Tərəqqi və yüksəliş qələbəni yaxınlaşdırır

 

Füzuli rayonunun işğalından 19 il keçir

 

Hər il Füzulinin işğalının ildönümündə rayon ictimaiyyətinin nümayəndələri bir yerə yığışır. Bu görüşlərdə ötən illəri xatırlayırıq, kədərlənirik, həm də sabahımıza inamla, ümidlə baxırıq, başa düşürük ki, qarşıda daha xoş günlər var.

Builki görüşümüzdə də bir daha vurğulandı ki, 1988 - 1993-cü illərdə respubikada baş verən hərc-mərclik o dövrdə ölkəyə başçılıq edənlərin bacarıqsızlığının və ciddi səhvlərinin nəticəsi idi. O illərdə Azərbaycanda səriştəli rəhbər yox idi, düşmən isə hiyləgər və xəyanətkar idi. Yağı başa düşürdü ki, illərlə arzusunda olduğu məqsədə çatmaq üçün Azərbaycana hücüm etməyin, Qarabağı işğal etməyin ən münasib vaxtıdır. Beləcə, Qarabağın şəhər və rayonları biri-birinin ardınca işğal edildi. Füzuli də belə qurbanlardan biri idi.

Lakin taleyin ümidinə buraxılmış Azərbaycan xalqı o vaxt hadisələrin inkişafını aydın görürdübaşa düşürdü ki, əgər bir az da belə davam etsə Azərbaycan parçalanacaqtam işğal olunacaq. Xalq anlamışdı ki, Qarabağ hadisələri başlayandan onun azadlığı üçün mübarizə aparanvuruşan ulu öndər Heydər Əliyev hakimiyyətə dəvət olunmalıdır ki, bu bəlaların qarşısı alınsın. Həmin illərdə Naxçıvanda fəaliyyət göstərən ümummilli lider Heydər Əliyevi hakimiyyətə dəvət etmək üçün xalq təkidlə, hakimiyyətin nümayəndələri isə əlacsızlıqdan dəfələrlə ona müraciət etdilər. Özünü Azərbaycandan ayrı təsəvvür etməyən ümummilli lider, nəhayət, Bakıya gəlməyə razılaşdı və xilaskarlıq missiyasını həyata keçirməyə başladı.

"Azərbaycan - Heydər Əliyev", "Xalq - Heydər" tandemi Azərbayanı məhv olmaqdan xilas etdi, yenicə qazanılmış dövlət müstəqilliyini qoruyub dönməz etdi, torpaqlarımızın işğalı dayandırıldı. Aradan keçən 19 ildə ölkəni tərəqqi yoluna çıxardı. Cəbhə bölgələrində normal həyat bərpa edildi. Bu gün bizi irəlidə böyük quruculuq işləri gözləyir. Arxada isə müharibənin zərbələri, ağrıları dayanıb.

Qarabağ müharibəsində Füzuli bölgəsində döyüşlərdə 18 min nəfər iştirak etmişdir. Həmin döyüşlərdə 6500 nəfər həyatlarını qurban verib. Onlardan 1000 nəfərə qədəri füzulililər olmuşlar. Füzuli şəhidlərindən 470 nəfəri hərbçi, 270 nəfəri mülki şəxslər, 192 nəfəri itkin və girovlardır. Döyüşlərdə rayon əhalisindən 1240 nəfər əlil olmuşdur. Onların 450 nəfəri hərbçilərdir. Qarabağ döyüşlərində ən çox müharibə gedən ərazi Füzuli bölgəsi olmuşdur.

Füzuli bölgəsində gedən döyüşlərdə 8 nəfər Azərbaycanın Mill Qəhrəmanı adına layiq görülmüşdür. Onların 6-sı füzulilidır. Bu gün milli qəhrəmanlarımız Faiq Rəfiyevin, Seymur Məmmədovun, Nazim Quliyevin, Pəhlivan Fərzəliyevin, Elxan Zülfüqarovun adları böyük hörmət və iftixarla çəkilir. Füzulidə şəhid olmuş milli qəhrəmanlar Rasim İbrahimovMehdi Mehdiyev torpaqlarımızın azadlığı uğrunda igid həmyerlilərimizlə birlikdə çiyin-çiyinə döyüşmüş və həyatlarını qurban vermişlər. Həmin şəhid övladlar kimi müstəqilliyimiz yolunda canını fəda etmiş Milli Qəhrəman, Qacar kənd sakini Bəşir Kərimovun da həyatı gənclərimiz üçün əsl igidlik məktəbidir.

Füzulinin 1382 kvadratkilometr ərazisinin 700 kvadratkilometri əlimizdə, 682 kvadratkilometri işğal altındadır. 115 min nəfərə yaxın əhalinin 66 min nəfəri ərazidəki 1 şəhər, 21 kənd və 17 qəsəbədə məskunlaşmışdır. 1 şəhər və 61 kənd isə işğal altındadır. 49 min nəfər əhali respublikanın 50 şəhər və rayonunda, o cümlədən 39 min nəfəri Bakı və Sumqayıt şəhərlərində məskunlaşıb yaşayır.

Rayon iqtisadiyyatına, əhaliyə dəyən zərər milyard manatlarla hesablanır. Dövlətimiz dağıdılanları bərpa edir, yenilərini tikir. Ərazidə ötən müddətdə 44 məktəb bərpa olunmuş və yenidən tikilmişdir. Mədəniyyət və tibb müəssisələri, idarəetmə obyektləri yerləşən binalar, yollar, körpülər, elektriksuvarma sistemləri, bir sözlə, yaşayış üçün zəruri olan infrastruktur yenidən qurulmuş və yararlı hala salınmışdır. 4 mindən artıq ev bərpa olunmuşdur. 3 minə yaxın evin isə bərpasına başlanacaqdır.

Ölkə rəhbəri İlham Əliyevin sərəncamları ilə Dövlət Neft Fondunun hesabına ərazidə 4211 ailəlik 16 daş evlərdən ibarət qəsəbə salınmışdır. Hazırda Horadiz şəhəri yenidən tikilir. Burada ulu öndərin adını daşıyan yaraşıqlı park salınmış, ümummilli liderin abidəsi ucaldılmış, Heydər Əliyev Məkrəzi tikilmişdir. Son bir il yarımda Horadiz şəhərində Mədəniyyət sarayı, Şahmat məktəbi, Gənclər Mərkəzi, YAP rayon təşkilatı üçün bina, Təhsil Şöbəsi üçün yeni binalar tikilmişdir.

Heydər Əliyev Fondunun köməyi ilə Horadiz şəhərində ikimərtəbəli 240 yerlik orta məktəb binası bu dərs ilində qapılarını şagirdlərin üzünə açacaqdır. Gecəgözlü kənd, Üçbulaq kənd, 4 N-li "Qayıdış" qəsəbə tam orta məktəbləri istifadəyə tam hazırdır. Bu il yeni tibb, təhsil, mədəniyyət müəssisələrinin tikintisinə də başlanacaqdır.

Son il yarım ərzində rayon ərazisində İtaliya, Amerika və Türkiyədən gətirilmiş 80 minə yaxın ağac, eləcə də digər həmişəyaşıl ağaclar əkilmişdir. Küçə və səkilər müasir dizaynla təmir olunmuş, xiyabanlar yaradılmışdır.

Geri qayıdaraq ərazidə quruculuq işləri ilə məşğul olanların sayı son illərdə artmışdır. 7 ay ərzində rayonda 550 yeni yeri açılmışdır. Rayonda su elektrik stansiyasının birinci növbəsinin açılışına hazırlıq görülür. 5 min tonluq soyuducu anbarQarabağ kəndində ildə 3-3,5 min ton quş əti istehsal edən broyler-quşçuluq fabriki tikilir. Yeni məktəbin və bir neçə uşaq bağçasının tikintisinə bu günlərdə başlanacaqdır. Kərimbəyli kəndi yaxınlığında Azərbaycanda bənzəri olmayan ailəvi istirahət mərkəzi payızda istifadəyə veriləcək.

Prezident İlham Əliyevin sərəncamı ilə rayonun Əhmədbəyli - Alıxanlı - Zobucuq məntəqələrini, Bala Bəhmənli - Araz Dilağarda - Araz Zərgar kəndlərini birləşdirən yollar son dövrdə yenidən tikilmişdir. Hazırda 25 min nəfər bu yollardan istifadə edir.

Füzuli torpağında yaşayanların ocaqları əvvəllər olduğu kimi, bu güngur yanır. Əhalinin yeməyə çörəyi, yaşamağa ev-eşiyi var. Hamı inanır ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə aparılan düzgün siyasət nəticəsində köçkünlər Qarabağa, Füzuliyə qayıdacaq. Sosial-iqtisadi yüksəliş, milli birlik, artan müdafiə qüdrətimiz bizi hər gün qələbəyə bir az da yaxınlaşdırır.

 

 

Alı ALIYEV,

Füzuli Rayon İcra

Hakimiyyətinin başçısı

 

Xalq qəzeti.- 2012.- 23 avqust.- S. 5.