Oğuz-Qəbələ-Bakı
su kəmərinin istifadəyə verilməsi çağdaş
tariximizdə mühüm
hadisədir
Paytaxt sakinləri təmiz dağ suyuna görə minnətdarlıq edirlər
2010-cu ilin
sonunda istifadəyə
verilmiş Oğuz-Qəbələ-Bakı
su kəməri Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz
kəmərləri qədər
böyük strateji əhəmiyyəti olan bir layihədir. Qaçqın və
məcburi köçkün
düşərgələrinin tikintisi kimi, Qafqaz dağlarının saf suyunun paytaxta
gətirliməsi Azərbaycan Dövlət Neft
Fondunun vəsaiti
hesabına maliyyələşdirilib. Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi qeyd etdiyi kimi,
bu layihə kommersiya məqsədləri
daşımır, sosialyönümlüdür,
dövlətin xalqın
sağlamlığına qayğısının bariz nümunəsidir. Bu
yüksək qayğıdan ruhlanan bir çox paytaxt sakinləri redaksiyamıza zənglər, məktub və teleqramlar göndərərək
bu kəmərin ərsəyə gətirilməsində
əməyi olan hər
insana dərin minnətdarlıq edirlər.
Redaksiyamıza müraciət edənlər müxtəlif yaş təbəqələrindən
olan ayrı-ayrı peşə sahibləridir.
Onların bir neçəsinin
ürək sözlərini oxucuların
diqqətinə çatdırırıq.
Əliağa Muxtarov,
mühəndis:
- Bakıya yeni su kəmərinin çəkilməsi xəbərini eşidəndə dünya qədər sevinmişəm. Bu, çox böyük əhəmiyyəti olan mürəkkəb mühəndis qurğusudur və Azərbaycanda müstəqillik əldə edildikdən sonra həyata keçirilən ən uğurlu infrastruktur layihələrindən biridir. Bu kəmər vasitəsilə ölkə paytaxtının dörddə üçünün içməli su ilə təchizatını əsaslı surətdə yaxşılaşdırmaq mümkün olacaq. Buna görə bütün sakinlər kimi mən də çox sevinirəm.
Hörmətli redaksiya, xahiş edirəm ki, olduğu kimi qəzetdə yazasınız. Bu layihəyə görə sevimli Prezidentimizə, bu kəmərin tikintisində çalışmış fəhlədən tutmuş mühəndisə qədər hər bir şəxsə Azərbaycanın uğurlarına sevinən bir təəssübkeş vətəndaş olaraq öz dərin minnətdarlığımı bildirmək istəyirəm.
Mən uzun illər Azərbaycanda neft maşınqayırma sənayesində çalışmışam. Bir neçə ixtiranın və onlarca səmərələşdirici təklifin müəllifiyəm. 1978-ci ildə Azərbaycanda maşınqayırma sənayesinin inkişafındakı xidmətlərinə görə bir qrup mühəndisə respublikanın Dövlət mükafatları verildi. Qaliblərin arasında mən də vardım. Bu böyük mükafata maşınqayırma sənayesində çuqun hissələrinin metal qəlibə tökmə üsulu ilə hazırlanmasında qabaqcıl texnologiyaların tətbiqindəki uğurlara görə layiq görülmüşdüm. 1978-ci ilin 27 aprelində ulu öndər Heydər Əilyev Dövlət mükafatının diplomunu mənə şəxsən təqdim edəndə özümü olduqca xoşbəxt hiss etdim və üstündən 32 il keçməsinə baxmayaraq bu gün də o tarixi anları unuda bilmirəm. Dərin məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, mənə sonralar da Heydər Əliyevlə bir neçə dəfə şəxsən görüşərək, bu dahi siyasətçinin müdrik tövsiyə və tapşırıqlarını dinləmək nəsib olub.
Ümummilli lider Heydər Əilyevin rəhbəriliyi ilə Azərbaycan 1970-ci illərdə və 1980-cı illərin əvvəllərində misli-bərabəri olmayan tarixi inkişaf mərhələsi yaşayıb. O dövr Azərbaycanın həqiqətən tərəqqi və yüksəliş dövrü idi. Ölkə həyatının bütün sahələrində böyük inkişaf gedirdi. Ümummilli liderin o illərdə həyata keçirdiyi böyük işlərin içərisində Bakıya Kür çayından içməli su çəkilməsini də xatırlatmaq istəyirəm. Bakı kimi böyük bir şəhərin içməli su probleminin həllində Heydər Əliyevin danılmaz xidmətlərini heç vaxt unutmaq olmaz.
Azərbaycanın müstəqilliyinin ilk illərində xalqın təkidli tələbi ilə yenidən
siyasi hakimiyyətə
qayıdan Heydər Əliyev ölkəmizin
istiqlalının dönməzliyi, iqtisadiyyatının
davamlı inkişafı üçün
çox böyük
işlər gördü. Xoşbəxtlikdən
bu dahi dövlət
adamının xalqımızın parlaq gələcəyinə
xidmət edən müdrik
siyasəti hazırda
hörmətli dövlət başçımız İlham Əliyev tərəfindən uğurla
davam etdirilir. Mən fəxr
edirəm ki, Azərbaycan
Prezidenti İlham Əliyev mütəqil Azərbaycanı
regionun lider dövlətinə çevirmişdir.
Qafqazda analoqu olmayan Oğuz-Qəbələ-Bakı
su kəməri kimi iri infrastruktur layihəsinin
uğurlu icrası
fikrimcə, buna bariz misaldır.
Səfiyar Həsənli,
müəllim:
- Mən hesab edirəm ki, Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsi Azərbaycan dövlətinin, sevimli Prezidentimiz İlham Əliyevin xalqımıza böyük hədiyyəsidir. Qədirbilən xalqımız bu xeyirxah işin dəyərini lazımınca qiymətləndirir və bu mühüm layihəni böyük müvəffəqqiyyətlə icra edərək başa çatdıranların əməyinə yüksək qiymət verir.
Bəllidir ki, Abşeronun yarımsəhra torpaqlarında yerləşən Bakının içməli su sarıdan tarixən problemi olub. XX əsrin əvvəllərində Bakı milyonçuları başda Hacı Zeynalabdin Tağıyev olmaqla Şollar su kəmərinin tikintisinə nail olublar. Son illərdə sürətlə böyüyən Bakı faktiki olaraq nəhəng bir meqapolisə çevrilməkdədir. Belə böyük bir şəhərin icməli su ilə təchiz edilməsi ölkə əhalisinin su təhlükəsizliyinin təmin olunması baxımından böyük əhəmiyyət daşıyır. Su təkcə həyat mənbəyi deyil, həm də iqtisadi amildir. Ölkənin zavod və fabriklərinin su ilə təchiz olunması istehsalın davamlı olmasını təmin edir. Paytaxtımızda saf suyun olması turizmin inkişafı üçün də az əhəmiyyət daşımır.
Başqa bir mühüm amil Oğuz-Qəbələ-Bakı su kəmərinin ölkədaxili zəngin su mənbələri hesabına təmin olunmasıdır. Yəni bu kəmərin su mənbələrinə başqa dövlətlərin hər hansı bir təsirindən söhbət gedə bilməz. Bir sözlə, hansı cəhətdən yanaşsan, bu layihənin üstünlüyü aşkar olur.
Mən uzun illər partiya-sovet işində çalışmışam, hazırda təqaüddəyəm. Həyatda ən böyük amalım xalqımıza, dövlətçiliyimizə sədaqətlə xidmət etmək olub. Müstəqil Azərbaycanın vətəndaşı olaraq dövlətimizin son dövrlərdə əldə etdiyi uğurları müşahidə etdikcə, qəlbim sevinc və qürur hissləri ilə dolur. Məni sevindirən xalqımızın, dövlətimizin irəli getməsidir. Belə nəhəng infrastruktur layihəsi Azərbaycanın daxili imkanları hesabına ərsəyə gətirilib. Bu, çox böyük işdir. Belə iri infrastruktur layihələrini Azərbaycandan ərazisinin və əhalisinin sayına görə qat-qat böyük olan ölkələr reallaşdıra bilmirlər.
Mən Binə qəsəbəsi ətrafında
aeoroport yolu deyilən yeni yaşayış massivində
yaşayıram. Bu ərazidə
son günlərə qədər içməli
su sarıdan çətinliklər vardı. Yeni kəmərin tikintisindən sonra bizim ərazidə yaşayan ailələrin su ilə bağlı heç
bir problemi olmayacaq. Qafqaz dağlarının suyu çox saf, təmiz və
keyfiyyətli sudur. Bu sudan nəsil-nəsil insanlar
bəhrələnəcəklər, uşaqlarımız, nəvə
və nəticələrimiz sağlam
böyüyəcəklər. Bütün bunlara görə, dövlətimə,
xalqını sonsuz sədaqətlə
sevən müdrik dövlət başçımıza
bir daha dərin minnətdarlığımı bildirir, möhtərəm
Prezidentimizə Azərbaycanın parlaq gələcəyi naminə həyata keçirdiyi
bütün işlərdə
böyük uğurlar
arzulayıram.
Baba Əhmədli, neftçi-alim:
- Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsi ilə bağlı təntənəli mərasimdən bir neçə gün keçsə də, dost-tanış, həmkarlarımla bu barədə tez-tez söhbət açır, fikir və düşüncələrimizi paylaşırıq. Ünsiyyətdə olduğum insanların hər biri bu layihənin xalqımızın sağlamlığı üçün böyük əhəmiyyət daşıdığını dərk edir və bu sahədə əməyi olan hər kəsə minnətdarlıq etməyi özünə borc bilir.
Müstəqil Azərbaycan bu gün tərəqqi yolundadır. Möhtərəm Prezidentimiz İlham Əliyev çalışır ki, millətimiz sağlam olsun, daha da firavan yaşasın, dünya xalqları arasında irəli getsin, adımız hər yerdə yaxşılığa çəkilsin. Mənim nəzərimdə Azərbaycan indi sürətlə irəli gedən lokomotivə bənzəyir. Gənc, enerjili dövlət başçımızın sorağı gah yaxın dövlətlərdən, gah uzaq məmləkətlərdən gəlir. Cənab İlham Əliyev ölkə rayonlarına səfərlər etməyi də unutmur. Dövlət başçıları içərisində heç kəs onun qədər xalqla birbaşa təmasda olmur.
Oğuz-Qəbələ-Bakı su kəməri kimi böyük bir infrastruktur layihəsinin uğurla icra edilməsi onu göstərir ki, bu gün Azərbaycan iqtidarı üçün həlli mümkün olmayan iqtisadi və sosial problemlər yoxdur. Mən qəlbən inanıram ki, yaxın gələcəkdə Azərbaycan dövləti yeni-yeni möhtəşəm layihələrə imza atacaq. Çünki Azərbaycan iqtidarının yeganə məqsədi Azərbaycan xalqına xidmət etməkdir.
Bir məqamı
da xüsusi qeyd etmək istəyirəm.
Bakıya yeni su kəmərinin çəkilişi
xalqımızın 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyiliyi
Gününü böyük
təntənə ilə qeyd
etdiyi bir vaxta təsadüf etdi. Bu tarixi hadisə
Yer üzündə harada yaşamasından asılı olmayaraq bütün soydaşlarımızın böyük
sevincinə səbəb
oldu. Əminəm ki, müstəqil dövlətimiz gücləndikcə
xaricdə yaşayan həmvətənlərimizin
də Azərbaycan həqiqətlərinin
dünyaya çatdırılmasında əzmkarlığı
artacaq. Biz bir yerdə olanda, əlbəttə,
daha güclü və qüvvətli oluruq.
Şəlalə Məmmədova,
evdar qadın:
- Mən həyat yoldaşım və iki övladımla birlikdə Şüvəlan qəsəbəsində yaşayıram. Son illər bizim qəsəbədə o qədər çoxlu abadlıq-quruculuq işləri görülüb ki, adam bilmir, hansından başlasın. Buradakı mədəniyyət evi, məktəb, uşaq bağçası əla təmir olunub, yollar abadlaşdırılıb. Bu işlərin görülməsində Heydər Əilyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı, Milli Məclisin deputatı Mehriban Əliyevanın böyük xidmətləri olubdur. Mehriban xanımın adı, onun bizim qəsəbə sakinləri üçün gördüyü xeyirxah işlər buradakı bütün insanların dilindən bir an düşmür. Hətta körpə uşaqlar da onu özlərinə çox doğma bir insan bilirlər. Qəsəbə sakinlərinin yeganə problemi içməli su problemi idi. Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisini böyük səbirsizliklə gözləyirdik. Ötən ilin son günlərində bu kəmərin tikintisinin başa çatdığı xəbərini eşidəndə çox sevindim.
Bu fakt bir daha göstərir ki, Azərbaycan Prezidenti daim xalqın qayğı və problemləri ilə yaşayır, ölkəmizin tərəqqisi, bütün ailələrin, hər bir vətəndaşın yaxşı yaşaması üçün davamlı işlər görür. Dövlət başçımızın bu günün reallıqlarını nəzərə alan və perspektivə hesablanmış gözəl layihələri var. Bu layihələrin içərisində Oğuz-Qəbələ-Bakı su kəmərinin olduqca böyük yeri var. Bu kəmər Azərbaycan xalqının sağlamlığına, rifahına xidmət edir. İllər, onillər ötəcək, gələcək nəsillər bu kəməri İlham Əliyevin layihəsi adlandıracaqlar.
Xalqımızın su ilə bağlı çox gözəl deyimləri, misalları var. Onlardan birində deyilir ki, ömrün su qədər təmiz olsun. Mən də Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilməsində zəhməti olan hər bir insana su qədər pak və uzun ömür arzulayıram.
Qələmə aldı: Məsaim ABDULLAYEV
Xalq qəzeti.- 2011.- 11 yanvar.- S. 3.