XIV London Yay Paralimpiya Oyunlarında iştirak edəcək idmançılarımız ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət etmişlər

 

Xəbər verdiyimiz kimi, avqustun 29-dan sentyabrın 9-dək Böyük Britaniyanın paytaxtı Londonda XIV Yay Paralimpiya Oyunları keçiriləcəkdir.

London Yay Paralimpiya Oyunlarında iştirak edəcək idmançılarımız avqustun 22-də Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə gül qoymuşlar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi yad olunmuş, məzarı üzərinə gül dəstələri düzülmüşdür.

Sonra Şəhidlər Xiyabanına gələn paralimpiyaçılarımız ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad etmiş, məzarları üstünə gül qoymuşlar.

 

 

AzərTAc

 

Xalq qəzeti.- 2012.- 23 avqust.- S. 2.