Qabil - Vətən təəssübkeşli
böyük şair
Ulu Nəsimiyə doğru
can atdı,
Bir ustad sayağı
heykəl yaratdı...
Çağdaş Azərbaycan şeirinin görkəmli nümayəndələrindən
olan xalq şairi Qabilə ünvanlanan bu misralar böyük sənətkarımıza məhəbbətdən
yoğrulan, istəkdən
qaynaqlanan əvəzsiz
bir ədəbi qənaət, reallığı
dəqiqliklə əks
etdirən bədii kəlamdır.
Hamıya
bəllidir ki, Qabil bütün yaradıcılığı ilə
dillər əzbəri
olan "Səhv düşəndə yerimiz",
"Bakılı", "Qarışdırma", "Çörək",
"Təmizlik", "Gülləbaran
etdilər", "Nəsimi
bazarında", "Beşiyimdir
- məzarımdır o mənim",
"Dağlar", "Azərbaycan
torpağı", "Göygöl",
"Mübarəkdir Qız
qalası", "Məhəbbət
deyil", "Küləkli
havalarda, yağışlı
havalarda", "Çalma,
qaboy", "Çal,
qaboy", "Türkün
qəbri", "Zarafat
eyləmə", "Ümid
sənədir ancaq",
"Gedən yerim olaydı", "Qoru özünü", "Əslində",
"Su qovuşanda", "Gətirmə", "Sənə
qurban" kimi fəlsəfi-psixoloji, epik-dramatik
fundamental əsərləri ilə əbədiyyət
qazanmışdır.
Böyük poeziya qüdrətinə malik şair-filosof Nəsiminin dərin, sarsılmaz inamına və işıqlı idealına üz tutan Qabil bir
heykəl ucaltdı. Nəsiminin
öz dilində dediyi kimi, onu
Azərbaycan ədəbiyyatında
bədii-fəlsəfi dillə
əbədiləşdirdi:
Mən ol tilsimi pünhan
ki, bu gün
cahana gəldim,
Əzəli nişansız idim, əbədi nişanə gəldim.
Qabili yaxşı tanıyan oxucular gözəl bilirlər ki, o, daima klassikləri, xüsusilə Allaha, gözəlliyə, həqiqətə
qovuşmaq yolunda hər cür fədakarlığa can atan
Nəsimini necə məhəbbətlə sevmiş,
oxumuş, onu öyrənməkdən mənəvi
bir zövq almışdır. Onun "Nəsimi"si
məhz bu baxımdan sevgiyə canlı bır misaldır. Söz sənəti və ya Nəsimi Qabil üçün ən müqəddəs səcdəgah, qibləgah
olmuşdur...
On il üzərində
işlədiyi poemasmda
Qabil, sözün həqiqi mənasında, böyük mütəfəkkir
və dahi şairimiz İmadəddin
Nəsiminin daxili, fikri-mənəvi aləminin
açarını tapmışdır.
Nəticədə Qabilin "Nəsimi"sində
mərdlik, bahadırlıq
pafosu, ölməzlik əzmi olduqca güclü şəkildə
verilmişdir. Onun tarixi
və lirik qəhrəmanı Nəsimi
özünə inamında
və fəlsəfı
idrakında qətiyyətlidir,
dönməzdir, mənəvi
keyfiyyətləri ilə
əbədiyaşardır.
Xalq şairi Qabilin 70 illik təntənəli yubiley gecəsində dünya şöhrətli
dahi insan, Azərbaycan xalqının
əbədi iftixarı,
böyük rəhbəri
və ümummilli lideri Heydər Əliyev sevimli şairimizin və onun "Nəsimi" poemasının ədəbi
və əbədi dəyərini belə qiymətləndirmişdir:
"Qabilin Nəsimi
haqqında yazdığı
mənzum roman mənim
yaxşı xatirimdədir. Doğrudan
da o, çox böyük iş idi və Qabil
bu işi gördü. Bu, həqiqətən
Dövlət mükafalına
layiq bir əsərdir. Çünki Nəsimi haqqında belə böyük, sanballı, dərin fəlsəfi fikirlərlə
dolu olan mənzum roman yazmaq hər adamın, şairin, yazıçının
işi deyil. Qabil bunun öhdəsindən gəldi".
Daha sonra Qabil şəxsiyyətinə
də münasibət
bildirən ulu öndər dedi:
- Mən bu gün
bu yubiley gecəsinə böyük
məmnuniyyət hissi
ilə gəlmişəm.
Qabilin xidmətləri çox böyükdür. Qabil öz
çıxışında Mədinə Gülgünün
vəfatı ilə əlaqədar Aktyor evində yas mərasimindəki görüşümüzü
xatırlatdı. Doğrudan
da, o vaxt mən Qabilə dedim ki, sən
əsl kişisən.
Bu elə-belə söz deyil. Bu, mənim əvvəlki dövrdə, qurultaylarda, müxtəlif tədbirlərdə
müşahidələrimin nəticəsi idi...
Həmin yubileydə ümummilli lider xalq şairi
Qabilin xarakterindəki
özünəməxsus incə
yumor hisslərindən
də söhbət açmışdır.
Bəli, Qabil bu zirvəyə
elə-belə gəlib
çatmamışdır. O, parlaq
istedadı və qüdrətli sənətkar
təxəyyülü ilə
dövrümüzün ən
çox sevilən, oxunan və sayılan şairlərindən
olmaqla cəmiyyətimizin
elə bir üzvü yoxdur ki, onu tanımasın,
sevib qiymətləndirməsin,
haqqında qürurla söhbət açmasın.
Qabilin yaradıcılıq yolu şəxsiyyəti ilə daima həmahəng olmuşdur. Eyni zamanda həyatda mehriban, səmimi və duzlu zarafatları ilə yanaşı, onun haqqında yaradılan maraqlı lətifələr də xalqa çoxdan bəllidir. Bu, əlbəttə, şair üçün ən böyük səadətdir.
Böyük çağdaş şairimizi xalqa sevdirən bir çox amillər vardır ki, onlardan, ən başlıcası Qabil poeziyasına uğur gətirən cəhət yüksək vətəndaşlıq mövqeyinin bu poeziyada güclü şəkildə, poetik dolğunluqla ifadə edilməsidir.
Qabilin dillər əzbəri olan atalar sözü, zərb məsəllər kimi əks-səda verən misraları, rübailəri, beytləri, ayrı-ayrı şeirləri bunu deməyə əsas verir.
Ağrılı yerimizə toxunaq ki, dünənə qədər yaşayıb-yaradan şair dünyadan köç edəndə də hamının qəlbində canlı klassik kimi, deyib-gülən, sevən-sevdirən bir sənətkar kimi qaldı. Ömür karvanının yır-yığış günündə də yazıçı Elçinin, Anarın, Bəkir Nəbiyevin, S.Rüstəmxanlının, Z.Yaqubun, habelə oğlu Mahirin həzin sözlərində, coşqun fıkir və mülahizələrində bu həqiqətə bir daha inandıq ki, sənətkar getdi, lakin, sözü, sənəti, duzlu zarafatları, maraqlı lətifələri əbədi olaraq xalqına yadigar qaldı.
Bunlar bizim üçün bir təsəllidi. Böyük şəxsiyyət, akademik Vasim Məmmədəliyev də
bu fıkirdədir ki, Qabilin vəfatı
ədəbiyyatımız üçün
böyük itkidir.
Onun cismən yoxluğu günü-gündən daha
çox bilinir. Lakin biz bir şeylə təsəlli tapırıq
ki, Qabilin həmişə oxucusu olub, var və
olacaq. Sənətkar üçün əbədiyyət budur.
Vaxtı ilə özü öz şeirinə:
Çoxdan ayrılmışıq bir-birimizdən,
Yaxın ola-ola uzaq düşmüşük.
Yoxsa xatirəyə
çevrilmisən sən?
Xatirə eşqinə nahaq düşmüşük.
Hələ xatirəlik bir şeyimiz yox...-
deyən Qabil, artıq xatirəyə çevrilmişdir.
Hələ sağlığında Qabil haqqında Bəkir Nəbiyevin, Bəxtiyar Vahabzadənin, Nəbi Xəzrinin, Anarın, Sabir Rüstəmxanlının, Fikrət
Qocanın, Cabir Novruzun, Hüseyn Abbaszadənin, Fikrət Sadığın, Tofiq Hacıyevin, Əli Səmədlinin, Abbas Abdullanın, Əzizə Türkanın və onlarca Qabilsevərlərin
maraqlı xatirələri
və böyük şairimiz haqqında duzlu-məzəli söhbətləri
daima yaşayacaqdır.
Qabili bütöv xalq sevir! Qabilə hər bir zəhmətkeş,
müəllim, həkim,
aqronom, ziyalı olduqca diqqətlidir! Sənətkar üçün bundan böyük xoşbəxtlik yoxdur.
Ədalət AĞAGÜLOĞLU,
Azərbaycan Universitetinin
dissertantı, filoloq
Xalq qəzeti.- 2012.-
11 avqust.- S. 6.