Azərbaycanda ali təhsil sistemi sürətli inkişaf yolundadır

 

Ölkəmizdə yeni inkişaf mərhələsinin tələblərinə cavab verən, sistemli şəkildə aparılan təhsil islahatları müasir biliklərin, "nau-hau" texnologiyalarının tətbiqi əsasında güclü insan kapitalının formalaşdırılması məqsədinə hesablanan siyasətin səmərəliliyini göstərir.

 

Son illərdə Azərbaycan reallaşdırılan məqsədyönlü siyasətin nəticəsi kimi ali təhsil sisteminin həlli vacib problemlərini əsaslı surətdə aradan qaldırmaq imkanı qazanmışdır.

Ölkəmizdə ali təhsilin inkişafı ilə bağlı diqqəti bir neçə məqama yönəltmək istərdim. Belə ki, hazırda ali təhsilin inkişafı ilə əlaqədar müvafiq proqram layihələr uğurla gerçəkləşdirilir. 2005-ci ildə Azərbaycan Avropa təhsil məkanına - Bolonya prosesinə qoşulmuş indi bu prosesin tələblərinə uyğun olaraq təhsil müəssisələrində tədbirlər həyata keçirilir. Bundan başqa, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 800-dək azərbaycanlı gənc Türkiyə, Almaniya, ABŞ, Fransa, Kanada, Rusiya, Böyük Britaniya digər ölkələrin nüfuzlu universitetlərində təhsil almağa göndərilmişdir. Onların bir qismi təhsilini uğurla başa vuraraq doğma Vətənə qayıtmış, müvafiq işlə təmin edilmişdir.

Prezident İlham Əliyevin 31 yanvar 2008-ci il tarixli "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında" sərəncamı da mühüm əhəmiyyətə malikdir. Həmin sənədə əsasən ölkəmizdə bir sıra mühüm tədbirlər həyata keçirilmiş, Təhsil Nazirliyi tərəfindən tabeçiliyində ali təhsil müəssisələri olan digər qurumlarla birlikdə "2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı" hazırlanmış həmin proqram təsdiqlənərək uğurla icrasına başlanılmışdır.

Bütün bu sadalananlar Elm Təhsil Mərkəzi "Təfəkkür" Universitetinin fəaliyyətinə öz müsbət təsirini göstərmişdir. Nazirlər Kabinetinin 11 sentyabr 1995-ci il tarixli 202 saylı qərarı ilə dövlət qeydiyyatından keçərək özəl ali məktəb statusu almış adı çəkilən universitet Azərbaycan, rus, ingilis ispan dillərində bakalavr pilləsində yüksək ixtisaslı kadrlar hazırlayan tədris müəssisəsidir. Burada professor-müəllim heyətinin 46 nəfəri elmlər doktoru, professor, 3 nəfəri elmlər namizədi, professor, 3 nəfəri elmlər doktoru, dosent, 82 nəfəri elmlər namizədi, dosent, 55 nəfəri elmlər namizədi, baş müəllimdir.

Universitetdə fizika, kimya, kriminalistika, morfologiya, iqtisadiyyatın elmi problemləri laboratoriyaları, kompyuter mərkəzi, linqafon kabineti, oxu idman zalları s. fəaliyyət göstərir. "Təfəkkür"ün ABŞ-ın Hardfort, San-Dieqo, Frenso, Santa-Barbara, İngiltərənin Oksford, Kembric, Qrinviç, Hollandiyanın Erasmus, Van-Holl, Almaniyanın Berlin Politexnik universitetləri, habelə Türkiyə, Kipr Malayziyanın bir sıra ali məktəbləri ilə sıx əlaqələri vardır. Universitet müntəzəm olaraq həmin tədris ocaqları ilə müəllim tələbə, proqram dərs vəsaitləri mübadiləsi aparır. Bu il "Təfəkkür" Universitetinin "San-Dieqo" "Fresno" universitetləri ilə birgə fondu təsis edilmişdir. Bu, tələbələrin xarici ölkələrin universitetlərində pulsuz təhsil almağa göndərilməsi, müəllimlərin isə təkmilləşməyə ezam edilməsi üçün geniş imkanlar yaradır. Elm Təhsil Mərkəzi ilə Malayziya Türkiyə universitetləri arasında üçtərəfli əməkdaşlıq sahəsində memorandum imzalanmışdır. "Land Tech International" Şirkəti tərəfindən "Təfəkkür" Universitetində ingilis dili öyrənənlər üçün Beynəlxalq Kompyuter Mərkəzi yaradılmışdır.

Universitet bir sıra təşkilatlarla, o cümlədən Dəmir Yolu İdarəsi ilə bağlanmış müqaviləyə əsasən mütəxəssislər işlə təmin edilir. Burada "əla" qiymətlərlə oxuyan tələbələr kursdan asılı olaraq təhsil haqqından azad edilirlər. Əlaçı, eyni zamanda ictimai-kütləvi tədbirlərdə xüsusilə fərqlənən tələbələr üçün Heydər Əliyev adına, akademik Z.Bünyadov adına, akademik A.Aslanov adına təqaüdlər təsis olunmuşdur. Şəhid, köçkün imkansız ailələrdən olan tələbələrə təhsil xərcinin ödənilməsində güzəştlər edilir.

Universitetin Elmi Şurasının qərarı ilə burada "Azərbaycan Xalq Cümhuriyyəti" "Heydər Əliyev məktəbi" adlı xüsusi fənlər tədris edilir. Elm Təhsil Mərkəzində Heydər Əliyev Mərkəzi fəaliyyət göstərir. "Əsrin səsi" adlı qəzet nəşr edilir. Universitet kollektivi müntəzəm olaraq Bakıdakı xarici ölkə səfirlikləri ilə görüşlər, tədbirlər keçirir.

Təhsil Nazirliyinin "Magistraturanın yaradılması barədə" 30 aprel 1999-cu il tarixli əmrinə əsasən 1999-2000-ci tədris ilindən başlayaraq universitetdə "Cinayət hüququ cinayət prosesi", "Xarici dil" (ingilis dili), "İqtisadiyyatın hüquqi tənzimlənməsi", "Yol hərəkətinin təşkili" "Publisist-jurnalist" ixtisasları üzrə magistraturaya qəbul aparılır. Müdafiə nazirinin "Elm Təhsil Mərkəzi "Təfəkkür" Universitetində hərbi hazırlıq dərslərinin təşkili haqqında" 22 aprel 1998-ci il tarixli əmrinə əsasən burada ehtiyat zabitlər hazırlanır. Universitet 1997-ci ildə MDB dövlətləri arasında təhsil sahəsində "100 liderdən biri" fəxri adına, 1998-ci ildə isə beynəlxalq əlaqələrinə görə "Qran-Pri" mükafatına layiq görülmüşdür.

 

 

Mehman MƏMMƏDOV,

filologiya elmləri doktoru,

professor, Beynəlxalq Elm-Təhsil

Mədəni Əlaqələr Assosiasiyasının sədri

 

Xalq qəzeti.- 2012.- 7 aprel.- S. 7.