Naxçıvan:
yüksəlişin üfüqləri və yaxud
Vətən sevgisi yaradıcı gücə
çevriləndə
Bu gün ölkəmizin dinamik sosial-iqtisadi inkişafı Naxçıvan Muxtar Respublikasının timsalında özünü daha qabarıq biruzə verir. Blokada vəziyyətinin ağırlığına baxmayaraq, iqtisadiyyat ildən-ilə güclənir, sənaye, kənd təsərrüfatı və sosial sahələr inkişaf edir. Yeni istehsal və emal müəssisələri yaradılır, ümumi daxili məhsulda özəl sektorun payı ilbəil artır. Hazırda bu göstərici 84 faiz təşkil edir. Yeni iş yerləri hesabına əhalinin məşğulluğu təmin olunur.
Prezident İlham Əliyev muxtar respublikaya səfərlərinin birində vurğulamışdır ki, "Naxçıvanın çox qədim tarixi, zəngin mədəni irsi, gözəl ənənələri vardır. Bizim bütün bu tarixi keçmişimiz və milli dəyərlərimiz lazımi səviyyədə qorunur və bununla bərabər, müasir şərait, müasir infrastruktur yaradılır".
Təbii ki, bütün sahələr üzrə inkişafın kökündə insan amili dayanır. Prioritet istiqamət kimi müəyyənləşdirilən təhsil, səhiyyə və ordu quruculuğu sahəsində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Çoxşaxəli infrastruktur islahatları, genişmiqyaslı abadlıq-quruculuq və yaşıllaşdırma tədbirləri qədim Naxçıvana yeni nəfəs verir.
Ərzaq təhlükəsizliyi məsələsinin həlli istiqamətində görülən işlər regionun sosial-iqtisadi inkişafını sürətləndirir. Hazırda muxtar respublikada 114 növdə ərzaq, 202 növdə qeyri-ərzaq olmaqla, 316 növdə məhsula olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir. Tarixən aqrar bölgə olan Naxçıvanda sürətli sənayeləşmə prosesi gedir. İndi Naxçıvan istilik və elektrik enerjisi ilə tam təmin olunur. Ən ucqar yaşayış məntəqələrində belə mavi yanacaq şölələnir. Bir vaxtlar işıqsız qalan Naxçıvan indi elektrik enerjisi ixrac edir.
Muxtar respublikada
yol-nəqliyyat infrastrukturu
da yenidən qurulur. Avtomagistrallarla bərabər kəndarası
yollar da diqqətdə saxlanılır.
Yaşayış məntəqələrində sosial problemlər aradan qaldırılır,
kəndlər müasirləşir,
yeni kənd və xidmət mərkəzləri qurulur.
Kənd adamı dövlət dəstəyini, necə deyərlər, öz qapısında hiss edir.
Hərtərəfli sosial-iqtisadi inkişaf demoqrafik vəziyyətə
də öz müsbət təsirini göstərir. Son bir ildə muxtar respublika əhalisinin 2,1 faiz artaraq
421 min nəfəri ötməsi
burada həyat səviyyəsinin yüksəlməsindən
və maddi rifah halının yaxşılaşmasından xəbər
verir. Ölkə başçısı Naxçıvanda işlərin
yaxşı getməsinin
ümumi işə böyük təsirinin və faydasının olduğunu vurğulayır.
Muxtar respublikanın bugünkü
inkişaf səviyyəsi,
burada görülən
işlər ölkəmizin
iqtisadi qüdrətinin
konkret bir regionda əyani təzahürü kimi qiymətləndirilir.
Ulu öndər
Heydər Əliyevin yoluna sədaqət və qurucu rəhbərin mövcudluğu
Naxçıvanın da
xoşbəxtliyidir. Yol özlüyündə
davam edə bilməz. Bu yolla irəliləyəcək,
bu yolu irəliyə
aparacaq fikir və ideya adamına
ehtiyac vardır.
Ulu öndər Heydər Əliyev hələ 1999-cu ildə Naxçıvanda olarkən
burada işlərin yaxşı getdiyini vurğulayaraq deyirdi: "Vasif Talıbovu bu vəzifəyə seçəndə mən
onun çox xüsusiyyətlərini bilirdim.
Amma o, çox gənc idi. Daxilən bir az fikirləşdim ki, gəncliyinə görə,
bəlkə də, ağır, çətin
olar. Ancaq o, sübut etdi ki, Vətəninə, millətinə, xalqına
sədaqətli olan adam yaşından
asılı olmayaraq böyük işlər görə bilər".
Prezident İlham Əliyev də Ali Məclis Sədrinin göstərdiyi
yüksək idarəçilik
nümunəsini əldə
olunan uğurların əsas səbəblərindən
biri kimi dəyərləndirir.
Heydər Əliyev quruculuq xəttinin muxtar respublikada uğurla davam etdirilməsi iqtisadi göstəricilərdə
də öz əksini tapır. 1995-2011-ci illərdə Naxçıvanın
sosial-iqtisadi inkişaf
mənzərəsinə nəzər
saldıqda aydın olur ki, burada
hər bir sahədə inkişafa
nail olmaq üçün
görülən işlər
və yaradılan potensial bu qədim
yurd yerinin bundan sonrakı illərdə də hərtərəfli inkişafını
şərtləndirir. 2011-ci ildə ümumi daxili məhsulun həcminin 1995-ci ilə nisbətən 38 dəfə,
sənaye məhsulunun
həcminin 69 dəfə,
əsas kapitala yönəldilən investisiyaların
261 dəfə, kənd
təsərrüfatının ümumi məhsulunun 7 dəfə, nəqliyyat sektorunda yük daşınmasının 18 dəfə,
informasiya və rabitə xidmətlərinin
həcminın 90 dəfə,
pərakəndə əmtəə
dövriyyəsinin 20 dəfə,
əhaliyə göstərilən
pullu xidmətlərin
30 dəfə, ixracın
həcminın 142 dəfə,
dövlət büdcəsinin
gəlirlərinin 26 dəfə,
əhalinin gəlirlərinin
44 dəfə, orta aylıq əməkhaqqının
21 dəfə artması
da deyinlənləri təsdiqləyir. Bir sıra əsas göstəricilər baxımından
son 16 il ərzində yaradılmış
iqtisadi potensial və qazanılmış
uğurlar muxtar respublikanın yarandığı
1924-cü ildən 1995-ci ilədək,
yəni 70 ildən artıq bir dövrdə əldə olunanları xeyli üstələyir.
Dövlətimiz Naxçıvanın sosial-iqtisadi
inkişafına, möhkəmləndirilməsinə
xüsusi diqqət göstərir. Blokada vəziyyətində yaşayan bölgənin uğurlarını təmin
edən əsas amillərdən biri budur. Prezident İlham Əliyev
hələ 2004-cü ilin
mayında ölkə
rəhbəri kimi Naxçıvana ilk səfəri
zamanı muxtar respublikanın Azərbaycan
üçün strateji
əhəmiyyət kəsb
etdiyini önə çəkir, bu bölgənin hərtərəfli
güclənməsinə ulu
öndər Heydər
Əliyevin həmişə
böyük əhəmiyyət
verdiyini xatırladır
və bu siyasətin davam etdiriləcəyini vurğulayırdı.
Bu baxımdan dövlət başçısının
muxtar respublikaya hər səfəri ümummili liderin Naxçıvanla bağlı
arzu və istəklərinin inamla yerinə yetirilməsinin növbəti ifadəsinə
çevrilir.
Azərbaycanın iqtisadi imkanları genişləndikcə, Naxçıvana
göstərilən dövlət
qayğısı və
dəstəyi də ilbəil artır. Ölkə başçısının
muxtar respublikaya sonuncu səfəri regionun dinamik sosial-iqtisasdi inkişaf ahənginin davamı olmaqla, həm də yeni bir
mərhələsi və
daha parlaq səhifəsidir. Səfər çərçivəsində
bir sıra mühüm obyektlərin istifadəyə verildiyini nəzərə alaraq bu nöqtədə xüsusən üç əsas məsələnin
üzərində dayanmaq
olar. Bunlardan ən birincisi
ölkə başçısının
iştirakı ilə
son 20 ildə muxtar respublikada investisiya qoyuluşuna görə ən böyük layihələrdən birinin
reallaşdırılmasıdır. Söhbət
Naxçıvan Sement
Zavodunun istifadəyə
verilməsindən gedir.
Təbii
ki, Naxçıvanda belə bir müəssisəyə
çox böyük ehtiyac var idi.
Çünki sovet dövründə muxtar respublikada il
ərzində işlədilən
sementdən indi bir gündə istifadə olunur. Yeni zavod Azərbaycanın sənaye potensialının
daha da möhkəmlənməsinə
böyük töhfədir.
Gündəlik istehsal gücü 800 ton olan müəssisə ən müasir standartlara cavab verir. Zavodun məhsulları muxtar
respublikada inşaat sektorunun tələbatını
tam ödəyir. Xarici bazarlarda
da Naxçıvan sementinə rast gəlinir. Avropa tələblərinə uyğun "CE" keyfiyyət
nişanına layiq görülən Naxçıvan
sementi keyfiyyətinə
görə muxtar respublikaya idxal olunan müvafiq məhsuldan dəfələrlə
üstündür.
Naxçıvan şəhər Gömrük
İdarəsi üçün
yeni kompleksin və regionda ilk gömrük laboratoriyasının
istifadəyə verilməsi
də muxtar respublikanın sosial-iqtisadi
həyatında mühüm
hadisədir. Yeni kompleksin şəhərdən
kənarda inşa olunması daxili gömrük orqanının
fəaliyyətinə yeni
yanaşma nümunəsidir.
Çünki bu vaxta qədər belə bir təssəvvür var idi ki,
daxili gömrük orqanı maksimum mərkəzə yaxın
olmalıdır. İndi bu
obyektin Naxçıvan
şəhərinin Qərb
istiqamətdən girişində,
Böyük İpək
Yolunun Naxçıvandan
keçən hissəsinin
üzərində yerləşməsi
daxili və beynəlxalq yükdaşımalarını
həyata keçirən
nəqliyyat vasitələrinin
şəhərə daxil
olmadan hərəkətinə
şərait yaradır.
Bu gömrük orqanının fəaliyyət
zonasına Naxçıvan
şəhəri ilə
bərabər, Babək
və Şahbuz rayonları da daxildir. Muxtar respublika üzrə
rəsmiləşdirmə işinin
90%-i bu idarənin payına düşür.
Ölkə başçısının sayca
10-cu səfəri muxtar
respublikada ordu quruculuğu prosesinin də uğurla davam etdirildiyini göstərir. Kəngərli və Culfa rayonlarında bu istiqamətdə görülən
işlər, yaradılan
yüksək şərait,
möhkəm maddi-texniki
baza Naxçıvanın
müdafiə qüdrətinin
real ifadəsidir. Təbii ki,
ordu quruculuğu prioritet istiqamətdir.
Prezident İlham Əliyev muxtar respublikaya səfərlərinin birində
qeyd etmişdi ki, həyatımızın
hər bir sahəsi Naxçıvanda
inkisaf edir. O cümlədən ordu quruculugu da. Burada Naxçıvan rəhbərliyinin
xüsusi xidmətləri
vardir. Son illər ərzində hərbi hissələrin yenidən qurulması, hərbi qulluqçuların
sosial-məişət şəraitinin
yaxşılaşdırılması və s. Naxçıvanın
hərbi potensialının
nə qədər böyük olduğunu göstərir.
İnam imandan, iman isə
sevgidən gəlir. Buna görə də ölkə başçısının
sözləri ilə desək, Naxçıvanda
əldə olunan uğurların kökündə
iqtisadi imkanlardan daha çox, Vətən sevgisi dayanır. Bu yurdun insanları sübuta yetirirlər ki, blokadanın ağır fəsadlarını,
çətinlikləri yalnız
və yalnız yurd sevgisiylə dəf etmək mümkündür. Məhz Naxçıvanın
bugünkü mənzərəsi
Vətən sevgisini yaradıcı gücə
çevirməyin nümunəsidir.
Azərbaycan Respublikası
Prezidenti İlham Əliyevin dediyi kimi: "Əsas məsələ Vətən
sevgisidir. İqtisadi imkanlar böyük
də olar bilər, o qədər böyük olmaya da bilər. Amma əgər Vətən sevgisi varsa, məhdud iqtisadi imkanlarla da çox iş
görmək olar. Mən çox şadam ki, naxçıvanlıların
Vətənə bağlılığı
həmişə olduğu
kimi, çox yüksək səviyyədədir.
Bu ideyalar, azərbaycançılıq
fəlsəfəsi, dövlətçiliyə
olan sədaqətimiz bizi irəliyə aparır".
Rahil TAHİRLİ
Xalq qəzeti.- 2012.- 2 avqust.- S. 5.