Əlavə təhsil
günün tələbidir
Bu sahədəki
yeniliklərdən xəbərdar olmadan uğur qazanmaq
mümkün deyil
Memarı
ümummilli lider Heydər Əliyev olan müstəqil Azərbaycan
Respublikası hərtərəfli inkişaf yolunu
seçmiş, bu yolla uğurla addımlamaqdadır.
Bütün sahələrdə olduğu kimi, təhsil sahəsində
də hərtərəfli inkişafa nail olan Azərbaycan
dövləti təhsilə prioritet sahələrdən biri
kimi xüsusi diqqət yetirir. Azərbaycan Respublikasında təhsil
dünyəvi və fasiləsiz xarakter daşımaqla vətəndaşın,
cəmiyyətin və dövlətin maraqlarını əks
etdirən strateji əhəmiyyətli prioritet fəaliyyət
sahəsidir.
Ölkəmizdə
təhsil insan hüquqları haqqında beynəlxalq
konvensiyalara və Azərbaycan Respublikasının tərəfdar
çıxdığı digər müqavilələrə əsaslanır,
təhsil sahəsində milli-mənəvi və ümumbəşəri
dəyərlərin prioritetliyi əsasında dünya təhsil
sisteminə inteqrasiya olunaraq inkişaf edir.
Azərbaycan
vətəndaşlarının Azərbaycan Respublikası
Konstitusiyasında təsbit olunmuş təhsil hüququnun təmin
edilməsi sahəsində dövlət rəhbərliyi
ardıcıl tədbirlər həyata keçirir. 2000-ci ildə
təhsil sahəsində İslahat Proqramı qəbul
olunmuş, hüquqi, qanunvericilik bazası
yaradılmış, normativ və tənzimləyici sənədlər
hazırlanmışdır. Son illərdə təhsilin
inkişafı ilə əlaqədar 16 Dövlət
Proqramı qəbul edilmiş, 28 adda innovasiya tətbiq
edilmişdir.
"Təhsil
haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə" Azərbaycan Respublikası
Prezidenti İlham Əliyevin fərmanının icrası ilə
əlaqədar Nazirlər Kabineti bir sıra qərarlar qəbul
etmişdir. Bunlardan biri "Əlavə təhsilin məzmunu,
təşkili və əlavə təhsilin hər hansı
istiqaməti üzrə təhsil almış şəxslərə
müvafiq sənədin verilməsi qaydası" barədə
2010-cu il 6 sentyabr tarixli 163 nömrəli qərardır. Həmin
qərar fasiləsiz təhsilin və peşə
hazırlığının bütün pillələrində
özünəməxsus xüsusiyyətləri ilə fərqlənən
əlavə təhsilin strukturunu, məzmununu, təşkilini,
formasını tənzimləyir.
Azərbaycan
Respublikasında əlavə təhsil aşağıdakı
istiqamətləri əhatə edir:
-ixtisasartırma
təhsili;
-kadrların
yenidənhazırlanma təhsili;
-stajkeçmə
təhsili;
-kadrların
təkmilləşdirilməsi təhsili;
-təkrar
ali təhsil;
-təkrar
orta ixtisas təhsili;
-dərəcələrin
yüksəldilməsi təhsili;
-yaşlıların
təhsili.
Nazirlər
Kabinetinin təsdiq etdiyi yeni qaydalara əsasən yaxın gələcəkdə
dərəcələrin yüksəldilməsi və
yaşlıların təhsili tətbiq edilməyə
başlanacaqdır. Hazırda Azərbaycanda 24 ali təhsil
müəssisəsi təhsilin müxtəlif pillələri
ilə bərabər əlavə təhsillə də məşğul
olur. Həmin müəssisələrin 18-i pedaqoji profillidir.
Pedaqoji profilli əlavə təhsillə məşğul olan
ali təhsil müəssisələrindən biri Azərbaycan
Müəllimlər İnstitutu və onun regionlarda
yaradılmış 11 filialıdır.
Ümummilli
lider Heydər Əliyevin sərəncamı ilə
yaradılmış Azərbaycan Müəllimlər
İnstitutunun fəaliyyət sahələrinin böyük bir
hissəsi (ixtisasartırma, təkmilləşdirmə, yenidənhazırlanma,
təcrübəkeçmə, dərəcələrin
yüksəldilməsi, yaşlıların təhsili və
s.) əlavə təhsilə daxildir. Əlavə təhsil
respublikanın təhsil sisteminin bütün sahələrini
(məktəbəqədər, ümumi orta, tam orta, peşə
təhsili, orta ixtisas və ali təhsil, habelə məktəbdənkənar
təhsil və s.) əhatə edir. Başqa sözlə, əlavə
təhsil Azərbaycanın hər bir vətəndaşını
əhatə etdiyi üçün hər kəsin maraq dairəsinə
daxildir. Bütün bunları nəzərə alan Azərbaycan
dövlətinin rəhbərliyi, Təhsil Nazirliyi, AMİ-nin
rektorluğu əlavə təhsilin inkişafına xüsusi
qayğı və diqqət yetirir. Nəzərə alsaq ki, Təhsil
Nazirliyi son illərdə keçirdiyi kollegiya
iclaslarının bir neçəsini əlavə təhsilə
həsr etmişdir, onda bu sahənin aktuallığı və
məsuliyyəti daha aydın olar.
2005-ci ildən
sonrakı dövr Azərbaycan Müəllimlər
İnstitutunun həyatında quruculuq və inkişaf
dövrü kimi yadda qalır. İnstitutumuzun rektoru, Milli Məclisin
deputatı, professor Aqiyə xanım
Naxçıvanlının əməyi nəticəsində
maddi tədris bazası möhkəmləndirilmiş, təhsil
alanlar və institutda çalışanlar üçün
rahat şərait yaradılmışdır.
İndi
respublikanın şəhər və rayonlarından hər il
15 minə yaxın pedaqoji kadr ixtisasartırma və yenidənhazırlanma
təhsili alır. Azərbaycan Müəllimlər İnstitutunda
əlavə təhsillə bir fakültə - ixtisasartırma
və yenidənhazırlanma fakültəsi, iki kabinet - əlavə
təhsilə xidmət edən, təhsildə innovasiyalar
kabinetləri və strateji araşdırmalar və
proqnozlaşdırma mərkəzi təşkilati iş aparsa
da, institutun bütün kafedraları, şöbələri əlavə
təhsilin həyata keçirilməsi üçün
elmi-metodiki bazanı, kadr potensilını təmin edir. Həmçinin
AMEA-nın, ali məktəblərin, mərkəzi icra
orqanları mütəxəssislərinin mühazirəçi
qismində dəvət olunduğu əlavə təhsil
üçün tədris-təcrübə bazası kimi
Bakı, Sumqayıt, Xırdalan şəhərlərinin, digər
rayon və şəhərlərin qabaqcıl məktəblərindən,
məktəbəqədər və məktəbdənkənar
təhsil müəssisələrindən, peşə liseylərindən,
kolleclərdən, ali məktəblərin baza
kafedralarından istifadə olunması da bu sahənin necə
böyük bir auditoriyanı əhatə etdiyini göstərir.
Hər tədris ilində yerli təhsil orqanlarının, təhsil
müəssisələri ilə kontingent üçün
müqavilə bağlaması və icrasını təmin
etmək sahəsində görülən işlərin nə
qədər gərgin olduğu da heç kəsə sirr deyil.
Fəaliyyət sahəsinin genişliyi, tətbiq edilən əlavə
təhsilin forma və məzmun rəngarəngliyi nə qədər
maraqlı olsa da, özünəməxsus problemlərlə
doludur. Bu problemlərin həlli üçün kadr
potensialı olduqca vacibdir. Bütün bunları koordinasiya etmək,
ayrı-ayrı iştirakçı strukturların iş
şəraitini, imkanlarını nəzərə almaq,
"sifarişçi", "icraçı" münasibətlərinin
müntəzəm və səmərəli olmasını təmin
etmək bu sahədə çalışan hər bir əməkdaşdan
gərgin iş, yüksək peşəkarlıq, elmi-metodiki
potensial, çeviklik tələb edir.
İnstitutun
rəhbərliyinin diqqət və qayğısı,
iştirakı ilə 2010-2011-ci tədris ilinin birinci
yarısında 1339 nəfər dinləyici ixtisasartırma təhsilinin
üçaylıq, ikiaylıq, 24 günlük, 12
günlük, 6 günlük kurs və seminarlarına cəlb
olunmuşdur. İnstitutun professor-müəllim heyətinin,
aparıcı metodiki korpusunun yerli təhsil orqanlarının
sifarişləri və məqsədli ezamiyyələri
zamanı yüzlərlə pedaqoji işçi ilə
seminarlar, treninqlər, görüşlər təşkil
edilmişdir. Azərbaycan Müəllimlər İnstitutu ilə
səmərəli əməkdaşlıq əlaqələri
yaradan Bakı şəhəri üzrə Təhsil İdarəsi,
Sumqayıt Şəhər Təhsil Şöbəsinin,
İsmayıllı Rayon Təhsil Şöbəsinin, Cəlilabad
RayonTəhsil Şöbəsinin adlarını xüsusi qeyd
etmək olar. İnanırıq ki, respublikanın digər
rayonlarının təhsil orqanları da təhsil sahəsində
yenilikləri öyrənmək sahəsində pedaqoji
kadrların əlavə təhsil almasına diqqəti
artıracaqlar. Tədris dövründə məşğələlərin
aparılmasına Təhsil Nazirliyinin məsul şəxslərinin,
AMEA-nın müxtəlif institutlarının görkəmli
alimlərinin, ölkənin ali məktəblərinin təhsil
sahəsində tanınmış mütəxəssislərinin,
Bakı, Sumqayıt şəhərlərinin
tanınmış məktəb rəhbərləri və
müəllimlərinin kurs və seminarlara mühazirəçi
kimi dəvət olunması xüsusi diqqət mərkəzində
saxlanılmışdır.
Ötən
tədris ilinin birinci yarısı ilə müqayisədə
341 nəfər çox dinləyici kurs və seminarlara cəlb
edilmişdir. Ötən illər ərzində
toplanmış müsbət təcrübənin, ənənələrin
davam və inkişaf etdirilməsinin nəticəsidir ki, Təhsil
Nazirliyinin 24 oktyabr 2009-cu il tarixli kollegiyasında Azərbaycan
Müəllimlər İnstitutunda əlavə təhsil sahəsində
görülən işlər yüksək qiymətləndirilmişdir.
Bütün
bunlar nə qədər xoş olsa da, bizi
arxayınlaşdırmır, əksinə,
qayğımızı, məsuliyyətimizi artırır.
2010-2011-ci
tədris ilinin birinci yarısı ölkənin həyatında
mühüm bir ictimai-siyasi kampaniyanın - Milli Məclisə
seçkilərin keçirilməsi dövrünə təsadüf
etmişdir. Artıq seşkilər başa çatmış,
Milli Məclisin yeni tərkibi öz fəaliyyətinə
başlamışdır. Bu seçkilərin institutumuz
üçün əhəmiyyəti bir də ona görə
böyükdür ki, institutumuzun rektoru professor Aqiyə
Naxçıvanlı Milli Məclisə deputat
seçilmişdir. Bu, qazanılmış müvəffəqiyyətlərin
daha da inkişaf etdirilməsinə
çağırışdır.
Hazırlanmasında
və müzakirəsində institut əməkdaşlarının
da yaxından iştirak etdiyi "Əlavə təhsilin məzmunu,
təşkili və əlavə təhsilin hər hansı
istiqaməti üzrə təhsil almış şəxslərə
müvafiq sənədin verilməsi Qaydası" Azərbaycan
Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq
olunmuş və təhsil naziri həmin qərarın
icrasını təmin etmək məqsədilə əmr
vermişdir. İnstitutun rəhbərliyi əmrin icra
olunmasını, bütün strukturlarda öyrənilməsini,
əlavə təhsil sahəsində fəaliyyətin həmin
qərarın tələblərinə
uyğunlaşdırılmasını təmin etmək
üçün ardıcıl tədbirlər
planlaşdırır və həyata keçirir. Belə tədbirlərdən
biri 2010-cu il noyabrın 25-də Təhsil Nazirliyində
keçirilmiş müşavirədə dinlənilmiş təqdimat-məruzənin
(AMİ-nin kafedra, kabinet, fakültə və digər struktur
bölmələrinin əməkdaşlarının
iştirakı ilə) təqdimatı olmuşdur.
2009-2010-cu
tədris ilində əlavə təhsil sahəsində təşkil
edilmiş kurs və seminarların qrafik hesabatının təhlili
göstərir ki, yerli təhsil orqanlarının, təhsil
müəssisələrinin heç də hamısında
ixtisasartırma təhsilinə birmənalı münasibət
yoxdur. Apardığımız təhlillər sübut edir ki,
ixtisasartırma təhsilinin məzmunu, keyfiyyəti yüksəldikcə
dinləyici kontingentinin tərkibi genişlənir, yeni
sifarişlərin sayı artır. Dərs ilinin birinci
yarısında Gəncə Təhsil İdarəsinin,
Sumqayıt Şəhər Təhsil Şöbəsinin,
Bülbül adına orta ixtisas musiqi məktəbinin, Bakı
Biznes Universitetinin sifarişləri əsasında
"Kurikulum, onun həyata keçirilmə mexanizmi üzrə"
institut əməkdaşlarının keçirdikləri
seminar - treninqlər rəğbətlə
qarşılanmışdır.
Razılıq
hissi ilə qeyd etmək istəyirəm ki, uzun illərdən
bəri həllini gözləyən tədris bazası şəbəkəsi
institut rəhbərliyinin səyi ilə Təhsil Nazirliyində
təsdiq edilmiş Bakı və Sumqayıt şəhərlərinin,
habelə Abşeron rayonunun aparıcı 36 təhsil müəssisəsi
tədris bazası kimi təsdiq olunmuşdur. Əlavə təhsil
sahəsində 2010-2011-ci tədris ilinin ixtisasartırma təhsilinin
illik qrafiki tərtib edilərək 2010-cu ilin may ayında təhsil
orqanlarına göndərilmişdir. Bağlanmış
müqavilələrə əsasən 2010-2011-ci tədris
ilində AMİ-də 4546 nəfər, filiallarla birlikdə isə
15351 nəfər pedaqoji kadrın kurslara cəlb olunması
proqnozlaşdırılmışdır.
Yeni dərs
ilində institutun digər qurumları kimi, əlavə təhsil
sahəsi də yeni tərtibatda, təchizatı zənginləşdirilmiş
maddi-texniki və tədris bazası ilə işə
başlayıb. Tədris korpusunun VII mərtəbəsində
701 və 709-cu auditoriyalar kompyuter və multimedia
qurğuları ilə təmin edilmiş, tərtibat və məlumat
bankı zənginləşdirilmişdir. 315-ci auditoriya fəal
təlim üçün hazırlanmış, respublikanın
müxtəlif regionlarında çalışan müəıllimlərin
çoxlu sayda fəal dərs nümunələri, tədbirlərin
videolentləri məlumat bankına toplanmışdır.
Bundan əlavə, 8 auditoriya müxtəlif mövzuların tədrisi
ilə əlaqədar yeni təlim texnologiyalarını
reallaşdırmaq məqsədilə müasir qurğularla təchiz
edilmişdir.
2009-2010-cu
tədris ilində instituta yenidənhazırlanma təhsili
planlaşdırılmamışdı. 2010-2011-ci tədris
ilində isə Təhsil Nazirliyinin razılığı ilə
Azərbaycan dili və ədəbiyyatı, praktik psixoloq və
riyaziyyat-informatika ixtisasları üzrə yenidənhazırlanma
təhsilinə qəbul üçün elan verilmiş və
bu günə qədər 17 müdavimin sənədi Azərbaycan
dili və ədəbiyyatı, 20 müdavimin sənədi
praktik psixoloq, 18 müdavimin sənədi riyaziyyat-informatika
qruplarına qəbul edilmişdir. Hazırda tədris məşğələləri
müvəffəqiyyətlə davam edir.
Əlavə
təhsilin məzmununda müsbət dəyişikliklər
yaratmaq məqsədilə institut rəhbərliyi ilə məsləhətləşmələr
aparılaraq müxtəlif tədbirlər müəyyənləşdirmişik.
Belə ki, AMİ-də və onun 11 filialında fəaliyyət
göstərən kabinetlərin işinin analizi, proqnozu və
mövcud vəziyyətini öyrənib "ən
yaxşı kabinet" müsabiqəsi keçirməliyik.
Filiallarda ixtisasartırma təhsilinin keyfiyyətini
yaxşılaşdırmaq məqsədilə müxtəlif
treninqlər və seminarlar təşkil edilməsi
planlaşdırılır. İnstitutumuzda əlavə təhsilin
müasirləşdirilməsi və aktuallığını
təmin etmək məqsədilə müxtəlif
görüşlər və tədbirlər keçirilir.
Ötən ilin oktyabr ayında AMEA-nın Fəlsəfə və
Hüquq İnstitutunun direktor müavini, professor B.Zahidovla
görüş keçirilmişdir. Görüşdə ali
məktəb müəllimlərinin 80 nəfər 3 aylıq
kurs dinləyicisi ilə təhsilin hüquqi məsələləri
mövzusunda maraqlı fikir mübadiləsi
aparılmışdır. Rusiya Dövlət Təhsil
Akademiyasının həqiqi üzvü,Təhsil Problemləri
İnstitutunun direktoru, professor A.Mehrabovla təhsilin konseptual əsasları
mövzusunda ümumtəhsil məktəb rəhbərlərindən
ibarət 120 nəfər dinləyici ilə təşkil
edilmiş işgüzar müzakirələr də maraqla
qarşılanmışdır.
2010-cu
ilin noyabr ayında Fransa Versal Akademiyasının institut tipli
Müəllimlər İnstitutunun bir qrup əməkdaşı
ilə əlavə təhsildə yeniliklərin
qarşılıqlı öyrənilməsi və tətbiq
edilməsi ilə bağlı çoxsaylı
görüşlər keçirilmiş və tədbirlər
müəyyənləşdirilmişdir.
2010-cu il
dekabr ayının 2-də Azərbaycan Müəllimlər
İnstitutunda "İnkluziv təhsil günün tələbidir"
mövzusunda Təhsil Nazirliyinin, bir çox ictimai və beynəlxalq
təşkilatların, Bakı, Sumqayıt, Mingəçevir
şəhərlərinin təhsil orqanları nümayəndələrinin
də dəvət olunduğu elmi-praktik konfransda dinlənilmiş
məruzə və çıxışlar, konfrans
iştirakçılarına təqdim olunmuş əl işlərindən
ibarət sərgi belə tədbirlərin nə qədər
aktual və səmərəli olduğunu bir daha nümayiş
etdirdi.
2010-cu il
dekabrın 17-də AMİ-nin filiallarının əlavə təhsil
üzrə direktor müavinlərinin əlavə təhsilə
xidmət edən kabinet rəhbərlərinin institutun əlavə
təhsil strukturunun rəhbərləri ilə birlikdə
"Ən yaxşı kabinet" devizi altında keçiriləcək
müsabiqənin şərtləri, müddətləri,
yekunlaşdırılmasına həsr olunmuş seminar
müşavirəsi keçirilmişdir.
Azərbaycan
təhsil sisteminin inkişafında pedaqoji kadrların əlavə
təhsilinin həyata keçirilməsində uğur qazanmaq
üçün yaxşı mənada rəqabət mühiti
yaranmışdır. Filiallarımız arasında maddi tədris
bazasına, kadr potensialına görə mərkəzdəki
müəssisələrlə rəqabət apara biləcək
müəssisələr çoxdur. Bu gün təhsil
sistemində çalışan bütün kadr potensialını
auditoriya şəraitində əlavə təhsilə cəlb
etmək qeyri-mümkündür. Amma təhsilini artırmadan,
təhsil sistemindəki yeniliklərdən xəbər tutmadan
uğur qazanmaq olmaz. Bəs nə etməli? Əlavə təhsilin
çevik formalarını axtarıb tapmaq, dayaq məntəqələrinin
fəaliyyətini canlandırmaq, metodik korpusun təhsil müəssisələrində
çalışanlarla əlaqələrini genişləndirmək,
distant təhsil üçün əməkdaşlıq
mühiti yaratmaq və s.əlavə təhsil sahəsində
çalışan hər kəsi düşündürməlidir.
Rahim ƏZİZOV,
Azərbaycan
Müəllimlər İnstitutunun
əlavə təhsil
üzrə prorektoru
Xalq qəzeti.- 2011.- 25 yanvar.- S. 7