Prezident İlham ƏLİYEV:
Bizim siyasətimizin mərkəzində insan amili dayanır
Sosial siyasət bizim siyasətimizin
ayrılmaz hissəsidir. Mən dəfələrlə
demişəm ki, biz bazar iqtisadiyyatı prinsiplərinə
sadiqik və Azərbaycanın uğurları bunun əyani
sübutudur. Ancaq bununla bərabər, biz güclü sosial
siyasət aparılmadan inkişaf edə bilmərik.
Çünki bizim bütün işimizin mərkəzində,
təməlində Azərbaycan vətəndaşı
dayanır və Azərbaycan vətəndaşının
rahat, rifah içində yaşaması bizim başlıca
borcumuzdur.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Ölkəmizdə insanların hüquq və azadlıqlarının
qorunması dövlətin
diqqət mərkəzində
saxladığı prioritet
məsələlərdəndir. Son səkkiz
il ərzində
bir milyona yaxın yeni iş yerlərinin açılması, əmək
haqlarının, pensiyaların,
sosial müavinətlərin
artırılması dövlət
siyasətimizin mərkəzində
Azərbaycan vətəndaşının
dayanmasından xəbər
verir.
Dövlət başçısının həyata
keçirdiyi siyasətin
ayrılmaz tərkib hissələrindən biri
sosial siyasətdir. Sosial siyasətin
əsas məqsədi
respublikamızı daha
da gücləndirmək,
Azərbaycan xalqının
rifah halını yaxşılaşdırmaqdır. Son illər həyata
vəsiqə almış
iri infrastruktur layihələrin əsas məqsədi ölkə iqtisadiyyatını gücləndirməklə
yanaşı, həm də əhalinin həyat səviyyəsinin
yüksəldilməsi olmuşdur.
İqtisadi cəhətdən qüdrətli olan dövlət hər şeyə qadirdir. Bu zaman yoxsulluğun
azaldıması, işsizliyin
və insanları narahat edən digər problemlərin də aradan qaldırılması yönündə
tədbirlərin reallaşdırılması
üçün daha geniş imkanlar yaranır. Bir vaxtlar hamıya əfsanə kimi görünən Bakı
- Tbilisi - Ceyhan əsas
ixrac neft kəməri reallığa
çevrildikdən sonra
ölkəmizin iqtisadi
inkişafında sanki
sıçrayış baş
verdi. Dünyanı maliyyə və iqtisadi böhran ağuşuna aldığı
illərdə Azərbaycanda
beynəlxalq standartlara
cavab verən yeni müəssisələr
yaradıldı. İri infrastruktur
layihələrinin reallaşdırılması
hesabına sosial sahələr də də öz inkişaf tempini davam etdirdi, insanların rifahı getdikcə yaxşılaşdı.
Azərbaycan Prezidenti dövlətin sosial siyasətin inkişafına
daim xüsusi önəm verdiyini diqqətə çatdıraraq
demişdir: "Sosial
siyasət bizim siyasətimizin ayrılmaz hissəsidir. Mən dəfələrlə demişəm ki, biz bazar iqtisadiyyatı prinsiplərinə sadiqik və Azərbaycanın uğurları bunun əyani sübutudur.
Ancaq bununla bərabər, biz güclü sosial siyasət aparılmadan inkişaf edə bilmərik. Çünki bizim bütün
işimizin mərkəzində,
təməlində Azərbaycan
vətəndaşı dayanır
və Azərbaycan vətəndaşının rahat,
rifah içində yaşaması bizim başlıca borcumuzdur.
Ona görə sosial siyasətin aparılması müxtəlif
istiqamətlərdə özünü
büruzə verir - bu layihələrin icra edilməsində, kənd yollarının tikintisində, qazlaşdırma
layihələrinin həyata
keçirilməsində, sosial
ödəmələrin, əmək
haqqının, pensiyaların
artırılmasında, sovet
dövründən qalmış
əmanətlərə görə
kompensasiya verilməsində,
ünvanlı sosial proqramın icra edilməsində. Bu siyahını davam etdirmək olar. Azərbaycan
o nadir ölkələrdəndir ki, hətta böhranlı illərdə
sosial proqramları ixtisar etməmiş, əksinə onları artırmışdır".
Təkcə bu ilin birinci
yarısında sosial məsələlərin həllinə
diqqət yetirsək, bu sahənin daim dövlətin diqqət mərkəzində
saxlanıldığının şahidi olarıq. Bunu faktlar
da təsdiqləyir.
Pensiyalar
40 faiz artmışdır.
Ölkədə 125 min ailəni əhatə
edən ünvanlı
sosial yardım proqramının icrası
davam etdirilir. Son 7 ildə yoxsulluq
şəraitində yaşayanların
sayı 5 dəfə azalıb. Regionların
sosial-iqtisadi inkişafı
Dövlət Proqramının
icrası nəticəsində
son 6 ayda 38 min yeni iş yeri açılıb.
Bu il "Azərbaycan gəncliyi
2011-2015-ci illərdə", o cümlədən 2011-2013-cü illərdə Bakı və Bakıətrafı
qəsəbələrin sosial-iqtisadi
inkişafı Dövlət
Proqramı qəbul edilib. Uzun illərdən bəri
insanları narahat edən sovet dövründən qalmış
əmanətlərin qaytarılmasına
başlanmışdır. Hətta bəziləri bu əmanətlərdən əllərini
üzdüklərini də
deyirdilər. Dövlət
başçısının sərəncamı ilə
sovet dövründən
qalmış əmanətlərin
verilmə mexanizmi hazırlandı və artıq bu proses
başa çatmaq üzrədir. Onu da qeyd edək ki, postsovet
ölkələri ilə
müqayisədə respublikamız
sovet əmanətlərini
ən yüksək faizlə qaytaran dövlət oldu.
Ölkəmizin getdikcə artan iqtisadi qüdrəti əhalinin pul gəlirlərinin artımına
da ös təsirini göstərmişdir. Bu ilin birinci yarısında
büdcəyə edilən
dəyişikliklərdən sonra ölkəmizin tarixində ilk dəfə
olaraq Azərbaycanın
dövlət büdcəsi
22 milyard dollara çatmışdır. Bu
dövrdə ölkəmizin
strateji valyuta ehtiyatlarının 9 milyard
dollar artması da düzgün müəyyənləşdirilmiş
strategiyanın nəticəsidir.
Hazırda Azərbaycanın strateji valyuta ehtiyatları ümumilikdə
43 milyard dollar təşkil
edir. Bu da
iqtisadiyyatın inkişafının
təmin edilməsinə,
insanların sosial problemlərinin həlli üçün əlavə
maliyyə resursları
ayrılmasına böyük
zəmin yaradır.
İki il əvvəl
ölkədə daşqınlar
başlayan zaman əhali ciddi narahatçılıq keçirirdi.
Xüsusilə Kür çayının
öz məcrasından
çıxması, Sarı
su gölünün daşması Şirvan-Muğan
zonasında ciddi fəsadlar törətmişdi.
Minlərlə ailənin
ev - eşiyi
sel sularının altında qaldı, əmlakları, əkin sahələri məhv oldu. Məktəblər, xəstəxanalar, uşaq bağçaları
yararsız vəziyyətə
düşdü. Belə ağır
və çətin vəziyyətdə dövlət
başçısı sel
sularından əziyyət
çəkənlərin yanında
oldu. Onlara hər cür
şərait yaradılacağını,
evərinin dövlət
vəsaiti hesabına tikiləcəyini, dəymiş
ziyana görə kompensasiya veriləcəyini
bildirdi. Qısa vaxt
ərzində Şirvan
zonasında çadırlar
quruldu. Sel suları, daşqınlar nəticəsində ev - eşiklərini itirmiş insanlar həmin çadırlarda
yerləşdirildi. Onlara gündə
üç dəfə
pulsuz yemək verildi, ərazidə həkim məntəqələri
yaradıldı.
Daşqından dərhal sonra Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə dövlətimizin başçısı fəlakətin nəticələrinin aradan qaldırılması ilə bağlı müvafiq orqanlara tapşırıqlar verdi. Minlərlə texnika və canlı qüvvə təbii fəlakət zonasında xilasetmə və bərpa işlərinə cəlb olundu. Təbii fəlakətin miqyasının genişlənməsinin qarşısı dövlət strukturlarının həyata keçirdiyi tədbirlər nəticəsində alındı. Dağılan bəndlərin operativ bərpası, əhalinin daha təhlükəsiz yerlərə köçürülməsi nəticəsində insan tələfatına yol verilmədi. Prezident İlham Əliyevin təbii fəlakət bölgəsinə getməsi və burada sakinlərlə görüşməsi, onların problemləri ilə maraqlanması dəyən ziyanın aradan qaldırılmasının dövlətimizin başçısının daim diqqətində olmasının parlaq təzahürü idi. Müvafiq strukturların cəlb olunduğu tikinti-quraşdırma işləri zamanı əsas diqqət evlərin əvvəlki kimi çiy kərpicdən yox, daha keyfiyyətli materiallardan istifadə olunaraq inşasına yönəldilmişdir.
Daşqınlar nəticəsində dağılan evlərin dövlətimizin başçısının tapşırıqlarına əsasən, yeniləri ilə əvəz olunması və zərər çəkənlərin isə bərpası istiqamətində görülən işlər uğurla həyata keçirilmişdir. Bu prosesin qış başlayana qədər başa çatdırılması və evlərini itirən insanların yeni mənzillərlə təmin olunması istiqamətində kompleks tədbirlər görülmüşdür.
Qeyd edək ki, İmişli, Sabirabad, Saatlı, Kürdəmir, Salyan, Zərdab, Neftçala və Hacıqabul rayonlarında ümumilikdə 1617 ev qəzalı vəziyyətə düşmüşdü. Dövlətimizin başçısının tapşırıqları əsasında bu rayonlarda 3375 ev təmir olunmuş, 1500 yeni ev tikilmiş, bir çox mənzillərdə bərpa və gücləndirmə işləri aparılmışdır. Bu rayonlar üzrə 7424 ailəyə ümumilikdə 6 milyon 547 min manatdan çox maddi yardım edilmişdir. Tikinti prosesində infrastruktur obyektlərinin inşası da diqqətdə saxlanılmışdır. Təbii fəlakətə məruz qalan bölgələrdə 27 məktəb, 6 məktəbəqədər təhsil müəssisəsi, 12 tibb ocağı, 15 məscid və digər obyektlər bərpa olunaraq yenidən əhalinin istifadəsinə verilmişdir. Bütün bunlar Prezident İlham Əliyevin təbii fəlakətdən ziyan çəkən insanlara, onların məruz qaldığı problemlərin həllinə, ümumiyyətlə,insanların həyat tərzinin yaxşılaşmasına, firavan yaşamasına həssas münasibətinin məntiqi nəticəsidir. Məhz qış gələnə qədər evlərini itirən insanların yeni mənzillərlə təmin olunması kimi mühüm tapşırığın öhdəsindən çox qısa zamanda gəlinməsi də dövlətin vətəndaşlara hərtərəfli münasibətinin bariz nümunəsidir.
Təbii fəlakətdən ciddi ziyan çəkən Sabirabad rayonunun Əsgərbəyli kənd sakini Məmmədhəsənova Töhfə Əjdər qızı dövlət başçısının insanlara göstərdiyi yüksək diqqət və qayğıdan böyük razılıq edərək dedi: "Evimiz, həyət - bacamız dörd ay su daşqınının altında qaldı. Hər şey məhv oldu. Ailə üvlərimizlə bərabər qohumlarımızın evində qaldıq. Ancaq möhtərəm Prezidentimizin verdiyi vədlər bizim sabaha olan ümidimizi artırmışdı. Əvvəlcə əkin sahələrimizə dəyən ziyana görə bizə kompensasiya verildi. Sonra isə evlərin tikintisinə başlanıldı. Buna qədər isə bəzi araqarışdıranlar deyirdilər ki, evlərin tikilməsi ilə bağlı verilən vədlər yalandır. Ancaq qısa vaxt ərzində kəndə tikinti materialları daşındı. Kənddə bir - birindən yaraşıqlı evlər tikildi. O cümlədən bizim ailə üçün də çox yaxşı bir ev tikildi. Heç ağlımıza belə gətirməzdik ki, nə vaxtsa bizim də belə bir yaraşıqlı evimiz olacaq. İndi həmin evdə yaşayırıq. Buna görə möhtərəm Prezidentimizə minnətdarıq. Yollar təzədən bərpa olundu. Məktəblər, uşaq bağçaları, tibb məntəqələri yenidən tikildi.
Sabirabadın tarixində kəndimizin bu cür rahat yolu olmamışdı. Uzun illər idi ki, Qasımbəyli, Muradbəyli və Əsgərbəyli kənd sakinləri yol sarıdan əziyyət çəkirdilər. İndi həmin kəndlərin yolu başdan - başa asfaltlaşdırılıb. Hətta həmin yolun açılışına möhtərəm Prezidentimiz özü şəxsən gəlmişdi. O, kənd sakinləri ilə görüşən zaman dedi ki, dövlətimiz insanlara həmişə yüksək səviyyədə qayğı göstərir, onların firavan yaşamaları üçün bütün imkanlardan istifadə edib və bundan sonra da istifadə edəcək. Bu, bizim gələcəyə olan inamımızı, ümidlərimizi daha da artırdı".
Bu ilin may ayında Zaqatala, Qax, Balakən rayonlarında güclü zəlzələ baş verən zaman dövlətimizin başçısı dərhal zəlzələ zonasında oldu. Zəlzələ nəticəsində böyük dağıntılar olmuşdu. İlkin məlumata görə, dağılmış evlər yüzlərlə hesablanırdı. Son məlumata görə, 3 minə qədər fərdi ev dağılmış, yaxud da ki, qəzalı vəziyyətə düşmüşdür. Bir sözlə, qəzalı vəziyyətdə olan evlərdə də yaşamaq mümkün deyildi. Yüzlərlə sosial obyekt, iyirmidən çox məktəb, uşaq bağçaları, tibb məntəqələri sıradan çıxmışdır. Bir sözlə, bu, çox ağır təbii fəlakət idi. İnsanların müvəqqəti məskunlaşması üçün bütün lazımi tədbirlər görüldü.
Prezident İlham Əliyev təbii fəlakətdən əziyyət çəkən insanlara ürək-dirək verərək demişdir: "... Əminəm ki, biz qısa müddət ərzində bu sınaqdan da şərəflə çıxacağıq. Bütün kəndlər bərpa ediləcəkdir. Evlər daha da yaxşı olacaqdır. Ən önəmlisi ondan ibarətdir ki, bu işlər üçün çəkiləcək bütün xərcləri Azərbaycan dövləti öz üzərinə götürür. Bu da dünyada nadir hallarda baş verən bir hadisədir. Çünki adətən, xüsusilə indi inkişaf etmiş ölkələrdə bütün evlər sığortalıdır. Vətəndaşlar gedirlər sığorta şirkətlərinə müraciət edirlər, evləri sığortalayırlar. Təbii fəlakət baş verdikdə dövlət heç bir xərc çəkmir, vətəndaş gedir sığorta şirkətindən vəsait alır. Bizdə isə vəziyyət fərqlidir. Nə vaxtsa bizdə də belə olacaqdır. Ancaq hələ ki, belə deyildir. Azərbaycan dövləti bu öhdəliyi öz üzərinə götürür və bütün evlər qısa müddət ərzində bərpa ediləcəkdir.
Göründüyü kimi, ildən -ilə artan valyuta ehtiyatlarımız, reallaşdırılan iri infrastruktur layihələrinin icrası imkan verir ki, insanları ən çox narahat edən problemlər öz həllini tapsın. Dövlətimizin başçısı dəfələrlə vurğulayıb ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır.
Möhtərm Prezidentimiz əhali ilə keçirdiyi görüşlərin birində demişdir: "Həmişə xalqla birlikdəyəm, birlikdə də olacağam. Yaxşı günlərdə də, ağır günlərdə də. Bir daha demək istəyirəm ki, bugünkü Azərbaycan dövləti çox böyük potensiala malikdir. Həm dünya miqyasında, həm bölgədə, regionda mövqelərimiz möhkəmdir. Ölkə daxilində də vəziyyət yaxşıdır. İqtisadi imkanlarımız, güclü iradəmiz var və bizim siyasətimizin mərkəzində insan dayanır, Azərbaycan vətəndaşı, adi vətəndaş, bax, sizin kimi".
Əliqismət BƏDƏLOV
Xalq qəzeti.- 2012.- 9 avqust.- S. 1.