Ukraynada 20 Yanvar şəhidlərinin
xatirəsi "Ülviləşən Mübariz
" devizi altında yad
edilib
Ukrayna
Azərbaycanlı Gənclər Birliyi, Ukrayna Parlamenti
yanında Ümumukrayna Gənclər Assambleyasının təşkilatçılığı
və Azərbaycan səfirliyinin dəstəyi ilə Kiyev
şəhərindəki 20 Yanvar şəhidlərinin xatirəsi
"Ülviləşən Mübariz " devizi altında yad
edilib. Ukraynalı və azərbaycanlı gənclər 20
yaşında Azərbaycan gəncliyinin ilk şəhid rəmzinə
çevrilən Ülvi Bünyadzadə ilə 22
yaşında Azərbaycanın Milli Qəhrəmanı zirvəsinə
ucalmış Mübariz İbrahimovun timsalında
torpaqlarımızın bütövlüyü uğrunda
canlarını fəda etmiş Vətən mücahidlərinin
ürəklərə yol açan ülviləşən
mübarizə tarixindən bəhs ediblər. Azərbaycan səfirliyinin,
mili diasporumuzun, o cümlədən bir sıra Ukrayna gənclər
təşkilatları və media nümayəndələrinin
qatıldığı mərasimi Ukrayna Azərbaycanlı Gənclər
Birliynin sədri Anar Tahirov açaraq, Azərbaycanın
dövlət müstəqilliyi və ərazi
bütövlüyü uğrunda şəhid olan qəhrəman
oğul və qızlarımızın keçdiyi mübarizə
tarixindən danışıb. Qeyd olunub ki, anım mərasiminin
Ülviləşən Mübariz devizi altında keçirilməsində
əsas məqsəd 1990-cı ilin 20 Yanvar gecəsində sinəsini
dövlət müstəqilliyimizə tuşlanmış
gülləyə sipər edərək şəhid olan 20
yaşlı şair Ülvi Bünyadzadə ilə bu faciədən
düz 20 il sonra Vətənimizin bütövlüyü naminə
düşmənə sarsıdıcı zərbə vuraraq qəhrəmanlıq
zirvəsinə ucalmış Mübariz İbrahimovun indiki gənc
nəslə örnək qoyub getdikləri ülviləşən
mübarizə yolunu davam etdirməkdən ibarətdir. Mərasimdə
Azərbaycan səfirliyinin müşaviri Yeganə Qafqazlı,
Ukrayna Parlamenti yanında Gənclər Assambleyasının sədr
müavini Lesiya Xlopets çıxış edərək, Vətən
naminə canlarını fəda edənlərin xatirəsinin
heç zaman unudulmayacağını bildiriblər. Sonra Azərbaycan
və Ukrayna dövlət televiziyalarının birgə layihəsi
əsasında çəkilmiş "Qanlı 20 Yanvar faciəsi"
filminə baxmaqla, 21 il bundan öncə keçmiş SSRİ
rəhbərliyinin Azərbaycan xalqına qarşı həyata
keçirdikləri vəhşiliklərlə tanış
olublar. Tədbirdə çıxış edən filmin
ssenari müəllifi Georgi Spasakukottsiy böyük qəhrəmanlıq
ənənəsinə malik olan Azərbaycan xalqının
mütləq öz ərazi bütövlüyünü bərpa
edəcəyini bildirib. Tədbirdə Ukrayna Azərbaycanlı
Gənclər Birliyinin qərarı ilə şəhid
Ülvi Bünyadzadənin ölümündən dörd ay
öncə yazdığı "Vətən And"ı
birliyə üzv olmaq istəyənlərin andı kimi qəbul
olunub. Milli Qəhrəman Mübariz İbrahimovun Ukraynada xatirəsinin
əbədiləşdirilməsi üçün Vətənimiz
və dövlətimiz naminə nümunəvi tədbirlər
həyata keçirməklə xalqımızın adına
şərəf gətirən gənclərə
"Mübariz Gənc" fəxri diplomunun veriləcəyi
bildirilib.
A.ÜLVİ
Xalq qəzeti.- 2011.- 22 yanvar.- S. 7.