Azərbaycanda radikal dindarların və onların havadarlarının
bəd niyyətləri
baş tutmayacaq
Milli-mənəvi dəyərlərə
daim sadiq olan, tolerantlığı
ilə tanınan xalqımız və qüdrətli Azərbaycan
dövləti buna imkan verməyəcək
Azərbaycanda vətəndaş birliyi, vətəndaş həmrəyliyi
vardır. Azərbaycanda
dini, milli məsələlərin həllində
çox böyük uğurlar vardır. Bu, bizim böyük
sərvətimizdir, böyük
nailiyyətimizdir. Biz bunu yüksək qiymətləndiririk.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Son illərdə
ölkəmizdə gedən
sürətli iqtisadi-sosial
yüksəliş bütün
dünyanın diqqətini
cəlb edir. Qlobal
maliyyə böhranın
fəsadlarının hələ
tam aradan qalxmadığı bəzi
ölkələrdə əhalinin
yaşayış səviyyəsi
sürətlə aşağı
düşdüyü halda,
Azərbaycanda, əksinə,
güzəran yüksəlir,
yoxsulluğun səviyyəsi
durmadan azalır, insanların sosial vəziyyəti hər gün daha da yaxşılaşır.
Ölkəmizdə sabitliyin
və tolerantlığın
olması da dünya ölkələrinin
diqqətindən yayınmır.
Həqiqətən də,
bu gün Azərbaycanda bir çox ölkələrdə
mövcud olmayan siyasi sabitlik mövcuddur.
Tolerantlığa gəlincə, ictimai-siyasi
quruluşundan asılı
olmayaraq bütün dövrlərdə Azərbaycanda
dini və milli dözümlülük
çox yüksək
səviyyədə olmuşdur.
Bu, Azərbaycan xalqının sahib olduğu yüksək mədəni dəyərlərdən
irəli gəlir. Eyni zamanda, bu
gün ölkəmizdə
yaranmış normal vəziyyət müstəqil
dövlətin həyata
keçirdiyi məqsədyönlü
siyasətin və Azərbaycanda fəaliyyət
göstərən dini
qurumların faydalı
işinin nəticəsidir.
Ölkəmiz İslam dünyasının
bir parçasıdır
və öz milli, dini ənənələrinə
sadiqdir. Azərbaycan İslam Konfransı Təşkilatına üzv
olmaqla yanaşı, bəzi Avropa təşkilatlarının da
üzvüdür. Qərb və
Şərqin qovuşduğu
məkanda açar rolunu oynayan Azərbaycanda mövcud olan nadir imkanlar
müstəqillik dövründə
də inkişaf etdirilib. Ölkəmizin Konistitusiyasında və dövlət siyasətini müəyyənləşdirən digər qanunlarda bütün insan azadlıqları, o cümlədən vicdan
və din azadlığı da yüksək səviyyədə
qorunur. Müxtəlif
millətlərə və
dinlərə mənsub
olan yüzlərlə
Azərbaycan vətəndaşı
bunu gündəlik həyatında hiss edir, praktiki işlərlə, konkret proqramlarla yaradılan şəraitdən bəhrələnir.
Milli və dini mənsubiyyətindən
asılı olmayaraq hər bir ölkə
vətəndaşı ictimai-siyasi
və iqtisadi həyatda fəal iştirak edir. Bu gün Azərbaycanda
həm məscidlər,
həm provaslav və katolik kilsələri, həm də sinoqoqlar tikilir, təmir olunur. Yüzlərlə tarixi, dini abidə
bərpa edilir. Ölkəmizdə gedən
sürətli iqtisadi inkişaf, quruculuq-abadlıq
işləri milli azlıqların yaşadığı
bölgələrdə də
bərabər səviyyədə
hiss olunur. Bu yolla çoxmillətli
ölkə olan Azərbaycanın təkcə
sosial-iqtisadi sahədə
deyil, başqa sferalarda da inkişafı
təmin olunur.
2009-cu
ildə Bakı şəhəri İslam mədəniyyətinin paytaxtı
elan edilmişdi. Bu, bizim üçün
böyük şərəfdir.
Bir sıra dünya siyasətçiləri, həmçinin
benyəlxalq təşkilatlar
da Azərbaycanın Şərq və Qərb arasında körpü rolunu oynadığını vurğulayıblar.
Ölkəmizdə Avropa
dəyərləri də,
islami dəyərlər
də qorunur, yaşadılır. Bu
mənada bir çox ekspertlər də belə hesab edir ki,
gələcəkdə Bakı
Avropa mədəniyyətinin
paytaxtı da elan edilə bilər. Təvazökarlıqdan uzaq olsa da, etiraf edək
ki, ölkəmizin yerləşdiyi coğrafi
məkan, dövlət
səviyyəsində həyata
keçirilən uğurlu
siyasət, həmçinin
xalqımızın tarixi
keçmişi, sahib olduğu milli-mənəvi
dəyərlər buna
imkan verir. Çünki heç vaxt Azərbaycanda
dini zəmində heç bir münaqişə və qarşıdurma olmamışdır.
Əminik ki, bundan belə də olmayacaqdır. Azərbaycanda bütün
xalqlar, bütün dinlərin nümayəndələri
bir ailə kimi yaşayırlar, ölkəmizin inkişafı
üçün fəal
çalışırlar.
Təəssüf
ki, Azərbaycanda hələ də bəzi daxili qüvvələr ölkəmizin
inkişafı üçün
yox, xaosun, anarxiyanın yenidən meydana çıxması üçün səy göstərirlər . Onlar
hər vasitəyə
əl atsalar da buna nail
ola bilmədiklərini
gördükləri üçün
bu dəfə dini öz çirkin siyasətlərinə
alət etməyə çalışırlar. Yaradılmış demokratik şəraitdən
sui-istifadə edən
bir sıra yerli radikal dindarlar
xarici dairələrin
dəstəyi və təhriki ilə dini sabitliyi pozmaq, ölkəni dinlərarası ziddiyyətlər
meydanına çevirmək
istəyir, Azərbaycanı
sivil, demokratik inkişaf yolundan döndərmək məqsədilə
əməli tədbirlər
həyata keçirməyə
cəhd göstərirlər.
Belələri tərəfdar toplamaq və dünyagörüşü
tam formalaşmamış
gəncləri öz tərəfinə çəkmək
üçün özünü
din təəssübkeşi
kimi ictimaiyyətə
təqdim edir, radikal çıxışlar
edirlər. Bu yolla bəzi xarici dövlətlər tərəfindən ölkəmizdə qarşıdurma yaradılması
niyyətindən xəbərsiz
olan sıravi vətəndaşlardan da istifadə edir, insanları daim onların təhlükəsizliyini
düşünən müstəqil
Azərbaycan dövlətinə
qarşı çıxmağa
səsləyirlər. Elə bu yaxınlarda
hicab məsələsi
ilə bağlı bəzi radikal dindarların etirazı da xarici dairələr
tərəfindən təşkil
olunmuş, maliyyələşdirilmiş
və dəstəklənmişdir.
Bir çox mənbələrdən əldə
olunan məlumatlar da təsdiq edir ki, həmin
qruplar məhz xarici qüvvələr tərəfindən idarə
olunur və onların əsas məqsədi ölkəmizdəki
ictimai-siyasi sabitliyi pozmaqdır. Respublika Prokurorluğu və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinin yaydığı
məlumatlar da belə deməyə əsas verir.
Həmin
məlumatda deyilir ki, rəsmi dövlət qeydiyyatı olmayan Azərbaycan İslam Partiyasının
sədri Mövsum Səmədovun, Quba rayonunda yaşayan əmisi oğlu Dəyanət Səmədova
iğtişaşlar törətmək,
ictimai təhlükəsizliyi
pozmaq, insanları cihada təhrik etmək barədə tapşırıqlar verməsi
ilə bağlı Baş Mütəşəkkil
Cinayətkarlıqla Mübarizə
İdarəsi tərəfindən
əməliyyat-axtarış tədbirləri keçirilmişdir.
Dəyanət Səmədovun işlədiyi
elektrik malları mağazasına baxış
zamanı oradakı seyfin altından 3 əl qumbarası, habelə yaşadığı
evdən 7 avtomat patronu və içərisində dini radikalizmi təbliğ edən məlumatların olduğu elektron daşıyıcılar aşkarlanıb
götürülmüşdür. Dəyanət və Mərdan
Səmədovlar şübhəli
şəxs qismində
saxlanılmış, faktla
əlaqədar Cinayət
Məcəlləsinin 228-ci (qanunsuz olaraq odlu silah, döyüş
sursatı əldə
etmə və saxlama) maddəsi ilə cinayət işi açılmış
və istintaqa başlanmışdır.
Respublika Prokurorluğu və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinin yaydığı
məlumatlarda o da bildirilir ki,
yanvarın 11-də Dəyanət
Səmədovun və
onun qaynı Firdovsi Məmmədrzayevin
Quba şəhərində
yaşadıqları ünvanlarda
axtarış keçirilmişdir.
Dəyanət Səmədovun yaşadığı
mənzildə və həyətindəki yardımçı
tikililərdə 2 ədəd
"Kalaşnikov" avtomatı,
60 ədəd avtomat patronu, 20 ədəd
"F-1" əl qumbarası
və onlar üçün alışdırıcılar,
avtomat silah üçün 4 ədəd
daraq tapılmışdır.
Firdovsi Məmmədrzayevin
evindən və həyətindəki istixanadan
isə 10 ədəd
"F-1"əl qumbarası
və onlar üçün alışdırıcılar,
40 ədəd avtomat patronu və avtomat silah üçün
1 ədəd daraq aşkar edilib götürülmüşdür.
İndi sual olunur: adıçəkilən
şəxslər və
onların azsaylı tərəfdarları gələcəkdə
bu silahlardan kimlərə qarşı
istifadə edəcəkdilər?
Təbii ki, öz həmvətənlərinə
və din qardaşlarına qarşı.
Humanist dinimiz bizlərə bunumu tövsiyə edir? Əlbəttə yox. İslam dini hətta başqa dinə sahib olan insanlarla da mehriban şəraitdə
yaşamağı tövsiyə
edir. Buradan da görünür ki, həmin şəxslər heç
də din uğrunda yox, hansısa çirkin, gizli məqsədlər naminə qeyri-qanuni mübarizə yolunu seçiblər. Məqsəd
isə məlumdur: respublikamızda ictimai-siyasi
sabitliyi pozmaq üçün terror aktları həyata keçirmək, qarşıdurma
yaratmaq.
Ancaq Mövsüm Səmədov
və onun kimilərin arxasında dayanan xarici havadarları unudurlar ki, bu gün
ulu öndər Heydər Əliyev siyasi kursunun uğurla
davam etdirilməsi nəticəsində möhkəmlənən,
güclənən qüdrətli
Azərbaycan dövləti
hər cür daxili və xarici təhlükələrin
qarşısını almaq
iqtidarındadır. Azərbaycan
xalqı isə kimin-kim olduğunu çox yaxşı bilir. Milli-mənəvi dəyərlərə daim
sadiq olan, tolerantlığı ilə
tanınan Azərbaycan
xalqı heç vaxt radikal dindarların
və onların xarici havadarlarının bəd niyyətlərinin baş tutmasına imkan verməyəcək.
Rauf ƏLİYEV
Xalq qəzeti.- 2011.- 14 yanvar.- S. 4