Azərbaycanda insan kapitalının formalaşdırılmasına diqqət artmaqdadır

 

Uzun illər boyu topladığı dövlət idarəçiliyi təcrübəsini, biliyini, düşüncəsini, bütün varlığını Azərbaycan dövlətçiliyinin qurulmasına sərf edən ümummilli liderimiz Heydər Əliyev həqiqi dövlət quruculuğunu, sosial-siyasi sabitliyin açarını iqtisadiyyatın dinamik inkişafında görürdü. Perspektivləri dəqiq müəyyənləşdirmək, düzgün seçim etmək, inkişafa hansı sahədən başlamağın zəruri olduğunu müəyyən etmək məqamı yetişdiyi anda ulu öndər cəsarətli islahatlar həyata keçirirdi.

 

Heydər Əliyev rasional və bənzərsiz dövlət idarəçilik məktəbi yaratmış, onu xalqımız üçün zəngin irs olaraq qoyub getmişdir. Heydər Əliyevin banisi olduğu kursun davam etdirilməsi eyni zamanda, varislik gözlənilməklə liderdən təşəbbüskarlıq və böyük siyasi iradə tələb edir.

Hörmətli Prezident İlham Əliyevin gündəlik fəaliyyətinin başlıca prioriteti də məhz budur. Ulu öndərimizin təcrübəsinin fövqündə Prezident Azərbaycanın sosial-iqtisadi inkişafına yeni idarəçilik prinsipləri, yeni islahatlar konsepsiyası, iqtisadi fəallıq və səmərəlilik gətirməkdədir. Ağır sınaqlardan keçdiyimizi, keçid dövrünü isə geridə qoyaraq iqtisadi yüksəlişə nail olduğumuzu bildirən Prezident İlham Əliyev fikrini belə ifadə edir: "Bu gün Azərbaycan həm siyasi, həm iqtisadi cəhətdən müstəqil, azad, açıq, öz resurslarına güvənən ölkədir. Bizim iqtisadi uğurlarımız siyasi uğurlarımızı tamamlayır və siyasi təşəbbüslərin irəli sürülməsi üçün böyük dayaq rolu oynayır. Ona görə, iqtisadi potensialın gücləndirilməsinə yönəldilmiş addımlar eyni zamanda, Azərbaycanın müstəqilliyini gücləndirən amillərdir".

Prezident İlham Əliyev hər zaman diqqətə çatdırır ki, insan kapitalına investisiya qoyuluşu fərdlərin əmək məhsuldarlığının yüksəlməsinə təsir etməklə gələcəkdə də əldə edilən gəlirləri daha da artıracaq. Bazar iqtisadiyyatında keyfiyyətcə yeni potensialının formalaşması, insan kapitalına investisiya qoyuluşunun həyata keçirilməsi xüsusi aktuallıq kəsb edir və nəticədə ölkənin bütün sosial sferalarında, xüsusilə təhsildə, səhiyyədə, mədəniyyətdə, idmandaneft sektorunda yaradıcılıq potensialının inkişafına real imkan yaradır. İnsan kapitalına investisiya qoyuluşu təkcə fərdlərin gəlirlərinin artmasına deyil, onun daha məhsuldar, təşəbbüskar olmasına, yeni texnoloji sistemlərə yiyələnməsinə təsir edir.

Öz siyasi fəaliyyəti dövründə daim Heydər Əliyev fəlsəfəsini əsas götürən Prezident ölkənin bütün idarə və təşkilatlarının, müəssisələrinin qarşısında mühüm bir tələblə çıxış edir: "Qarşımızda duran vəzifələri icra etmək üçün, ilk növbədə hazırda bizə peşəkar kadrlar lazımdır. Çünki bu gün Azərbaycan iqtisadiyyatı, xüsusilə ölkəmizin sənaye potensialı çox sürətlə inkişaf edir. Biz iqtisadi islahatlardan ölkəmizin sənayeləşməsinə qədər çox qısa və uğurlu yol keçmişik. Bu gün Azərbaycanda yaradılmış və yaranmaqda olan, müasir dünya standartlarına cavab verən sənaye müəssisələri iqtisadi inkişafımızı onilliklər sonra da təmin edəcəkdir. Təbii resurslar gec-tez tükənir. Nə vaxtsa bizbu vəziyyətlə üzləşəcəyik. Biz hazır olmalıyıq. Biz hazır olmalıyıq ki, neft-qaz resurslarımız 50 ildən, 100 ildən sonra azalanda güclü sənaye potensialımız olsun, Azərbaycan dövləti qeyri-neft sektorunun inkişafı hesabına yaşasın və yaxşı yaşasın. Ona görə sənayemizin inkişafı, iqtisadi islahatlarımız bizdə çox peşəkar, müasir kadrlar hazırlanmasını tələb edir".

Çağdaş dövrümüz yeni tələblər, müasir iqtisadi təfəkkürə əsaslanan axtarışlar, yeni məqsədlər, yeni meyarlar, yeni sosial-iqtisadi stimullar, yeni motivasiya tədbirləri, inkişaf ssenariləri və dinamika tələb edir. Bu tələblərə uyğun olaraq dünyanın iqtisadi cəhətdən inkişaf etmiş dövlətlərinin təcrübəsinə əsaslanaraq ölkədə sosial infrastruktur sahələri yaradılır, yollar, körpülər inşa edilir, informasiyakommunikasiya sistemləri, kommunalenerji müəssisələri yaradılır. İlham Əliyevin müasir iqtisadi yanaşması, müasir iqtisadi təfəkkürü, çeviksistemli diplomatik manevrləri olmasaydı, gənc bir dövlət üçün bu səviyyədə dinamik inkişafa nail olmaq yalnız xəyal ola bilərdi.

Azərbaycanda çağdaş iqtisadi təfəkkürü formalaşdıraraq kadr hazırlığı ənənəsini yüksək standartlara uyğunlaşdırmaq üçün kadr hazırlığı prosesi ali səviyyəyə uyğunlaşdırılır. Belə ki, hər il yüzlərlə gəncimiz Azərbaycan Dövlət Neft Fondunun hesabına dünyanın aparıcı ali məktəblərinə ezam olunur, orada təhsil alır. Peşəkar kadrların hazırlanması bu gün nəinki təhsil sahəsində, yaxud neft-qaz sahəsində, ümumiyyətlə, ölkə qarşısında duran ən vacib problemlərdən biridir.

"Kadrların hazırlanması ümumxalq işimizdir. Ümid edirəm ki, biz bu sahədə daha da ciddi nəticələri görəcəyik" - deyən Prezident bu həssas məsələyə aidiyyəti şəxslərin vicdanla yanaşacağına, ədalətlilik prinsipi əsasında tədbirlərin həyata keçiriləcəyinə inanır.

Artıq müasir dövrdə dünyada iqtisadi inkişafın səmərəliliyi xeyli dərəcədə insan kapitalına sərf edilmiş kapitalın kəmiyyəti və keyfiyyəti ilə müəyyən olunur. Bu, hətta digər mexanizmlərə investisiya qoyuluşundan da xeyli çoxdur. Ümumiyyətlə, insan kapitalının inkişaf etdirilməsi tamamilə yeni bir sahədir. Hansı dövlətlər insan kapitalının inkişaf etdirilməsinə, biliklərə söykənən iqtisadiyyata əsaslanırsa, gələcək də elə onlarındır. Məhz ona görə cənab Prezident dəfələrlə bildirmişdir ki, "Biz neft kapitalını insan kapitalına çevirməliyik".

Elmi-iqtisadi ədəbiyyatda insan kapitalının yaradıcılıq imkanları kifayət qədər araşdırılmamış və elmi baxımdan bu problem kifayət dərəcədə öz əksini tapmamışdır. Fəqət insan kapitalı nəzəriyyəsinin əsasını müəyyən maliyyə bazasının insan kapitalı üçün investisiya olunması təşkil edir. Bu cür investisiyaların külli miqdarda gəlir gətirməsinə aid təcrübə istənilən qədərdir. Hələ XVII əsrdə ingilis siyasi iqtisadçıları ilk dəfə insan kapitalına investisiya qoyuluşunun səmərəliliyini müəyyən etməyə cəhd göstərmişdir. Onlar insan kapitalına xərclərin və əldə edilən gəlirin müqayisəli təhlilini aparmış, nəticədə insan kapitalına, keyfiyyətli kadr hazırlığına, elmin inkişafına sərf edilən kapitalın ümumdaxili məhsulun istehsalını orta hesabla ildə 12-14 faiz artırdığını sübut etmişdir.

İlham Əliyev ölkə Prezidenti seçildiyi ilk günlərdən Azərbaycan iqtisadiyyatının lokomotivi olan neft-qaz sektorunun gətirdiyi gəlirləri uzunmüddətli sosial-iqtisadi inkişafı təmin edən sahələrə yönəltməyi tövsiyə etmişdir. İnsan kapitalı da məhz bu qəbildəndir. İnsan resurslarının düzgün idarə olunmasının, insan kapitalına investisiyanın prioritet məsələyə çevirilməsi ölkədə aparılan siyasətin çağdaş iqtisadi təfəkkürə əsaslandığını söyləyə bilərik. Müasir iqtisadiyyat elmi sübut edir ki, ölkənin varidatı əhalinin məşğulluğunun xarakterindən və onların əmək qabiliyyətindən asılıdır. İnsan kapitalı insanın bilik ehtiyatı, professionallığı, fiziki sağlamlığı, təşəbbüskarlığı və digər mühüm fərdi keyfiyyətləri hesab olunur.

İnsan kapitalına investisiya əksər hallarda gənclərdən başlayır. Ölkədə gənclər siyasətini daim diqqət mərkəzində saxlayan cənab Prezident İlham Əliyev gənclərin istedadlarının üzə çıxarılması inkişafı üçün mühüm islahatlar həyata keçirilməsini təmin etmişdir. Burada da dahi Heydər Əliyev müdrikliyinin siyasi təzahürünün şahidi oluruq. Ulu öndər demişdir: "XXI əsr gənclərin əsridir".

Bu gün ölkədə aparılan siyasətin məntiqi nəticəsi olaraq mövqeyindən asılı olmayaraq hər bir gənc üçün, hər bir vətəndaş üçün bərabər şərait, bərabər imkanlar yaradılmışdır. Təşkil edilmiş bütün bu imkanlardan yararlanmaq, inkişaf etmək işıqlı gələcəyə yollar açmaq, potensialını bu istiqamətdə ortaya qoymaq üçün hər bir gənc məqsədyönlü şəkildə çalışmalıdır.

Ölkənin bütün struktur sahələrinin inkişafına böyük təəssübkeşliklə yanaşan dövlət başçısı əldə olunan inkişafın bölgələrə sirayət etməsini həyata keçirmək üçün "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı" imzalamışdır. Bu böyük məsuliyyət respublikanın bütün dövlət orqanlarının qarşısında durur. Bu məsuliyyəti layiqincə daşıyaraq ölkənin tərəqqisinə töhfələrin verilməsi üçün bütün hallarda şəffaflıq təmin edilməlidir. "Kim şəffaflığı təmin etmirsə ya edə bilmirsə, onun aqibəti ağır olur" - deyə cənab Prezident xəbərdarlıq edir.

Dövlət başçısının regional inkişafa verdiyi önəmin, rayonlarda, kəndlərdə yaşayan əhalinin həyat səviyyəsinin davamlı olaraq yüksəldilməsinə göstərdiyi diqqət qayğının nəticəsidir ki, istehsal sosial infrastruktur təminatının yaxşılaşdırılması sahəsində inqilabi dəyişikliklər davam edir, regionların siması günü-gündən dəyişir, gözəlləşir müasirləşir.

Möhtərəm Prezident İlham Əliyev əldə olunan nailiyyətlərin davamını böyük təşəbbüskarlıqla, nikbinliklə gözlədiyini xalqının qarşısında bəyan etmişdir: "Bu gün, bəli, Azərbaycan dünya enerji bazarında özünəməxsus yeri ilə oturuşmuş ölkə, etibarlı tərəfdaş kimi özünü göstəribdir. Hər kəs bununla razılaşmalıdır razılaşır. Çünki bu, reallıqdır, reallığı inkar etmək olmaz. Bu reallığı səylərimizlə, bəzi hallarda, sözün yaxşı mənasında, inadkarlığımızla, qətiyyətlə cəsarətlə özümüz yaratmışıq".

 

 

Asif BƏKİRLİ,

ARDNŞ-in İnsan Resursları

Departamentinin rəisi

 

Xalq qəzeti.- 2011.- 22 sentyabr.- S. 5.