London Royal Filarmonik
Orkestri yenə də festival iştirakçılarını
heyrətləndirmişdir
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Qəbələ IV Beynəlxalq
Musiqi Festivalı çərçivəsində avqustun 3-də London Royal Filarmonik
Orkestrinin növbəti
konserti olmuşdur.
AzərTAc xəbər verir ki, iki dəfə
"Qremmi" və
40-dan çox beynəlxalq
mükafatın sahibi olan isveçrəli dirijor Şarl Dütuanın rəhbərlik
etdiyi orkestr tamaşaçılara maraqlı
konsert proqramı təqdim etmişdir.
Konsertdə macar bəstəkarı Zoltan Kodayın "Qalanta rəqsləri",
fransız bəstəkarı
Moris Ravelin piano və orkestr üçün konserti, rus bəstəkarı Pyotr Çaykovskinin simfoniyası təqdim olunmuşdur.
Dünyanın ən məşhur orkestrlərindən
biri olan London Royal Filarmonik
Orkestri bu dəfə
də gözəl çıxışı ilə dinləyicilərin
qəlbinə yol tapdı.
Xalq qəzeti.- 2012.- 4 avqust.- S. 2.