London Royal Filarmonik Orkestri yüksək
səviyyəli çıxışları ilə festival iştirakçılarının qəlbinə
yol tapmışdır
Son günlər dünyanın müxtəlif ölkələrindən görkəmli sənət adamları, klassik musiqi həvəskarları və qonaqlar Qəbələyə axışır. Buna səbəb isə buradakı füsunkar təbiətlə klassik musiqinin sirli vəhdətidir. Festival iştirakçılarını heyran edən əsas amil də elə budur.
AzərTAc xəbər verir ki, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Qəbələnin gözəl təbiət qoynunda, dörd tərəfi dağlar və yaşıl meşələrlə əhatə olunan bir məkanında keçirilən beynəlxalq musiqi festivalı tamaşaçılara bir-birindən gözəl konsertlər təqdim etməkdə davam edir.
Festivalın proqramına uyğun olaraq avqustun 4-də London Royal Filarmonik Orkestri "Qafqaz Resorte" otelinin qarşısındakı açıq səhnədə yerli və xarici ölkə tamaşaçılarına növbəti konsert proqramı təqdim etmişdir. İki dəfə "Qremmi" və 40-dan çox beynəlxalq mükafatın sahibi olan isveçrəli dirijor Şarl Dütuanın rəhbərlik etdiyi dünya şöhrətli orkestr və tanınmış violonçel ifaçısı Dmitri Yablonski Bethoven, Dvorjak və Berliozun əsərlərini səsləndirmişlər.
Konsertdə ifa edilən hər
bir musiqi əsəri
tamaşaçı alqışları ilə
qarşılanmışdır.
Xalq qəzeti.- 2012.- 5 avqust.- S. 2.