Klim LAVRENTYEV: Azərbaycan
Respublikası Kinematoqrafçılar İttifaqının
yaranmasını dağılmış bir
təşkilatın yenidən bərpası, dirçəlməsi
kimi dəyərləndirirəm
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının yaranmasını dağılmış bir təşkilatın yenidən bərpası, dirçəlməsi kimi dəyərləndirirəm. Bu təşkilatın bərpası ilə böyük iş görülmüşdür.
Bu sözləri Rusiya Kinematoqrafçılar İttifaqının sədr müavini Klim Lavrentyev 2 avqust - Azərbaycan Kinosu Günü münasibətilə Nizami kino Mərkəzində keçirilən tədbirdən əvvəl AzərTAc-a müsahibəsində demişdir. O, bundan sonra Rusiya Federasiyası və Azərbaycan Respublikasının Kinematoqrafçılar İttifaqları arasında təşkilatlar səviyyəsində əməkdaşlıq əlaqələrinin bərpa ediləcəyinə ümidvar olduğunu bildirmişdir.
K.Lavrentyev Azərbaycandan sonra Qazaxıstan, Türkmənistan, Ukrayna, Gürcüstan, Moldova, Belarusda da bu istiqamətdə təşəbbüslər olacağına ümid etdiyini söyləmişdir. Kinematoqrafiya sahəsində qarşılıqlı əlaqələrin vacibliyindən danışan qonaq kinonun təkcə sənaye və incəsənət sahəsində deyil, həmçinin xalqların birləşməsində, mədəni və dostluq əlaqələrinin möhkəmlənməsində, hər bir ölkənin milli ənənələrinin qorunub saxlanmasında və dəstəklənməsində böyük ideoloji qüvvə olduğunu diqqətə çatdırmışdır.
K.Lavrentyev Azərbaycan
Respublikası Kinematoqrafçılar İttifaqına gələcək
fəaliyyətində uğurlar
arzulamışdır.
Xalq qəzeti.- 2012.- 3 avqust.- S. 2.