Olimpiyaçılarımız
beşinci medalı rinqdə qazandılar
Rəqib
də Məhəmmədrəsul kimi güclü və
iddialı idi. Bunu döyüşün ilk iki raundu da təsdiq
etdi. Heç-heçə (4:4) qeydə alınan birinci raunddan
sonra ikinci hissədə rusiyalı bir xal fərqlə
üstünlük qazandı (7:6). Üçüncü, həlledici
raundda fiziki cəhətdən daha yaxşı təsir
bağışlayan və zərbələri də daha dəqiq
olan (7:3) Məcidov qələbəsinə heç bir
şübhə yeri qoymayıb görüşü 17:14
hesabı ilə öz xeyrinə başa çatdırdı.
Yarımfinalda
təmsilçimizin rəqibi italiyalı Roberto Kammarelli olacaq.
Yeri gəlmişkən, yarımfinala Məcidovdan bir gün əvvəl
vəsiqə qazanan Teymur Məmmədov da (91 kq-dək)
finalın astanasında italyan Klemente Russo ilə
döyüşəcək. Deməli, Olimpiadanın boks
yarışlarında ağır çəkilərdə Azərbaycan
- İtaliya yarımfinallarını izləyəcəyik.
Dünya çempionu Məcidovla dünya
çempionatının gümüş
mükafatçısı, Avropa çempionu Məmmədovun
avqustun 10-da keçirəcəkləri yarımfinal
görüşərinin bütün Azərbaycanda necə
böyük maraqla gözlənildiyini deməyə yəqin
ki, elə bir ehtiyac yoxdur.
İndiyə qədər ölkəmizin boksçuları ən böyük uğurlarına 2004-cü ildə Afina Olimpiadasında nail olmuşlar. Olimpiya oyunlarının vətənində Ağası Məmmədov və Fuad Aslanov Azərbaycana iki bürünc medalın sevincini yaşatmışdılar. Londonda həmin müvəffəqiyyət artıq təkrar olunmuşdur və hətta onu yaxşılaşdırmaq, daha qiymətli gümüş, qızıl medallar da qazanmaq mümkündür. Bunu Məcidovla Məmmədov, əlbəttə, bizdən də yaxşı bilirlər.
Rinqdə qələbədən əvvəl isə yunan-Roma güləşi yarışlarında təmsilçilərimizin uğursuzluğuna məyus olmuşduq. Hərçənd bu turnirin birinci günü Rövşən Bayramov (55 kq-dək) və Emin Əhmədovun (74 kq-dək) müvafiq surətdə gümüş və bürünc medalları bizi növbəti mükafatlara ümidləndirmişdi. Təəssüf ki, Həsən Əliyev (60 kq-dək) Norveç və Cənubi Koreya idmançılarına qalib gəldikdən sonra yarımfinalda Gürcüstan güləşçisinə, bürünc medal uğrunda görüşdə də Rusiya təmsilçisinə uduzub fəxri kürsüdən kənarda qaldı. Saman Təhmasibi (84 kq-dək) isə təkcə bir görüşlə kifayətlənməli oldu. Səkkizdəbir final mərhələsində Gürcüstan güləşçisi ilə görüşdə məğlubiyyət onu yolun lap başlanğıcında məsafədən çıxmağa məcbur etdi.
Olimpiadanın onuncu gününün yarışlarından sonra Azərbaycan medal qazanmış ölkələrin siyahısında 1 gümüş və 2 bürünc mükafatla 44-cü mövqedə idi (xatırladaq ki, yığmamızın hesabınıda daha iki medal var və onların əyarı boks turnirinin finişində qəti məlum olacaq).
Nəhayət, Türkiyəni də medalçı ölkələrin sıralarında görürük. Qardaş ölkənin komandası 1 bürünc medalla cədvəldə 69-cudur. Türkiyəyə hələlik yeganə mükafatı yunan-Roma üsulu ilə güləşənlərin turnirində Rza Qayaalp (120 kq-dək) qazandırmışdır. Siyahıda sonunucu, 70-ci pillədə olan Özbəkistanın da dünənədək 1 bürünc medalı var idi. Qalan 135 ölkə isə Olimpiadanın ilk on günündə medal sevinci keçirməmişdi.
Bəs dünən, XXX Yay Olimpiya Oyunlarının 11-ci günü Azərbaycan yığması və onun pərəstişkarları kimə və nəyə ümid edə bilərdilər? Sergey Bezuqlı - Maksim Prokopenko duetimiz ikinəfərlik kanoelərdə 1000 metr məsafəyə avarçəkmə yarışlarının təsnifat mərhələsində uğurlu nəticə göstərib növbəti mərhələyə vəsiqə qazanmağa çalışmalı idi. Yüngül atletika startlarında Layeş Abdullayevanı 5000 metr məsafəyə qaçışda təsnifat yarışları gözləyirdi. Yunan-Roma güləşi komandamızda sonuncu iştirakçımız Şalva Qadabadze (96 kq-dək) Rövşən Bayramovla Emin Əhmədovdan sonra yığmamıza daha bir medal qazandırsaydı, bu çox yaxşı olardı. Bu məqsədə aparan yolda güləşçimizin ilk rəqibi rusiyalı Rüstəm Totrov olacaqdı. Təəssüf ki, Qadabadze ümidləri doğrultmadı və uduzdu.
Bezuqlı və Prokopenko qarşılarında duran vəzifənin öhdəsindən layiqincə gəldilər. Onların qayığı qrupda finişə birinci çatıb sabah keçiriləcək final mərhələsinə birbaşa vəsiqə qazandı. Abdullayeva isə 5000 metr məsafəyə qaçışda finalçılar sırasına çıxa bilmədi.
Oqtay BAYRAMOV
Xalq qəzeti.- 2012.- 8 avqust.- S. 2.