Azərbaycan mədəniyyəti müstəqillik illərində Qızdırılmayan, qapı-pəncərəsiz teatrlardan "Bakı Billur Sarayı"na qədər

 

Gələn ay Azərbaycan öz dövlət müstəqilliyinin 20 illiyini qeyd edəcək. Bu 20 il dövlətçilik tarixi baxımından qısa bir dövr olsa da, Azərbaycan Respublikasının qazandığı tarixi nailiyyətlərin miqyasına, uğurların sayına görə çox böyük əhəmiyyət kəsb edən müddətdir. Kütləvi informasiya vasitələrinin verdiyi məlumata görə, bir çox Avropa ekspertləri etiraf edirlər ki, onların dövlətlərinin 50-60 ildə keçdiyi inkişaf yolunu gənc müstəqil Azərbaycan dövləti cəmi 20 ilə qət edib. Bu zaman avropalılar nəyi nəzərdə tuturlar? Əlbəttə, öncə vətəndaş cəmiyyətinin formalaşdırılması istiqamətində həyata keçirilən tədbirləri, cəmiyyətin daha da demokratikləşdirilməsini, əsas insan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunmasını, tolerantlıq və sivilizasiyalararası dialoqa verilən önəmin miqyasını, insanların sosial-rifah halının yaxşılaşdırılması üçün atılan addımları, yoxsulluğunişsizliyin azaldılmasını və digər iqtisadi islahatları. Xüsusilə qeyd olunmalı başqa məsələlər də çoxdur. Ancaq avropalılar daha çox bu məqamlara üstünlük verir və həmin istiqamətlərdə bizim əldə etdiyimiz nailiyyətləri daha yüksək qiymətləndirirlər.

Bu ilin may ayında - Almaniyanın Düsseldorf şəhərində keçirilmiş "Eurovision-2011" mahnı müsabiqəsinin nəticələrindən sonra isə Avropa mətbuatı Azərbaycan mədəniyyətinin sürətli inkişafından söz açmağa başladı. Özü də dönə-dönə. Halbuki, həmin müsabiqəyə qədər Azərbaycan mədəniyyətinin beynəlxalq aləmdə təbliği və milli mədəniyyətimizin inkişaf etdirilməsi istiqamətində çox böyük addımlar atılmışdı. Ulu öndər Heydər Əliyev hələ ölkəmizin iqtisadi problemlərdən o qədər də uzaqlaşa bilmədiyi 1996-2002-ci illərdə respublikamızda çox böyük beynəlxalq tədbirlərin keçirilməsinə nail olmuş, həmin tədbirlərdə az qala planetin bütün qütblərinin təmsilçiləri iştirak etmişdi. "Kitabi dədə Qorqud" dastanının 1300, Məhəmməd Füzulinin isə 500 illik yubileylərinə YUNESKO başda olmaqla dünyanın bütün müvafiq təşkilatlarının nümayəndələri gəlmişdi. Sonra bu tendensiyanı ulu öndərin adını daşıyan Fondun prezidenti, YUNESKO-nunİSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva yeni müstəvidə inkişaf etdirdi. Yəni əvvəlcə Azərbaycan mədəniyyətini təbliğ etmək üçün əcnəbi mədəniyyət xadimlərini və mütəxəssis - ekspertləri ölkəmizə dəvət edirdiksə, Mehriban xanımın təşəbbüsü ilə Azərbaycan mədəniyyəti dünya ictimaiyyətinə planetin müxtəlif şəhərlərində, xüsusən, YUNESKO-nun xətti ilə təqdim olunmağa başlandı. Bu zaman bizim qazancımız təkcə milli mədəniyyətimizin beynəlxalq arenada tanıdılması deyil, həm də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə növbəti dəvə çatdırılması oldu. Prezident İlham Əliyevin Azərbaycan mədəniyyətinin inkişafı üçün göstərdiyi qayğı və diqqət isə əcnəbi ekspertləri sadəcə heyrətləndirir. Çünki SSRİ-nin çökməsindən sonra yaranmış gənc müstəqil dövlətlərin hamısındakı mədəniyyətə münasibət məsələsi bütün dünyanın gözü qabağındadır. Bizimlə eyni vaxtda dövlət müstəqilliyinə qovuşmuş ölkələrdə mədəniyyətin inkişafına ayrılan dövlət vəsaiti ilə rəsmi Bakının bu məqsədlə ayırdığı vəsaiti müqayisə edənlər öz heyrətlərini gizlədə bilmirlər.

Fikrimizi bəzi konkret faktlarla ifadə edək. Mən konkret olaraq öz işlədiyim sahədəki uğurlardan söz açmaq istəyirəm. Çünki mədəniyyət məfhumu böyük olduğu kimi mədəniyyətin ayrı-ayrı sahələri də çoxdur. Mədəniyyət müəssisələri - muzeylər, mədəniyyət evləri, parklar, kitabxanalar, teatrlar və digər obyektlər son 7-8 ildə görünməmiş bir şəkildə yenidən qurulub. Bu tendensiyanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il fevralın 27-də imzaladığı "Bakı şəhər qəsəbələrinin (2006-2007-ci illər) sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Planı"nın icrası daha da intensivləşdirdi. Proqramın icrası çərçivəsində paytaxtın qəsəbələrinin mədəni həyatında mühüm yeniliklərə imza atıldı. Müasir tipli mədəniyyət evləri inşa olundu, yeni muzeylər, mədəniyyət evləri, dövlət qoruqları yaradıldı. Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin tabeçiliyində olan müəssisələrin 6-sı 2005-ci ildə, 7-si 2006-cı ildə, 8-i 2007-ci ildə, 21-i 2008-ci ildə - dinamikaya diqqət yetirin, 15-i 2009-cu ildə, 23-ü isə 2010-cu ildə əsaslı şəkildə təmir olunub, yenidən istifadəyə verilmişdir. Bu sahədə həyata keçirilən tədbirlərin daha intensiv surətdə davam etdirilməsi paytaxt ictimaiyyətinin və şəhərimizin qonaqlarının gözü qabağındadır. Elə mənim işlədiyim Ramiz Aboyev adına madəniyyət və istirahət parkı da son iki ildə heç zaman görünməyən bir şəkildə yenidən qurulubmüasir avadanlıqlarla təchiz olunub.

Biz Azərbaycan mədəniyyətinin beynəlxalq aləmdə təbliğ edilməsi məsələsində ulu öndərin adını daşıyan Fondun xaricdə həyata keçirdiyi layihələr barədə söz açdıq. Fondun prezidenti Mehriban Əliyevanın ölkə daxilində həyata keçirdiyi layihələrin sayı isə qat-qat çoxdur. Məsələn, Bakıdakı 13 nömrəli uşaq musiqi məktəbi, Pirşağı qəsəbəsində kütləvi kitabxana, mədəniyyət evi, Qala Dövlət Tarixi Etnoqrafiya Qoruğu, həmin qəsəbədəki klub, Şüvəlan qəsəbəsində mədəniyyət evi, 24 nömrəli musiqi məktəbi, Binə qəsəbəsindəki mədəniyyət evi məhz bu fondun hesabına əsaslı təmir olunub. Zirə, Türkan və Binə qəsəbə mədəniyyət mərkəzləri də Heydər Əliyev Fondunun vəsaiti hesabına inşa edilmişdir. Yeri gəlmişkən, Binəqədi rayonundakı Heydər Əliyev parkının bu gününü görənlər insan əlinin möcüzələr yaratdığının şahidinə çevrilirlər. Burada hər şey tamamilə yenidən qurulubdurpark yaşıllıq, abadlıq və müasir tikintilər fonunda özünəməxsus bir sənət, mədəniyyət nümunəsinə çevrilib. Sevindirici haldır ki, binəqədililərin yaratdığı həmin gözəllik paytaxtın bütün sakinlərinin maraqla üz tutduğu ünvana çevrilir.

Bütün bunlar müstəqil Azərbaycan dövlətinin milli mədəniyyətimizin inkişafına göstərdiyi qayğı və diqqətin ancaq bir hissəsidir. Mənim yadımdadır, bu il mart ayının 15-də Milli Məclis qarşısında hesabat verən Baş nazir Artur Rasizadə qeyd etdi ki, mədəniyyət və turizm obyektlərinin tikintisinə, təmirinə və yenidən qurulmasına, onların maddi-texniki bazasının möhkəmləndirilməsinə 165 milyon manatdan çox vəsait yönəldilmişdir. Qeyd edim ki, hesabat 2010-cu ili əhatə edirdiyubiley ilində həmin göstəricilər daha çoxdur.

Yeri gəlmişkən, bu il mədəniyyət sahəsində həyata keçirilmiş tədbirlərin hələ davam etdiyinə görə biz də bəzi sahələrdən söhbət açarkən məhz 2010-cu ilin göstəriciləri ilə kifayətlənməli oluruq. Söhbət müstəqilliyimizin 20 illiyindən gedir və həmin 20 ilin birində - yəni ötən il qeyd olunan sahədə həyata keçirilmiş tədbirlərin bir qismini yada salaq. Məsələn, 2010-cu ildə Azərbaycanda Üzeyir Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalı, Qəbələ II Beynəlxalq Musiqi Festivalı, Bakı Birinci Beynəlxalq Teatr Konfransı, Milli Teatr Festivalı, Çexov adına Beynəlxalq Teatr Festivalının "İpək yolu" mərhələsi, Vokalçıların Bülbül adına V Beynəlxalq müsabiqəsi və IV Beynəlxalq Rostropoviç Festivalının keçirilməsi çox böyük tarixi uğur kimi qiymətləndirilir. Bu tədbirlərin hər biri xüsusi zəhmət və müəyyən vəsait hesabına başa gəlir və ona görə də Müstəqil Dövlətlər Birliyindəki həmkarlarımız bizim dövlətdən gördüyümüz qayğı və diqqəti sadəcə heyrətlə və həsədlə qarşılayırlar.

Elə 2011-ci il də Azərbaycan mədəniyyəti üçün çox böyük uğurlarla yadda qalır. Hələ ilin ikinci ayında - fevralın 17-də Parisdə Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etməsinin 20-ci ildönümünə və "Azərbaycan" kitabının təqdimatına həsr olunmuş təntənəli mərasim keçirilmişdi. Həmin tədbirdə çıxış edən Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva dövlət müstəqilliyimizin yubiley tədbirlərinin birincisinin məhz Parisdə keçirilməsindən məmnunluq ifadə etmişdi: "Azərbaycan bu il müstəqilliyinin bərpa olunmasının 20-ci ildönümünü qeyd edir və mən çox şadam ki, bu hadisəyə həsr olunmuş ilk tədbir Fransada keçirilir. Dünyanın ən möhtəşəm, ən gözəl və ən zövqlü şəhərlərindən biri olan Parisdə ölkəmiz Azərbaycanı təqdim etmək mənim üçün böyük şərəfdir". Yəni, yubiley tədbirlərinin birincisinin Avropanın mədəniyyət mərkəzi adlandırılan Parisdə keçirilməsi heç də təsadüfi deyildi. Bu, o demək idi ki, Azərbaycan dövləti siyasət, diplomatiyaiqtisadiyyatla bərabər mədəniyyətə də xüsusi önəm verir.

2011-ci ildə Azərbaycanda həm Beynəlxalq Muğam Festivalı, həm də III Respublika Muğam Müsabiqəsi keçirildi. Dünyanın mədəniyyət ictimaiyyəti möhtəşəm tədbirlərin təəssüratlarından ayrılmamış III Qəbələ Beynəlxalq Musiqi Festivalına start verildi. Yəni müstəqilliyin yubileyini qeyd etdiyimiz ildə ölkəmiz regionun mədəniyyət paytaxtına çevriləcək bir şəkildə beynəlxalq tədbirlərlə yadda qalır. Ancaq 2011-ci ilin respublikamıza daha böyük nüfuz gətirən mədəniyyət hadisələrindən birincisi "Eurovision-2011" mahnı müsabiqəsində azərbaycanlı gənclərin birinci yeri tutması oldu. Avropanın mədəniyyət həyatında möhtəşəm hadisə kimi qəbul edilən həmin müsabiqədə Nigar CamalEldar Qasımovun qalib gəlməsi təkcə növbəti ilin müsabiqəsinin Bakıya gətirilməsi ilə əlamətdar olmadı. Bu hadisə bironu göstərdi ki, biz təkcə iqtisadiyyatdaya sosial həyatda deyil, eləcə də mədəniyyətdə də "Azərbaycan nümunəsi"ni yarada bilirik.

Son zamanlar ölkə mətbuatı xəbər verir ki, gələn ilin mayında Bakıda təşkil olunacaq "Evrovision-2012" mahnı müsabiqəsinin keçirilməsi üçün Bayraq Meydanının yanında "Bakı Billur Sarayı" adlı möhtəşəm qurğu inşa edilir. Tamaşaçı tutumu baxımından indiyədək müsabiqənin təşkil olunduğu bütün zallardan böyük olan bu qurğu həm də ecazkarlığı ilə qonaqları heyran edəcək. Dəniz sahilində, dünyanın ən uca bayrağının yanında, Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirovun vətənində, Asiyanın Avropa ilə, Şərqin Qərblə qovuşduğu məkanda keçiriləcək bu tədbir hamı üçün cəzbedici və maraqlı olacaq. Biz bu müsabiqədən də uğur gözləyirik. Tarixdə belə təcrübələr də var. 1972-ci ildə Edinburqda qalib gələn Lüksemburq təmsilçisi sonrakı il öz meydanında da qalib olmuşdu. İrlandiya təmsilçiləri isə 1992-ci ildə İsveçdə, sonrakı iki ildə - 1993 və 1994-cü illərdə öz ölkəsində birinciliyi qazanmışdı. İrlandlar 56 dəfə keçirilmiş "Eurovision" mahnı müsabiqəsində ən çox - 7 dəfə qalib gələn yeganə təmsilçilərdir. Keçmiş SSRİ-dən bu nailiyyəti Estoniya, Latviya, Ukrayna, Rusiya və Azərbaycanın hərəsi bir dəfə qazanıblar. Gələn il mayın 22-dən 26-dək keçiriləcək müsabiqədə Azərbaycan həmin göstəricini ikinci dəfə qazanan yeganə postsovet respublikası ola bilər. Biz buna inanırıq.

Yeri gəlmişkən, "Bakı Billur Sarayı" ifadəsini sərlövhədə də işlətmişdik. Oradakı "qızdırılmayan, qapı-pəncərəsiz teatrlar" ifadəsi də təsadüfi deyildi. Çünki söhbət müstəqilliyin 20 illiyindən gedir və həmin 20 ilin başlanğıcında paytaxtın teatrları da, muzeyləri də, kinoteatrları da məhz o şəkildə idi. Teatrlar nəinki qızdırılmırdı, heç bu barədə düşünmək də mümkün deyildi. Bir mədəniyyət işçisi kimi iki faktı heç zaman yaddan çıxara bilməyəcəm. Birinci fakt dəhşətli, ikinci isə eybəcər idi. 1993-cü ilin yazında tələbə yoldaşlarımdan biri ilə OperaBalet Teatrına - "Leyli və Məcnun" tamaşasına getmişdik. İnzibatçılar dedilər ki, paltoları soyunmayın. Biz zala keçdik. Qalın paltarlara bürünüb oturmuş 14-15 adam var idi. Sanki dünya başıma fırlandı. Axı bu zala daxil olanda tamaşaçıların sayının yerlərin sayından çox olduğunu dəfələrlə görmüşdük... 2010-cu ilin payızında Opera teatrının ənənəvi qələbəliyini görəndə isə sanki, dünya mənim oldu.

...1995-ci ilin qışında bir jurnalist dostumla "Nizami" kinoteatrının yanından keçib "28 May" metrosu tərəfə gedirdik. Yol boyu bir neçə yerdə xırda "bazar"lar gördük. Səməd Vurğun bağı izə üz-üzə olan keçmiş İliç bağında isə çoxsaylı göy çadırlar qurulmuşdu. Bütün çadırlardan tüstü çıxırdı. Ətrafda hökm sürən natəmizlik içərisində onlarla yeməkxana quraşdırılmışdı, ağız deyəni qulaq eşitmirdi. Ət kəsən kim, balıq təmizləyən kim, odun doğrayan kim... İki həftə əvvəl rayondan gəlmiş bir qonağımla Bakının axşam seyrinə çıxmışdıq. Yolumuz təsadüfən həmin - göy çadırlı parkdan düşdü. Paytaxtın bütün park və xiyabanları kimi orada da məhz müstəqilliyimizin 20 illiyinə layiq ab-hava gördük. Qonağım soruşdu: - Bəs Sovet dövründə Bakı niyə belə gözəlləşmirdi? Cavab vermədim. Əvəzində binaları nura qərq eləmiş işıqları göstərərək soruşdum: - Görəsən, ulduzlar çoxdur, yoxsa Bakının işıqları?

Hər halda paytaxtın bu şəkildə tərəqqisini sosial məsələ kimi qiymətləndirmirəm. Bu, sırf mədəni yüksəlişdir.

 

 

İsgəndər NAMAZOV,

Binəqədi rayonundakı Ramiz

Aboyev adına mədəniyyət və istirahət

parkının direktoru, YAP Binəqədi rayon

təşkilatının Siyasi Şurasının üzvü

 

Xalq qəzeti.- 2011.- 22 sentyabr.- S. 4.