Koreyanın Azərbaycandakı
səfiri Bakı Dövlət Universitetində olmuşdur
Avqustun
10-da Bakı Dövlət Universitetinin (BDU) rektoru, Milli Məclisin
deputatı, akademik Abel Məhərrəmov Koreyanın Azərbaycandakı
səfiri Li Ci-Han ilə görüşmüşdür.
Bakı
Dövlət Universitetinin mətbuat və informasiya şöbəsindən
bildirmişlər ki, görüşdə akademik A.Məhərrəmov
BDU-nun fəaliyyəti, beynəlxalq əlaqələri, proqram
və qrant layihələrində iştirakı barədə
danışmışdır.
Azərbaycan-Koreya
əlaqələrinin əhəmiyyətini vurğulayan rektor
2007-ci ildən universitetdə Koreya dili və ədəbiyyatı
ixtisasının tədris olunduğunu diqqətə
çatdırmışdır. Həmin ixtisasda 38 tələbənin
təhsil aldığını xatırladan akademik A.Məhərrəmov
onlardan 8 nəfərinin bu il məzun olduğunu söyləmişdir.
O qeyd etmişdir ki, məzunlardan 3-ü Koreya universitetlərinin
magistratura şöbələrinə daxil olmuşdur.
Təhsil
sahəsində əməkdaşlıq barədə
danışan səfir Li Ci- Han bildirmişdir ki, Azərbaycanda
26 koreyalı, öz ölkəsində isə 76 azərbaycanlı
gənc təhsil alır.
Sonra
qonaq Bakı Dövlət Universitetinin tədris şəraiti
ilə tanış olmuşdur.
AzərTAc
Xalq qəzeti.- 2012.- 11 avqust.- S. 2.