Oğuz - Qəbələ
- Bakı su kəməri
layihəsi ölkəmizin iqtisadi
gücünün təntənəsidir
Bu su kəməri paytaxt sakinlərinə
ən yaxşı Yeni il hədiyyəsi oldu
XXI əsrin daha bir ili tarixə qovuşdu. Yola saldığımız 2010-cu il ölkəmiz üçün əsaslı
yüksəliş, sabit
və davamlı inkişaf ili kimi yadda qaldı.
Təqribən iki il əvvəl
dünyanı bürümüş
maliyyə böhranının
hələ tam səngimədiyi
bir şəraitdə
belə Azərbaycanda
sürətli inkişaf
davam etmiş, çoxsaylı sosial və infratsruktur layihələri, ümummilli
proqramlar reallaşdırılmışdır.
Artıq
bir neçə ildir ki, Dünya
Azərbaycanlılarının Həmrəyliyi Günü
və Yeni il ərəfəsində
dövlət başçımız
İlham Əliyevin iştirakı ilə paytaxt Bakıda, eləcə də ayrı-ayrı şəhər
və rayonlarımızda
yeni-yeni sosial obyektlər istifadəyə
verilir. Ölkəmiz,
xalqımız üçün
mühüm əhəmiyyət
kəsb edən həmin obyektlər, yeni infrastruktur layihələri vətəndaşların
dərin rəğbətinə
səbəb olur, onların bayram əhval-ruhiyyəsini bir qədər də yaxınlaşdırır. Bütün
bunları əsl bayram töhfəsi kimi qəbul edən ölkə vətəndaşlarında sabaha
inamı artırır.
Bu günlərdə paytaxt sakinlərin son illərin ən böyük infrastruktur layihələrindən
biri-Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsini
böyük sevinc və iftixar hissi ilə qeyd etdilər. Bu da təsadüfi deyil. Çünki Bakı şəhərində
su qıtlığı
sakinləri ən çox narahat edən problemlərdən
sayılırdı. Bu problemin
kökü isə çox-çox əvvəllərə
gedib çıxır.
Belə ki, bir neçə əsr bundan əvvəl qədim Bakının su təchizatı, əsasən,
artezian quyularının
hesabına həyata keçirilirdisə, sonradan
şəhərin inkişafı,
əhalinin artması ilə əlaqədar suya tələbat da xeyli dərəcədə
çoxalır. Ötən
əsrin əvvəllərində
neft və milyonlar səltənəti
- Bakıda içməli
su ilə bağlı problem Şollar
su kəmərinin tikilməsi ilə aradan qaldırılmışdır.
Əsrin ortalarından
etibarən həyata keçirilən quruculuq işləri ulu öndər Heydər Əliyevin respublikamıza
rəhbər təyin
olunması ilə əlaqədar xeyli intensivlənmiş, Bakı
şəhəri sürətlə
inkişaf etməyə
başlamışdır. Belə
bir şəraitdə
paytaxtın içməli
suya olan tələbatı daha da artmışdır. 1970-ci
illərdə Bakının
suya tələbatı
ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Kür və Ceyranbatan su kəmərinin tikilib istifadəyə verilməsi
nəticəsində həll
edilmişdir. Lakin illər ötdükcə
Bakıda yenidən su qıtılığı
yaranmış, hətta
ötən əsrin
30-cu illərində paytaxtın
su təsərrüfatı
sisteminin sıradan çıxması təhlükəsi
meydana gəlmişdir.
Yalnız ümummilli lider Heydər Əliyevin səyi ilə Dünya Bankından alınan güzəştli kredit hesabına həmin təhlükə aradan qaldırılmışdır.
Həyatının mənasını xalqına
xidmətdə görən
Heydər Əliyev Bakının su təchizatı sistemi üçün böyük
bir inqilab sayıla biləcək Oğuz-Qəbələ-Bakı su kəmərinin də ideya müəllifidir.
Paytaxtda mövcud olan su problemi
ulu öndəri daim narahat etsə
də, o böyük uzaqgörənliklə söyləyirdi
ki, yaxın illərdə Bakıya bol su gətirəcəyik.
Məhz bu məqsədlə ölkəmizin
şimal-qərb bölgəsinin
saf, təmiz bulaq sularının paytaxta gətirilməsinin
vacibliyini dönə-dönə
bəyan edirdi.
Nəhayət, ümummilli liderimiz
Heydər Əliyevin, Oğuz - Qəbələ
bölgəsinin bulaq sularının Bakıya gətirilməsi ilə bağlı arzusu gerçəkləşdi. Ulu
öndərin həyata
keçirə bilmədikləri
bir çox arzuları, planları kimi bu missiyanı
da onun siyasi
kursunun ən layiqli davamçısı,
özü qədər
inandığı cənab
İlham Əliyev böyük şərəflə
yerinə yetirdi. Bunun üçün isə möhtərəm dövlət başçımız,
İlham Əliyev böyük qətiyyət
göstərdi, layihənin
reallaşdırılmasına qayğı və diqqətini əsirgəmədi.
Təsadüfi deyil ki, 2005-ci ildə ölkə Prezidenti İlham Əliyevin göstərişi ilə
Bakı şəhərinin
keyfiyyətli su ilə təmin edilməsi üçün
çəkiləcək Oğuz-Qəbələ-Bakı
su kəmərinin layihəsi hazırlandı.
2007-ci ilin mart ayında
isə dövlət başçısının iştirakı
ilə layihənin təməli qoyuldu və tikinti işlərinə start verildi.
Məlum
olduğu kimi, hər bir layihənin
həyata keçirilməsi
üçün, ilk növbədə
maliyyə vəsaiti tələb olunur. Son illər Azərbaycanın
getdikcə artan iqtisadi \ücü, maliyyə resursları bu layihənin də uğurla reallaşdırılmasına imkan
yaratdı. Təsadüfi
deyil ki, artıq on ildən çoxdur ki, xalqımız ulu öndər Heydər Əliyevin müəllifi olduğu yeni neft startegiyasının uğurlarının şahidi
olur. Azərbaycanın
neft və qaz ehtiyatlarının dünya bazarına çıxarılmasından əldə
olunan gəlirlər iqtisadiyyatımızı gücləndirir,
büdcə imkanlarımız
artır. Ümummilli liderimiz Heydər Əliyevin düz 11 il əvvəl təsis etdiyi Dövlət Neft Fonduna toplanmış vəsaitlər hesabına
ölkəmizdə prioritet
sayılan layihələr
həyata keçirilir.
Elə bu günlərdə açılışını
böyük sevinc hissi ilə qeyd etdiyimiz Oğuz-Qəbələ-Bakı su kəməri də ölkəmizin yeni neft strategiyasının
təntənəsidir.
Oğuz-Qəbələ-Bakı
su kəməri Azərbaycanın öz gücü ilə
reallaşdırıdığı ən böyük sosial
layihədir. Belə ki, bu layihə özündə magistral su
kəmərinin və nəhəng suötürücü
qurğular kompleksini birləşdirir. Layihənin texniki
parametrlərinə gəlincə isə, uzunluğu 262 kilometr,
boruların diametri 2000 millimetr, suburaxma qabiliyyəti saniyədə
5 kubmetr olan kəmər ölkənin 8 rayonunun ərazisindən
keçir. Kəmərin təzyiqi 20 atmosferdən yuxarı
olan, çay və yol keçidləri də daxil olmaqla 55
kilometrlik hissəsi polad borularla çəkilmişdir. Kəmər
boyunca 25 metr enində sanitar-mühafizə zonası
yaradılmışdır. Layihənin suötürücü
quruğular kompleksi isə 25 kilometrə qədər ərazini
əhatə edir. Burada cərgə üzrə 100 istismar və
20 müşahidə quyusu qazılmışdır. 170 metrə
qədər dərinlikdə qazılmış hər bir
quyudan saniyədə 70-120 litr su çıxarılır.
Paytaxtın
su təsərrüfatı sisteminə mühüm töhfə
sayılan bu kəmərin sakinlər üçün əhəmiyyəti
isə olduqca böyükdür. Hər şeydən əvvəl,
kəmər Bakı əhalisinin 75 faizini su ilə təmin edəcəkdir.
Paytaxtın digər yerlərinə isə cədvəl əsasında
su verilməsinin müddəti iki dəfəyə qədər
arıtrılacaq. Şəhər əhalisinin su ilə təminatının
yaxşılaşdırılması üçün isə
yaxın vaxtlarda yeni kəmər çəkiləcək,
kiçik diametrli borular iriləri ilə əvəz olunacaq.
Yeni su kəməri
paytaxt sakinlərinin sağlamlıqlarının qorunması
baxımından da böyük əhəmiyyət
daşıyır. Belə ki, dəniz səviyyəsindən
400 metrdən çox hündürlükdə yerləşən
ərazidən gətirilən təbii bulaq suyu ekoloji cəhətdən
tam təmiz və keyfiyyətlidir. Mütəxəssislərin
rəyinə görə, Oğuz-Qəbələ-Bakı kəməri
ilə gətirilən suyun keyfiyyəti Dünya Səhiyyə
təşkilatının bütün tələblərinə
tam uyğun olmaqla yanaşı, hətta dünyanın bir
çox iri şəhərlərinə verilən içməli
suların keyfiyyət göstəricilərindən
üstündür.
Oğuz-Qəbələ-Bakı
su kəməri paytaxt sakinlərinə əsl Yeni il hədiyyəsi
kimi uzun illər yaddaşlarda qalacaq. Bu töhfəni sakinlərə
bəxş etmiş möhtərəm Prezidentimiz İlham Əliyev
bir daha sübut etdi ki, o, Azərbaycan xalqının firavan
yaşayışının, həyat səviyyəsinin
yaxşılaşdırılması üçün daim
çalışır və bunun üçün daim məqsədli
proqramlar qəbul edib reallaşdırır.
Su həyat,
sağlamlıq, təmizlik və ruzi-bərəkət deməkdir.
Yeni il ərəfəsində xalqımıza, xüsusən də
paytaxt əhalisinə sağlam həyat, ruzi-bərəkət
bəxş edən Prezident İlham Əliyevə dərin təşəkkürümü
bildirir, ölkəmizin iqtisadi qüdrətinin
artırılması və rifahlı cəmiyyət
quruculuğu yolunda səmərəli fəaliyyətində
ona yeni-yeni uğurlar arzulayıram.
İsa ALIYEV,
AMEA-nın İqtisadiyyat İnstitutunun
direktoru,
iqtisadi elmlər doktoru,
professor
Xalq qəzeti.- 2011.- 1 yanvar.- S. 2.