Binəqədi rayonunda cari ilin birinci
rübünə yekun vurulmuşdur
Binəqədi Rayon İcra Hakimiyyəti
başçısı yanında şuranın nюvbəti iclası keçirilmişdir.
Yığıncaqda Prezident İlham Əliyevin sədrliyi ilə
Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi
inkişafının yekunlarına həsr olunmuş
iclasında irəli sürülmüş vəzifələrdən
bəhs edilmiş, rayonun cari ilin ilk üç ayının
sosial-iqtisadi inkişafının yekunları və
qarşıda duran vəzifələr ətrafında geniş
sюhbət getmişdir.
İdarə,
müəssisə və təşkilatların, eləcə də
hüquq-mühafizə orqanları rəhbərlərinin və
rayon fəallarının iştirak etdikləri tədbiri
giriş sюzü ilə
rayon icra hakimiyyəti başçısının birinci
müavini Eldar Ağayev açaraq Prezident İlham Əliyevin
sədrliyi ilə Nazirlər Kabinetinin cari ilin ilk üç
ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr
olunmuş iclasından irəli gələn vəzifələrin
юlkənin
bütün şəhər və rayonlarında geniş
müzakirə edildiyini diqqətə
çatdırmışdır. Rayon icra hakimiyyəti
başçısının müavini Vüsal
İsmayılov hesabat məruzəsində bildirmişdir ki,
2012-ci ilin birinci rübünün yekunlarına gюrə, rayon
iqtisadiyyatının əsasını təşkil edən sənayenin
dinamik inkişafı davam etdirilmiş, bir sıra müsbət
gюstəricilər əldə
olunmuşdur. Belə ki, sюzügedən dюvrdə rayon üzrə 32 milyon 700 manatlıq və ya əvvəlki
ilin müvafiq dюvrü
ilə müqayisədə 2,5 faiz çox sənaye məhsulu
istehsal edilmiş və xidmətlər gюstərilmişdir. Eyni zamanda,
yanvar-mart aylarında istehlakçılara 33 milyon 212 min
manatlıq və ya bütün sənaye istehsalından 2 faiz
çox sənaye məhsulu gюndərilmişdir. Sənaye sahəsində işləyən
işçilərin orta aylıq əməkhaqqı 432,1 manat
olmuşdur ki, bu da keçən ilin müvafiq dюvrü ilə müqayisədə
13,5 faiz çoxdur. Bu ilin yanvar-mart aylarında nəqliyyat
sektorunda fəaliyyət gюstərən müəssisələr tərəfindən
4 milyon 971 min manatlıq xidmət
reallaşdırılmışdır ki, bu da əvvəlki
ilin müvafiq dюvrünə
nisbətən 6,1 faiz çoxdur. Rabitə müəssisələri
tərəfindən 954 min manatlıq və ya keçən
ilin müvafiq dюvrü
ilə müqayisədə 3,9 faiz çox rabitə xidməti
gюstərilmişdir.
Yanvar-fevral aylarında rabitə müəssisəslərində
çalışan işçilərin orta aylıq əmək
haqqı 339,1 manat olmuşdur. Bundan başqa, ilin əvvəlindən
əhaliyə 295 milyon 995 min manatlıq istehlak malları
satılmışdır. Pullu xidmətin həcmi юzəl sektorda keçən
ilə nisbətən 19,6 faiz artmışdır.
Rayonda əhalinin
elektrik enerjisi, qaz, su təminatınin
yaxşılaşdırılması da diqqət mərkəzində
saxlanılmışdır. 7 və 8-ci mikrorayonlarda,
Azadlıq prospektində, Biləcəri, Rəsulzadə və
Sulutəpə qəsəbələrində, Dərnəgül
və Xutor yaşayış massivlərində 1 ədəd
transformator, 2 ədəd yağ açarı, 4 ədəd
vakuum açarı, 12 ədəd paylayıcı lюvhə yenisi ilə əvəz
olunmuşdur. Rayon ərazisində müxtəlif ünvanlarda
16480 metr elektrik kabel xətləri yenisi ilə əvəz
edilmişdir. Yuxarıda qeyd olunan ünvanlarda nəzərdə
tutulmuş 6 ədəd transformator isə təmir
olunmuşdur.
Təbii
qaz təchizatının
yaxşılaşdırılması, qaz itkisinin
qarşısının alınması, юdəniş səviyyəsinin
artırılması məqsədilə cari ilin yanvar-mart
aylarında bir sıra işlər gюrülmüşdür. Belə ki,
785 metr yeni qaz xətti çəkilmiş, 1337 ədəd kюhnə tipli qaz
sayğacları fərdi yaşayış evlərinin həyətlərindən
çıxarılaraq "Smart-kart" tipli yeni qaz
sayğacları ilə əvəz olunmuşdur. Rayonun müxtəlif
ərazilərində 5 ədəd qaz tənzimləyici
şkaf, 5 ədəd müxtəlif diametrli əymə
quraşdırılmış, 5 ədəd müxtəlif
diametrli siyirtmə yenisi ilə əvəzlənmişdir.
Rayonda
hesabat dюvründə
əhalinin içməli su ilə təchizatı sahəsində
də müəyyən işlər gюrülmüşdür. Ə.Rəcəbli
küçəsində 800 metr uzunluğunda, 9-cu mikrorayonda
2200 metr uzunluğunda, ümumilikdə rayon ərazisində
4985 metr uzunluğunda su xətti çəkilmişdir. Bundan əlavə
962 ünvanda su axıntısının qarşısı
alınmışdır.
Юlkə
Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son illər
sosial müdafiə sistemində aparılan islahatlar əhalinin
maddi-rifah halını xeyli dərəcədə
yaxşılaşdırmışdır. Bunu hesabat dюvründə həyata
keçirilən tədbirlərdən də gюrmək olar. Belə ki,
yanvar-mart aylarında Dюvlət Sosial Müdafiə Fondunun rayon şюbəsində 32790
pensiyaçıya xidmət gюstərilmişdir. Bunlardan 21735 nəfəri yaşa gюrə, 2966 nəfəri ailə
başçısını itirməyə gюrə, 8089 nəfəri isə
əlilliyə gюrə
pensiya alanlardır. Yeni təyin olunan pensiyalar üzrə orta
aylıq məbləğ 157 manat olmuşdur. Eyni zamanda, pensiya
və müavinətlərin təyinatının avtomatlaşdırılması
sahəsində də müvafiq işlər gюrülmüşdür. Nəticədə
pensiya məbləğinin təyini və
artırılması mexanizmləri sadələşmiş, bu
sahədə şəffaflıq təmin edilmiş və hər
bir şəxsə pensiyanın və pensiyasına
artımların məbləğini юzünün hesablayaraq dəqiqləşdirməsinə
imkan yaranmışdır. Beləliklə, maliyyə vəsaitlərindən
istifadədə ilkin şərt olan pensiya və müavinət
məbləğlərinin təyinində artıq və əskik
hesablama halları, eləcə də bu sahədə neqativ
hallar tamamilə aradan qaldırılmışdır. Şəffaflığın
artırılması məqsədilə Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin məktubuna əsasən
bankomat kartlarının banklar tərəfindən verilməsi
həyata keçirilmişdir.
Məruzəçi
rayonun təhsil və səhiyyə sahələrinin fəaliyyətindən
də sюhbət
açmış, əldə olunmuş uğurlardan bəhs
etmiş, əhalinin sosial müdafiəsinin gücləndirilməsi
istiqamətində həyata keçirilmiş tədbirləri
diqqətə çatdırmışdır.
Məruzə
ətrafında çıxış edən digər natiqlər
də cari ilin birinci rübündə rayonun sosial-iqtisadi
inkişafı sahəsində uğurlu gюstəricələrin əldə
olunmasını dюvlət
başçısı İlham Əliyevin rəhbərliyi ilə
юlkəmizdə həyata
keçirilən geniş miqyaslı işlərin məntiqi nəticəsi
kimi dəyərləndirdilər. Юlkəmizin davamlı
inkişafının təmin olunması istiqamətində səylərini
bundan sonra da davam etdirəcəklərini bildirdilər.
Müzakirələrdən
sonra şuranın qərar layihəsi oxunmuş və qəbul
olunmuşdur. Sonda E. Ağayev şura iclasına yekun
vurmuşdur.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2012.- 25 aprel.- S. 5.