Ölkəmizdə meliorasiya və irriqasiyanın inkişafı, geniş meliorasiya potensialının yaradılması ümummilli lider Heydər Əliyevin yorulmaz fəaliyyətinin, zəhmətinin və siyasətinin bəhrəsidir

 

Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində (ASC) Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə "Meliorasiya və su təsərrüfatı sahəsinin inkişafı" mövzusunda konfrans keçirilmişdir.

Konfransda çıxış edən ASC-nin sədri Əhməd Əhmədzadə qeyd etmişdir ki, 1993-cü ildə respublikamızda dərin iqtisadi-siyasi tənəzzül və mənəvi böhran hökm sürdüyü bir vaxtda xalqın istəyi ilə yenidən ölkə rəhbərliyinə qayıtmış Heydər Əliyev özünün dərin zəkası, yüksək idarəçilik keyfiyyətləri, quruculuq və xilaskarlıq missiyası ilə qısa zamanda ölkədə ictimai-siyasi sabitliyi təmin etməklə ölkə iqtisadiyyatındakı tənəzzül prosesinin qarşısını alan zəruri tədbirlər həyata keçirmiş, islahatlar əsasında bazar iqtisadiyyatının formalaşması yolu ilə ümumi daxili məhsul istehsalını artırmaq, qeyri- neft sektorunun sürətli inkişafını təmin etmək kimi vacib tədbirlər görmüşdür. Onun apardığı məqsədyönlü siyasət nəticəsində ölkəmizin həyatında yeni inkişaf dövrü başlamışdır. Ölkədə iqtisadi islahatlar həyata keçirilmiş, iqtisadiyyatın strukturunda köklü dəyişikliklər baş vermişdir. Ona görə də biz tam əminliklə və qətiyyətlə deyirik ki, Heydər Əliyev müstəqil Azərbaycanın banisi və qurucusudur. Bu gün Azərbaycan sürətlə və uğurla inkişaf edir.

Azərbaycanda meliorasiya və irriqasiya işlərinə keçən əsrin əvvəllərində başlanılsa da, onun genişmiqyaslı, intensiv inkişafına ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi 1969-1982-ci illərdə nail olunmuşdur.

Bu illərdə onun şəxsi təşəbbüsü və yaxından köməyi ilə meliorasiyasu təsərrüfatında böyük quruculuq işləri aparılmış, güclü istehsal bazasına, tikintiistismar təşkilatlarına, elmi-tədqiqat və layihə institutlarına malik ixtisaslaşmış meliorasiyasu təsərrüfatı sahəsi, su axımını bölüşdürən və tənzimləyən suvarma sistemləri, kollektor-drenaj şəbəkələri, nasos stansiyaları, su anbarları və sairədən ibarət böyük meliorasiyasu təsərrüfatı kompleksi yaradılmış, suvarılan torpaqların ümumi sahəsi 1,5 dəfədən çox artmışdır.

Ölkəmizdə meliorasiya və irriqasiyanın inkişafı, bu sahədə aparılan islahatlar, böyük quruculuq işləri, geniş meliorasiya potensialının yaradılması və perspektiv proqramların qəbul edilməsi dünya siyasətinin tanınmış lideri, müdrik və uzaqgörən siyasətçinin, Azərbaycan xalqının xilaskarı, ümummilli liderimiz Heydər Əliyevin yorulmaz fəaliyyətinin, zəhmətinin və siyasətinin bəhrəsi olmuşdur.

Respublikada meliorasiyasu təsərrüfatı sahəsini inkişaf etdirmədən kənd təsərrüfatı məhsulları istehsalının artırılmasının mümkün olmadığı ulu öndərimiz Heydər Əliyev tərəfindən böyük uzaqgörənliklə qeyd olunmuşonun bu sahəyə xüsusi diqqət yetirməsi nəticəsində kənd təsərrüfatında böyük nailiyyətlər əldə edilmişdir.

Ümumiyyətlə, ulu öndərin respublikamıza rəhbərliyi dövründə meliorasiya fondu 2 dəfədən çox artmış, məhz bu fondların yaradılması hesabına torpaqların məhsuldarlığı 2 dəfə, kənd təsərrüfatı məhsullarının istehsalı bir neçə dəfə artmışdır.

Respublika üçün mühüm əhəmiyyət kəsb edən Araz, Sərsəng, Ağstafaçay, Arpaçay, Xanbulançay, Viləşçay su anbarları magistral kanallarla birlikdə tikilib istismara verilmişdir. Bütün bunlar suvarılan torpaq sahələrinin genişlənməsinə, onlardan yüksək və sabit məhsul götürülməsinə zəmin yaratmışdır.

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən, xüsusən də ulu öndərimiz Heydər Əliyev yenidən hakimiyyətə gəldikdən sonra ölkəmizin siyasiiqtisadi həyatında mühüm əhəmiyyətli islahatların həyata keçirilməsinə başlanmışdır. Aqrar sahədə həyata keçirilən köklü islahatlar bu sahənin inkişaf etməsinə, onun ziyanla işləyən bir sahədən aparıcı sahəyə çevrilməsinə şərait yaratmışdır. Bu dövrdə iqtisadiyyatımızın bütün sahələrində olduğu kimi, meliorasiyasu təsərrüfatı sahəsində də dönüş yaranmış, mühüm nailiyyətlər əldə edilmişdir.

Ulu öndərin göstərişlərini əsas tutaraq, respublikaya ayrılan xarici investisiyalar ilk növbədə meliorasiyasu təsərrüfatı sahəsinə yönəldilmişdir. Dünya Bankı, İslam İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İttifaqı və digər xarici maliyyə qurumları tərəfindən kredit xəttləri açılmışdır.

Meliorasiya sahəsinə investisiya qoyuluşunun səmərəliliyini təmin etmək məqsədilə, tikintisi yarımçıq qalmış 150 obyektdən ən mühüm 11 obyekt seçilmişonlardan iqtisadiyyatımız üçün son dərəcə vacib olan üç obyektin- Baş Mil-Muğan kollektorunun tikintisinin, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasının və Naxçıvan MR-də Vayxır su anbarının tikintisinin birinci növbədə maliyyələşdirilməsi qərara alınmışdır.

Baş Mil-Muğan kollektorunun tikintisinə 1985-ci ildə başlanmış və onun ümumi uzunluğundan 90 kilometr (km) birinci buraxılış obyektinin tikintisiBaş Şirvan kollektorunun yenidənqurulması 1994-cü ildə, İslam İnkişaf Bankının kreditirespublika büdcəsindən ayrılan vəsait hesabına 1998-ci ildə tikintisinə başlanmış Baş Mil-Muğan kollektorunun 52,7 kilometr uzunluğunda ikinci hissəsinin tikintisi 2000-ci ildə başa çatdırılmışdır.

Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinə daxil olan Xanarx kanalının tikintisinə İslam İnkişaf Bankı, Samur çayı üzərində baş sugötürücü qurğununSamur-Abşeron kanalının Vəlvələçay çayına qədər olan 50 kilometr hissəsinin tikintisinə isə Dünya Bankı tərəfindən kredit ayrılmış və 2001-ci ildə hər iki obyektdə tikinti işlərinə, 2002-ci ildə isə Naxçıvan Muxtar Respublikasıının Vayxır su anbarının tikintisinin davam etdirilməsinə başlanılmışdır.

Ölkədə meliorasiyasu təsərrüfatının inkişafına ümummilli liderimiz Heydər Əliyev tərəfindən göstərilən diqqət və qayğı onun layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi altında hazırda uğurla davam etdirilir. Bir çox layihələr onun bu sahəyə diqqət və yaxından köməyi sayəsində başa çatdırılmış, bir çox layihələr uğurla davam etdirilir, bir çox layihələrin isə həyata keçirilməsinə başlanılmışdır. Onun 2007-ci il noyabrın 8-də Taxtakörpü və 2009- cu il may ayının 25-də Şəmkirçay su anbarlarının tikintilərinin təməlqoyma, 2010-cu ilin aprel ayının 29-da Cəlilabad rayonunda Göytəpə su anbarının və 2011-ci il avqustun 15-də Vəlvələçay-Taxtakörpü kanalının birinci mərhələsinin açılış mərasimlərində iştirak etməsi, Taxtakörpü su anbarında tikintinin gedişi ilə tanış olması və tikinti işlərinin yüksək keyfiyyətlə başa çatdırılması üçün tapşırıq və tövsiyələrini verməsi bunun əyani sübutudur.

Ölkəmizin başçısının fərman və sərəncamları ilə təsdiq edilmiş regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramında və Tədbirlər Planında nəzərdə tutulmuş meliorasiyasu təsərrüfatı obyektlərində xarici investisiyalar, Dövlət Neft Fondu və dövlət büdcəsində əsaslı vəsait qoyuluşu hesabına 2010-cu ildə 2003-cü illə müqayisədə 31 dəfə çox tikinti, yenidənqurma və bərpa işləri aparılmışdır.

Bunun nəticəsində mövcud meliorasiyairriqasiya obyektlərinin istismarı xeyli yaxşılaşmış, sistem üzrə işçilərin əmək haqqı 7,4 dəfə artmış, sahənin maddi-texniki bazası gücləndirilmiş, 1220-dən artıq maşın və mexanizmlər alınmışdır.

Xarici investisiyalar hesabına əkin sahələrindən duzlu yeraltı qrunt sularının Xəzər dənizinə axıdılması üçün Baş Mil-Muğan kollektorunun sonuncu 3-cü 31 kilometrlik hissəsinin qurğularla tikintisi 2006-cı ildə, Samur-Abşeron suvarma sistemində kanalın qurğularla birlikdə ilk 50 kilometrlik hissəsinin və 188 kilometr uzunluğunda təsərrüfatlararası kanalların yenidən qurulması 2007-ci ildə, 67,2 kilometr uzunluğunda Xanarx kanalının tikintisi isə 2006-cı ildə başa çatdırılaraq istismara verilmişdir.

Dünya Bankının krediti ilə 2004-cü ildən 140 min hektar suvarılan sahələrə xidmət edən Araz çayı üzərindəki Bəhrəmtəpə hidroqovşağının və respublikanın Sabirabad, Saatlı, İmişli, Beyləqan, Ağcabədi, Zərdab, Goranboy, XaçmazQuba rayolarının, Naxçıvan MR-in (Babək və Şərur rayonları) təxminən 52 min hektar ərazisində suvarma-paylayıcı sistemlərinin təmir-bərpası işləri 2010-cu ildə başa çatdırılmışdır.

Asiya İnkişaf Bankının krediti ilə 2006-2008-ci illərdə respublikanın Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, İsmayıllı, Ağsu, QusarAstara rayonlarında yerləşən sel və daşqın təhlükəli çaylarında və Naxçıvan MR-in Şərur rayonunda Araz çayında 34089 paqonometr uzunluğunda sahilbərkitmə işləri yerinə yetirilmişdir.

Dövlət büdcəsindən əsaslı vəsait qoyuluşu hesabına 2004- 2010-cu illərdə əkin sahələrinin su təminatının yaxşılaşdırılması məqsədilə respublikanın müxtəlif rayonlarında, əsasən də münaqişə zonası ilə həmsərhəd ərazilərdə 646 subartezian quyusu qazılıb istifadəyə verilmiş, torpaqların su təminatını yaxşılaşdırmaq üçün 187037 poqonmetr uzunluğunda suvarma kanalları və torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması üçün 361878 paqonometr kollektor-drenaj şəbəkəsi tikilmiş və bərpa edilmiş, çaylarda sel və daşqın təhlükəsinin qarşısının alınması üçün 50633 paqonometr mühafizə dambası tikilib istifadəyə verilmişdir.

Kənd təsərrüfatı əkinlərini fasiləsiz olaraq suvarma suyu ilə təmin etmək üçün bütün mövcud imkanlar səfərbər edilmiş, istismar və təmir-bərpa işlərinin səmərəliliyinin yüksəldilməsi üzrə tədbirlər həyata keçirilmişdir. Əsaslı tikinti üzrə 2010-cu ildə 2009- cu illə müqayisədə 2 dəfə çox tikinti, yenidənqurma və bərpa işləri yerinə yetirilmişdir.

Dövlət Neft Fondundan ayrılmış vəsait hesabına Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinə daxil olan Taxtakörpü su anbarının SES-lə birlikdə və Taxtakörpü-Ceyranbatan kanalı üzrə nəzərdə tutulan işlərdən artıq yerinə yetirilmiş, beynəlxalq maliyyə qurumlarının krediti ilə 10,7 kilometrlik birinci mərhələsinin tikintisi başa çatdırılmış, Vəlvələçay-Taxtakörpü kanalının 2-ci mərhələsində nəzərdə tutulan işlər davam etdirilmişdir. Cəlilabad rayonunda Göytəpə su anbarının (su tutumu 3,7 milyon kubmetr) tikintisi başa çatdırılmış, Şabran rayonu ərazisində sututumu 268 milyon kubmetr olan Taxtakörpü, Şəmkir rayonu ərazisində sututumu 170 milyon kubmetr olan Şəmkirçay və Tovuz rayonunda Tovuzçay su anbarlarında tikinti, Hacıqabul rayonunda Pirsaat və Şamaxı rayonunda Zoqalavaçay su anbarlarında yenidənqurma və təmir-bərpa işləri davam etdirilmişdir.

Dünya Bankının krediti ilə respublikanın 8 rayonunda (Şabran, Siyəzən, Ağsu, İsmayıllı, Masallı, Cəlilabad, Lerik, Yardımlı) içməli su təchizatı və kanalizasiya sistemləri infrastrukturunun bərpası və tikintisi üçün Texniki-İqtisadi Əsaslandırmanın hazırlanması işləri başa çatdırılmış, Şabran və Siyəzən rayonlarında su təchizatı və kanalizasiya sistemləri, həmçinin çirkab sutəmizləyici qurğusunun tikintisi üzrə beynəlxalq tenderlə podratçı seçilərək tikinti işlərinə başlanılmışdır.

2010- cu ildə baş verən daşqınlardan sonrakı dövrdə sel və daşqın sularından mühafizə məqsədi ilə mühüm tədbirlər həyata keçirilmişdir. Kür-Araz çaylarında sel və daşqınların qarşısının alınması üçün qısa müddətdə 597 kilometr uzunluğunda torpaq mühafizə bəndləri əsaslı şəkildə bərpa edilərək hündürləndirilmiş və möhkəmləndirilmişdir. Araz çayının suyunun birbaşa Xəzər dənizinə axıdılması üçün yeni qolun layihə-smeta sənədləri hazırlanaraq hazırda məcranın qazılması, Baş sugötürücü və digər qurğuların tikintisi işləri aparılır. 2011-ci il üzrə dövlət büdcəsindən əsaslı tikintiyə ayrılmış vəsait hesabına ümumilikdə 44 kilometr suvarma kanallarının, 108 kilometr kollektor-drenaj şəbəkələrinin tikintisi, təmir-bərpası və yenidənqurulması işləri, 22 subartezian quyusunun qazılması, sel və daşqın təhlükəli çaylarda 9240 paqonometr sahil mühafizə bəndlərinin tikintisi və 4600 paqonometr məcratəmizləmə işlərinin aparılması nəzərdə tutulmuşdur. Dövlət Neft Fondunun vəsaiti hesabına Taxtakörpü su anbarının, Taxtakörpü- Ceyranbatan və Vəlvələçay-Taxtakörpü kanallarının, dövlət büdcəsindən ayrılmış vəsait hesabına Şəmkirçay, Tovuzçay, Pirsaatçay su anbarlarının, Yuxarı Mil, Neftçala və Hacıqabul magistral kanallarının, eləcə də mühüm əhəmiyyətli digər meliorasiyasu təsərrüfatı obyektlərinin tikintisi işləri davam etdirilir.

Dünya Bankının krediti ilə "Sudan İstifadəedənlər Birliklərinin İnkişafına Dəstək" layihəsində nəzərdə tutulan 85000 hektar sahədən 2011- ci ildə 7500 hektar sahədə təsərrüfatdaxili suvarma-drenaj şəbəkələrinin təmir-bərpası işlərinin həyata keçirilməsinə başlanılmışdır.

Çıxışının sonunda ASC-nin sədri Əhməd Əhmədzadə bir daha qeyd etmişdir ki, respublikamızda mövcud güclü meliorasiyasu təsərrüfatı potensialı ulu öndərimiz Heydər Əliyevin bilavasitə rəhbərliyi və yaxından köməyi sayəsində yaradılmışdır. Bu sahəyə və onun inkişafına diqqət və qayğı Prezident İlham Əliyev tərəfindən bu günuğurla davam etdirilir. Məhz dövlətimizin başçısının bu sahəyə diqqət və qayğısı, meliorasiyasu təsərrüfatı sahəsində görülən işlərlə bilavasitə tanışlığı, sahənin rolunurespublika melioratorlarının əməyini qiymətləndirməsi bizim çoxminli kollektivimizi daha da ruhlandırır, bizi gələcəyə nikbin baxmağadaha həvəslə işləməyə sövq edir.

Konfrans iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul edilmişdir.

 

 

Xalq qəzeti.- 2011.- 17 sentyabr.- S. 8.