Lənkəran:
Şəhid ruhlarına ehtiram daimidir
Sovet ordusunun hissələri
21 il öncə bu cənub şəhərində də
silahsız insanları qətlə yetiriblər
Qanlı yanvar günlərində
xalqımızın azadlığı uğrunda mübarizədə
şəhidlik zirvəsinə ucalanlardan 11-i Lənkəran
torpağının övladlarıdır. Onlardan beşi-
Telman Bağırov, Mirsalam Əbülfətov, Asif Əsədullayev,
Əflatun Kazımov və Azad Mirzəyev yanvarın 19-dan 20-nə
keçən gecə Bakı küçələrində
sovet ordusunun silahlı təcavüzünün
qurbanlarından olublar. Bundan bir neçə gün sonra isə
daha altı nəfər- Tariyel Abdullayev, Salman Baxşıyev,
Rövşən Bədəlov, Vaqif Məmmədov, Rahim Məmmədov
və Şahin Məmmədov rus desantçıları tərəfindən
Lənkəranın Haftoni meşəliyində vəhşicəsinə
qətlə yetiriliblər.
O zaman təkcə paytaxtda deyil, ölkəmizin hər yerində imperiya əsarətinə qarşı etiraz mitinqləri keçirilirdi. Cənub bölgəsində də gərgin vəziyyət yaranmışdı. Azadlıq, müstəqillik istəyən xalq ayağa qalxmışdı. Cəlilabad və Astarada sərhəd zastavalarının nəzarət-keçid məntəqələri dağıdılmışdı. Neftçala və Lənkəranda idarəetməni itirən dövlət orqanları iflic vəziyyətə düşmüşdü. Sovet qoşunlarının döyüş texnikası burada da qan tökməyə tam hazır idi. Bu mənfur niyyətini Bakıda "uğurla" həyata keçirmiş ordunun cəza dəstələri əvvəlcə Neftçalaya yollanaraq azadlıq mücahidlərini qanlarına boyadılar. Növbə Lənkərana çatdı.
Şahidlərin dediyinə görə, Lənkərana yeridilən rus hərbçiləri xalq hərəkatı nümayəndələrindən guya onlarda olan silahları qeyd-şərtsiz təhvil verməyi tələb edir, dinc əhaliyə divan tutmaqla hədə-qorxu gəlirdilər. Vəziyyətin get-gedə daha dramatik hal aldığını görən fəallar dağlıq meşə zolağına çəkildilər ki, şəhərdəki gərginlik səngisin və əhaliyə heç bir xətər toxunmasın. Amma adamların gözünü qırmaq istəyən "xilaskar" ordunun desantçıları dərhal meşəliyi mühasirəyə alaraq oradakı adamları güllə "yağış"ına tutdular. Nəticədə altı lənkəranlı vətənpərvər şəhid oldu...
İyirmi bir ildir ki, Lənkəran şəhərindəki Şəhidlər Xiyabanı müqəddəs ziyarətgaha çevrilib. Burada şəhidlərin xatirəsi daim əziz tutulur. Ötən illərdə başdan-başa yenidən qurulmuş, parlaq qara mərmərlərlə üzlənmiş abidə kompleksində növbəti ildönümü ərəfəsində geniş abadlıq işləri həyata keçirilib. Şəhid məzarlarının və əbədi məşəl kompleksinin ətrafında nümunəvi səliqə-sahman yaradılıb.
...Yanvarın 20-də sübh tezdən miinlərlə lənkəranlı Şəhidlər Xiyabanına gələrək azadlıq uğrunda mərd mübarizlərin ruhlarına dərin ehtiramını bildirirdi. Hava çiskinli idi. Sanki göylər bir ana-bacı mehri ilə faciə qurbanları üçün göz yaşı axıdır, qırmızı qərənfillər onların qəhrəmanlığına məmnunluqla baş əyirdı. Mənsə düşünürdüm ki, saplağındakı qayçı yeri o gülləri heç ağrıtmır da. Axı, ölkəmizin hər yerində olduğu kimi, Lənkəranda da azadlıq tariximizin şərəfli bir günü qeyd edilirdi.
Mərasimdə şəhər rəhbərliyinin adından Əbədi məşəl kompleksinə əklil qoyuldu. Adamlar axın-axın abidə önündən keçdilər. Anım mərasimi xeyli çəkdi. Şəhid məzarlarını da ziyarət edən şəhər rəhbərliyi buraya toplaşmış şəhid ailələrinin üzvləri ilə görüşdü. Onların qayğıları ilə yaxından maraqlandı.
Sonra Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında şəhidlərə həsr olunmuş bədii kompozisiya nümayiş etdirildi. Şəhər ictimaiyyətinin nümayəndələri peşəkar aktyorların səhnədə canlandırdığı faciə anlarını, qəhrəmanlıq salnaməsinin səhifələrini maraqla izlədilər.
Saat 12-də bütün ölkədə, o cümlədən də Lənkəranda şəhidlərin xatirəsi sükutla yad edildi. Küçə və meydanlarda hərəkət bir dəqiqəlik dayandı. Yalnız avtomobillərin aramsız siqnal səsləri eşidilirdi...
Bir qədər sonra isə mən qələm dostlarımla yenidən Lənkəranın Şəhidlər Xiyabanına qayıtdım. Ziyarətçilər yenə də az deyildi. Qara mərmərli lövhələrin birinin önündə ayaq saxladıq. Bu, Asif Kamil oğlu Əsədullayevə aid lövhə idi. Jurnalist dostum Ağaddin Babayev kövrək halda köks ötürərək dedi:
-Asif bizim Şağlaser kəndində
çoxuşaqlı ailənin övladı idi. Məndən bir yaş böyük
idi. Dostluq edirdik. O, Neft Akademiyasını bitirdikdən sonra
Bakıda qalıb işləyirdi. Ölümündən az
öncə paytaxtda yeni mənzil də almışdı, amma
orada bir gün belə yaşamaq Asifə nəsib olmadı.
Aeroport yolunda gülləbarana düşərək yerindəcə
həlak oldu. Səkkiz yaşlı qızını və
dörd yaşlı oğlunu atasız qoydu. Asif kəndimizin qəbristanlığında
uyuyur. Bakının Sabunçu qəsəbəsindəki bir
küçə və Şağlaser kənd orta məktəbi
onun adını daşıyır. Sadə, zəhmətkeş,
ailəcanlı, təmkinli bir insan idi. Onun adıyla
bütün kəndimiz fəxr edir. Allah rəhmət eləsin!
Digər
jurnalist dostum, tələbəlik yoldaşım Sərraf
Talıblı hekayətdən kövrəldiyini gizlətməyə
çalışsa da, mümkün olmadı. Axı, şəhid
Asif Əsədullayev onun da həmkəndlisi, yaşıdı
və dostu olub. Qanlı yanvar hadisələri zamanı Sərraf
Talıblı Lənkəran radiosunun məsul redaktoru vəzifəsində
çalışırdı.
-Yanvarın
19-dan 20-nə keçən gecə Bakıda faciə törədildikdən
sonra ölkədə komendant saatı tətbiq
edilmişdi,-deyə o bildirdi. -Elektron kütləvi informasiya
vasitələrinin fəaliyyəti
dayandırılmışdı. Təkcə bizim radiomuz
susmamışdı və sovet qoşunlarının Bakıda
törətdiyi qətliam barədə həqiqəti yaya
bilirdi. Özü də dörd dildə. Lənkərana gəlib
qanlı cinayətlərini həyata keçirən rus hərbçiləri
bundan duyuq düşəndə artıq biz təhlükəsizlik
tədbirlərimizi görmüş, veriliş
qovluqlarımızı və sairəni gizlədə
bilmişdik. Yoxlayıcılara dedik ki, bu, adi bir
qovşaqdır, bizim şəhərdən kənar efirə
çıxışımız yoxdur. Onlar hər yeri ələk-vələk
elədilər, hərəkat fəallarında silah tapa bilmədikləri
kimi, bizim redaksiyanın damında və zirzəmisində
radiostansiya axtarışları da nəticəsiz qaldı...
Demək istəyirəm ki, hər bir azərbaycanlı kimi,
biz də imkanımız daxilində imperiya cəlladlarına
barışmaz münasibətimizi göstərirdik.
Qarabağ
uğrunda döyüşlərdə həlak olmuş
neçə-neçə lənkəranlı şəhid də
bu xiyabanda uyuyur. Bura bütün şəhid ruhlarının əbədi
rahatlıq tapdığı bir məkandır. Ziyarətçilər
onların xatirəsinə ehtiram əlaməti olaraq məzarları
önündə baş əyir, hər birini sükutla yad
edirdilər.
Xiyabanda
balaca, qəşəng bir qız diqqətimi cəlb elədi.
Babasının əlindən tutaraq şəhid məzarlarının
önündən keçən bu qız lövhələrə
yazılmış adları höccələyə-höccələyə
oxuyurdu. Yaxınlaşıb onunla tanış oldum.
-Adım
Zəhra, soyadım Kərimlidir. Lənkərandakı 7
saylı məktəbin 1-ci sinfində oxuyuram. -Buraya nə
üçün gəlmisən?
-Babam dedi
ki, hamı şəhidləri ziyarət edir, gəl, səni də
aparım. Mən də gəldim. Axı, onlar bizim
azadlığımız üçün canlarını
veriblər. Babam deyir ki, biz şəhidlərin
hamısını tanımalıyıq. Elə tanımağa
gəlmişəm də!..
Mən
iki gün Lənkəranda oldum. Qəhrəmanlıq ənənələrinin
uca tutulduğunu, şanlı tariximizə hədsiz hörmət
bəsləndiyini gördüm. 1918-ci ilin Mart soyqırımı
qurbanlarının və Xocalı faciəsində həlak
olanların xatirə memorialı yüksək vətənpərvərliklə
yaradılıb, elə o cür də qorunub-saxlanır.
Buradakı Ana abidəsinin önü hər zaman güllərlə
bəzədilmiş olur.
Ertəsi
gün isə lənkəranlılar tank qoşunları
general-mayoru, iki dəfə Sovet İttifaqı Qəhrəmanı
Həzi Aslanovun anadan olmasının 101-ci
ildönümünü qeyd etdilər. İgid həmyerlimizin
şəhərin mərkəzindəki möhtəşəm
abidəsi kütləvi ziyarət edildi. Tədbirlər Həzi
Aslanovun ev-muzeyində davamını tapdı.
...Mənə
bu barədə kimsə bir söz deməsə də, bilirəm
ki, yanvarın 26-da da lənkəranlılar mütləq Şəhidlər
Xiyabanına gedəcəklər. Çünki, 21 il öncə,
məhz həmin gün qaniçən sovet ordusunun hissələri
Lənkərana gələrək Haftoni meşəliyində
adamları qətlə yetiriblər. O zaman daha altı nəfər
lənkəranlı şəhidlik zirvəsinə ucalıb.
Lənkəranda
düzənlənən tədbirlər gənclərin hərbi-vətənpərvərlik
ruhunun daha da yüksəldilməsi baxımından müstəsna
önəm daşıyır.
Sovet
ordusunun hissələri 21 il öncə bu cənub şəhərində
də silahsız insanları qətlə yetiriblər
Qanlı
yanvar günlərində xalqımızın
azadlığı uğrunda mübarizədə şəhidlik
zirvəsinə ucalanlardan 11-i Lənkəran
torpağının övladlarıdır. Onlardan beşi-
Telman Bağırov, Mirsalam Əbülfətov, Asif Əsədullayev,
Əflatun Kazımov və Azad Mirzəyev yanvarın 19-dan 20-nə
keçən gecə Bakı küçələrində
sovet ordusunun silahlı təcavüzünün
qurbanlarından olublar. Bundan bir neçə gün sonra isə
daha altı nəfər- Tariyel Abdullayev, Salman Baxşıyev,
Rövşən Bədəlov, Vaqif Məmmədov, Rahim Məmmədov
və Şahin Məmmədov rus desantçıları tərəfindən
Lənkəranın Haftoni meşəliyində vəhşicəsinə
qətlə yetiriliblər.
O zaman təkcə
paytaxtda deyil, ölkəmizin hər yerində imperiya əsarətinə
qarşı etiraz mitinqləri keçirilirdi. Cənub bölgəsində
də gərgin vəziyyət yaranmışdı. Azadlıq,
müstəqillik istəyən xalq ayağa
qalxmışdı. Cəlilabad və Astarada sərhəd
zastavalarının nəzarət-keçid məntəqələri
dağıdılmışdı. Neftçala və Lənkəranda
idarəetməni itirən dövlət orqanları iflic vəziyyətə
düşmüşdü. Sovet qoşunlarının
döyüş texnikası burada da qan tökməyə tam
hazır idi. Bu mənfur niyyətini Bakıda
"uğurla" həyata keçirmiş ordunun cəza dəstələri
əvvəlcə Neftçalaya yollanaraq azadlıq mücahidlərini
qanlarına boyadılar. Növbə Lənkərana
çatdı.
Şahidlərin
dediyinə görə, Lənkərana yeridilən rus hərbçiləri
xalq hərəkatı nümayəndələrindən guya
onlarda olan silahları qeyd-şərtsiz təhvil verməyi tələb
edir, dinc əhaliyə divan tutmaqla hədə-qorxu gəlirdilər.
Vəziyyətin get-gedə daha dramatik hal
aldığını görən fəallar dağlıq
meşə zolağına çəkildilər ki, şəhərdəki
gərginlik səngisin və əhaliyə heç bir xətər
toxunmasın. Amma adamların gözünü qırmaq istəyən
"xilaskar" ordunun desantçıları dərhal meşəliyi
mühasirəyə alaraq oradakı adamları güllə
"yağış"ına tutdular. Nəticədə
altı lənkəranlı vətənpərvər şəhid
oldu...
İyirmi
bir ildir ki, Lənkəran şəhərindəki Şəhidlər
Xiyabanı müqəddəs ziyarətgaha çevrilib. Burada
şəhidlərin xatirəsi daim əziz tutulur. Ötən
illərdə başdan-başa yenidən qurulmuş, parlaq qara
mərmərlərlə üzlənmiş abidə kompleksində
növbəti ildönümü ərəfəsində
geniş abadlıq işləri həyata keçirilib. Şəhid
məzarlarının və əbədi məşəl
kompleksinin ətrafında nümunəvi səliqə-sahman
yaradılıb.
...Yanvarın
20-də sübh tezdən miinlərlə lənkəranlı
Şəhidlər Xiyabanına gələrək azadlıq
uğrunda mərd mübarizlərin ruhlarına dərin
ehtiramını bildirirdi. Hava çiskinli idi. Sanki göylər
bir ana-bacı mehri ilə faciə qurbanları
üçün göz yaşı axıdır,
qırmızı qərənfillər onların qəhrəmanlığına
məmnunluqla baş əyirdı. Mənsə
düşünürdüm ki, saplağındakı
qayçı yeri o gülləri heç ağrıtmır
da. Axı, ölkəmizin hər yerində olduğu kimi, Lənkəranda
da azadlıq tariximizin şərəfli bir günü qeyd
edilirdi.
Mərasimdə
şəhər rəhbərliyinin adından Əbədi məşəl
kompleksinə əklil qoyuldu. Adamlar axın-axın abidə
önündən keçdilər. Anım mərasimi xeyli
çəkdi. Şəhid məzarlarını da ziyarət
edən şəhər rəhbərliyi buraya
toplaşmış şəhid ailələrinin üzvləri
ilə görüşdü. Onların qayğıları ilə
yaxından maraqlandı.
Sonra Nəcəf
bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında
şəhidlərə həsr olunmuş bədii kompozisiya
nümayiş etdirildi. Şəhər ictimaiyyətinin
nümayəndələri peşəkar aktyorların səhnədə
canlandırdığı faciə anlarını, qəhrəmanlıq
salnaməsinin səhifələrini maraqla izlədilər.
Saat 12-də
bütün ölkədə, o cümlədən də Lənkəranda
şəhidlərin xatirəsi sükutla yad edildi.
Küçə və meydanlarda hərəkət bir dəqiqəlik
dayandı. Yalnız avtomobillərin aramsız siqnal səsləri
eşidilirdi...
Bir qədər
sonra isə mən qələm dostlarımla yenidən Lənkəranın
Şəhidlər Xiyabanına qayıtdım. Ziyarətçilər
yenə də az deyildi. Qara mərmərli lövhələrin
birinin önündə ayaq saxladıq. Bu, Asif Kamil oğlu Əsədullayevə
aid lövhə idi. Jurnalist dostum Ağaddin Babayev kövrək
halda köks ötürərək dedi:
-Asif bizim
Şağlaser kəndində çoxuşaqlı ailənin
övladı idi. Məndən bir yaş böyük idi.
Dostluq edirdik. O, Neft Akademiyasını bitirdikdən sonra
Bakıda qalıb işləyirdi. Ölümündən az
öncə paytaxtda yeni mənzil də almışdı, amma
orada bir gün belə yaşamaq Asifə nəsib olmadı.
Aeroport yolunda gülləbarana düşərək yerindəcə
həlak oldu. Səkkiz yaşlı qızını və
dörd yaşlı oğlunu atasız qoydu. Asif kəndimizin qəbristanlığında
uyuyur. Bakının Sabunçu qəsəbəsindəki bir
küçə və Şağlaser kənd orta məktəbi
onun adını daşıyır. Sadə, zəhmətkeş,
ailəcanlı, təmkinli bir insan idi. Onun adıyla
bütün kəndimiz fəxr edir. Allah rəhmət eləsin!
Digər
jurnalist dostum, tələbəlik yoldaşım Sərraf
Talıblı hekayətdən kövrəldiyini gizlətməyə
çalışsa da, mümkün olmadı. Axı, şəhid
Asif Əsədullayev onun da həmkəndlisi, yaşıdı
və dostu olub. Qanlı yanvar hadisələri zamanı Sərraf
Talıblı Lənkəran radiosunun məsul redaktoru vəzifəsində
çalışırdı.
-Yanvarın 19-dan 20-nə keçən gecə Bakıda faciə törədildikdən sonra ölkədə komendant saatı tətbiq edilmişdi,-deyə o bildirdi. -Elektron kütləvi informasiya vasitələrinin fəaliyyəti dayandırılmışdı. Təkcə bizim radiomuz susmamışdı və sovet qoşunlarının Bakıda törətdiyi qətliam barədə həqiqəti yaya bilirdi. Özü də dörd dildə. Lənkərana gəlib qanlı cinayətlərini həyata keçirən rus hərbçiləri bundan duyuq düşəndə artıq biz təhlükəsizlik tədbirlərimizi görmüş, veriliş qovluqlarımızı və sairəni gizlədə bilmişdik. Yoxlayıcılara dedik ki, bu, adi bir qovşaqdır, bizim şəhərdən kənar efirə çıxışımız yoxdur. Onlar hər yeri ələk-vələk elədilər, hərəkat fəallarında silah tapa bilmədikləri kimi, bizim redaksiyanın damında və zirzəmisində radiostansiya axtarışları da nəticəsiz qaldı... Demək istəyirəm ki, hər bir azərbaycanlı kimi, biz də imkanımız daxilində imperiya cəlladlarına barışmaz münasibətimizi göstərirdik.
Qarabağ uğrunda döyüşlərdə həlak olmuş neçə-neçə lənkəranlı şəhid də bu xiyabanda uyuyur. Bura bütün şəhid ruhlarının əbədi rahatlıq tapdığı bir məkandır. Ziyarətçilər onların xatirəsinə ehtiram əlaməti olaraq məzarları önündə baş əyir, hər birini sükutla yad edirdilər.
Xiyabanda balaca, qəşəng bir qız diqqətimi cəlb elədi. Babasının əlindən tutaraq şəhid məzarlarının önündən keçən bu qız lövhələrə yazılmış adları höccələyə-höccələyə oxuyurdu. Yaxınlaşıb onunla tanış oldum.
-Adım Zəhra, soyadım Kərimlidir. Lənkərandakı 7 saylı məktəbin 1-ci sinfində oxuyuram. -Buraya nə üçün gəlmisən?
-Babam dedi ki, hamı şəhidləri ziyarət edir, gəl, səni də aparım. Mən də gəldim. Axı, onlar bizim azadlığımız üçün canlarını veriblər. Babam deyir ki, biz şəhidlərin hamısını tanımalıyıq. Elə tanımağa gəlmişəm də!..
Mən
iki gün Lənkəranda oldum. Qəhrəmanlıq ənənələrinin
uca tutulduğunu, şanlı tariximizə hədsiz hörmət
bəsləndiyini gördüm. 1918-ci ilin Mart
soyqırımı qurbanlarının və Xocalı faciəsində
həlak olanların xatirə memorialı yüksək vətənpərvərliklə
yaradılıb, elə o cür də qorunub-saxlanır.
Buradakı Ana abidəsinin önü hər zaman güllərlə
bəzədilmiş olur.
Ertəsi
gün isə lənkəranlılar tank qoşunları
general-mayoru, iki dəfə Sovet İttifaqı Qəhrəmanı
Həzi Aslanovun anadan olmasının 101-ci
ildönümünü qeyd etdilər. İgid həmyerlimizin
şəhərin mərkəzindəki möhtəşəm
abidəsi kütləvi ziyarət edildi. Tədbirlər Həzi
Aslanovun ev-muzeyində davamını tapdı.
...Mənə
bu barədə kimsə bir söz deməsə də, bilirəm
ki, yanvarın 26-da da lənkəranlılar mütləq Şəhidlər
Xiyabanına gedəcəklər. Çünki, 21 il öncə,
məhz həmin gün qaniçən sovet ordusunun hissələri
Lənkərana gələrək Haftoni meşəliyində
adamları qətlə yetiriblər. O zaman daha altı nəfər
lənkəranlı şəhidlik zirvəsinə ucalıb.
Lənkəranda
düzənlənən tədbirlər gənclərin hərbi-vətənpərvərlik
ruhunun daha da yüksəldilməsi baxımından müstəsna
önəm daşıyır.
Əli NƏCƏFXANLI
Xalq qəzeti.- 2011.- 25 yanvar.- S. 7.