"Azərbaycanda
20 Yanvar faciəsi"
Küveytdə bu adda jurnal nəşr edilib
Azərbaycanın Küveytdəki səfirliyinin
təşəbbüsü və dəstəyi ilə "Azərbaycanda
20 Yanvar faciəsi"
adlı jurnal nəşr edilib, həmin hadisələrə
həsr olunan sənədli filmin ərəb dilində DVD-si hazırlanıb. Jurnalda 1990-cı il
yanvarın 19-dan 20-nə keçən
gecə sovet qoşunlarının Azərbaycana
daxil olaraq, zirehli hərbi texnika və silah tətbiq etməklə mülki əhaliyə divan tutması
fotoşəkillər vasitəsilə
oxuculara təqdim olunub.
Nəşrdə ümummilli lider Heydər Əliyevin faciənin ertəsi günü Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək,
xalqımıza qarşı
törədilmiş vəhşiliyə
qarşı etirazını
bütün dünyaya
bəyan etməsi xüsusi vurğulanır. Bildirilir ki,
ulu öndər Heydər Əliyevin iradəsi nəticəsində
20 Yanvar faciəsinə
siyasi qiymət verilib və bu faciəni törədənlərin adları
dünya ictimaiyyətinə
açıqlanıb. "Azərbaycanda 20 Yanvar faciəsi" jurnalı və DVD formatında sənədli film Küveytin
rəsmi qurumlarına,
İslam Mərkəzinə,
ölkənin nüfuzlu
ali təhsil
ocaqlarına, elmi mərkəzlərinə və
kitabxanalarına, mətbuat
orqanlarına və televiziya kanallarına göndərilib.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2011.- 22 yanvar.- S. 7.