Unudulmayan tarix-20 Yanvar
Dünən Xətai
Rayon İcra Hakimiyyətinin binasında Azərbaycanın
azadlıq və müstəqillik mübarizəsi tarixinə qəhrəmanlıq
səhifəsi kimi yazılmış
20 Yanvar faciəsinin
21-ci ildönümünə həsr olunmuş
toplantı keçirildi.
Rayon
icra hakimiyyətinin başçısı Razim Məmmədov
toplantıda çıxış edərək bildirdi ki, 20
Yanvar hadisələri hər şeydən əvvəl, Azərbaycan
xalqının milli oyanışından, azadlıq və
müstəqillik mücadiləsindən xəbər verən
tarixi bir gerçəklik idi. On minlərlə insanın rejimin
ədalətsiz və riyakar münasibətinə etiraz əlaməti
olaraq küçələrə çıxması, haqq səsini
ucaltması imperiya ağalarının canına qorxu
salmışdı. Məhz buna görə, respublikanın o
zamankı hakimiyyətinin səriştəsizliyindən istifadə
edən mərkəzi hakimiyyət 1990-cı il yanvarın
19-dan 20-ə keçən gecə Sovet Ordusunun Bakıda yerləşdirilmiş
qüvvələri ilə kifayətlənməyərək,
şəhərə əlavə qüvvələr cəlb
etmiş və Azərbaycana sözün əsl mənasında
hərbi müdaxilə etmişdir. Əliyalın xalqa
tanklardan və zirehli hərbi maşınlardan, avtomat və
pulemyotlardan atəş açılmış, günahsız
insanlar gülləbaran edilmiş, dinc əhali
amansızcasına qətliam edilmişdir.
Natiq
bildirdi ki, Azərbaycana bu hərbi müdaxilənin əsas zərbəsi
milli azadlıq hərəkatını boğmaq,
xalqımızı yenidən əsarət altında
saxlamağa yönəlmişdi. Bu qanlı cinayətin
miqyası o qədər böyük idi ki, Qorbaçov hakimiyyəti
heç cür onun izlərini itirmək isətəyinə
nail ola bilmədi. Faciədən dərhal sonra
xalqımızın dahi oğlu, ümummilli lider Heydər Əliyev
DTK-nın təzyiq və hədələrinə baxmayaraq,
imperiyanın baş şəhərində Azərbaycan
nümayəndəliyinə toplaşmış dünya
ölkələrinin mətbuat orqanlarının nümayəndələri
qarşısında kəskin bəyanatla
çıxış edərək bu təcavuz aktını qətiyyətlə
pisləmiş və buna siyasi-hüquqi qiymət verilməsini
istəmişdi.
20
Yanvar sözün əsl mənasında Azərbaycan
xalqına qarşı Qırmızı Ordunun törətdiyi
qətliam idi. Bu hərbi müdaxilə zamanı 147 nəfər
şəhid olmuş, 744 nəfər yaralanmış, 841 nəfər
qanunsuz həbs edilmişdi.
R.Məmmədov
daha sonra bildirdi ki, bu qanlı faciə uzun müddət, hətta
Azərbaycanın özündə belə öz
siyasi-hüquqi qiymətini almamış və onu həyata
keçirən insanlar cəzalandırılmışlar. Yalnız,
ümummilli lider Heydər Əliyev yenidən hakimiyyətə
qayıtdıqdan sonra, bu məsələ ali qanunvericilik
orqanının müzakirəsinə çıxarılmış
və bilavasitə ulu öndərin təşəbbüsü
ilə ona hüquqi siyasi qiymət verilmişdir. 1994-cü il
martın 29-da Milli Məclisin iclasında qəbul edilmiş qərarda
Azərbaycan dövlətinin rəsmi mövqeyi
açıqlanmış, 20 Yanvar hadisələri həm
ümummxalq faciəsi, həm də milli azadlıq hərəkatının
zirvəsi kimi xarakterizə edilmişdir.
Natiq
daha sonra, dövlətin 20 Yanvar faciəsinin
qurbanlarının xatirəsinin əbədiləşdirilməsi,
20 Yanvar əlillərinin və şəhid ailələrinin
sosial müdafiəsi və digər istiqamətdə göstərdiyi
diqqət və qayğıdan da ətraflı
danışdı və bildirdi ki, Prezident cənab İlham Əliyev
də bu insanları daim diqqətdə saxlayır.
Dövlətin
və o cümlədən Xətai Rayon İcra Hakimiyyətinin
göstərdiyi diqqət və qayğıdan isə bu rayonun
27 şəhid və əlil ailəsi adından, onları birləşdirən
"20 Yanvar" Cəmiyyətinin sədri Şakir Azadəliyev
danışdı. O bildirdi ki, xalqımızın
yaddaşında ədəbiləşən bu faciə əsl
qiymətini heç şübhəsiz ulu öndərimiz Heydər
Əliyevin gərgin əməyi və səyi nəticəsində
almışdır. Məhz bu dahinin siyasi fəallığı
və yüksək dövlət idarəçiliyi sayəsində
biz əlillər və 20 Yanvar şəhidləri layiq
olduğumuz qiyməti aldıq və bu gün də hamı tərəfindən
diqqət və qayğı görürük.
Sonda
şəhid ailələrinə və əlillərə rayon
icra hakimiyyətinin pul və ərzaq yardımları təqdim
olundu.
İlqar RÜSTƏMOV,
Rafiq SALMANOV
Xalq qəzeti.- 2011.- 19 yanvar.- S. 7.