Prezident İlham Əliyev: Azərbaycan ilə Latviya arasında siyasi, iqtisadi və mədəni əməkdaşlığın böyük perspektivləri var

 

Azərbaycan Prezidenti İlham Əliyevin Latviya Respublikasına rəsmi səfəri çərçivəsində keçirilən görüşlər Bakı ilə Riqa arasında əlaqələrin bundan sonra daha da inkişaf edəcəyinə əminlik yaratmışdır. Görüşlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir bildirilmiş, eyni zamanda, ölkələrimiz arasında iqtisadi, enerji, informasiya-kommunikasiya texnologiyaları, qarşılıqlı sərmayələrin qoyuluşu, humanitar, təhsil sahələrində əlaqələr müzakirə olunmuş, ikitərəfli münasibətlərin Avropa İttifaqı çərçivəsində inkişafının əhəmiyyəti vurğulanmışdır.

 

Azərbaycan Prezidenti İlham Əliyev görüşlərində Latviya şirkətlərinin ölkəmizin iqtisadiyyatına investisiya qoymasının xüsusi önəm daşıdığını diqqətə çatdırmışdır. Dövlət başçımız jurnalistin sualına cavabında demişdir:

"Ümid edirəm ki, bu investisiyalar Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsində mühüm rol oynayacaqdır. Biz bu gün Azərbaycanda iqtisadiyyatın bütün istiqamətlərinə böyük əhəmiyyət veririk. Biz elə etməliyik ki, iqtisadiyyatımızın neft-qaz sektorundan asılılığı minimum səviyyəyə endirilsinbuna artıq nail oluruq. İqtisadiyyatımızın şaxələndirilməsi üçün investisiyaların cəlb olunması bizim üçün çox vacibdir.

Qeyd etməliyəm ki, təkcə 2010-cu ildə Azərbaycan iqtisadiyyatına 15,5 milyard dollar sərmayə qoyulmuşdur. Onun 9,3 milyardı daxili sərmayədir, qalanı isə xarici investisiyalardır. Bizdə çox gözəl investisiya mühiti yaradılıbdır. Xarici şirkətlərin sərmayəsi lazımi səviyyədə qorunur. Azərbaycan şirkətləri artıq xarici bazarlara sərmayə qoyuluşuna başlamışlar. Bu sərmayələr artıq bir neçə milyard dolları ötüb keçib və əlbəttə ki, bizə dost ölkə olan Latviyada investisiya imkanlarını araşdırmaq bizim üçün çox maraqlı ola bilər..."

Prezident İlham Əliyevin ölkəmizin Avropa üçün enerji təchizatçısı kimi fəaliyyəti barədə fikirləri də diqqətlə dinlənilmişdir. Dövlət başçımız demişdir ki, hazırda Azərbaycan neft və qazını müxtəlif istiqamətlərdə nəql edən üç neftdörd qaz boru kəmərinə malikdir. Hasilat həcminə gəldikdə, ötən il Azərbaycanda 50 milyon tondan artıq neft və təxminən 30 milyard kubmetr qaz hasil edilmişdir. Bu həcmin əksər hissəsi ixrac edilmişdir. Bu gün biz qonşularımızı təbii qazla təchiz edirik. Bizim Türkiyə, Gürcüstan, Rusiyaİranla müqavilələrimiz vardır. Biz hasilat və imkanlarımızı, əlbəttə ki, ixrac qabiliyyətimizi artırmaq istəyirik. Buna görə, biz hər iki istiqamətdə çalışmalıyıq. Birincisi, artıq işlədiyimiz bazarlara qaz təchizatını artırmaq, ikincisi isə, yeni bazarları tapmaq nəzərdə tutulur. Bu halda, biz Avropa ölkələrinin və Avropa İttifaqının olduqca ciddi yanaşmasını görürük. Həmin ciddi yanaşma öncə qeyd etdiyim kimi, Bakıda bir neçə gün əvvəl sədr Barrozunun və mənim imzaladığımız Birgə Bəyannamədə öz əksini tapmışdır.

Bizim nəhəng qaz ehtiyatlarımız vardır. Onların həcmi trilyonlarla kubmetrlə ölçülür. Biz artıq müasirolduqca effektiv şaxələndirilmiş infrastruktura - qaz boru kəmərlərinə malikik. Avropada isə daha çox qaza ehtiyacı olan böyük bazarımız vardır. Bizim üçün söhbət kimdənsə yanya kənar keçməkdən getmir. Öz enerji strategiyamızda biz heç vaxt heç kimə qarşı çıxış etməmişik. Bizim üçün ən vacibi odur ki, qaz potensialımızı tam şəkildə həyata keçirək. Qaz hasilatımız ən azı iki dəfə artırıla bilər. Buna görə, əlbəttə ki, bizə bazarlar lazımdır. Qazımıza ehtiyac duyan bazarlar, rəqabətcil, açıq, qanunvericiliklə tənzimlənən və uzunmüddətli bazarlar lazımdır. Bu baxımdan, hesab edirəm ki, Avropa istehlakçılarının və Azərbaycanın maraqları üst-üstə düşür. Hazırda isə, istehlakçılar, hasilatçılar və əlbəttə ki, tranzit ölkələrin maraqlarını təmin etmək üçün uzunmüddətli perspektivdə birgə işləmək üzərində düşünmək vaxtı yetişib.

Səfər çərçivəsində keçirilən görüşlərdə xatırladılmışdır ki, iqtisadi əməkdaşlıq Latviya və Azərbaycan arasındakı ikitərəfli əlaqələrdə ən mühüm amillərdən biridir. Ötən bir neçə il ərzində, bu əlaqələrdə müsbət inkişaf dinamikası nəzərə çarpır. Misal üçün, 2009-cu ilin eyni dövrü ilə müqayisədə, 2010-cu ilin ilk üç rübündə Azərbaycan və Latviya arasında olan ticarət dövriyyəsi 10 faiz artmışdır. Son 5 il ərzində isə bu ölkələr arasında ticarət dövriyyəsi 81 faizədək artmışdır. Bu, böyük nailiyyətdir. Lakin, eyni zamanda, o da aydın görünür ki, bu sahənin daha da inkişaf etdirilməsi üçün böyük potensial vardır.

İqtisadi əməkdaşlıq baxımından Latviya və Azərbaycan arasında elə xüsusi sahələr var ki, onlar çox vədedicidir. Bunların arasında Latviyanın yüksək səviyyədə inkişaf etmiş kimya, əczaçılıq və informasiya texnologiyaları, həmçinin ərzaq sənayesi və maliyyə sektorları vardır. Eyni zamanda, tikinti, metal emalı, enerji, elektronika, nəqliyyat və logistika, o cümlədən təhsil sahələrində böyük biznes əlaqələrinin qurulması üçün geniş imkanlar mövcuddur.

Görüşlərdə bildirilmişdir ki, hər iki ölkənin adamları arasında əməkdaşlıq üçün olduqca perspektivli sahələrdən biri bank və sığorta sektorunun kompyuterləşdirilməsidir. Latviya bu baxımdan təqdim oluna biləcək həll variantlarını inkişaf etdirib.

Baltik dənizi regionu yüksək texnologiyalar, innovasiyalarelm baxımından Avropa İttifaqında ən inkişaf etmiş regionlardan biridir. Riqa iqtisadiyyatın inkişafını əks etdirən əsas şəhərlər sırasındadır. Bu ölkənin coğrafi üstünlükləri, eləcə də Baltik dəniz regionunda artan iqtisadi potensial cəlbedici sərmayə mühitinin olmasını nümayiş etdirir.

Sürətli tənəzzüldən sonra Latviyanın iqtisadiyyatı son il ərzində iqtisadi inkişafbiznes mühiti baxımından bir sıra göstəricilərini yaxşılaşdırmışdır. Belə ki, ən yüksək artım ixrac sektorunda müşahidə olunur. Bu sahədəki göstəricilər bir neçə rüb ərzində yüksələn xətlə artmışdır. Bu, onu göstərir ki, şirkətlər və sənaye məhsuldarlıqda gözəçarpan artımı təmin etmək məqsədi ilə yenidən strukturlaşma işləri aparmışlar.

Dünya Bankının "Doing Business" hesabatındakı reytinqdə Latviya biznes inkişafı baxımından ən uğurlu ölkələr sırasında olaraq 24-cü yeri tutur. Son il ərzində bu ölkə üç pillə qalxıb. Latviya bütün Avropa İttifaqında ən aşağı korporativ vergiləri təmin edən ölkələr sırasında olmasından qürur hissi duyur. Korporativ gəlir vergisinin səviyyəsi 10 faizdən aşağıdır. Bütün bunlar onu göstərir ki, Latviyada xarici sərmayələr və istehsalatın inkişafı üçün münbit şərait vardır.

Bütün bunlar barədə Azərbaycan-Latviya biznes forumunda ətraflı danışılmış, eyni zamanda ölkəmizin son illər əldə etdiyi uğurlara da toxunulmuşdur. Azərbaycan Prezidenti forumdakı çıxışında demişdir:

"Azərbaycan iqtisadi cəhətdən sürətlə inkişaf edən ölkədir. Son illər ərzində iqtisadiyyatımız dünyada ən yüksək templərlə inkişaf etmişdir. Son 7 ildə Azərbaycanda ümumi daxili məhsul təxminən 3 dəfə artmışdır, yoxsulluq 4-5 dəfə azalmışdır, ölkəmizdə 900 mindən artıq yeni yeri açılmışdır, ölkə iqtisadiyyatına çox güclü təkan verilmişdir, Azərbaycana investisiyalar cəlb olunur. Təkcə keçən il ölkəmizə 15,5 milyard dollar sərmayə qoyulmuşdur. Onun böyük hissəsi artıq daxili sərmayələrdir. Azərbaycan şirkətləri və Azərbaycan dövləti tərəfindən 9 milyard dollardan çox vəsait qoyulmuşdur.

Ölkəmizdə çox əlverişli investisiya mühiti vardır. Adambaşına düşən birbaşa xarici sərmayələrin həcminə görə Azərbaycan MDB məkanında birinci yerdədir. Dünya İqtisadi Forumunun hesablamalarına görə, rəqabət qabiliyyətliliyinə görə yenə də Azərbaycan MDB məkanında birinci yerdədir. Yəni biz çalışırıq ki, iqtisadi islahatlarımız ölkəmizin hərtərəfli inkişafına xidmət etsin.

Bu gün biz iqtisadiyyatımızın şaxələndirilməsini təmin etmək üçün çox böyük səylər qoyuruqbu səylər özünü göstərir. Energetika, neft-qaz sənayesi iqtisadiyyatımızın əsas sektorudur. Baxmayaraq ki, 2009-cu ildə dünyada neftin qiyməti demək olar ki, 4-5 dəfə aşağı düşmüşdür, Azərbaycan iqtisadiyyatı 9,3 faiz artmışdır. Bu artımın əsas səbəbi əvvəlki illərdə aparılan islahatlardır və qeyri-neft sektoruna, infrastruktur layihələrinə qoyulmuş vəsaitdir. Keçən il Azərbaycanda yenə də iqtisadi inkişaf müşahidə olunmuşdur, iqtisadiyyatımız 5 faiz artmışdır. Əminəm ki, bu gözəl meyillər növbəti illərdə daha da güclənəcəkdir".

Azərbaycan Prezidenti İlham Əliyev latviyalı adamlarına müraciətlə demişdir ki, biz ölkəmizdə geniş modernləşdirmə siyasəti aparırıq. Bu siyasət bizə imkan verəcək ki, enerji resurslarından daha da az asılı olaq. Bizim əsas məqsədimiz güclü, dayanıqlı, uzunmüddətli iqtisadi inkişafı təmin etmək, insanların rifah halını yaxşılaşdırmaq, Azərbaycanda sosial məsələlərin həlli üçün bütün lazımi tədbirləri görməkdir. Bu məqsədlə ölkəmizin müxtəlif sahələrinə dövlət tərəfindən böyük investisiyalar qoyulur. Mən hesab edirəm ki, Latviya adamları bu imkanlardan da istifadə edə bilərlər. Bizim investisiya portfelimiz çox böyükdürLatviya adamları təcrübəsini müxtəlif inşaat sahələrində təqdim edə bilərlər.

Eyni zamanda, Azərbaycan investisiyalar üçünçox əlverişli ölkədir və biz Latviyadan investisiyaları gözləyirik. Əminəm ki, bu investisiyalar daha da böyük həcmlə ölçüləcək, Azərbaycan isə öz tərəfindən xarici ölkələrə böyük həcmdə investisiyalar qoymağa başlamışdır. Son bir neçə il ərzində qonşu ölkələrə bir neçə milyard dollar Azərbaycan investisiyaları qoyulubdurbu proses davam etdirilir. Biz maraqlıyıq ki, bizim üçün dost olan ölkələrlə investisiya layihələri əsasında əməkdaşlığımızı gücləndirək.

Bizim üçün ənənəvi olan energetika sektoru Azərbaycanda sürətlə inkişaf edir. Keçən il Azərbaycanda 51 milyon ton neft və 27 milyard kubmetr qaz hasil olunmuşdur ki, bunların böyük hissəsi dünya bazarlarına ixrac edilmişdir. Bir neçə gün bundan əvvəl Avropa Komissiyasının sədri cənab Barrozunun Azərbaycana səfəri zamanı Avropa İttifaqı ilə Azərbaycan arasında energetika sektoruna dair çox vacib bəyannamə imzalanmışdır. Bu bəyannamənin Avropa İttifaqı ilə Azərbaycan arasında gələcək əməkdaşlığa da çox böyük təsiri olacaqdır. Bütövlükdə, Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlər çox sağlam təməl üzərində qurulubdur.

Biznes forumda vurğulanmışdır ki, dünyanı bürümüş iqtisadi və maliyyə böhranı əlbəttə ki, hər bir ölkəyə , o cümlədən Azərbaycana öz mənfi təsirini göstərmişdir. Amma Azərbaycanda bu böhranın əhaliyə təsiri minimum səviyyəyə endirilmişdir. Belə ki, nə 2009-cu ildə, nə də 2010-cu ildə Azərbaycan əhalisi bu böhranın acı nəticələrini hiss etmədi. Milli valyutanın - manatın məzənnəsi sabit olaraq qaldı. Valyuta ehtiyatlarımız keçən il daha da artdı. Bu gün Azərbaycanın valyuta ehtiyatları 30 milyard dollara bərabərdir... İstənilən layihənin Azərbaycanda həyata keçirilməsi üçün beynəlxalq maliyyə qurumlarına müraciətə artıq ehtiyac qalmır. Azərbaycan yaxın gələcəkdə, eyni zamanda, beynəlxalq maliyyə təşkilatları ilə bərabər üçüncü ölkələrdə müxtəlif yardım proqramlarında da iştirak etməyə hazırdır.

Biznes forumda ölkəmizdə reallaşdırılan infrastruktur layihələri barədə də söhbət getmişdir. Onların arasında Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi xüsusilə qeyd edilmişdir. Azərbaycan bu layihə üzərində öz qonşuları ilə işləyir. İki ildən - bu dəmir yolu istismara veriləndən sonra Avropanı Asiya ilə birləşdirən yeni İpək yolu fəaliyyətə başlayacaq və əlbəttə, həm Avropada, həm də Asiyada yerləşən ölkələr bu işlərdən faydalanacaqlar...

 

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2011.- 23 yanvar.- S. 2.