Yevlax: inkişaf və yüksəliş möhkəm təməl üzərindədir

 

Yevlax bu gün Avropanın ən qabaqcıl şəhərlərindən bir addım da geri qalmır.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

 

Bu günlərin söhbətidir. Həmişə yeni yazılar barədə fikir mübadiləsi etdiyim, savadına, səviyyəsinə, dünyagörüşünə dərindən bələd olduğum dostlarımdan biri, az qala, məni məzəmmət elədi: - Bir vaxtlar Yevlaxdan çox yazardın. Ancaq son aylar elə bir yazına rast gəlmirəm. Haqlı irad idi mən əməkdaşı olduğum qəzeti, yazılarımı həssaslıqla izlədiyinə görə ürəyimdə dostuma təşəkkür elədim. Ancaq... bu dünyada hər şeyin bir səbəbi olduğu kimi, gecikməyimin bir əsası vardı. Səbəb çox sadə idi. Bu, mənim jurnalist müşahidələrim araşdırmalarımla bağlıdır.

Bəli, Yevlaxdan, onun az qala əsrə bərabər sürətli inkişafından, aparılan genişmiqyaslı tikinti -quruculuq və abadlıq işlərindən, sağlam mənəvi -psixoloji ab-havadan, qabaqcıl təcrübəyə çevrilən təşkilat -idarəetmə məsələlərindən çox yazmışam. Hər dəfə də düşünmüşəm ki, yəqin ki, bizim şəraitdə iqtisadi, sosial və mədəni inkişafın bundan daha artıq sürəti mümkün deyil. Əslində, jurnalist marağı və araşdırması da bundan irəli gəlirdi. Bilmək istəyirdim ki, əldə edilmiş yüksək inkişaf tempi, bütün sahələri əhatə edən möhkəm intizam və tələbkarlıq aşağı düşməyib ki ?...

İndi bu sətirləri yazıram və böyük məmnuniyyətlə etiraf edirəm: Yevlaxda 7-8 il bundan əvvəl götürülmüş sürət, inkişaf və yüksəliş tempi qətiyyən azalmayıb, hətta elə sahələr var ki, daha yüksək nəticələr əldə edilmişdir. Başqa sözlə desək, dostumla fikirlərimiz üst -üstə düşmüşdü. Ona görə də Yevlaxın son vaxtlarkı iqtisadi, sosial və mədəni inkişafını əks etdirən bu yazımı böyük məmnuniyyətlə yazıram. Əvvəlcədən onu deyək ki, 2012-ci ilin ötən ayları ərzində ümumdaxili məhsulun həcmi 201,2 milyon manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 123,3 milyon manat çoxdur. O da sevindiricidir ki, ümumdaxili məhsulun 98,5 faizi qeyri-dövlət bölməsində istehsal olunmuşdur.

Müqayisə olunan dövrdə adambaşına 1649,1 manatlıq ümumdaxili məhsul istehsal olunmuşdur. Bu da 2011-ci ilə nisbətən 173,7 manat çoxdur. Rayon üzrə orta aylıq əmək haqqı da artmışdır.

Rayon iqtisadiyyatının əsas sahələrindən birini kənd təsərrüfatı təşkil edir. Ona görə də sahənin inkişafı, sahibkarlarla, fermerlərlə, kənd adamlar ilə aparılan daim diqqət mərkəzində saxlanılır. Təsadüfü deyildir ki, son illər əkinçilik və heyvandarlıq məhsulları istehsalı xeyli artmış, məhsuldarlıq yüksəlmişdir. Məsələn, təkcə cari ilin ötən ayları ərzində 44,1 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur. 2012-ci ildə 16 min 655 hektarda əkilmiş taxıl sahələrindən 51 min 273 ton, 310 hektar kartof sahəsindən 2 min 992 ton məhsul toplanmışdır. Bu isə keçən illə müqayisədə xeyli çoxdur.

Hazırda bostan-tərəvəz məhsullarının yığımı və yem toplanışı davam edir. Bu il 8948 nəfər kənd təsərrüfatı məhsulları istehsalçılarına 1 milyon 395 min manat yardım göstərilmiş, torpaq mülkiyyətçilərinə 672 ton mineral gübrə güzəştli şərtlərlə satılmışdır. Keçən ilin eyni dövrü ilə müqayisədə 31ton ət, 334 ton süd, 46 min ədəd yumurta çox istehsal edilmişdir.

2012-ci ilin ötən aylarında bütün maliyyə mənbələri hesabına şəhərdə və rayon ərazisində kapital qoyuluşunun həcmi 94,7 milyon manat olmuşdur. Bunun 2,9 milyon manatı istehsal, 91,7 milyon manatı qeyri-istehsal sahəsinə yönəlmişdir. 28,2 milyon manatlıq əsas fondlar istifadəyə verilmişdir. 66,3 milyon manat əsas kapitala yönəlmişdir. Cari ildə inşaası aparılan 181 obyektdən 102-si yeni tikintilərdir.

2012-ci ildə Mərkəzi Bankın Yevlax ərazi idarəsinin və ehtiyatların idarəetmə mərkəzinin, Dövlət Miqrasiya Xidmətinin qanunsuz miqrantların saxlanılması Yevlax mərkəzinin, Maliyyə İdarəsinin inzibati binaları, fiziki məhdud imkanlı insanlar üçün regional informasiya mərkəzinin, Avtovağzal Kompleksinin tikintisi başa çatdırılmışdır. "Azərtoxum" MMC toxum emalı müəssisəsində mal-qara üçün yem istehsal edən sex istifadəyə verilmişdir.

Hazırda 4 mərtəbəli 20 mənzilli yaşayış binasında, Kür çayı sahilində 5 ulduzlu hoteldə, Təhsil Şöbəsinin, Yevlax şəhər 2 və 10 nömrəli, Aran qəsəbəsində və Salamabad kəndində yeni məktəb binalarında, Uşaq Gənclər İdman Məktəbinin üzgüçülük hovuzunda, "Lalə-Tekstil" MMC tikiş fabrikində, "Yevlax-Dəmir-Beton" ASC-nin və "Delfin" MMC-nin yeni istehsalat sexlərində tikinti işləri sürətlə davam etdirilir.

Son illər Yevlax şəhəri, eləcə də digər qəsəbə və kəndlər öz simasını əsaslı şəkildə dəyişmiş, daha abad, müasir və yaraşıqlı olmuşdur. O da sevindiricidir ki, bütün sahələri əhatə edən tikinti-abadlıq və quruculuq işləri bu güneyni sürət və keyfiyyətlə davam etməkdədir. Məsələn, Kövər kənd orta məktəbində əsaslı təmir və bərpa işlərinə başlanılmışdır. Yaxın vaxtlarda Aran qəsəbəsindəki 180 yerlik orta məktəb, Balçılı kəndindəki 180 yerlik orta məktəb binalarının tikintisinə başlanacaqdır. Səhiyyə obyektlərinin tikintisinə də diqqət artırılmışdır. Hazırda təməli Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən qoyulmuş 180 çarpayılıq Mərkəzi Şəhər Xəstəxanasının və 50 çarpayılıq Regional Vərəm Dispanserinin tikintisi davam etdirilir.

Şəhərin mərkəzindən keçən Bakı-Ələt-Qazax avtomobil yolunun kənarında istinad divarı və qala bürcləri tikilmiş, Nizami prospektində, C.Mustafayev, M.Hüseynov, S.Vurğun küçələrində divarlar aqlayla üzlənmiş, səki daşları düzülmüşdür.

Hazırda şəhərdə 6 ədəd 2 mərtəbəli 16 mənzilli yaşayış binalarının dam örtüklərində və fasadlarında təmir işləri aparılır. Bundan başqa, Heydər Əliyev prospektində, C.MustafayevS.Vurğun küçələrində abadlıq işləri davam etdirilir, müasir işıqlandırma dayaqları quraşdırılır, divarlar aqlayla üzlənir. 7 küçədə 212 ədəd müasir işıqlandırma dayaqları quraşdırılmışdır. Ümumi uzunluğu 3,1 kilometr olan C.Mustafayev və S. Vurğun küçələrinə asfalt örtüyü salınır. Heydər Əliyev prospektindən Bərdə istiqamətinə avtomobil yolu əsaslı təmir olunur.

Kür çayı sahilində bulvar-istirahət kompleksinin, Səməd Vurğun parkının, Aran qəsəbəsində İpək yolunun tikintisi davam etdirilir. Burada istinad divarı və qala bürcləri tikilmiş, yaşıllıqlar salınmışdır. Sahil istirahət zonasında 15 ədəd fontan, 1 ədəd şəlalə tikilmişdir. Bulvarda 68 ədəd müasir işıqlandırma dirəklər quraşdırılmışdır. Kür çayı sahilində bulvar istirahət kompleksinə gedən avtomobil yolu genişləndirilmiş, kənarında 920 metr uzunluğunda hasar çəkilmişdir.

Hazırda Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Aşağı Qarxun və Yuxarı Qarxun kəndləri arasından keçən hissəsində, Yevlax - Bərdə avtomobil yolunun 2-17 kilometrliyində, Bakı-Ağstafa dəmir yolunun rayon ərazisindən keçən hissəsində əsaslı təmir işləri aparılır.

İnsan amili, əhalinin vacib sosial ehtiyaclarının vaxtında yerinə yetirilməsi daim diqqət mərkəzində saxlanılmış, bu sahədə ardıcıl və sistemli qurulmuşdur. Əhalinin içməli su ilə təmin olunmasını daha da yaxşılaşdırmaq məqsədilə Kür nasos stansiyasından, o cümlədən Malbinəsi su hövzəsindən şəhərə gələn birinciikinci magistral su kəmərlər plastik borularla əvəz edilmişdir. Bu isə su itkisinin qarşısını almış və şəhərə vurulan suyun həcmi artmışdır.

Hazırda Aran qəsəbəsinin, Balçılı, Meyvəli, Ərəbbəsrə kəndlərinin əhalisini ekoloji cəhətdən içməli su ilə təmin etmək məqsədilə təmizləyici qurğunun quraşdırılması, kəndarası su xətlərinin çəkilməsi və bulaqların tikintisi işləri aparılır. Bu işlərin cari ildə başa çatdırılacağı nəzərdə tutulmuşdur. Nəticədə, həmin kəndlərdə yaşayan 4,3 min əhali ekoloji cəhətdən təmiz içməli su ilə təmin olunacaqdır.

Ümumiyyətlə, son dövrdə 21 kənddə içməli su təmizləyici qurğular quraşdırılmışdır ki, nəticədə 30 min nəfər kənd əhalisinin içməli su təminatı yaxşılaşdırılmışdır. Bundan başqa çoxmənzilli yaşayış binalarının daxili sukanalizasiya xətlərinin yenidən qurulması işləri davam etdirilir. Bu tədbirlərin 66 binada görülməsi nəzərdə tutulur. Artıq 32 binada işlər başa çatmışdır.

"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişaf Dövlət Proqramı"na əsasən "Yevlax şəhərinin içməli su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması layihəsi" ilə əlaqədar lazımi işlər aparılır. Məsələn, şəhərə Mingəçevir su anbarından 34,5 kilometr magistral su xətti, şəhər daxilində isə 124 kilometr paylayıcı su şəbəkəsi çəkiləcəkdir.

Əhalinin fasiləsiz elektrik enerjisi və təbii qazla təminatı sahəsində heç bir problem yoxdur. Belə ki, şəhərə, digər qəsəbə və kəndlərə 24 saat elektrik enerjisi verilir. Bundan başqa, son illər rayonun 24 kəndinə təbii qaz xətti çəkilmişdir. Son illər rayonun 21 yaşayış məntəqəsinə təbii qaz verilmişdir. Bünyadabad kəndinin qazlaşması başa çatmaq üzrədir. Cari ilin ötən ayları ərzində şəhərdə və bir sıra kəndlərdə 128 abonentə təbii qaz verilmişdir. Abonentlərə 240 ədəd yeni sayğac quraşdırılmışdır. Şəhərin 6 küçəsində qaz xətləri dəyişdirilmişdir. İstehlak olunmuş qazın dəyərinin 87,3 faizi ödənmişdir.

Təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin fəaliyyəti də gücləndirilmişdir. Əsas diqqət sahənin maddi-texniki bazasının möhkəmləndirilməsinə, intizam və tələbkarlığın artırılmasına yönəldilmişdir.

Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədov təbiətən narahat adamdır. Uzun illər müxtəlif rəhbər vəzifələrdə çalışıb. Sadəlik, səmimiyyət, ziyalılıq onu fərqləndirən əsas cəhətlərdir.

Daim üstündə, adamlar arasındadır. İnsanlar ona inanır, etibar edir, ardınca gedirlər. Ardıcıl sistemli icra intizamı, insan amili, Ulu öndər Heydər Əliyevin ölməz ideya əməllərinə, ölkə Prezidenti İlham Əliyevin müdrik daxili xarici siyasət xəttinə hədsiz ehtiram sədaqət icra başçısı kimi onun üslub metodlarında özünü qabarıq surətdə göstərir. Bəlkə, elə ona görə Qoca müəllimlə konkret görüş vaxtı yeri təyin etmək çətindir. Bu dəfə belə oldu. İcra hakimiyyətində görüşməliydik. Ancaq köməkçi sualımıza tələsik cavab verdi: icra başçısı indicə Səməd Vurğun parkına getdi. Orda da dedilər ki, başçını C. Mustafayev küçəsində axtarın, geciksəniz Xaldanda səyyar qəbul var, orda tapa bilərsiniz. Elə söhbətimiz atüstü oldu:

- İndi kabinetdən rəhbərlik dövrü deyil. Gündə 2, 3 dəfə işin üstünə baş çəkməsəm rahat ola bilmirəm. Axı heç bir rəsmi arayış, telefon zəngi adamlarla canlı söhbəti ünsiyyəti əvəz edə bilməz.

- Son vaxtlar həyata keçirilən yeni layihələrin, dövlət proqramlarının uğurlu icrası nəticəsində Yevlax öz inkişafının yeni mərhələsinə qədəm qoymuşdur...

- Elədir. 2009-2013-cü illəri əhatə edən dövlət proqramının uğurlu icrası Yevlaxa digər yaşayış məntəqələrinə yeni həyat gətirmişdir. Gördüyünüz kimi, şəhərin elə bir küçəsi yoxdur ki, orada abadlıq səliqə-səhman işləri aparılmasın. Kəndlərimizdə inkişaf, yeni ab-hava göz qabağındadır. Yeri gəlmişkən, onu da deyim ki, Yevlaxda gördüyünüz tərəqqi möhkəm təməl üzərindədir. Bizim müəyyən edilmiş bu yüksəliş xəttindən geri qalmağa sadəcə olaraq ixtiyarımız yoxdur.

- Deməli, Yevlaxın daha abad, gözəl bəxtiyar günləri hələ qabaqdadır...

- Əlbəttə, ölkə Prezidenti İlham Əliyevin bütün regionlara, o cümlədən Yevlaxa, onun sosial-iqtisadi mədəni inkişafına göstərdiyi gündəlik diqqət qayğı belə düşünməyə tam əsas verir. Biz bu yüksək etimadı konkret əməli işlə doğrultmaq üçün bundan sonra da bütün imkan səylərimizi, təcrübə bacarığımızı sərf edəcəyik.

İcra başçısı ilə söhbətimiz sona yetsə Yevlaxda yeniliklərlə tanışlıq, adamlarla üstündə söhbətlərimiz, ağsaqqallarla, ziyalılarla, gənclərlə görüşlərimiz bütün gün ərzində davam etdi. Gördüklərimizə, şahidi olduqlarımıza əsaslanıb deyə bilərik: Bu gün Yevlaxda təşəbbüskar yardıcı mühit, sağlam mənəvi-psixoloji ab-hava, sabaha dərin inam var. Yevlaxlılar yaradılan bu gözəl şərait, inkişaf yüksəliş üçün ölkə Prezidenti İlham Əliyevə sonsuz minnətdarlıqlarını bildirirlər.

 

 

Ziyəddin SULTANOV

 

Xalq qəzeti.- 2012.- 15 avqust.- S. 6.