"Qlobal Sazişin Azərbaycan üzrə yerli şəbəkəsi (GCLN Azərbaycan) və sahibkarlığın inkişafına dəstək" layihəsi çərçivəsində əməkdaşlıq sazişi imzalanmışdır

 

BMT-nin İnkişaf Proqramı və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) arasında "Qlobal Sazişin Azərbaycan üzrə yerli şəbəkəsi (GCLN Azərbaycan) və sahibkarlığın inkişafına dəstək" layihə sənədi və layihə üzrə əməkdaşlıq sazişi imzalanmışdır.

ASK-dan AzərTAc-a bildirmişlər ki, BMT-nin Azərbaycandakı ofisində sənədləri ASK-nın prezidenti Məmməd MusayevBMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Fikrət Akçura imzalamışlar.

Layihə üzrə imzalanmış əməkdaşlıq sazişinin müddəti bu ilin avqustun 1-dən 2013-cü ilin iyulun 31-dək nəzərdə tutulmuşdur.

BMT-nin 2000-ci ildə fəaliyyətə başlamış Qlobal Sazişi (GC) mötəbər və dayanaqlı korporativ siyasət və təcrübələrin işlənib hazırlanması, həyata keçirilməsi və bu barədə ictimaiyyətin müfəssəl məlumatlandırılması üzrə xüsusi platformadır.

 

 

Xalq qəzeti.- 2012.- 2 avqust.- S. 6.