Azərbaycan - Çexiya əlaqələri yeni
inkişaf mərhələsinə qədəm
qoyur
Mən
çox şadam ki, Çexiya ilə Azərbaycan arasında əlaqələr
çox dinamik şəkildə və sürətlə
inkişaf edir. Keçən il Sizin ölkəmizə dövlət
səfəriniz və səfər zamanı
apardığımız danışıqlar, əldə
etdiyimiz razılaşmalar bugünkü sürətli
inkişafı müəyyən etmişdir. Bizim siyasi əlaqələrimiz
çox sürətlə inkişaf edir. Yüksək səviyyəli
qarşılıqlı səfərlərin həyata
keçirilməsi bunun əyani sübutudur.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Çox
təqdirəlayiqdir ki, qarşılıqlı münasibətlərimizin
intensivliyi bütün səviyyələrdə artmaqdadır.
Buna həm də Praqada və Bakıda nümayəndəliklərimizin
açılması, səfirlərin yaxşı işi və
iki paytaxt arasında birbaşa hava əlaqəsinin təşkili
yardımçı olmuşdur. Bundan əlavə, yüksək
səviyyəli qarşılıqlı səfərlərin
sayının artmasını və güclənən
işgüzar əlaqələri də qeyd etməyə dəyər.
Bunların zirvəsi, sözsüz, prezidentlərin dövlət
səfərləridir ki, buna misal kimi mənim Bakıya ötənilki
səfərimi və Sizin bu gün burada olmağınızı
göstərmək olar.
Vatslav KLAUS,
Çexiya Respublikasının Prezidenti
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra beynəlxalq aləmə inteqrasiya istiqamətində səylərini gücləndirməyi prioritet vəzifə kimi qarşıya qoydu. Həyata keçirilən xarici siyasətin əsasını Avropanın və dünyanın inkişaf etmiş dövlətləri ilə əməkdaşlığı möhkəmləndirmək, iqtisadiyyatın dirçəldilməsi üçün həmin ölkələrin təcrübəsindən faydalanmaq təşkil edirdi. Yeni coğrafi - siyasi durumun müəyyənləşdirilməsində Mərkəzi və Şərqi Avropa Azərbaycanın Transqafqaz nəqliyyat - kommunikasiya sistemi vasitəsi ilə Qərbi Avropaya çıxışını təmin etmək sahəsində əsas rol oynayan əhəmiyyətli məkandır. Təbii coğrafi mövqeyinə, iqtisadi potensialına, geosiyasi əhəmiyyətinə və digər xüsusiyyətlərinə görə bu regionda yerləşən dövlətlər həmişə dünya siyasətinin mərkəzində dayanmış və bu gün də dayanmaqdadır. Hazırda bu dövlətlər dünyanın bütün nüfuzlu qurumları ilə sıx əlaqələr yaratmışlar. Müstəqilliyini bərpa etdikdən sonra ölkəmizin sürətli inkişaf yoluna qədəm qoyması, dostluq və qarşılıqlı əməkdaşlıq, sülh münasibətlərinə xüsusi önəm verməsi Mərkəzi və Şərqi Avropa dövlətlərinin diqqətindən yayınmamış və Azərbaycanla hərtərəfli əməkdaşlığa maraq getdikcə artmışdır. Bu gün Macarıstan, Çexiya, Slovakiya, Bolqarıstan, Rumıniya kimi dövlətlərlə iqtisadi, siyasi və sosial - mədəni həyatın bütün sahələrində əlaqələrin qurulmasının başlanğıcında məhz ölkəmizin sürətli iqtisadi inkişafı və zəngin enerji resurslarına malik olmağımız dayanır. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin Çexiyaya dövlət səfəri böyük maraq doğururdu.
Azərbaycanla Çexiya arasındakı münasibətlərin dərin əsasları var. Qeyd edək ki, bu ölkənin istehsalı olan məhsullar Azərbaycan bazarında yaxşı tanınır. İki ölkə arasında əlaqələrin daha sıx inkişafı ölkəmizin müstəqilliyinin bərpasından sonrakı illərə təsadüf edir. Azərbaycan - Çexiya qarşılıqlı münasibətlərinin intensivliyi bütün sahələrdə özünü göstərməkdədir. Həm Bakıda, həm də Praqada diplomatik nümayəndiliklərin açılması, səfirlərin dövlət qurumları ilə isti münasibətləri, iki paytaxt arasında birbaşa hava əlaqəsinin yaradılması dövlətlər arasındakı əlaqələrin daha da möhkəmləndirilməsinə öz təsirini göstərmişdir. Bundan əlavə dövlət başçılarının yüksək səviyyəli qarşılıqlı səfərlərinin sayının artması, həmin səfərlər zamanı müvafiq sənədlərin imzalanması Azərbaycan - Çexiya əlaqələrini getdikcə möhkəmləndirmişdir. Azərbaycanın zəngin enerji resurslarından Çexiyanın da faydalanması əlaqələrimizin inkişafında yeni mərhələ yaratmışdır. Bu ölkənin şirkətləri Azərbaycana sərmayə qoymaqda və ölkəmizdə fəaliyyət göstərməkdə maraqlıdır. Çexiya Prezidenti Vatslav Klaus da mətbuat konfrasında jurnalistlərin suallarını cavablandırarkən bunu təsdiqlədi. Prezident dedi: "Bildirmək istəyirəm ki, biz cənab Prezidentlə söhbətimiz zamanı bu məsələni təfərrüatı ilə müzakirə etdik. Söhbət məhz Çexiya şirkətlərinin Azərbaycanda sərmayə qoymaq və ümumiyyətlə, fəaliyyət göstərmək imkanlarından gedir. Biz məmnunluqla qeyd etdik ki, bundan sonra xüsusi, birgə layihələrin həyata keçirilməsi imkanları mövcuddur, ticarət imkanlarımız da genişləndirilməlidir. Xüsusən də Çexiya şirkətləri mühəndis işlərinin aparılması sahəsində işləyə bilər.
Siz burada, həmçinin ticarət
balansına toxundunuz. Mən demək
istəyirəm ki, ümumiyyətlə, bu, elə də mütləq deyildir ki, ölkəmizin dünyada bir çox ölkələrlə
olan ticarət dövriyyəsi məhz bizim xeyrimizə olsun, yaxud da
müsbət istiqamətdə
getsin. Əgər fikir versək,
bugünkü rəqəmlərə
baxsaq görə bilərik ki, Çexiya Respublikasının
idxal etdiyi neftin 25 faizi məhz Azərbaycan Respublikasının neftidir.
Bu, təbii olaraq,
ticarət balansının
məhz Azərbaycanın
xeyrinə daha çox olduğunu göstərir. Mən bunu
tamamilə məntiqi hesab edirəm".
Zəngin
tarixi və mədəniyyəti ilə
seçilən dost Çexiyaya
səfərindən məmnun
qaldığını bildirən
Azərbaycan Prezidenti İlham Əliyev ölkələrimiz arasında
əlaqələrin getdikcə
genişləndiyini diqqətə
çatdırdı. İki
ölkə arasındakı
münasibətlərin inkişafının
yeni mərhələyə
qədəm qoyduğunu
bildirən Azərbaycan
Prezidenti qarşılıqlı
əməkdaşlığın daha da genişlənəcəyinə
əminliyini ifadə edərək dedi: " Mən çox şadam ki, Çexiya Respublikası ilə Azərbaycan arasındakı
əlaqələr çox
dinamik şəkildə
və sürətlə
inkişaf edir. Keçən il
Sizin ölkəmizə
dövlət səfəriniz
və səfər zamanı apardığımız
danışıqlar, əldə
edilmiş razılaşmalar
bugünkü sürətli
inkişafı müəyyən
etmişdir. Bizim siyasi əlaqələrimiz
çox sürətlə
inkişaf edir. Yüksək
səviyyəli qarşılıqlı
səfərlərin həyata
keçirilməsi bunun
əyani sübutudur.
Keçən illə müqayisədə
ticarət dövriyyəmiz
bir neçə dəfə artmışdır.
Bu da iqtisadi
sahədəki uğurlu
əməkdaşlıqdan xəbər
verir. Bu gün imzalanan sənədlər mədəniyyət
və turizm sektorunu əhatə edir və beləliklə,
humanitar sahədəki
əməkdaşlığa da böyük diqqət göstərilir.
Bu gün, eyni zamanda, regional məsələlərlə,
regional təhlükəsizlik məsələləri ilə
bağlı biz Sizinlə
çox səmimi və geniş söhbət aparmışıq. Azərbaycan Avropa
İttifaqı və
NATO ilə sıx əməkdaşlıq edir.
Biz Çexiya Respublikasının bu əməkdaşlığa verdiyi
dəstəyi də həmişə yüksək
qiymətləndiririk. Eyni zamanda, bu gün
enerji təhlükəsizliyi
məsələlərinə də diqqət ayrıldı. Bu sahədə aramızdakı
əlaqələr çox
sürətlə inkişaf
edir. Əminəm ki, gələcəkdə
bu inkişafın yeni sahələri də açılacaqdır".
Ötən il Hökumətlərarası Komissiya
yaradılmış və
ilk iclasını keçirmişdir.
Bu da iki
ölkə arsında
əlaqələrin daha
da intensivləşməsinə
öz müsbət təsirini göstərmişdir.
Qeyd olunmuşdur ki, bu ölkələr arasında ticarət dövriyyəsi 2010-cu illə
müqayisədə 2011-ci ildə
bir neçə dəfə artmışdır.
Prezident İlham Əliyev diqqətə çardırdı
ki, Azərbaycanda həyata keçirilən
mühüm layihələrdə
Çexiya banklarının
iştirakı, həmçinin
Çexiya Respublikasının
enerji təminatında
Azərbaycanın oynadığı
rol iqtisadi əlaqələrin səviyyəsinin
göstəricisidir. Energetika,
ticarət, sənaye, nəqliyyat, informasiya texnologiyaları, kənd təsərrüfatı, turizm
və digər sahələrdə qarşılıqlı
surətdə faydalı
əməkdaşlığımızın
yaxşı perspektivləri
vardır: " Əminəm ki, mənim səfərim, əldə olunan razılaşmalar və bu gün mədəniyyət,
turizm sahələrində
imzalanan sənədlər
də əlaqələrimizin
inkişafına yeni təkan verəcəkdir".
Gələn il Azərbaycanla Çexiya arasındakı diplomatik münasibətlərin qurulmasının
20 illiyi qeyd olunacaq. Azərbaycan Prezidenti əminliklə
bildirdi ki, bu əlamətdar tarixə Azərbaycan və Çexiya arasında əməkdaşlıqda
müxtəlif sahələrdə
əldə olunmuş
yeni nailiyyətlərlə
daxil olacağıq.
Azərbaycanla Çexiya BMT, ATƏT, Avropa Şurası kimi beynəlxalq təşkilatlar çərçivəsində
sıx əməkdaşlıq
edir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi
üzvü seçilməsi
çoxtərəfli əməkdaşlığın
genişləndirilməsi üçün
yeni imkanlar açıb. Bu mötəbər
təşkilatın ali orqanında ilk dəfə təmsil olunan Azərbaycanın səyləri beynəlxalq
hüququn norma və prinsiplərinə əməl edilməsinə,
dünyada sülh və ədalətin bərqərar olmasına kömək edəcəkdir.
Bütün səfərlərində
olduğu kimi, Çexiyaya dövlət səfərində də Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın işğalçılıq
siyasətini hələ
də davam etdirdiyini, Azərbaycan ərazisinin 20 faizinin bu günə qədər işğal altında saxladığını
diqqətə çatdırdı.
Xalqımızın sülh
tərəfdarı olduğunu
bildirən Prezident dünyanın nüfuzlu beynəlxalq qurumlarının
da Ermənistanın işğalçılıq siyasətini
rəsmən tanıdıqlarını,
bu barədə müvafiq qərar və qətnamələr
qəbul olunduğunu vurğulayarq dedi: "Azərbaycan regionda sülhün, sabitliyin və təhlükəsizliyin
bərqərar olmasının
və qorunmasının
tərəfdarıdır. Ancaq bildiyiniz
kimi, tarixi torpağımız olan Dağlıq Qarabağ və ətrafındakı
digər yeddi rayon 20 ildən artıqdır ki, Ermənistan tərəfindən işğal
olunmuşdur. Bu ərazilərdə Ermənistanın
həyata keçirdiyi
etnik təmizləmə
siyasəti nəticəsində
1 milyondan artıq azərbaycanlı qaçqın
və məcburi köçkün vəziyyətinə
düşmüşdür. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik
Şurasının 4 qətnaməsi,
ATƏT, Avropa Şurası,
Avropa Parlamenti, NATO və digər beynəlxalq təşkilatların
qərar və qətnamələri vardır.
Bizim qəti mövqeyimiz bundan ibarətdir ki, münaqişə yalnız beynəlxalq hüquq normalarına uyğun və Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində
həll olunmalıdır".
Səfər çərçivəsində Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Çexiya Parlamenti Senatının sədri Milan Ştex və xanımı İvanna Ştexova ilə görüşmüş,
iki ölkə arsındakı əlaqələrin
müxtəlif sahələrdə
inkişafının əhəmiyyətindən
söhbət açmışlar. Bu inkişafda parlamentlərarası
əməkdaşlığın rolunun böyük əhəmiyyət kəsb
etdiyi vurğulanmışdır.
Çexiya Parlamenti Senatının
sədri Azərbaycanın
regionda rolunu yüksək qiymətləndirmişdir.
Azərbaycan Prezidentinin Çexiyaya
dövlət səfəri
zamanı mədəni
və humanitar sahələrin daha yüksək səviyyədə
inkişafı ilə
əlaqədar bir sıra sənədlər
imzalanmışdır.
Əliqismət BƏDƏLOV
Xalq qəzeti.- 2012.- 8 aprel.- S. 1.