Prezident İlham ƏLİYEV: Azərbaycan bayrağı Xankəndidə və Şuşada dalğalanacaq

 

Dövlətimizin xarici siyasətində Dağlıq Qarabağ münaqişəsinin həlli prioritet məsələlərdən biridir

 

Gün gələcək bizim bayrağımız - 21 il bundan əvvəl ulu öndər Heydər Əliyev tərəfindən Naxçıvanda qaldırılan Xalq Cümhuriyyətinin bayrağı Xankəndidə, Şuşada dalğalanacaq. Mən buna inanıram. Əminəm ki, bütün Azərbaycan xalqı buna inanır və bu inamı reallığa çevirmək üçün biz daha da fəal işləməliyik, siyasətimizi daha da məqsədyönlü şəkildə irəliyə aparmalıyıq. Vətən, torpaq uğrunda vuruşmuş, canından keçmiş övladlarımızın xatirəsi daim bizim ürəyimizdədir. Qarabağ böyük yaramızdır. Əminəm ki, ərazi bütövlüyümüz bərpa olunacaq, bütün məcburi köçkünlər öz doğma torpaqlarına qayıdacaqlar, haqq-ədalət zəfər çalacaqdır. Çünki haqq-ədalət bizim tərəfimizdədir.

 

İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti

 

 

Azərbaycanın xarici siyasətinin uğurları ölkəmizin dünya birliyindəki mövqelərini getdikcə möhkəmləndirir. Artıq müstəqil dövlətimiz beynəlxalq aləmdə söz sahibinə çevrilib, BMT kimi nüfuzlu bir qurumun Təhlükəsizlik Şurasına üzv seçilib. Müstəqilliyimizin 20 illik tarixində xarici siyasət sahəsində əldə olunan ən yüksək göstərici kimi dəyərləndirilən bu nailiyyət ölkəmizin nüfuzunu daha da artırır. Bu seçkidə Azərbaycanın dünyanın 155 ölkəsindən dəstək alması ölkəmizdə həyata keçirilən uğurlu islahatların beynəlxalq aləmdə yüksək qiymətləndirilməsinin nəticəsidir.

Bu nailiyyət ölkəmizin dünya birliyində tutduğu mövqenin möhkəm təməllər üzərində qurulduğunu bir daha təsdiqlədi. Bununla yanaşı bütün beynəlxalq təşkilatlarla, o cümlədən BMT ilə səmərəli əməkdaşlıq quran Azərbaycanın beynəlxalq aləmdə qazandığı etimadın və dəstəyin nümayişinə çevrildi. Bu, müstəqillik illərində göstərdiyimiz səylərə verilən yüksək qiymətdir. Həmçinin son iyirmi il ərzində kəskin surətdə dəyişmiş, qarşısına olduqca böyük məqsədlər qoymuşbu məqsədlərə çatmağa çalışan müstəqil gənc dövlətə göstərilən dəstəyin rəmzidir.

Bu ilin may ayında Azərbaycanın tarixdə ilk dəfə olaraq BMT Təhlükəsizlik Şurasına sədrlik etməsi də müstəqillik tariximizə əbədi həkk olunan hadisələrdəndir. Dünyanın bir nömrəli təşkilatına bir ay ərzində Azərbaycanın sədrlik etməsi xalqımızın yaddaşından heç vaxt silinməyəcək. Azərbaycanın artan nüfuzu, imici, imkanları, gücü bu reallıqları həqiqətə çevirmişdir. Təhlükəsizlik Şurasının yeni üzvü kimi Azərbaycan bütün məsələlərdə öz prinsipial mövqeyini nümayiş etdirirbu mötəbər təşkilatda ədaləti və beynəlxalq hüququ müdafiə edir. Təsadüfi deyildir ki, bu gün Azərbaycan dünyanın qlobal məsələləri ilə bağlı çox fəal və geniş müzakirələr aparır və dünyanın inkişaf etmiş aparıcı ölkələri ilə əlaqələrini daim genişləndirir. Azərbaycan artıq dünya birliyinin mühüm tərkib hissələrindən birinə çevrilib. Ölkəmiz BMT Təhlükəsizlik Şurasına müvəqqəti üzv olduğu 2 il müddətində dünyanın ən əhəmiyyətli siyasi problemlərinin müzakirəsində fəal şəkildə iştirak edəcək.

Azərbaycan Prezidenti İlham Əliyev müstəqilliyimiz dövründə cəmi - 20 il ərzində belə böyük uğurun əldə edilməsini tarixi nailiyyət kimi qiymətləndirərək demişdir: "Biz 20 il ərzində müstəqil ölkə kimi özümüzü dünyada təsdiq edə bilmişik. Biz sübut edə bilmişik ki, Azərbaycan etibarlı tərəfdaşdır, Azərbaycan dost ölkədir və dostların sayının artması bizim siyasətimizin təntənəsidir. Bu səsvermə müstəqilliyimizin 20 illiyinə təsadüf edir. Bu, çox rəmzi məna daşıyan bir hadisədir. Bu, göstərir ki, 20 il ərzində Azərbaycan müstəqil dövlət, dünyada böyük şöhrətə malik olan ölkə kimi özünü göstərib. Bu qələbə Azərbaycan xalqının qələbəsidir. Bu qələbə Azərbaycan dövlətinin qələbəsidir, siyasətimizin təntənəsidir".

Azərbaycanın xarici siyasətinin prioritetini Dağlıq Qarabağ münaqişəsinin nizamlanması təşkil edir. Artıq dünya birliyinə də məlumdur ki, münaqişənin bu vaxta qədər nizamlanmamasının əsas səbəbi Ermənistan tərəfinin qeyri - konstruktiv münasibəti, işğalçılıq niyyətindən hələ də əl çəkməməsidir. Azərbaycan torpaqlarının hələ də erməni silahlı qüvvələri tərəfindən işğal altında qalması beynəlxalq aləmdə də narazılıqla qarşılanır.

Hətta nüfuzlu beynəlxalq qurumlar Ermənistan silahlı qüvvələrinin işğal etdikləri ərazilərdən qeyd-şərtsiz çıxarılması barədə qətnamələr də qəbul ediblər. Lakin bütün bunlara baxmayaraq, həmin qətnamələr bu vaxta qədər icra olunmamış qalır. Hazırkı status-kvonun dəyişdirilməsinin vacibliyi də dəfələrlə yüksək tribunalardan səsləndirilib. Artıq siyasi ekspertictimai - siyasi xadimlər də status-kvonun dəyişdirilməsi üçün atılması vacib olan ilk addımın erməni silahlı qüvvələrinin işğal altında olan torpaqlardan çıxarılması olduğunu bildiriblər.

Ermənistan dünya birliyində işğalçı dövlət kimi tanınır. Azərbaycanın ərazi bütövlüyü isə beynəlxalq aləmdə öz təsdiqini tapıb. Bu yaxınlarda qondarma "Dağlıq Qarabağ Respublukasında" keçirilən "prezident seçkisində" də bunun şahidi olduq. Dünyanın əksər dövlətləri, həmçinin nüfuzlu qurumlar bu seçkini tanımadıqlarını bəyan etdilər. Həmin bəyanatdan birini diqqətə çatdırırıq.Almaniya Xristian Demokratlar İttifaqı - Xristian Sosialistlər Birliyi-Federal fraksiyasının xarici siyasət üzrə məruzəçisi Filip Missfelder və həmin fraksiyanın xarici məsələlər üzrə bölməsinin rəhbəri Karl-Georg Vellmann Azərbaycanın Dağlıq Qarabağ bölgəsində keçirilmiş qondarma "prezident seçkiləri" ilə əlaqədar bəyanatla çıxış ediblər. Bəyanatda qeyd olunur ki, 19 iyul 2012-ci il tarixdə beynəlxalq hüquqa əsaslanmayan, tanınmayan Dağlıq Qarabağ ərazisində təyin olunmuş "prezident seçkiləri" münaqişənin sülh yolu ilə həllinə nail olmaq məqsədilə beynəlxalq birliyin göstərdikləri cəhdlərə ağır bir zərbədir. Beynəlxalq birlik beynəlxalq hüquqa əsaslanaraq Dağlıq Qarabağı Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi hesab edir.

Avropa Birliyi kimi Almaniyanın da mövqeyi belədir ki, Dağlıq Qarabağ münaqişəsinin uzun müddət davam edən nizamlanma prosesi yalnız sülh yolu ilə mümkün ola bilər. Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Ketrin Eşton hələ 25 may 2010-cu il tarixində keçirilmiş seçkilərlə bağlı demişdir ki, Avropa Birliyi hüquqaKonstitusiyaya zidd olaraq Dağlıq Qarabağda keçirilmiş "parlament seçkilərini" tanımır. Bu hadisə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində qeyri müəyyənlik yaradır. Ketrin Eşton tanınmamış Dağlıq Qarabağ Republikasında keçirilən "prezident seçkiləri" ninAvropa Birliyi tərəfindən tanınmaması ilə əlaqədar mövqeyinin dəyişməz qaldığını vurğulayıb. O deyib ki, bu "seçkilər" münaqişənin dinc yolla nizamlanmasına dair danışıqlarda Dağlıq Qarabağın gələcək statusunu əvvəlcədən müəyyən etməməlidir: "Mən Avropa İttifaqının ATƏT-in Minsk qrupu ilə bağlı tam dəstəyini, xüsusilə həmsədrlərin Madrid prinsipləri əsasında münaqişənin dinc yolla həlinə yönələn səylərini təsdiqləyirəm. Mən tərəfləri irəliləyişə nail olmağa imkan verən Madrid prinsipləri əsasında həll yolunu tapmaq üçün öz səylərini artırmağa çağırıram. Avropa İttifaqı bu istiqamətdə yardım göstərməyə hazırdır".

Bəyanat müəllifləri bildiriblər ki, Dağlıq Qarabağ münaqişəsinin 20-ci ildönümü bu konflikt barədə düşünmək və münaqişənin həlli prosesi barədə yeni fikir söyləmək üçün bir fürsətdir: "Münaqişənin sülh yolu ilə həll edilməsi və əlaqələrin normallaşdırılması, ümumilikdə, Cənubi Qafqaz regionunda münaqişənin həll edilməsi üçün bilavasitə pozitiv, iqtisadiictimai stimul olardı. Bu zaman Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı - ATƏT-in Minsk qrupu, NATO və Birləşmiş Millətlər Təşkilatı Dağlıq Qarabağ münaqişəsinə yenidən diqqəti artırmalıdır".

Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın hakimiyyəti illərində xarici siyasət məsələləri üzrə müşaviri, Dağlıq Qarabağ münaqişəsi üzrə məsləhətçisi vəzifələrində işləmiş, ABŞ-ın Miçiqan Universitetinin professoru Jirayr Libaridyan Bakıda olarkən keçirdiyi görüşlər zamanı Dağlıq Qarabağ münaqişəsində hazırkı vəziyyət, Ermənistan hakimiyyətinin destruktiv mövqeyi, bəzi beynəlxalq qurumların fəaliyyətsizliyi, məsələnin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması və bir çox digər vacib məsələlər müzakirə edilmişdir. Sabiq müşaviretiraf etmişdir ki, Dağlıq Qarabağ münaqişəsi həll edilməsə, Ermənistan regionda ən zəif ölkə olaraq qalacaq, Azərbaycan və Gürcüstan isə inkişaf edəcək. O jurnalistlərlə görüşündə demişdir:"Biz iki qonşu dövlətlə - Türkiyə və Azərbaycanla münaqişədəyik. Nə qədər ki, bu münaqişələr həll edilməyib, Ermənistan inkişaf edə bilməyəcək". Artıq erməni diplomatları və hərbiçiləri də Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olduğunu təsdiqləyirlər və etiraf edirlər ki, münaqişə nə vaxta qədər ki, öz ədalətli həllini tapmayıb, Ermənistan iqtisadi tənəzzüldən qurtula bilməyəcək.

Qondarma "Dağlıq Qarabağ Respublikasında" keçirilən "prezident seçkisində" namizədlərdən biri etiraf edərək deyib ki, artıq Dağlıq Qarabağ 1923-cü ildə olan vəziyyətinə qayıdır. O, Ermənistandan gəlmiş ermənilərin hegemonluğuna ciddi etirazını bildirib və bəyan edib ki, artıq Dağlıq Qarabağ erməniləri Azərbaycana birləşməyə meyillidirlər.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyi həmişə olduğu kimi, yenə də ədalətə və beynəlxalq prinsiplərə əsaslanır. Prezident İlham Əliyev status-kvonun dəyişdirilməsinin vacibliyini vurğulayaraq deyib ki, Azərbaycanın ərazi bütövlüyü məsələləri heç vaxt danışıqlar predmeti olmamışdır və olmayacaqdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Məndə bu barədə heç bir şübhə yoxdur. Danışıqlar prosesində müəyyən durğunluq vardır. Baxmayaraq ki, Minsk qrupuna həmsədrlik edən ölkələrin başçıları yeni bəyanatla çıxış etmişlər və status-kvonun qəbuledilməz olduğunu bir daha təsdiq etmişlər. Hələ ki, status-kvonu dəyişdirən konkret, real addımlar atılmır. Ancaq bu, qaçılmazdır. Status-kvo dəyişdirilməlidir. Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçıları, Avropa İttifaqı Şurasının prezidenti ATƏT nümayəndələri, digər beynəlxalq təşkilatlar və siyasətçilər status-kvonun qəbuledilməz olduğunu dəfələrlə bəyan ediblər. Bu, çox vacib bəyanatdır. Status-kvonun dəyişdirilməsi işğal edilmiş torpaqlardan erməni işğalçı qüvvələrinin çıxarılması deməkdir. Bu işğalçı qüvvələr işğal edilmiş torpaqlardan çıxdıqca əlbəttə ki, danışıqlar prosesində də müsbət meyllər güclənəcək və bu məsələ tezliklə öz həllini tapacaqdır.

Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır, Azərbaycan torpağı kimi qalır və qalacaqdır. Artıq dünya birliyi də Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi qəbul edir. Möhtərəm Prezidentimiz dəfələrlə bəyan edib ki, dünya birliyi bizim tərəfimizdədir. Bu, Azərbaycana beynəlxalq arenada, beynəlxalq təşkilatlarda, xüsusilə, BMT-də göstərilən dəstək, eyni zamanda, bizim Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasətimizə və mövqeyimizə verilən dəstəkdir. Biz bunu belə qəbul edirik. Çünki bizim üçün Qarabağdan artıq, ondan vacib həllini gözləyən məsələ yoxdur. Bu tarixi ədalət istənilən yolla bərpa olunmalıdır və olunacaqdır. Danışıqlar yolu ilə həll edilməsə, biz məcbur olub, hərbi yola əl atacağıq. Bu, bizim suveren hüququmuzdur. Heç kim bu hüququ əlimizdən ala bilməz. Beynəlxalq qaydalar da, beynəlxalq hüquq normaları da bu hüququ tanıyır və istənilən anda Azərbaycan Ordusu ərazi bütövlüyümüzü bərpa edə bilər.

Azərbaycan bu gün dünyada sülh tərəfdarı olduğundan münaqişənin nizamlanmasında əsasən sülh variantına üstünlük verir. Çünki hələlik sülh variantı tükənməyib. Dünya birliyi də təsdiqləyir ki, gündən-günə güclənən Azərbaycanın imkanları böyük dərəcədə genişlənmişdir. Ölkəmizin təsir imkanları xeyli artmışdır və bizə dəstək olan xarici dövlətlərin sayı durmadan artır. BMT Təhlükəsizlik Şurasının qeyri - daimi üzvlüyünə seçkilər zamanı da məlum oldu ki, dünya ölkələrinin mütləq əksəriyyəti Azərbaycanı dəstəkləyir. Dövlətimizin başçısı qətiyyətlə bildirib:"Azərbaycanın artıq güclü ordusu var. Bütün silahlı qüvvələr bu gün istənilən vəzifəni - ölkəmizin bütün maraqlarını müdafiə etmək üçün hazırdırlar, buna qadirdirlər. Dağlıq Qarabağdaişğal edilmiş torpaqlarda Azərbaycanın suverenliyini bərpa etməyə hazırdırlar. Sadəcə olaraq biz istəyirik ki, bunu qan tökülmədən, sülh, danışıqlar yolu ilə edək və hər an, hər gün biz qələbəyə yaxınlaşırıq. Hər gün Ermənistan daha da böyük tənəzzülə uğrayır, Azərbaycan daha da güclənir. Biz hər gün qələbə gününü yaxınlaşdırırıq. Gün gələcək Azərbaycan bayrağı Xankəndidə və Şuşada dalğalanacaq".

 

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2012.- 8 avqust.- S. 1; 2.