2010-cu ilin
uğurlu yekunları ictimaiyyətdə böyük ruh
yüksəkliyi doğurur
Azərbaycan
Prezidenti İlham Əliyevin sədrliyi ilə yanvarın 14-də
Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi
inkişafının yekunlarına və 2011-ci ilin
qarşıda duran vəzifələrinə həsr olunmuş
iclasında ölkə iqtisadiyyatının tarazlı
inkişafının təmin edilməsi, əhalinin həyat tərzinin
yaxşılaşdırılması və iri infrastruktur layihələrinin
reallaşdırılması ilə bağlı mühüm
uğurların əldə olunması göstərilmişdir.
Dövlət başçısının dərin məzmunlu
nitqində səsləndirilmiş fikir və mülahizələr,
tədbirin digər materialları ölkə ictimaiyyəti tərəfindən
böyük maraqla qarşılanmışdır. Bu tədbirlə
bağlı oxucularımızın bir qismi öz rəy və
müraciətlərini redaksiyamıza ünvanlayıb. Bu
gün onlardan bir neçəsini dərc edirik.
Mahmud MAHMUDOV, mühəndis:
- Nazirlər
Kabinetinin sözügedən iclasının
materiallarını çox diqqətlə oxudum. Məlumdur
ki, son iki il bütün dünya iqtisadiyyatı
üçün çox çətin olub. Hətta çox
güclü, qüdrətli dövlətlər belə qlobal
maliyyə böhranının doğurduğu fəsadları
tam aradan qaldırmaqda sətinlik çəkirlər. Belə
bir vaxtda Azərbaycan iqtisadiyyatının davamlı inkişaf
etməsi çox əlamətdar haldır.
Düşünürəm
ki, iqtisadiyyatımızın dayanıqlı
inkişafını şərtləndirən bir çox amillər
var. Lakin əsas amil Azərbaycanda iqtisadi sahədə
düzgün idarəetmənin qurulmasıdır. Gənc,
müstəqil dövlətimizin iqtisadi uğurları
dünya liderləri tərəfindən də etiraf olunur.
Bəli,
Azərbaycan böyük iqtisadi tərəqqi yolundadır. Ötən
il ölkəmizin hərtərəfli inkişafı
üçün çox əhəmiyyətli bir il olmuş,
iqtisadiyyatımızın bütün sahələrində, o
cümlədən qeyri-neft sektorunda nəzərəçarpan
uğurlar əldə olunmuşdur. Buna necə sevinməmək
olar? Əlbəttə, çox sevinirik! Respublikamızın
tarixində ilk dəfə olaraq 51 milyon ton neft, 27 milyard kubmetr
təbii qaz istehsal edilmişdir. Bu məqamda Azərbaycanın
enerji sektorunda çalışanların fədakar əməyini
qeyd etməmək insafsızlıq olar. Amma heç vaxt
unutmayaq ki, bütün bu uğurların bünövrəsində
ulu öndər Heydər Əliyevin müdrik neft strategiyası
dayanır.
Başqa
bir məqamı da qeyd etmək istəyirəm. Sevinirəm ki,
ötən il ölkəmizdə təkcə neft və qaz
istehsalında deyil, qeyri-neft sektorunda da parlaq qələbələr
əldə olunub. 2010-cu ildə ölkəmizdə bir sıra
iri infrastruktur layihələrinin uğurla həyata
keçirilməsi məni çox sevindirir. Bu layihələrdən
təkcə birinin - ötən ilin sonunda tikilərək
istifadəyə verilmiş Oğuz-Qəbələ-Bakı su
kəmərinin adını çəkmək kifayətdir ki,
Azərbaycanda sosial-quruculuq işlərinin nə qədər
geniş miqyas aldığını və böyük vüsətlə
getdiyini təsəvvür etmək mümkün olsun.
Həsən
QULİYEV, kran sürücüsü:
- Nazirlər
Kabinetinin son iclası ilə bağlı mən də öz
fikirlərimi bildirmək istəyirəm. Tədbirdə son illərdə
ölkəmizdə vüsət alan tikinti-quruculuq, abadlıq
işləri barədə də geniş söhbət
açılıb. Orada söylənilən fikirlərlə
tamamilə həmrəyəm.
Mən
sadə bir sənət adamıyam. 30 ilə yaxındır ki,
öz qaldırıcı kranımla Bakının onlarla
tikinti obyektində işləmişəm. Bizim kollektiv indi
paytaxtın intellektual idarəolunması layihəsinin
icrası ilə məşğuldur. Şəxsən mən
hazırda şəhərimizin bir sıra mərkəzi
prospektlərində inşa edilən iri dayaq -lövhələrin
inşası sahəsində çalışıram.
Əlbəttə, mən siyasət adamı deyiləm, amma ölkəmizin həyatında baş verən mühüm hadisələri diqqətlə izləyirəm. Hamı kimi görürəm ki, Azərbaycan dövləti xalqın rifahını yaxşılaşdırmaq üçün çox işlər görür. Heç uzağa getməyək. Bir neçə il bundan əvvəlki Bakı ilə müasir şəhərimizi müqayisə edək. Paytaxtımızda təkcə keçən il çoxlu yaraşıqlı parklar, körpülər, yol keçidləri tikilərək istifadəyə verilib. Dostlar, qonaqlar bütün bunları görüb heyrətə gəlirlər.
Bəllidir ki, hansı ölkədə
davamlı inkişaf varsa, güzəran da yaxşı olur. Azərbaycanın
iqtisadi uğurları artdıqca, əhalinin rifahı da
durmadan yaxşılaşır. Son illər ölkəmizdə
yoxsulluğun kəskin surətdə azalması da aşkar hiss
olunur. Dövlət başçımızın yeni iş
yerlərinin açılması naminə gördüyü gərgin
işləri də bir sadə əmək adamı kimi ürəkdən
alqışlayıram. Ümid edirəm ki, Azərbaycanın
uğurları gələcək illərdə daha da çox
olacaqdır.
Zümrüd
YUSİFOVA, pedaqoq:
- Ötən ilin iqtisadi uğurları barədə məlumatlarla tanış olarkən qəlbimdə dərin qürur hissi keçirdim. Bir Çin filosofu deyib ki, hər bir insanın tam xoşbəxt olması üçün abad və zəngin dövlətdə yaşaması vacibdir. Azərbaycan dövləti, möhtərəm Prezidentimiz ölkə vətəndaşlarının zəngin bir ölkədə, rifah və bolluq içində xoşbəxt yaşamaları üçün uğurlu işlər həyata keçirir. Dövlətimiz gənclərin, imkansız ailələrin, qaçqın və məcburi köçkünlərin də qayğılarına heç vaxt biganə qalmayıb. Mən Yeni Günəşli qəsəbəsində yerləşən 2 saylı uşaq evində tərbiyəçi işləyirəm. Burada əsasən valideyn himayəsindən məhrum olan uşaqlar tərbiyə alaraq böyüyürlər. Onların sağlam böyümələri, yaxşı təhsil almaları üçün kollektivimizin bütün üzvləri əllərindən gələni edirlər. Azərbaycanın gələcəyi üçün layiqli vətəndaşlar kimi yetişdirməyə çalışdığımız bu uşaqlar onlara göstərdiyi böyük qayğıya görə Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin üzvü Mehriban xanım Əliyevadan xüsusilə razılıq edirlər. Məhz hörmətli Mehriban xanımın bir an azalmayan diqqət və qayğısı nəticəsində 2 saylı uşaq evində indi hər cür şərait yaradılmışdır.
Mən bilirəm ki, Heydər Əliyev Fondu Azərbaycandakı
bütün uşaq evlərini himayə edir. Ulu öndər
uşaqları sonsuz məhəbbətlə sevirdi və hər
bir azərbaycanlı uşağını öz övladı
hesab edirdi. Nə yaxşı ki, bu gün Azərbaycanda
heç bir uşaq dövlətin himayəsindən kənarda
qalmayıb.
Xuraman
İSMAYILOVA, kitabxanaçı:
- Azərbaycanın ictimai-siyasi həyatında baş verən bütün uğurlar, eləcə də ötənilki iqtisadi və sosial nailiyyətlər bir vətənpərvər insan kimi məni də çox sevindirir. 2011-ci ilin Azərbaycanda "Turizm ili" elan edilməsi şəxsən mənim üçün çox əlamətdar hadisə oldu. Əminəm ki, bu sahənin inkişafı regionlarımızın daha sürətlə inkişafına, burada yeni iş yerlərinin açılmasına kömək edə bilər. Mən uzun illər mədəniyyət sahəsində çalışan bir ziyalı kimi yaxşı bilirəm ki, respublikamızın daxili turizmin inkişafı üçün imkanları olduqca böyükdür. Təbii ki, "Turizm ili"ndə biz mədəniyyət işçiləri qədim və zəngin mədəniyyətimizi daha geniş təbliğ etməyə çalışacağıq.
Ötən il mənim yaradıcılığımda da böyük uğurlarla yadda qaldı. Mədəniyyət Nazirliyinin rəhbərliyinin təşəbbüsü ilə hazırladığım "Bərdə və bərdəlilər" adlı kitabım "Nərgiz" nəşriyyatında nəfis şəkildə nəşr edilərək ötən ilin sonunda M. F. Axundov adına Milli Kitabxanada geniş ictimaiyyətə təqdim olundu. Qədim və zəngin tarixə malik olan başqa bölgələrimizin də tarixinin şanlı səhifələri, çoxsaylı maddi-mədəniyyət abidələri barədə bilgiləri gənclərimizə tanıtdıraraq sevdirmək üçün bundan sonra həvəslə çalışacağam.
Qələmə
aldı: Məsaim Abdullayev
Xalq qəzeti.- 2011.- 30 yanvar.- S. 3.