Azərbaycan dövləti qüdrətləndikcə diaspor təşkilatlarımızın fəaliyyəti daha geniş miqyas alır

 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş diaspor quruculuğu siyasəti dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızı vahid bir ideya - azərbaycançılıq ideyası ətrafında birləşdirməyə imkan yaratdı. Bundan sonra xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması, həmvətənlərimiz arasında birlik və həmrəyliyin gücləndirilməsi istiqamətində formalaşması prosesində qətiyyətli addımlar atıldı. Ulu öndər Heydər Əliyevin gərgin fəaliyyəti nəticəsində diaspor quruculuğu yeni inkişaf mərhələsinə qədəm qoydu. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın bir bayraq altında birləşməsi və sıx əlaqələr qurması istiqamətində Prezident Heydər Əliyevin yorulmaz fəaliyyəti öz bəhrəsini verdi.

Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev diaspor quruculuğundadünya azərbaycanlılarının həmrəyliyinin formalaşması prosesində ulu öndərin fəaliyyətini yüksək qiymətləndirərək demişdir: "Ümummilli lider Heydər Əliyev yenidən hakimiyyətə gələndən sonra diasporla ardıcıl xarakter kəsb etmiş, Dünya Azərbaycanlılarının birinci qurultayı keçirilmiş, Diasporla İş üzrə Dövlət Komitəsi yaradılmışdır". Onu da qeyd edək ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra dövlətin qarşısında duran əsas vəzifələrdən birixarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, onların ölkəmizin ümumi maraqlarının müdafiəsi işinə cəlb edilməsi olmuşdur. Heydər Əliyev hələ Naxçıvan Muxtar Respublikasına rəhbərlik etdiyi dövrdə - 1991-ci ilin 16 dekabrında Dünya Azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etmişdi. Həmin qərar bütün dünyada yaşayan soydaşlarımızın birliyi üçün mühüm əhəmiyyətə malik olmuş, birlik ideyasının reallaşması istiqamətində stimula çevrilmişdi.

1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra isə bu sahənin daha da inkişafı diqqət mərkəzində saxlanıldı. Ümummilli liderimiz bütün xarici səfərlərində Azərbaycan diasporunun nümayəndələri ilə görüşür, onların problem və qayğıları ilə maraqlanır, həmvətənlərimizi yenicə müstəqillik qazanmış respublikamızın tarixi mənafelərinin reallaşdırılması prosesində fəal iştirak etməyə çağırırdı.

İllər keçdikcə diaspor quruculuğu Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Bu siyasətin əsas məqsədi dünya azərbaycanlılarının tarixi Vətənlə əlaqələrini inkişaf etdirmək, soydaşlarımızın milli özünəməxsusluğunu qoruyub saxlamaq, diasporun potensialından milli-mənəvi dəyərlərimizin, adət - ənənələrimizin daha etibarlı şəkildə qorunması istiqamətində faydalanmaq, diasporlararası əlaqələri genişləndirmək, onların mədəni-siyasi hüquqlarını müdafiə etməkdən ibarətdir.

2001-ci il may ayınn 23-də ümummilli lider Heydər Əliyevin sərəncamı ilə Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi bu möhtəşəm ideologiyanın gerçəkləşməsinə stimul yaratdı. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onlar arasında birliyin və həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi ilə bağlı məsələlərin birgə müzakirəsi qurultayın qarşıya qoyduğu prioritet vəzifələrdən idi.

Həmin il noyabr ayının 9-u və 10-da Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı Azərbaycan tarixinə böyük bir prosesin başlanğıcı kimi daxil olmuşdur. I qurultayda 36 ölkədən 200-dən çox müxtəlif təşkilatı təmsil edən 406 nümayəndə və 63 qonaq iştirak etmişdir. Bu qurultayda Azərbaycan Respublikası 130-dan çox dövlət və ictimai qurumlardan, elm, təhsil, mədəniyyət və digər yaradıcı təşkilatlardan, 25 siyasi partiyadan 702 nümayəndə və 844 qonaq ilə təmsil olunmuşdur. Böyük tarixi şəxsiyyət Heydər Əliyev 2001-ci ildə Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayında uğurlu diaspor fəaliyyətinin tərifini böyük müdriklik və uzaqgörənliklə verərək demişdir: "Biz dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların hər birinin öz ölkəsində onun qayda-qanunları ilə yaxşı yaşamasını, öz mövqeyini möhkəmləndirməsini arzulayırıq. Arzulayırıq ki, hər bir azərbaycanlı yaşadığı ölkədə ictimai-siyasi həyatda fəal iştirak etsin, özünə görkəmli bir yer tutsun, müəyyən təsir imkanına malik olsun. Ancaq heç vaxt öz milli köklərini, milli mənsubiyyətlərini itirməsinlər".

2002-ci iliyulun 5-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev "Xaricdə yaşayan azərbaycanlılarla üzrə Dövlət Komitəsinin yaradılması haqqında" fərman imzaladı. Bu fərman Azərbaycan diasporunun fəaliyyətinin mütəşəkkil qaydada əlaqələndirilməsi, dünya azərbaycanlılarının siyasiideoloji birliyinin təminatı baxımından müstəsna əhəmiyyyət kəsb edirdi. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması bu sahədə olan problemlərin aradan qaldırılması istiqamətində əhəmiyyətli addımlar atmağa və Azərbaycan diasporunun fəaliyyətini milli maraqlarımızın gerçəkləşdirilməsi istiqamətində mərkəzləşdirməyə imkan vermişdir.

Dövlətin diaspor siyasətinin formalaşdırılması istiqamətində ulu öndərin həyata keçirdiyi tədbirlərdən biri də "Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında" Azərbaycan Respublikası Qanununun təsdiq olunması idi. Bu qanun diaspor quruculuğu sahəsində qarşıya qoyulmuş vəzifələrin reallaşdırılması istiqamətində irəliyə doğru atılan qətiyyətli addımlardan biri idi. Bu qanunun təsdiq olunması ilə dövlət-diaspor münasibətlərində yeni mərhələnin bünövrəsi qoyuldu və Azərbaycan dövləti ilə Azərbaycan diasporu arasında olan bütün əlaqələr və fəaliyyət istiqamətləri müəyyən edildi.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan diaspor quruculuğu siyasəti hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Prezidenti yeni reallıqları nəzərə alaraq 2008-ci ildə Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasına dair fərman imzalamışdır. Diasporla İş üzrə Dövlət Komitəsi dövlətin diaspor sahəsindəki siyasətini həyata keçirir. Diaspor nümayəndələri ilə sıx təmas halında mütəmadi və ardıcıl surətdə aparılan işin nəticəsində soydaşlarımız bir-biri ilə əlaqəli şəkildə fəaliyyət göstərirlər. Diaspor təşkilatlarının tam gücü ilə fəaliyyət göstərmələri üçün hər cür şərait yaradılıb.

Hazırda dünyanın müxtəlif ölkələrində 421 Azərbaycan diaspor təşkilatı fəaliyyət göstərir. Onların hər biri Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işinə öz töhfəsini verir. Hər il dünyanın bir sıra ölkələrində 20 Yanvar faciəsi, Xocalı soyqırımı, 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının ildönümü ilə əlaqədar yüzlərlə nümayiş, konfrans, dəyirmi masa, sərgi və s. tədbirlər keçirilir. Ötən il dünyanın 50-dək ölkəsində keçirilən bu tədbirlərdə Azərbaycan diasporunun üzvləri ilə yanaşı yerli ictimaiyyətin və digər xalqların diasporlarının nümayəndələri də iştirak ediblər. Bu tədbirlərdə iştirak edən insanların sayı ildən-ilə çoxalır, ən əsası isə mühüm keyfiyyət dəyişiklikləri baş verir. Bu tədbirlərə həmin ölkələrin hökumət və qanunverici orqanlarının, siyasi partiyaictimai təşkilatlarının nümayəndələrinin iştirakı Azərbaycan həqiqətlərinin get-gedə dünyada tanınması, qəbul edilməsi deməkdir. Bu da dövlətimizin başçısının diaspor quruculuğu sahəsinə xüsusi önəm verməsinin nəticəsidir.

Bu gün Azərbaycan diasporu dedikdə onun sıralarında azərbaycanlılarla yanaşı, Azərbaycanın milli maraqlarının qorunması prosesində fəal iştirak edən əslən Azərbaycandan olan yəhudi, rus, ukraynalı, gürcü və digər millətlərin nümayəndələri də nəzərdə tutulur. Azərbaycan diasporunun milli tərkibinə görə rəngarəng olması onun digər millətlərin diasporları ilə əməkdaşlığına öz müsbət təsirini göstərir. Hazırda Azərbaycan diaspor təşkilatları türk və yəhudi diaspor təşkilatları ilə sıx əməkdaşlıq edirlər. Bakıda keçirilmiş Dünya Azərbaycan və Türk diaspor təşkilatları rəhbərlərinin I Forumu, yenə də Bakıda təşkil olunan Türk Dövlət və Cəmiyyətlərinin XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayı, 2008-ci il martın 27-də Berlində Dünya Azərbaycan və Türk Diaspor Təşkilatları Koordinasiya Şurasının iclası Azərbaycan və Türk diasporlarının əməkdaşlığını keyfiyyətcə yeni mərhələyə çıxarmışdır.

2011-ci il Azərbaycan diasporu üçün daha əlamətdar olmuşdur. Həmin il iyulun 5-də Bakı şəhərində Dünya Azərbaycanlılarının Üçüncü Qurultayı keçirilmişdir. Sonuncu qurultayı əvvəlkilərdən fərqləndirən əsas cəhət bu dəfə soydaşlarımızın doğma Vətənə görülən işlər, qazandıqları nailiyyətlərlə gəlmələri idi. Azərbaycan Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının Üçüncü Qurultayında söylədiyi nitqində Azərbaycan diasporunun qazandığı uğurları xüsusi vurğulamış və soydaşlarımızın Azərbaycan dövlətinin maraqlarının qorunması istiqamətində fəaliyyətini yüksək dəyərləndirmişdir.

Dünya təcrübəsi göstərir ki, dövlətçiliyin inkişafında diaspor amili mühüm yerlərdən birini tutur. Bu, dövlətin beynəlxalq aləmdə nüfuzunun artması və təsir imkanları əldə etməsi ilə bağlıdır. Bundan əlavə, beynəlxalq münasibətlər sistemi diasporu özündə siyasət, mədəniyyət, cəmiyyətlər, birliklər və s. birləşdirən institutlaşmış funksional tərkib kimi qəbul edir. Həmin məsələ bu günlərdə Türkiyənin Bodrum şəhərində keçirilmiş Azərbaycan diaspor təşkilatlarının forumunda da geniş müzakirə mövzusu olmuşdur. Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının üçüncü qurultayındakı nitqində Azərbaycan diasporunun qarşısında qoyduğu bir sıra vəzifələr forum çərçivəsində keçirilmiş panellərdə geniş müzakirə olunmuşdur.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov forumda çıxış edərək dövlətimizin diasporlobbi quruculuğu sahəsində siyasətinin əsas aspektlərini, istiqamət və prioritetlərini təhlil etmiş, qarşıda duran vəzifələr haqqında məlumat vermişdir. Şöbə müdirinin qənaətinə görə, Azərbaycan diasporunun hər bir nümayəndəsi xarici ölkədə öz Vətənini, öz xalqını təmsil edir. Bu toplantıda iştirak edənlərin də məhz ölkəsini, xalqını təmsil etdiyini bildirmişdir. O, forum iştirakçılarına müraciət edərək demişdir:" Sizlər öz vaxtınızın müəyyən bir hissəsini bu missiyanı yerinə yetirməyə sərf edirsiniz. Hər bir diaspor nümayəndəsi öz fəaliyyəti ilə yaşadığı ölkədə müəyyən mənada həm də öz xalqı haqqında təsəvvür yaradır. Bu toplantıda iştirak edənlərin əksəriyyəti Rusiyadakı Azərbaycan diasporunun nümayəndələridir və onlar daha mürəkkəb bir mühitdə fəaliyyət göstərirlər. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Dünya Azərbaycanlılarının I qurultayında xaricdə yaşayan azərbaycanlıların fəaliyyət fəlsəfəsini ehtiva edən bir prinsip müəyyənləşdirmişdir: hər bir azərbaycanlı yaşadığı ölkənin dəyərli vətəndaşı olmalıdır".

Əli Həsənov demişdir ki, diaspor fəaliyyətinin ikinci mühüm şərti ümummilli lider Heydər Əliyevin "Xaricdə yaşayan hər bir soydaşımız azərbaycanlı olduğunu unutmamalıdır"prinsipidir. O qeyd etmişdir ki, azərbaycanlılar haqqında elə obraz formalaşdırılmalıdır ki, hər bir soydaşımız öz milli mənsubiyyəti ilə fəxr edə bilsin.

Prezident Administrasiyasının rəsmisi daha sonra demişdir: "Azərbaycan Respublikası müstəqil bir dövlətdir və onun özünün siyasi, geostrateji, iqtisadi, hərbi və digər maraqları vardır. Bu maraqların təmin olunmasında Azərbaycan diasporunun nümayəndələri də fəal iştirak etməlidirlər. Bunun ən vacib şərtlərindən biri ondan ibarətdir ki, Rusiyada yaşayan azərbaycanlılar məskunlaşdığı ölkənin dəyərli vətəndaşı olmalı, o ölkənin inkişafında mühüm yer tutmağı bacarmalıdırlar. Bu, nəticə etibarilə bizim ölkələrimiz arasında münasibətlərin inkişafına da müsbət impuls verir. Çünki Azərbaycan diasporu fəal olduğu, Rusiya cəmiyyətinin inkişafına töhfələr verdiyi təqdirdə Rusiya dövləti də Azərbaycan ilə münasibətlərdə bu amili nəzərə alacaqdır. Azərbaycan dövləti diaspor quruculuğu işinə başqa ölkələrlə müqayisədə bir qədər gec başlayıb. Lakin buna baxmayaraq, Azərbaycan Prezidenti İlham Əliyev bu sahəyə xüsusi diqqət və qayğı ilə yanaşıb. Dövlətimizin başçısı dünyanın hər hansı ölkəsində yaşayan hər bir azərbaycanlının hüquq və azadlıqlarının qorunmasına xüsusi önəm verir".

Ə.Həsənov azərbaycanlıların təşkilatlanmasının, ictimai-siyasi fəallığının yüksəldilməsinin prioritet məsələlə olduğunu diqqətə çatdırmışdır . O demişdir ki, ötən müddətdə bu sahədə müəyyən işlər görülmüşdürDiasporla İş üzrə Dövlət Komitəsi də üzərinə düşən vəzifələri uğurla həyata keçirir. Əlbəttə, bu o demək deyildir ki, bütün problemlərimiz həll olunmuşdur. Lakin qısa vaxtda böyük nailiyyətlər əldə edilmişdir.

İndi Azərbaycan diasporu yeni vəzifələrin həyata keçirilməsinə başlayıb. Azərbaycan icmaları fəaliyyət göstərdikləri ölkələrin ictimai-siyasi həyatında da fəal iştirak edir, başqa xalqların diaspor təşkilatları ilə əlaqələrini gücləndirirlər. Hər il olduğu kimi, 2012-ci ildə də dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları tərəfindən Azərbaycan xalqının milli mənəvi dəyərlərinin, adət - ənənələrinin qorunub saxlanılması, Azərbaycan tarixinin əlamətdar günləri, Azərbaycan elmi, mədəniyyəti və incəsənətinin təbliği ilə bağlı yüzlərlə tədbir keçiriləcəkdir və Diasporla İş üzrə Dövlət Komitəsi həmin tədbirlərin təşkilində yaxından iştirak edəcək, bu işlərdə soydaşlarımıza lazımi dəstəyi verəcəkdir. Ölkəmiz sürətli inkişaf yolunda inamla irəliləyir, ildən - ilə qüdrətlənir və qüdrət

 

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2012.- 24 avqust.- S. 1.