Otuz iki il dövlət qulluğunda
Samux rayon icra hakimiyyəti ümumi
şöbəsinin müdiri Rəfiqə
Mahmudova ömrünün
yarıdan çoxunu dövlət qulluğunda keçirib. O, rayon komsomol
komitəsinin birinci katibi,
rayon partiya komitəsi
təbliğat və təşviqat şöbəsinin müdiri, rayon icra hakimiyyəti başçısının
humanitar məsələlər üzrə
müavini vəzifələrində
işləyib, ali partiya
məktəbini bitirib.
Nizam-intizamı, işə məsuliyyəti, səmimiyyəti
ilə daim seçilib...
Bu sözlər Samux Rayon İcra Hakimiyyəti aparatında keçirilən görüşdə səsləndirilib. Rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev çıxışında qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ümumi şöbənin müdiri Rəfiqə Mahmudova üçüncü dərəcəli "Vətənə xidmətə görə" ordeninə layiq görülüb. Bu orden dövlət qulluğu işçilərinə ölkə başçısı tərəfindən göstərilən diqqət və qayğının daha bir parlaq təzahürüdür.
Daha sonra V.Hacıyev ordeni R.Mahmudovaya təqdim etmişdir.
R.Mahmudova çıxış edərək ölkə Prezidenti İlham Əliyevə öz dərin minnətdarlığını bildirmiş və əmin etmişdir ki, ona göstərilən bu etimadı doğruldacaq, bundan sonra da dövlət qulluğunda şərəflə və vicdanla çalışacaqdır.
H.QASIMOV
Xalq qəzeti.- 2011.- 26 yanvar.- S. 5.