməsi Proqramı"nın icrası ilə bağlı uşaq bağçalarına diqqət daha da artırılıb. Müxtəlif metodik kitablar, əyani vasitələr, oyuncaqlar gətirilərək bağçalara verilib. 16 uşaq bağçasında 930 uşağın təlim-tərbiyəsi ilə 110 pedaqoji işçi məşğul olur. Bağçaların fəaliyyət planlarına uyğun olaraq bütün bayram günləri təntənəli şəkildə qeyd olunur, onlar rayon tədbirlərində fəal iştirak edirlər.

Masallı UGİM-də 4 bölmədə 85 qrup fəaliyyət göstərir. Bölmələrdə 35 əsas, 16 ikinci yeri kimi aliorta ixtisas təhsilli məşqçi-müəllimlər 1010 şagird idmançının fiziki tərbiyəsi ilə məşğul olurlar. UGİM-nin yetirmələri Cavad Şirinov, Ağalı Ağayev, Murad AğayevTofiq İbayevlə "Xəzər-Lənkəran" futbol klubu arasında 3 illik müqavilə bağlanmışdır. Artıq Masallıda da futbolun inkişafı sürətlənəcək. 2010-cu ildə Gənclər və İdman Nazirliyi tərəfindən 2 məşqçi-müəllim təltif olunub. Masallı UGİM-nin direktoru Şirziyad Mehdiyev "Fəxri bədən tərbiyəsi və idman işçisi", məktəbin müəllimi Sufəddin Məmmədov isə "Əməkdar məşqçi" fəxri adlarına layiq görülüblər. Şahmatçı idmançıların da uğurları sevindiricidir: şahmat məktəbinin şagirdi Sücaət Orucov Azərbaycan birinciliyinin qızıl medalına layiq görülüb, Gülçin Heydərova 8 yaşlılar arasında bürünc medala sahib çıxıb.

Məruzəçi onu da dedi ki, rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin təşəbbüsü ilə şahmat məktəbi əsaslı təmir olunub. Bütün məktəblər dərsliklərlə tam təmin edilib. Dərsliklərin saxlanması, ümumən məktəb təsərrüfatının, inventar və avadanlığın qorunması üçün lazımi tədbirlər görülür. Məktəblərin tərtibatı da vacib məsələlərindən sayılır. Bu işlərin daim davam etdirilməsi tələb olunur.

Tədbirdə Masallı Rayon İcra Hakimiyyəti başçısının təhsil, səhiyyə və mədəniyyət məsələləri üzrə müavini Nəsir Muxtarlı, Təhsil Nazirliyinin nümayəndəsi Əhliyət Adıgözəlov, Musaküçə kənd tam orta məktəbinin məzunu, yüksək balla ali məktəbə qəbul olunmuş Tehran Alışov, QMİ-nin cənub bölgəsi üzrə qazisi Mirqiyas Təhməzov, "İlin ən yaxşı məktəbi" adını almış şəhər 1 saylı tam orta məktəbin direktoru, "Tərəqqi" medallı Mirqabil Hüseynov, "İlin ən yaxşı müəllimi" adını qazanmış Şərəfə kənd tam orta məktəbinin fransız dili müəllimi Naidə Məmmədova çıxış etdilər. Natiqlər bildirdilər ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu islahatlar təhsil sahəsində də mühüm nailiyyətlərin qazanılmasını təmin edir. Bu gün gənclərin dərin biliklərə yiyələnməsi, onların nüfuzlu ali təhsil ocaqlarında oxuması, bütün sahələrdə ixtisaslı kadrların hazırlanması, eləcə də paytaxtla yanaşı regionlarda da məktəblərin müasir standartlar səviyyəsində yenidən qurulması, tədrisin keyfiyyətinin artırılması üçün maddi-texniki bazanın gücləndirilməsi və kadr çatışmazlığı probleminin aradan qaldırılması məsələləri dövlətin daim diqqət mərkəzindədir. Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nunİSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təhsilin inkişafı sahəsində xidmətlərindən bəhs edən natiqlər bu diqqət və qayğının Masallı məktəblərində də daim hiss olunduğunu bir daha xatırlatdılar. Rayon təhsilinin inkişafı naminə görülmüş işlər, əldə olunan nəticələr pedaqoji işçilərin iştirakı ilə geniş təhlil edildi, qarşıda duran vəzifələr müəyyənləşdirildi. Konfransda 2010-2011-ci tədris ilində fərqlənən müəllimlərə, ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək bal toplayan abituriyentlərə rayon icra hakimiyyətinin və təhsil şöbəsinin fəxri fərmanları, eləcə də qiymətli hədiyyələr təqdim olundu.

Sonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Masallı rayonunun təhsil işçiləri adından müraciət qəbul edildi.

 

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2011.- 11 sentyabr.- S. 5.