Xətai rayonunda ilin birinci rübü müzakirə edilmişdir
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin cari ilin birinci rübünün
sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrə həsr
olunmuş geniş iclasında dövlət başçısının nitqindən
irəli gələn vəzifələr Xətai
Rayon İcra Hakimiyyəti
başçısı yanında
şuranın iclasında
ətraflı müzakirə
olunmuşdur.
İclası giriş sözü
ilə açan rayon icra hakimiyyətiin başçısı Razim
Məmmədov qeyd etmişdir ki, ilin birinci rübündə
rayonun sənaye müəssisələrində 253 milyon manatlıq və ya əvvəlki
ilin müvafiq dövrü ilə müqayisədə 10,1 faiz çox sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir. Sənaye
istehsalının 6,4 faizi məhsul istehsalının, 93,6 faizi
isə sənaye xarakterli xidmətlərin payına düşmüşdür.
İlin
əvvəlindən istehlak
və xidmət bazarlarında əhaliyə
299 milyon 465 min manatlıq
istehlak malları satılmış və pullu xidmət göstərilmiş, keçən
ilin birinci rübü ilə müqayisədə pərakəndə
əmtəə dövriyyəsi
3,8 faiz, pullu xidmətlərin həcmi isə 1,3 faiz artmışdır.
Ticarət şəbəkələrindən satılmış məhsulların
15,3 faizi hüquqi şəxs kimi fəaliyyət göstərən ticarət
təşkilatları, 4,3 faizi
yarmarkalar, 80,4 faizi isə hüquqi şəxs yaratmadan fəaliyyət göstərən
fiziki şəxslər
tərəfindən realizə
olunmuşdur.
Rayonun tikinti kompleksinə bütün maliyyə mənbələri hesabına
əvvəlki ilin müvafiq dövründəkindən
2,8 dəfə çox investisiya yönəldilmişdir. Qeyri-dövlət
mülkiyyətinə məxsus
müəssisə və
təşkilatlar əsas
kapitala 80 milyon 709 min manat, dövlət mülkiyyətinə məxsus
müəssisə və
təşkilatlar isə
52 milyon 209 min manat sərmayə yatırmışlar.
2012-ci ilin yanvar-mart aylarında rayon üzrə
işçilərin orta
sayı əvvəlki
ilin müvafiq dövrü ilə müqayisədə 1596 nəfər
artaraq 57813 nəfər
olmuş, rayonun iqtisadi və sosial sahələrində
muzdla işləyənlərin
orta aylıq əməkhaqqı 12,2 faiz
artmışdır. Sənaye
müəssisələrində çalışanların orta
aylıq əmək haqqı 16,6 faiz artaraq 486,2 manat, tikinti kompleksində 11 faiz çoxalaraq 530,4 manat, nəqliyyatda 10,2 faiz çoxalaraq 683,6 manat, rabitə sahəisndə 13,3 faix çoxalaraq 982,5 manat təşkil etmişdir. İşsizlik statusuna malik
olan 2213 nəfərdən
65 nəfərinə işsizliyə
görə müavinət
təyin olunmuşdur.
Başçı həmçinin bildirmişdir
ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı
ilə cari ilin yanvar ayının
əvvəlindən pensiyaların
sığorta hissəsinin
indeksləşdirilməsi rayon üzrə 33944 nəfər
pensiyaçıya şamil
edilmiş və nəticədə əlavə
olaraq hər ay 200 min
385 manat vəsait xərclənmişdir.
2003-cü
ilin oktyabrın 1-dən
2012-ci ilin aprel ayının 1-dək rayonda
24214-ü daimi olmaqla
24420 yeni iş yeri açılmışdır.
Bu ilin birinci rübündə isə hamısı daimi iş yerləri olmaqla 1164 yeni iş yeri yaradılmışdır.
İclasda vurğulanmışdır ki,
ölkədə həyata
keçirilən düzgün,
uzaqgörən, uğurlu
sosial-iqtisadi siyasətin
nəticəsində Bakı
şəhəri və
eləcə də respublikamızın regionları
sürətlə inkişaf
etmişdir. Son illərdə
Xətai rayonunda həyata keçirilən
geniş həcmli yenidənqurma və abadlaşdırma işləri
Bakı şəhərinin
inkişafına təkan
vermişdir. Cari ilin
əvvəlindən rayonda
yerləşən bir
sıra müxtəlif
təyinatlı obyektlərin
inşası, təmir-yenidənqurma
işləri davam etdirilmişdir.
Vurğulanmışdır ki, bu ilin birinci
rübündə Prezident
İlham Əliyevin iştirakı ilə rayon
251 saylı uşaq bağçası və körpələr evinin əsaslı təmirdən
sonra açılış
mərasimi keçirilmiş,
"Bakı - Ağ şəhər" layihəsinin,
yaxınlıqdakı Boks
Federasiyasının, Xocalı
prospektində və İzzət Orucov küçəsində İş
Mərkəzlərinin, Nəcəfqulu
Rəfiyev küçəsində
Belarus səfirliyinin, Əhmədli
qəsəbəsində isə
yeni xəstəxana - poliklinikanın tikintisi aparılır. H.Əliyev prospekti ilə
Babək prospektini birləşdirən yol genişləndirilir. Xocalı 9/16 və Y.Səfərov 18 saylı binaların arasındakı boş sahədə müasir tələblərə və
ərazinin memarlığına
cavab verən şəbəkəli arkanıntikintisi
başa çatdırılmışdır.
Bu arka ilə üzbəüz ərazidəki
Əfəndiyev adına xəstəxanada
aparılan tikinti, təmir və yenidənqurma işləri,
binanın üzlük
daşla üzlənməsi
başa çatmaq üzrədir.
İclasda qeyd edilmişdir
ki, keçən ilin may ayında qəbul olunmuş
"2011-2013-cü illərdə Bakı şəhərinin
və onun qəsəbələrinin sosial-iqtisadi
inkişafı Dövlət
Proqramı"nda rayonun
mövcud problemləri
öz əksini tapmışdır. Bu gün həmin Dövlət Proqramında
nəzərdə tutulmuş
işlərin icrası
rayonun sürətli inkişafına yeni təkan verir.
Proqram çərçivəsində əsaslı təmir olunan 7 uşaq bağçası və körpələr evindən
birində keçən
il, 6-sında isə bu ilin
birinci rübündə
işlər başa çatdırılmışdır. Cari ildə 20 məktəbdə
və 12 uşaq bağçasında əsaslı
təmir işləri
görüləcəkdir ki,
artıq onların bir qismində bu işlərə başlanılmışdır.
Proqram çərçivəsində
əsaslı təmir
olunan səhiyyə müəssisələrində də işlər qrafik üzrə aparılmış, 2 və
6 saylı uşaq poliklinikalarında təmir
işləri bu ilin birinci rübündə
başa çatdırılmışdır.
Rayonda yol infrastrukturunun yeniləşdirilməsi
qarşıda duran ən mühüm problemlərdən biridir. Doğrudur,
son illərdə yeni yol qovşaqları, körpülər, yol ötürücüləri, yeraltı
və yürüstü
keçidlər tikilib
istifadəyə verilmiş,
mərkəzi yollar, o
cümlədən Y.Səfərov
küçəsi, Nobel prospekti
və Zığ yolu küçəsi dünya standartları səviyyəsində yenidən
tikilmişdir. Rayonun daxili
küçə və
yollarının əsaslı
şəkildə təmiri
və yenidən qurulması istiqamətində
də Dövlət Proqramına uyğun xeyli işlər görülmüşdür. Hazırda asfaltlaşma işlərinə
başlanması üçün
hazırlıq işləri
görülür.
İclasda Milli Məclisin deputatı Hüseynbala Mirələmov və başqaları çıxış
edərək görülən
işləri qənaətbəxş
hesab etdiklərini bildirmişlər.
Sonda həllini
gözləyən problemlər,
çatışmazlıqlar və onların aradan qaldırılması
yolları nəzərdə
tutulan abadlıq tədbirləri ilə bağlı görülən
işlər də müzakirə olunmuşdur.
İlqar RÜSTƏMOV
Xalq qəzeti.- 2012.- 25 aprel.- S. 6.