Nadejda Tokareva: "Klassik musiqi ifa etmək üçün ideal məkan olan Qəbələdə ilk dəfə Azərbaycan bəstəkarlarının əsərlərini səsləndirdim"

 

"Bu, mənim Azərbaycana ilk gəlişimdir. Burada olmaq mənə çox xoşdur. Qəbələ festivalı haqqında məlumatım vardı. Nəhayət, bu möhtəşəm tədbirdə iştirak etmək mənə də nəsib oldu”.

AzərTAc xəbər verir ki, bu sözləri Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Qəbələ IV Beynəlxalq Musiqi Festivalının iştirakçısı, Moskva Dövlət Konservatoriyasının dosenti, violin ifaçısı Nadejda Tokareva jurnalistlərə müsahibəsində demişdir.

Rusiyalı ifaçı burada dağların, gözəl təbiətin insana ayrı bir həyəcan verdiyini, bu gözəl diyarın klassik musiqi səsləndirmək üçün ideal məkan olduğunu bildirmişdir: “Məndə dinləyicilər qarşısında peşəkar ifa həyəcanı var idi. Çıxışımızı uğurla baş vurduq və ən böyük qazancımız musiqisevərlərin alqışları oldu. Azərbaycan bəstəkarları, musiqi əsərləri barədə təəssüratım az idi. Buradakı çıxışım bir yenilik oldu və sizin bəstəkarların gözəl musiqi əsərlərini səsləndirdik. Şübhə etmirəm ki, bir müddət sonra bütün dünya ictimaiyyəti Qəbələ festivalının uğurlarından danışacaqdır”.

 

 

AzərTAc

 

Xalq qəzeti.- 2012.- 2 avqust.- S. 6.