"İNTER"in qələbəsi Azərbaycan futbolunun uğurudur

 

Öncə "Neftçi", sonra "Xəzər-Lənkəran", indisə "İnter"...Azərbaycanın məhz bu üç komandası "MDB Baltikyanı ölkələr birliyinin çempionlar kuboku" Beynəlxalq açıq futbol turnirinin qalibi adını qazanmağa müvəffəq olub. Son futbol həyəcanını sevincinisə sonuncu ölkə çempionu "İnter" Peşəkar İdman Klubu yaşadıb. Sankt-Peterburq şəhərində keçirilən "Birlik Kuboku" turnirində bütün rəqiblərini böyük hesabla məğlub edən "İnter" Azərbaycan bayrağını yüksəltməklə yanaşı, ölkədə idmanın, xüsusilə futbolun inkişafına yönəlmiş prosesin doğru yolda olduğunu bir daha göz önünə gətirdi.

 

Azərbaycanın qədim idman ənənələrinə malik ölkə olması hamıya bəllidir. Milyonların sevimli idman növünə çevrilmiş futbol da özünəməxsus inkişaf yolu keçib dövlət qayğısı ilə əhatələnib. İdmanın digər sahələrinə olduğu kimi, futbola da dövlət qayğısı göstərilib onun inkişafına yönəlmiş prosesin sistemli şəkildə aparılmasına diqqət yetirilib. Azərbaycan Respublikasında futbolun inkişafına dair Dövlət Proqramı da ölkədə futbolun inkişafına böyük diqqət yetirildiyini təsdiqləyir. Futbolun infrastrukturunun genişləndirilməsini, onun maddi-texniki bazasının möhkəmləndirilməsini, futbol mütəxəssislərinin hazırlanmasını yenidən hazırlanması sisteminin təkmilləşdirilməsini, uşaq-yeniyetmə futbol məktəbləri şəbəkəsinin inkişaf etdirilməsini, futbolda xüsusi istedadı olan uşaqlar üçün ixtisaslaşdırılmış futbol internat məktəblərinin, ehtiyat futbolçu hazırlığı üçün bölgə respublika mərkəzlərinin yaradılmasını, futbolla bağlı təlimat-maarifçilik təbliğat işinin gücləndirilməsini, habelə futbol sahəsində qabaqcıl texnologiyaları tətbiq etmək məqsədilə xarici futbol təşkilatları qurumları ilə əlaqələrin qurulmasını onların inkişaf etdirilməsini əhalinin bütün təbəqələrinin futbol meydançalarından qurğularından istifadəsinə imkan yaradılmasının əhəmiyyəti vurğulanan Dövlət Proqramının qəbul edilməsini futbolun inkişafına göstərilən diqqət qayğının bariz nümunəsi kimi qiymətləndirmək olar. Son zamanlar ölkədə istər milli, istərsə yerli komandalar səviyyəsində əldə edilmiş nailiyyətlər Azərbaycanda futbolun doğru istiqamətdə inkişaf etdiyini göstərir.

Ümumiyyətlə, son illər ərzində dövlətin idmana göstərdiyi diqqət qayğı sayəsində Azərbaycan dünyada idman dövləti kimi tanınmağa başlayıb. Prezident İlham Əliyev Milli Olimpiya Komitəsində 2010-cu ilin yekunlarına həsr olunmuş mərasimdə etdiyi çıxışında Azərbaycanın idman dövləti kimi tanınmasını bir neçə ildir ki, uğurlarımızın qeyd edildiyini xüsusilə vurğulamışdı. Azərbaycanın böyük hörmətə malik olduğunu qeyd edən dövlət başçısı demişdi ki, cəmiyyət onun vacib hissəsi olan gənclər bu gün Azərbaycanın inkişafı üçün müxtəlif sahələrdə uğurla fəaliyyət göstərirlər: "İdman o sahədir ki, burada nəticələr bəlkə özünü daha da qabarıq açıq şəkildə büruzə verir. İdmanda qazanılmış qələbə ölkənin qələbəsi sayılır". Prezident İlham Əliyev dünya idman ictimaiyyətinin Azərbaycanda idman sahəsində gedən müsbət proseslərə çox böyük maraqla yanaşmasından, uğurlarımızın tanınmasından qiymətləndirilməsindən çox şad olduğunu açıqlamışdı. Yanvar ayının 23-də "İnter" komandası dünyanın idman ictimaiyyətini ölkəmizin idman, xüsusilə futbol sahəsində əldə etdiyi uğurlardan danışmasına təkan verdi.

Həmin gün Azərbaycanın futbol üzrə son çempionu "İnter" Rusiyanın şimal paytaxtında ölkə futbolunun tarixində yeni səhifə açdı. Finalda Belarusun güclü komandalarından biri olan "Şaxtyor"u məğlub etməklə "Birlik Kuboku"nu 3-cü dəfə Azərbaycana gətirməyə müvəffəq oldu. Bununla "İnter" Azərbaycan futbolunun flaqmanı hesab edilən "Neftçi"nin "Xəzər-Lənkəran" komandasının nailiyyətini təkrarlamağı bacardı. Amma demək olmaz ki, finala aparan yol asan oldu. "İnter" istər Qırğızıstanın, istərsə Tacikistanın çempionlarıyla qarşılaşmalarında əzmkarlıq nümayiş etdirərək, Azərbaycan azarkeşlərinin sevincinə səbəb olan qələbələrə imza atdı. Moldovanın "İskra-Stal" komandasıyla oyun barədə eyni sözləri demək olar. Oyundan öncə iddialı danışan moldovalı məşqçi "İnter"in turnir ərzində toxunulmayan qapısına yol tapmağın mümkün olacağını bildirmişdi. Lakin meydana əsasən gənc futbolçuları buraxan "İnter"in baş məşqçisi Kaxaber Tsxadadze Moldova komandasına yerini göstərdi. Moldovanları soyunma otağına məğlub kimi göndərərək, "İnter" turnirin favoriti olduğunu bir daha sübut etdi. 3 oyunda 3 qələbə, özü hər üç oyunda qapısını toxunulmaz saxlaması komandamızın digər rəqiblərin qarşısında gücünü göstərirdi.

Amma "İnter" ciddi imtahanını yanvarın 19-da verdi. Məhz həmin gün məlum oldu ki, komandamız Ermənistanı təmsil edən "Mika" ilə qarşılaşacaq. Bu, Azərbaycan Ermənistan komandaları arasında baş tutacaq 3-cü qarşılaşma olacaqdı. Doğrudur, ermənilər ikinci qarşılaşmadan imtina edərək, İrəvana qaçmışdılar. İlk qarşılaşmada isə "Neftçi" Ermənistan çempionu "Pyunik"i 2:0 hesabıyla məğlub etmişdi. Bu baxımdan "İnter"-"Mika" qarşılaşması hər iki tərəf üçün prinsipial əhəmiyyət daşıyırdı. Ermənilərin məşqçilər korpusu qarşılaşmaya yalnız idman prizmasından baxdıqlarını təkrarlayırdılar. "Mika"nın baş məqçisi Armen Haşgeldyan deyirdi ki, iki komandanın qarşılaşması adi futbol hadisəsidir. Lakin sonradan məlum oldu ki, keçmiş bakılı, milyardçı Mixail Baqdasarovun komandası olan "Mika" Azərbaycan çempionunu məğlub etmək istəyir. Erməni mətbuatının yazdığına görə, erməni futbolçular "İnter"i məğlub edəcəkləri təqdirdə adambaşına 50 min dollar mükafat alacaqdılar. Bundan başqa, "Mika"nın qələbəsini ermənilər "Ermənistanın hər bir sahədə qələbəsi" kimi qələmə verəcəkdilər. Ancaq "İnter" ermənilərə sevinməyə imkan vermədi.

Təbii ki, "İnter" komandasının üzvləri qarşılaşmanın ağırlığını məsuliyyətini dərk edirdilər. Komandada oynayan əcnəbi futbolçular da bütün Azərbaycanın həmin oyuna tamaşa edəcəyini "İnter"dən gözəl oyun gözləyəcəyini anlayırdılar. "İnter" həmin gün meydana çıxdı bir daha təsdiqlədi ki, Ermənistan futbol sahəsində Azərbaycanın arxasınca qaçır. 90 dəqiqə ərzində bütün komponentlərdə erməniləri üstələyən komandamız "Mika"nın qapısından 4 cavabsız qol vurmaqla, erməniləri böyük məyusluğa yuvarladı. Bunu erməni mətbuatı da açıq şəkildə etiraf etdi. Məsələn, "Armenianreport.com" xəbər portalı komandamızın zəfəri haqqında xüsusi məqalə hazırlamışdı. Məqalədə "İnter"in erməniləri rüsvayçı məğlubiyyətə uğratması qabardılmışdı. "Mika"nın hər futbolçusuna "İnter" üzərində qələbəyə görə 50 min dollar mükafat vəd olunduğunu bildirən portal mükafatın da heç nəyə yaramadığını bildirmişdi. Materialda daha sonra yazılmışdı: ""İnter" istəsə "Mika"nın qapısından daha çox top keçirə bilərdi. Erməni futbolçular isə "İnter"in qapısı qarşısında bir dənə olsun real qol vəziyyəti yarada bilmədilər. qədər təəssüf doğuracaq fakt olsa da, onu deməliyik ki, "Mika"nın heyətində Ermənistan yığmasının şərəfini qoruyan futbolçular yer alır". Yazıda həmçinin Ermənistanın futbolun inkişafına görə Azərbaycandan geridə qaldığı vurğulanmışdı: "Azərbaycanlıların ermənilərə futbolda qalib gəlmələri onu göstərir ki, Ermənistan prezidentinin Azərbaycan Türkiyəyə meydan oxuması boş şeydən başqa bir şey deyil".

Bəli, "İnter" erməniləri evə göndərdikdən sonra da qələbələri sıraladı. Rusiyanın adlı-sanlı klubu olan "Zenit"in gənclərinə futbol dərsi keçdi. 5:0 hesablı qələbə qazanmaqla Azərbaycan çempionu mesaj göndərdi ki, "İnter"ə hörmət və diqqətlə yanaşılmalıdır. Belaruslara mesajın çatdığı oyun zamanı müşahidə olundu. BATE kimi kluba malik olan belaruslar "İnter"ə qarşı əsl döyüşə çıxmışdılar. Ən çox hücum edən "İnter" olsa da, Belarusun "Şaxtyor" komandası müdafiədə pis oynamadı. Doğrusu, bütün komanda ilə müdafiə olunanda qapıdan top keçirmək də müşkül məsələyə çevrilir. Ancaq "İnter" sonadək əzmkarlıq nümayiş etdirərək, Sankt-Peterburqa əbəs yerə gəlmədiyini təsdiqlədi. Əsəblərin tarıma çəkildiyi şəraitdə komandamızın qapıçısı əla reaksiya göstərərək, "İnter"i kuboka qovuşdurdu. Penaltilərdə belarusları 6:5 hesabıyla məğlub edən Azərbaycan komandası 3-cü dəfə Birlik Kubokunu başı üzərinə qaldırdı!

"İnter"in qələbəsi göstərdi ki, Azərbaycanda futbol inkişaf edir. Təbii ki, azarkeş komandalarımızın digər mötəbər futbol yarışlarında qalib gəlmələrini gözləyir. Bunu futbola aidiyyatı olan qurumlarda da yaxşı bilirlər. Bununla belə, "İnter"in Birlik Kubokunu ölkəyə gətirməsi Azərbaycan bayrağını yüksəltməsi, eyni zamanda himnimizi səsləndirməsi ölkəmizin idman uğurlarına yenisini əlavə etdi. İnanırıq ki, son ölkə çempionunun Sankt-Peterburq zəfəri digər futbol klubları üçün stimul olacaq Azərbaycan nailiyyətlərinin dünyaya tanıdılması işinə kiçik olsa töhfəsini verəcək.

 

 

Səbuhi MƏMMƏDOV

 

Xalq qəzeti.- 2011.- 27 yanvar.- S. 7.