Sumqayıt hadisələri - erməni məkrinin daha bir təzahürü

 

Sumqayıt hadisələrindən 24 il ötür. Bu illər ərzində Azərbaycanın siyasi, iqtisadi, mədəni və beynəlxalq həyatında ciddi müsbət dəyişikliklər baş vermişdir. Respublikamız öz müstəqilliyini əldə etmiş, dövlətçiliyini qoruyub saxlamış, müasir ordu yaratmış, hüquqi-dünyəvi bir cəmiyyət formalaşdırmış, analoqu olmayan iqtisadi inkişafa nail olmuşdur.

 

Lakin ermənilərin etnik təmizləmə və işğalçılıq siyasətini həyata keçirmək üçün SSRİ xüsusi xidmət orqanları və xaricdəki erməni diasporunun dəstəyi ilə Sumqayıtda təşkil etdiyi təxribatdan sonra milli münaqişə daha da qızışdırılmış və Azərbaycan ərazisinin 20 faizinin işğalı ilə nəticələnmişdir. Sumqayıt hadisələrinin ciddi araşdırılmaması və bu təxribata indiyədək düzgün siyasi qiymət verilməməsi səbəbindən ermənilər bu gün də bütün dünyada həmin hadisələri erməni genosidi kimi təqdim etməyə səy göstərirlər. Əslində, bu təxribatdan ən çox ziyan çəkən də Azərbaycan oldu.

1988-ci ilin fevral ayının 27-29-da təşkil edilən kütləvi iğtişaşlar zamanı şəhərdə mağazaictimai binaların şüşələri sındırıldı, ermənilərin evlərinə hücum edildi, qarət və qətllər törədildi. İğtişaşlar zamanı 32 nəfər qətlə yetirildi ki, bunların da 26-sı erməni, qalanları azərbaycanlılar idi. Fevralın 29-da Sumqayıtda komendant saatı elan olunaraq, şəhərə qoşun yeridildikdən sonra kütləvi həbslər başlandı. Qısa müddətdə 2000 nəfərdən çox sumqayıtlı gənc həbs edildiaylarla istintaqa cəlb edildi. Onlarla sumqayıtlı müxtəlif maddələrlə həbs edildi, 1 nəfərə isə ölüm cəzası verildi.

Hadisədən xeyli sonra məlum oldu ki, bu iğtişaşlar qabaqcadan SSRİ xüsusi xidmət orqanları və erməni diasporu tərəfindən hazırlanmış plan əsasında Azərbaycan xalqını dünya ictimaiyyətinə "vəhşi xalq", qatil, quldur obrazında təqdim etmək və belə bir xalqla birgə yaşamağın mümkün olmamasına onları inandırmaq niyyəti ilə həyata keçirilib. Hadisədən bir gün əvvəl İsveç televiziyasından gəlmiş erməni jurnalist Artaşes Qabrielyan iğtişaşlar zamanı Sumqayıtda videoçəkilişlər aparmış və hadisədən iki gün sonra isə "Bizi başkəsənlərdən xilas edin!" adlı film hazırlayıb, Avropa kanallarında yaymışdı. Hadisələrdən əvvəl Sumqayıtda yaşayan ermənilər qısa müddətdə banklara qoyduqları əmanətləri götürmüşdülər. İğtişaşlar vaxtı da əsasən "Krunk" təşkilatına üzvlük haqqı ödəməyən ermənilərə qarşı zorakılıqlar törədilmişdi. İğtişaşların təşkilində günahlandırılanların arasında ermənilərin olması və əvvəllər müxtəlif cinayətlərə görə 3 dəfə məhkum edilmiş və 9 il həbsdə olmuş Eduard Qriqoryan adlı erməninin isə hətta təxribatçı qruplara rəhbərlik etməsi bu ixtişaşların hansı səviyyədə təşkil olunduğu və kimlərin marağına uyğun gəldiyini bir daha sübut edir.

Ermənilər bu hadisədən məharətlə istifadə edib bütün dünyada Azərbaycan xalqı əleyhinə kampaniyaya başladılar. Qısa müddətdə Ermənistanda genosid qurbanlarına abidə qoydular. Xarici KİV-lərdə bu hadisələrlə bağlı olmazın böhtaniftiralar yaydılar. Beləliklə, öz separatçılıq və işğalçılıq niyyətlərinə haqq qazandırmağa nail oldular. Tarixdə azərbaycanlılara qarşı dəfələrlə təkrar olunmuş erməni vəhşilikləri və soyqırımları yenidən tüğyan etməyə başladı.

Çox təəssüf ki, mənfur düşmənin ərazi iddiasını ortaya qoyduğu ilk günlərdən informasiya müharibəsini uduzduq. Bilavasitə ermənilərin və onların Moskvada və xaricdə olan havadarlarının məkrli niyyəti ilə hazırlanmış Sumqayıt hadisələrinin əsl mahiyyyətini dünya istimaiyyyətinə çatdıra bilmədik. Əslində, buna cəhd də etmədik. Ermənilər isə bu hadisələrdən sonrakı illərdə soydaşlarımıza qarşı törətdikləri vəhşiliklərdən dünya ictimaiyyətinin diqqətini yayındırmaq üçün daim Sumqayıt hadisələri barədə yalaniftiralar yayır, bu barədə saytlar açır, kitablar çap edir, xarici mətbuatda müntəzəm çıxışlar edir, hətta Xocalı qətliamının fotoşəkillərini Sumqayıt genosidi adı ilə yaymaqdan çəkinmirlər. Bütün bunlar illərlə düşünülmüş, məkrli erməni siyasəti ilə həyata keçirilirson illərdə bir sıra dünya ölkələrində Türkiyəyə qarşı erməni soyqırımı iddiaları ilə çıxış etdikləri kimi, Sumqayıtda törətdikləri ixtişaşları da soyqırımı kimi qələmə verməyə cəhd edir, Azərbaycan xalqını və dövlətçiliyini gözdən salır, öz işğalçılıq əməllərinə bəraət qazandırırlar.

Sumqayıt hadisələrinin mahiyyəti ilə bağlı Azərbaycan mətbuatında akademik Ziya Bünyadov, tanınmış publisist Eyruz Məmmədov müxtəlif vaxtlarda məqalələrlə çıxış etmişlər, Eyruz Məmmədov "Erməni təxribatı", "28-dən 29-na keçən gecə " kitablarını yazmışdır, Eyruz Məmmədov, Davud İmanovNadejda İsmayılovanın ssenari müəllifliyi ilə sənədli film çəkilmişdir.Ötən il isə vəkil Aslan İsmayılovun " Sumqayıt - SSRİ-nin süqutunun başlanğıcı" və Eyruz Məmmədovun "Ermənilərin Sumqayıtda qanlı aksiyası" kitabları çap olunub yayılmışdır. Bunlarla isə əsasən ölkə ictimaiyyəti tanış ola bilmişdir. Ona görə də " Böyük Ermənistan" planının tərkib hissəsi olan Sumqayıt hadisələrinin mahiyyətini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması üçün çox görülməlidir.

Sumqayıt hadisələri zamanı bizim ailə də ağır zərbə almışdır. 1942 -ci ildə Yardımlı rayonunun Vəlişli kəndində anadan olmuş atam Xudaşov Dadaş Balaş oğlu 1967-ci ildə ailəsi ilə birlikdə Sumqayıta gəlmiş , "Boru-prokat" zavodunda işə düzəlmişdi. Xarakterinə, mənəvi keyfiyyətlərinə görə kollektiv arasında böyük hörmət və nüfuza malik idi. 1988-ci ilin fevral ayının 28-də atam işdən evə qayıdarkən yolda gənc bir oğlanın yaralı olduğunu görüb ona yaxınlaşır. Qan içində olan gəncin güllə ilə vurulduğunu görən atam gənci qucağına alıb yaxınlıqdakı qəzet köşkünün yanına gətirib kürəyini divara söykəyir. Oğlana məxsus əşyalar yolun ortasına səpələnibmiş. Atam geri qayıdıb o əşyaları götürmək istəyərkən üstündə bir neçə zabit və əsgər oturmuş " BTR" sürətlə gəlib onun üstündən keçir. Onun meyitini yalnız bir həftədən sonra meyitxanadan alıb, doğulduğu kəndə apardıq və dəfn etdik. Bu hadisə baş verəndə mənim 19 yaşım var idi. Məndən kiçik 1 qardaşım və 2 iki bacım var idi. Bu hadisələrin təsadüfi, günahsız qurbanı olmuş atam ailəmizin yeganə işləyəni, gəlirgətirəni idi. Böyük bir ailə başsız qaldı və çox çətinliklə dolanırdıq. Onu da bir daha qeyd edim ki, o hadisələr zamanı 6 nəfər azərbaycanlı həlak olmuşdur.

Sumqayıt hadisələrində təqsirli bilinərək məhkum edilmiş Əhməd Əhmədov güllələnmiş, Taleh İsmayılov müəmmalı şəkildə cəzaçəkmə müəssisəsində vəfat etmiş, onlarla sumqayıtlı gənc müxtəlif cəzalara məhkum edilmişdir. Onlardan da həbsxanalarda xəstələnən, dünyasını dəyişənlər olmuşdur. Bu ixtişaşlardan ən böyük zərbəni Azgrbaycan xalqı alsa da, ermənilərin məkrli siyasəti nəticəsində xalqımızın, dövlətimizin imicinə çox böyük ziyan dəymişdir. Ona görə də hesab edirəm ki, bu təxribatın mahiyyəti bir daha araşdırılmalı, hadisəyə Milli Məclis səviyyəsində doğru, düzgün siyasi-hüquqi qiymət verilməlidir, Eyni zamanda, hadisələrdən zərər çəkmiş azərbaycanlıların statusu müəyyən edilməlidir.

 

 

Fikrət XUDAŞOV,

Sumqayıt

 

Xalq qəzeti.- 2012.- 12 aprel.- S. 4.