Toğrul ƏSGƏROV: "Sevincimi sözlə ifadə etmək mümkün deyil"
"Hazırda sevincimin
həddi-hüdudu yoxdur. Bunu sözlə
ifadə etmək mümkün deyil. Bunu apasport.az
saytına açıqlamasında
Olimpiya çempionumuz
Toğrul Əsgərov
(60 kq) deyib.
Sərbəst güləş üzrə
London Olimpiadasının qızıl
medalını qazanan
19 yaşlı pəhləvanımız
qələbəsini şərh
edib: "Olimpiadaya çox ciddi hazırlaşmışdıq. Demək olar ki, 1 ildən
çoxdur bunu daha da intensivləşdirmişdik.
Mənim
əsas rəqibim isə finalda qarşılaşdığım rusiyalı Besik Kuduxov idi. Bunu hamı bilirdi. Həm də yalnız digər rəqiblərimdən
fərqli onunla güləşməmişdim. Onu da məğlub etdim, qələbəmi hamı gördü.
Çox
sevinirəm ki, Vətənə qızıl
medal bəxş etdim".
Əsgərov bildirib ki, Kuduxov
görüşdən sonra
çox əsəbi görünüb və hətta təbrik üçün lazımı
cəsarəti də çatmayıb.
Xalq qəzeti.- 2012.-
12 avqust.- S. 2.