Qəbələ II Beynəlxalq Piano Müsabiqəsinin qalibi Andrey Yaroşinskinin konserti tamaşaçıların alqışları ilə qarşılanmışdır

 

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Qəbələ IV Beynəlxalq Musiqi Festivalı çərçivəsində avqustun 1-də "Qafqaz Resorte" otelində fortepiano musiqisi axşamı olmuşdur.

Konsertdə P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının aspirantı, Qəbələ II Beynəlxalq Piano Müsabiqəsinin qalibi, M.Rostropoviç və D.Şostakoviç adına musiqi fondlarının təqaüdçüsü, rusiyalı pianoçu Andrey Yaroşinski dahi bəstəkarlar İ.S.Bax, İ.Albenis, Y.Haydn, R.Şuman və S.Raxmaninovun əsərlərini ifa etmişdir.

Böyük müvəffəqiyyətlə keçən konsert tamaşaçıların alqışları ilə qarşılanmışdır.

 

 

AzərTAc

 

Xalq qəzeti.- 2012.- 2 avqust.- S. 6.