Bakı Avrasiya Universitetində
20 Yanvar hadisələrinə
həsr olunmuş tədbir
20 Yanvar hadisələrinə həsr
olunmuş "Qanlı tarix və susan dünya ictimaiyyəti"
adlı tədbiri universitetin rektoru professor. Nazim Hüseynli
açıq elan etdikdən sonra qonaqları salamlamış və
şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla
yad edilmişdir.
Daha
sonra universitetin Elm və xarici əlaqələr üzrə
prorektoru professor Firuz Mustafayevə xalqımızın
qanlı səhifələrindən biri olan 20 Yanvar və onun
dəhşətləri haqqında
danışmışdır.
Tədbirdə
Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni, professor Vaqif
Arzumanlı, Beynəlxalq Diaspora Mərkəzinin sədri
İsmayıl Ağayev və başqaları
çıxış edərək ermənilərin təhriki
ilə Sovet ordusunun hücumu və onun faciəvi nəticələrindən
danışmışlar. Tədbirdə habelə qanlı
olayların canlı şahidləri tədbir
iştirakçıları ilə xatirələrini
bölüşmüşlər.
Tədbirdə
respublkamızın tanınmış elm və mədəniyyət
xadimləri, universitetin müəllim və tələbə
heyəti, eləcə də yerli icra strukturlarının məsul
işçiləri iştirak etmişlər. Tədbirin
sonunda 20 Yanvar hadisələrinə həsr olunmuş sənədli
film nümayiş etdirilmişdir.
Məsaim ABDULLAYEV
Xalq qəzeti.- 2011.- 19 yanvar.- S. 7.