«Dövlət ali və
orta ixtisas təhsil
müəssisələrində ödənişli formada
təhsil alan məcburi
köçkünlərin təhsil haqqını ödəməkdən
azad edilməsi barədə» Azərbaycan
Respublikası Prezidentinin
2003-cü il 4 avqust
tarixli 1308 nömrəli sərəncamında dəyişiklik
edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1.
"Dövlət ali və orta ixtisas təhsil müəssisələrində
ödənişli formada təhsil alan məcburi
köçkünlərin təhsil haqqını ödəməkdən
azad edilməsi barədə" Azərbaycan Respublikası
Prezidentinin 2003-cü il 4 avqust tarixli 1308 nömrəli sərəncamının
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, ¹
8, maddə 451) 1-ci hissəsində "məcburi
köçkünlər" sözləri
"Qaçqınların və məcburi
köçkünlərin (ölkə daxilində
köçürülmüş şəxslərin) statusu
haqqında" Azərbaycan Respublikasının Qanununa
uyğun olaraq məcburi köçkün statusu olan Azərbaycan
Respublikasının vətəndaşları" sözləri
ilə əvəz edilsin.
2.
Müəyyən edilsin ki, bu sərəncam Azərbaycan
Respublikasının dövlət ali və orta ixtisas təhsili
müəssisələrinə 2011/2012-ci tədris ilindən
etibarən qəbul olunmuş şəxslərə şamil
edilir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 sentyabr
2011-ci il
Azərbaycan.-2011.-15 sentyabr.-S.1.