"Müstəqil Azərbaycanın vergi sistemi" mövzusunda seminar keçirilmişdir

 

Vergilər Nazirliyinin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində KİV nümayəndələri üçün "Müstəqil Azərbaycanın vergi sistemi" mövzusunda seminar keçirilmişdir. Əvvəlcə KİV nümayəndələri Tədris Mərkəzinin yeni inşa olunmuş tədris kompleksi ilə tanış olmuşlar.Tədris Mərkəzinin rəhbəri Yaşar Kəlbiyev media nümayəndələrini salamlayaraq seminarın bu müasir kompleksdə ilk tədbir olduğunu nəzərə çatdırmış, Mərkəzin fəaliyyəti onun prosesi ilə bağlı məlumat vermiş, Tədris Mərkəzinin vəzifələri, tədris metodları barədə qısa təqdimat keçirmişdir.

 

Xatırladaq ki, son illərdə ölkəmizdə vergi sistemində aparılan islahatlar, ilk növbədə bu sahədə modern texnologiyaların tətbiqi, yeni kadr hazırlığının həyata keçirilməsi öz müsbət nəticələrini verməkdədir. Buna dövlət başçımızın bu yaxınlarda Şamaxı rayonuna səfəri çərçivəsində açılış mərasimində iştirak etdiyi sözügedən Tədris Mərkəzini misal göstərə bilərik. Qeyd edək ki, Tədris Mərkəzinin inşasına 2008-ci ildə başlanmışdır. 2,5 hektar ərazidə aparılan inşa işləri yüksək tikinti standartlarına tam cavab verir. Mərkəzin kompleksinə üçmərtəbəli tədris binası, ikimərtəbəli inzibati bina, müdavim müəllim yataqxanaları, o cümlədən dəvət olunan ekspertlər üçün nəzərdə tutulan ikimərtəbəli dörd qonaq evi daxildir.

Mərkəzdə üç mühazirə auditoriyası yaradılmışdır. Bütün texniki vasitələrlə təchiz edilən auditoriyaların hər biri 20 nəfərlikdir. Burada üç səviyyədə hazırlıq nəzərdə tutulur. Birinci səviyyə 2 ay ərzində yeni işə qəbul olunanları, ikinci səviyyə 1-2 həftə ərzində vəzifəli şəxsləri, üçüncü səviyyə isə rəhbər işçilər üçün qısamüddətli treninq kurslarını əhatə edir. Mərkəzin strukturuna iqtisadiyyat menecment, vergi metodologiyası, vergi qanunvericiliyi təsərrüfat hüququ kafedraları, elmi tədqiqat bölməsi, tədris-metodika maliyyə-təsərrüfat şöbələri daxildir.

Mərkəzdə ulu öndər Heydər Əliyevin həyat fəaliyyətindən bəhs edən fotoguşə yaradılmışdır. Burada Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli fəaliyyətin, o cümlədən vergi sisteminə göstərdiyi diqqət qayğının müxtəlif məqamlarını əks etdirən fotolar elmi-kütləvi ədəbiyyat nümayiş etdirilir.

Hazırda Vergilər Nazirliyində vergi tədris modeli layihəsi uğurla tətbiq edilir. Bu layihədən vergi orqanları əməkdaşlarının peşə hazırlığının təkmilləşdirilməsi ixtisaslarının artırılması prosesində mühüm vasitə kimi istifadə olunur. Həmçinin informasiya-kommunikasiya texnologiyalarının imkanlarından istifadə olunmaqla əməkdaşların məsafədən tədrisinin müxtəlif formaları tətbiq edilir. Eyni zamanda, əməkdaşların bilik peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi işdən ayrılmadan onlayn rejimində yerinə yetirilir.

96 nəfərlik akt zalında mühüm tədbirlərin, təqdimat mərasimlərinin keçirilməsi üçün hər cür şərait yaradılmışdır. Bununla yanaşı, mərkəzdə yüksək zövqlə tərtib edilən foye guşələr burada hərtərəfli istirahət üçün geniş imkanlar açır.

Mərkəzin idman-sağlamlıq kompleksində 80 kvadratmetrlik üzgüçülük hovuzu yaradılmış, trenajorlar quraşdırılmışdır. Kompleksdə eyni vaxtda 20 nəfərə xidmət göstərən kafe vardır.

Tədris korpusunda birotaqlı 12, ikiotaqlı 24 mənzil vardır. Kompleksin kitabxanası internet mərkəzi buraya gələnlərin istifadəsinə verilmişdir.

Sonra mərkəzin akt zalında "Müstəqil Azərbaycanın vergi sistemi" mövzusunda seminar keçirilmişdir. Seminarda çıxış edən Vergilər Nazirliyinin Vergi Siyasəti Strateji Araşdırmalar Baş İdarəsinin rəisi Akif Musayev media nümayəndələrinə Azərbaycanın müstəqilliyi dövründə ölkəmizin vergi sisteminin formalaşdırılması mərhələləri, aparılan islahatlar barədə məlumat vermişdir. Kommersiya Hüquqi Şəxslərin Dövlət Qeydiyyatının Təşkili İqtisadi Təhlil Baş İdarəsinin rəisi Natiq Şirinov "Müasir vergi sistemi perspektivləri" mövzusunda çıxış etmiş, vergi inzibatçılığının təkmilləşdirilməsi, mütərəqqi informasiya texnologiyalarının tətbiqi sahəsində görülən işlər barədə danışmışdır. Vergi Ödəyicilərinə Xidmət İdarəsinin rəisi Elçin Məmmədov isə seminar iştirakçılarını vergi ödəyicilərinə göstərilən xidmətlər, bu sahədə Vergilər Nazirliyi tərəfindən qəbul olunmuş "Vergi ödəyicilərinə xidmətin təkmilləşdirilməsi Konsepsiyası", eləcə vergi sistemində yaxın gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan yeniliklər barədə məlumatlandırmışdır.

Sonda Vergilər Nazirliyinin rəsmiləri media nümayəndələrinin suallarını cavablandırmış, seminar iştirakçılarına sertifikatlar təqdim olunmuşdur.

 

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2011.- 27 sentyabr.- S. 5.