Milli maraqlarımızı təmin edən
xarici siyasət kursu
Azərbaycanın mövqeyini beynəlxalq
səviyyədə daha da
möhkəmləndirir
2010-cu ilin yekunları da bunu təsdiqləyir
Azərbaycanın regionda davamlı
sülh, təhlükəsizlik
və əməkdaşlıq
mühitinin bərqərar
olması istiqamətində
göstərdiyi səylər
2010-cu ildə də uğurlu olmuşdur. Baxmayaraq ki, getdikcə artmaqda olan qlobal problemlər
beynəlxalq münasibətlər
müstəvisində inkişaf
edən hadisələrə
ciddi təsir göstərmiş, lakin Azərbaycan bütün sahələr üzrə öz inkişaf tempini qoruyub saxlamışdır. Milli
maraqlarımızın təmin
edilməsinə yönəlmiş
xarici siyasət kursunun uğurla davam etdirilməsi müstəqil dövlətimizin
dünya miqyasında mövqeyini daha da möhkəmləndirmiş,
nüfuzunu xeyli artırmışdır.
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş
və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla
həyata keçirilən
xarici siyasət strategiyası Azərbaycanın
dünya birliyinə inteqrasiyasını daha da sürətləndirib. Dövlətimizin
başçısı özünün
xarici siyasət xəttində beynəlxalq
aləmdə qəbul
edilmiş norma
və prinsiplərə
uyğun olaraq milli maraqlarımızı
qoruyaraq dövlətlərarası
əlaqələr qurmuş,
ölkəmizin regionda
və bütövlükdə
dünyada müttəfiqlərinin
sayını xeyli artırmışdır. 2010-cu ilin yekunları göstərdi ki, dövlət başçımızın
yüksək diplomatik
fəaliyyəti sayəsində
dünyanın siyasi-iqtisadi
mənzərəsini müəyyən
edən inkişaf etmiş dövlətlərlə
və nüfuzlu beynəlxalq təşkilatlarla
əməkdaşlıq keyfiyyətcə
yeni mərhələyə
qədəm qoymuşdur.
Ötən ilin xarici siyasət kursunun uğurları nəticəsində
Azərbaycan yalnız
regionda gedən proseslərə deyil, eyni zamanda, beynəlxalq
aləmdə cərəyan
edən proseslərə
də təsir göstərmək imkanına
qadir olduğunu təsdiqləyib. Cənubi Qafqaz
regionunda əsas söz sahibi olan Azərbaycanın iştirakı olmadan hər hansı bir layihənin reallaşdırılması qeyri-mümkündür.
Azərbaycan 2010-cu ildə də
sülhsevər xarici siyasətini uğurla davam etdirmiş və bunun da
sayəsində yenə
də dünyanın diqqət mərkəzində
olmuşdur.
Prezident
İlham Əliyev Dünya Azərbaycanlıların
Həmrəylik Günü
və Yeni il münasibətilə
Azərbaycan xalqına
təbrikində də
2010-cu ildə xarici siyasət sahəsindəki
fəaliyyəti uğurlu
hesab edərək demişdir: "Xarici siyasət sahəsində
2010-cu ildə böyük
uğurlara nail olduq. Bizim dostlarımızın, Azərbaycanla
əməkdaşlıq etmək
istəyən ölkələrin
sayı artır.
Biz həm ikitərəfli
müstəvidə, həm
regional formatda, həm
çoxtərəfli formatda
uğurlu xarici siyasət aparırıq.
Beynəlxalq təşkilatlarla bizim əlaqələrimiz
artıq oturuşmuş
əlaqələrdir, qarşılıqlı
hörmət, qarşılıqlı
inam, qarşılıqlı
maraqlar üzərində
qurulmuş münasibətlərdir".
Azərbaycanın diplomatik nümayəndəliklərinin
əhatə dairəsinin
genişlənməsi və
bir sıra dövlətlərin Azərbaycanda
diplomatik korpuslar təşkil etmələri
ölkəmizin xarici siyasət kursunun yüksələn xətt
üzrə inkişafından
xəbər verir. Qeyd etdiyimiz kimi, ötən il
də artmaqda olan qlobal problemlər
Azərbaycanın diplomatik
fəaliyyətinə bir
o qədər də ciddi təsir göstərə bilməmişdir.
Nəzərə alsaq
ki, ötən il ərzində beş xarici dövlətdə Azərbaycanın
səfirlikləri, Rusiyanın
Yekaterinburq və Gürcüstanın Batumi şəhərində
isə baş konsulluğu, həmçinin
Almaniyanın Ştutqart
və ABŞ-ın
Santa Fe şəhərlərində fəxri konsulluğu açılmışdır, ölkəmizin
yeritdiyi xarici siyasət xəttinin nə qədər uğurlu olduğunu açıq şəkildə
görərik. Bununla yanaşı,
bir sıra dövlətlər də səfirliklərin açılması
barədə müvafiq
qərarlar qəbul olunmuşdur.
Onu da qeyd edək ki, hər hansı
bir ölkədə diplomatik korpusların açılması o qədər
də asan deyil. Bundan ötrü ilk növbədə
beynəlxalq aləmdə
nüfuz sahibi olmalı, diplomatik missiyanı yerinə yetirmək üçün
təcrübə qazanmalı
və iqtisadi qüdrətə, gücə
yiyələnmək əsas
şərtlərdəndir. Azərbaycanın son illər iqtisadi
yüksəlişi, dövlət
büdcəsinin ildən-ilə
artması, güclü
valyuta ehtiyatına malik olması dünya miqyasında da qiymətləndirilir.
Nüfuzlu beynəlxalq təşkilatların
apardıqları rəy
sorğularına görə,
Azərbaycan iqtisadiyyatın
sürət tempinə
görə, dünyada
lider dövlətlərdən
biridir. Dünya Bankının qənaətinə
görə isə Azərbaycan ən islahatçı dövlət
hesab olunub. Xarici siyasət kursundakı sülhsevərlik, qonşu
dövlətlərlə isti
münasibətlərin qurulması,
əməkdaşlığa səy göstərilməsi
dövlət başçımızın
qeyd etdiyi kimi, beynəlxalq təşkilatlarla əlaqələrimizi
getdikcə möhkəmləndirmiş,
ölkəmizlə əməkdaşlıq
etmək istəyən
dövlətlərin sayını
artırmışdır. Ötən il Avstriya, Niderland Krallığı, Fələstin
və İndoneziyanın
Azərbaycanda səfirliklərinin
yaradılması, Gəncə
şəhərində Türkiyənin
baş konsulluğunun
fəaliyyətə başlaması
ölkəmizin beynəlxalq
aləmdəki nüfuzunun
getdikcə artmasının
təzahürüdür.
Azərbaycan Prezidentinin xarici dövlətlərə rəsmi
və işgüzar səfərləri 2010-cu ildə
də zəngin olmuşdur. Bu səfərlər
zamanı ikitərəfli
əməkdaşlıq barədə
müxtəlif sənədlərin
imzalanması ölkəmizin
beynəlxalq sahədə
əlaqələrini daha
da genişləndirmişdir.
Xarici dövlətlərin
başçılarının, nümayəndə heyətlərinin
Azərbaycana rəsmi
səfərləri, ölkəmizin
ayrı-ayrı dövlətlərlə
müxtəlif sahələrdə
əməkdaşlıq üzrə
hökumətlərarası komissiyaların iclasları,
habelə yüksək
səviyyəli digər
tədbirlərdə 50-yə yaxın dövlətlə
100-dək ikitərəfli beynəlxalq
sənədin imzalanması
da təsdiqləyir ki, ötən il Azərbaycanın
xarici siyasət sahəsindəki fəaliyyəti
yüksək qiymətə
layiqdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması
məsələsi bütün
illərdə dövlət
başçımızın yeritdiyi siyasətin prioritetini təşkil edib. Ötən il də bu sahədə Azərbaycanın tutduğu
mövqe birmənalı
olmuşdur. Problem yalnız Azərbaycanın
ərazi bütövlüyü
və ölkəmizin
beynəlxalq səviyyədə
tanınmış sərhədləri
çərçivəsində həllini tapmalıdır.
Bu mövqe beynəlxalq
hüquq normaları və prinsipləri, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və münaqişənin nizamlanması
istiqamətində qəbul
edilmiş çoxsaylı
beynəlxalq sənədlərə
əsaslanır. Yola saldığımız
ildə də münaqişənin dinc vasitələrlə nizamlanması
üzrə aparılan
danışıqlar məhz
bu prinsiplərdən irəli gələn detalların razılaşdırılmasına
yönəldilmişdi. Aparılan danışıqlar
prosesində Ermənistan
tərəfinin münaqişənin
nizamlanması istiqamətində
"Praqa prosesi", yəni "mərhələli
həll" variantı
ilə razılaşmaq
məcburiyyətində qalması
Prezident İlham Əliyevin apardığı
uğurlu xarici siyasətin nailiyyətlərindən
biridir. Dövlət başçımızın dəfələrlə
qətiyyətlə "Azərbaycan
torpaqları danışıqların
mövzusu ola
bilməz" - fikrini
səsləndirməsi ölkəmizin
ərazi bütövlüyü
təmin olunmaqla münaqişənin ədalətli
şəkildə həlli
ilə bağlı ümidləri daha da artırıb.
Prezident İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsinin nizama
salınması prosesində
diplomatik hücum taktikasına üstünlük
verməsi Ermənistan
prezidenti Serj Sarkisyanı çıxılmaz
vəziyyətə salıb. Onun bir-birinin
ardınca diplomatik uğursuzluğu Ermənistanda
da ciddi təşviş yaradıb.
İşğalçı ölkədə əhalinin sürətlə
xarici dövlətlərə
köçüb getmələri,
gənclərin hərbi
xidmətdən açıq
şəkildə imtina
etmələri, hakimiyyətin
istefası tələbilə
etiraz aksiyalarının
getdikcə daha geniş vüsət alması Ermənistanın
həm də beynəlxalq aləmdəki
növbəti rüsvayçılığıdır.
Mötəbər beynəlxalq tədbirlərdə
Ermənistan prezidenti Serj Sarkisyanın yalan üzərində köklənmiş çıxışına
heç kimin əhəmiyyət verməməsi
də Azərbaycanın
apardığı uğurlu
diplomatik fəaliyyətin
nəticələri kimi
dəyərləndirilməlidir. Bu fakt ötən ilin dekabrında Qazaxıstanın paytaxtı
Astanada keçirilmiş
ATƏT-in VII sammitində də
özünü büruzə
verdi. Qonşu
dövlətin ərazisinin
20 faizini işğal etmiş, bir milyona yaxın insanı öz doğma ev-eşiklərindən,
ata-baba torpaqlarından
didərgin salaraq qaçqın və məcburi köçkün
vəziyyətinə salmış
bir dövlətin başçısının çıxışında
hansı həqiqət,
hansı reallıq özünü əks etdirə bilərdi? Ona görə də sammitin iştirakçıları
olan dövlətlərin
və beynəlxalq təşkilatların nümayəndələri
təcavüzkar Ermənistan
dövlətinin prezidentinin
çıxışına əhəmiyyət vermədilər.
S.Sarkisyan çıxış edərkən zalda oturanların mürgü vurmaları da bunu təsdiqləyirdi.
Bu da ötən
ilin yaddaqalan hadisələrindən biri
idi.
2010-cu ildə Azərbaycanın
ən böyük diplomatik uğurlarından
biri də Qarabağ ərazisinin
"zəbt olunmuş
zona" kimi təsdiq edilməsi oldu. ATƏT-in VII sammiti çərçivəsində qəbul edilmiş Astana Bəyannaməsi Dağlıq
Qarabağ haqqında qəbul edilmiş sənədlərin təsdiqini
tapdı. Bununla da
Ermənistan öz işğalçılıq siyasətini
ört-basdır edə
bilmədi.
Azərbaycanın xarici siyasətinin uğurları digər dövlətlərlə yanaşı, Rusiya və İranla münasibətlərində də xeyli irəliləyişin olmasında da özünü büruzə verdi. Rusiya ilə bağlanan qaz və digər iqtisadi müqavilələr buna əyani sübutdur. Ermənistan prezidenti artıq dərk etdi ki, Rusiya bu ölkəyə görə Azərbaycanla münasibətlərinə heç vaxt xələl gətirməyəcək. Çünki Azərbaycan Rusiya üçün çox əlverişli və zəruri strateji tərəfdaşdır. 2010-cu ildə Azərbaycan-İran münasibətlərində daha çox yaxınlaşma müşahidə olunmuşdur.
Xarici siyasət və diplomatiya hər bir dövlətin beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsinə, ümumi problemlərin həllinə yönəlir. Dövlətçiliyin, müstəqilliyin, milli təhlükəsizliyin qorunması xarici siyasətdə mühüm istiqamətlər kimi nəzərdən keçirilir. Azərbaycanın dövlət başçısının 2010-cu ildə həyata keçirdiyi xarici siyasət məhz bu əsaslar üzərində qurulmuşdur. Müstəqil xarici siyasət yeridən Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri daha da möhkəmlənmişdir. Məhz bu diplomatik reallıqlar fonunda ölkəmizin Avropaya və dünya birliyinə inteqrasiyası xeyli sürətlənmişdir. Dövlət başçımızın məntiqli xarici siyasəti, uğurlu diplomatik fəaliyyəti deməyə əsas verir ki, Azərbaycan növbəti illərdə də hərtərəfli inkişaf tempini saxlayacaq, ölkəmizin həm regional, həm də qlobal səviyyədə mövqelərinin möhkəmlənməsi davam etdiriləcək.
Əliqismət
BƏDƏLOV
Xalq qəzeti.- 2011.- 11 yanvar.- S. 2.