ASAIF ötən iki ildə gənclərin inamını qazanmağa müvəffəq olmuşdur
Ötən iki ildə biz gənclərin inamını qazanmağa müvəffəq olmuşuq. Sürətlə artan sıralarımızda tələbələr özlərini bir ailənin üzvləri kimi hiss edirlər.
Bu sözləri Xaricdə Təhsil Alan və Məzun olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun (ASAIF) sabiq sədri Orxan Əkbərov AzərTAc-a müsahibəsində demişdir.
ASAIF-in iki il əvvəl rəsmi qeydiyyatdan keçdiyini xatırladan sabiq sədr ötən müddətdə hərtərəfli və bacarıqlı komandanın formalaşdığını diqqətə çatdırmışdır. İlk illər qurumun əhatə dairəsinə 12 ölkə daxil idisə, bugünkü forumda 44 ölkədə təhsil alan tələbələr iştirak edirlər. Ötən dövrdə biz gənclərlə dövlət arasında körpü yaratmağa nail olduq. Tələbələrin problemlərinin həlli istiqamətində həyata keçirmiş layihələrlə onlara yardımçı olmuşuq. Bugünkü forumu keçirməklə gənclərin vahid çətir altında şəbəkələşməsinə nail olduq. Bütün bunlar bizi daha inamlı addımlar atmağa həvəsləndirir.
O.Əkbərov bildirmişdir
ki, quruma rəhbərlik
etdiyi dövrdə ASAIF-in
ən yaddaqalan və möhtəşəm
tədbirlərindən biri bu il fevralın 26-da
Xocalı faciəsinin 20-ci ildönümü
ilə bağlı İstanbulun Taksim meydanında keçirilən aksiya olmuşdur. Biz
qarşımıza məqsəd qoymuşuq
ki, Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi həll olunmayana qədər keçirdiyimiz
bütün forumlarda bu məsələni gündəmə gətirəcəyik
və bu mövzu azərbaycanlı
gənclərin diqqət mərkəzində saxlanılacaqdır.
X Beynəlxalq Bakı Forumu çərçivəsində
keçirilən birinci panelin
mövzusu da "Azərbaycanlı
gənclərin ölkədən kənarda lobbiçilik
fəaliyyəti; Dağlıq Qarabağ probleminin dünya ictimaiyyətinə
çatdırılmasının yeni
metodları" olmuşdur. Biz ölkəmizlə bağlı həqiqətlərin
dünya ictimaiyyətinə
çatdırılması istiqamətində səylə
çalışacağıq.
Xalq qəzeti.- 2012.- 23 avqust.- S. 3.