Qürbəti vətənləşdirənlər
Rusiya
Federasiyasının Tomsk şəhərində fəaliyyət
göstərən Azərbaycan Milli Mədəni Mərkəzi
xaricdə yaşayan soydaşlarımızın
yaratdığı ən fəal, mütəşəkkil
diaspor qurumlarından biri kimi tanınır. Qərbi Sibirin
mühüm sənaye və mədəniyyət mərkəzlərindən
biri sayılan bu şəhərdə yaşayan 30 minədək
azərbaycanlı özünə doğma ocaq bildiyi təşkilatın
ətrafınıda sıx birləşməklə mədəni
tələbatını cavabdlandırır, milli maraqları
ictimai-siyasi həyatla uzlaşdırır.
2 il əvvəl
Tomsk yerli hakimiyyətinə - Dumaya keçirilən
seçkilərdə 3 soydaşlımızın deputat
seçilməsi Azərbaycan diaspor hərəkatının
uğurlarından biri kimi hamımızı sevindirdi. Birdən-birə
3 azərbaycanlının - Ələkbər Rəhimovun, Mahir
Rüstəmovun və Şaban Bayramovun seçki qələbəsi
soydaşlarımızın Tomsk vilayətindəki
nüfuzunun, ictimai-siyasi fəallığının, diaspor
kimi gücünün göstəricisidir.
Tomskun
azərbaycanlı deputat üçlüyü həmvətənələrinin
bütün sahələrdə maraqlarını qeyrətlə
təmsil etdikdəri kimi, olnların Azərbaycanla sıx əlaqələrinin
ağırlığını da çiyinlərində
daşıyırlar. Milli Mədəni Mərkəz
Dumadakı təmsilçilərinin arxasında möhkəm
dayandığı kimi, icma elçiləri də hər bir
azərbaycanlının marağının və
qayğılarının keşiyindədir. Mərkəz və
deputat qrupu Azərbaycanla Tomsk arasınıda da körpü
rolunu oynayır. Tomskdakı diasporumuzla sıx əlaqə
saxlayan Azərbaycan Respublikası Milli Məclisinin
deputatları Elton Məmmədov və Mirkazım Kazımov
onların bu gərəkli fəaliyyətlərinə Vətəndən
dəstək qazandırırlar.
Bu
günlərdə Milli Mədəni Mərkəzin rəhbərliyi
depuat üçlüyünün iştirakı ilə
Bakıda olmuş, müxtəlif mədəni tədbirlər
və məclislər keçirmişlər.
Soydaşlarımızın yenidən Vətəndə
olması fürsətindən istifadə edib Tomskun azərbaycanlı
deputatlarını redaksiyamıza dəvət etdik. Onları
oxucularımıza tanıdırıq:
Rəhimov
Ələkbər Əlixan oğlu 1957-ci ildə Azərbaycan
Respublikasının Cəlilabad şəhərində anadan
olub. 1975-ci ildən Rusiya Federasiyasının Tomsk şəhərində
yaşayır. 1975-1986-cı illərdə burada silahlı
qüvvələrdə xidmət edib. Müxtəlif illərdə
şəhərin xidmət sahəsində rəhbər vəzifələrdə
çalışıb. Lenin və Oktyabr dairələrinin
birləşmiş icra başçısının
müavini işləyib. Hazırda "Retro" MMC-nin baş
direktorudur. 1996-cı ildən Tomskdakı Azərbaycan Milli Mədəni
Mərkəzinin prezidentidir. Dünya azərbaycanlılarının
Bakıda keçirilən 1-ci və 2-ci qurultaylarına Rusiya
Federasiyasından nümayəndə seçilmişdir.
Rüstəmov Mahir Rüstəm
oğlu 1958-ci ildə Cəlilabad rayonunun Ağdaş kəndində
anadan olub. Belarusiya Kənd Təsərrüfatı
Akademiyasını bitirib, mühəndis-hidrotexnikdir.
1984-cü ildə Tomsk Melorasiya
Birliyində fəaliyyətə başlayıb, mühəndis,
baş mühəndis vəzifələrində
çalışıb. 1996-cı
ildən mineral su istehsal edçən "Omeqa - Holdinq" MMC-nin baş direktorudur.
Xeyriyyəçilik fəaliyyəti ilə
də yaxşı tanınır, "Selena" xeyriyyə
fondunun təsisçisidir.
Bayramov Şaban
Rüstəm oğlu
1965-ci ildə dünyaya
göz açmışdır. Rostov Mühəndis İnşaat
İnstitutunu bitirmişdir.
Hazırda "Tomskmeşətikinti" Açıq Səhmdar Cəmiyyətinin baş direktorudur. 2007-ci ildən Tomsk Vilayət İctimai Palatasının
üzvüdür. Vilayət üzrə
"İlin mesenatı"
müsabiqəsinin qalibi
olmuşdur. Qızı Lamiyə
Bayramova Tomsk Azərbaycan
Gənclər Təşkilatının
sədridir.
Redaksiyada
deputat soydaşlarımızı
salamlayan "Xalq qəzeti"nin baş redaktoru Həsən Həsənov
3 azərbaycanlının Rusiyanın
böyük əyalət
şəhərlərindən birində yerli hakimiyyətə seçilməsinin
önəmini vurğuladı,
onlara kollektivin xoş arzularını çatdırdı. Baş
redaktor qonaqlara qəzetin tarixi, çağdaş məramı,
diaspor quruculuğuna fəal informasiya dəstəyi göstərməsi
barədə məlumat
verdi.
Deputatlar
isə ümummilli lider Heydər Əliyevin diaspor siyasətinin
həyata keçirilməsi ilə bağlı Tomsk Azərbaycan
icmasının fəaliyyətindən danışdılar.
Bildirildi ki, onlar ulu öndərin tövsiyələrini rəhbər
tutaraq qonşu dövlətin uzaq vilayətində xalqımızın
adına layiq yaşayıb-çalışır, hər yerdə
Azərbaycanın şərəfini uca tuturlar.
Xalqımızın ən ağrılı problemi Tomsk azərbaycanlıları
üçün də milli prioritetdir. İcma üzvləri
Azərbaycan həqiqətlərini başqa xalqlara
çatdırmağı da vacib məsələlərdən
sayır. Milli varlığı qoruyub saxlamaq, mədəni dəyərlərə
bağlı olmaq Vətənə övladlıq borcu ilə vəhdətdə
götürülür. Heç kəs Azərbaycanın
sevincindən və kədərindən uzaq deyil və bunu əməli
işlərlə sübuta yetirirlər.
Görüşdə Tomsk icması ilə redaksiyanın sıx əlaqə saxlaması, qəzetdə soydaşlarımızın qürbətdə qazandıqları uğurların işıqlandırılması da söhbət mövzusu oldu. Sonda qonaqlar qısaca Vətən təəssüratlarını söylədilər:
Ələkbər Rəhimov: - Bu gün Azərbaycana, Bakıya gələn xaricilər sürətli inkişafa, yaradılmış gözəlliyə heyran qalırlar. Biz isə bu prosesə həm içəridən, həm də kənardan baxıb ürəkdən sevinirik.
Azərbaycanın xoş sorağı uzaq Sibirə də qədərincə gəlib çatır. "Avroviziya" təntənəsi başımızı nə qədər uca elədi. London Yay Olimpiya Oyunlarında Vətənimizin 10 medal qazanması da bizi qürurlandırdı.
Biz Azərbaycan üçün önəmli ölkə olan Rusiyada xalqımıza xoş münasibət yaratmaqla, rusları və kənar xalqları ana yurdumuza dost etməklə, iqtisadi-mədəni əlaqələri genişləndirməklə respublikamıza az da olsa kömək etmək istəyirik. Şükür ki, dostlarımızın, bizi anlayanların sayı getdikcə artır. Biz övladlarımızı da Vətən sevgisi ilə böyüdür, yeri gəldikcə onların Azərbaycana qayıtmasına çalışırıq.
Mahir Rüstəmov: - Azərbaycan gənc, müstəqil dövlət kimi dünya birliyində layiqli yer tutur. Prezident İlham Əliyev Azərbaycanı inamla irəli aparır - Vətənimiz bir sıra sahələrdə önə çıxır. Bu prosesə kənarda yaşayan bütün azərbaycanlılar da kömək göstərməlidir. Qoy dostlarımız sevinsin, düşmənlər qabiliyyətimizi, gücümüzü görüb özünü yığışdırsın.
Sevinirik ki, bu gün təkcə Bakı deyil, bütün regionlar inkişaf edir. Ölkənin müdafiə qabiliyyəti yüksəlir. Biz də inanırıq ki, bu proses Dağlıq Qarabağ münaqişəsinin həllində təsirli olacaq. Biz bu münaqişə və onun ağrıları ilə bağlı müxtəlif tədbirlər keçiririk. Arzumuz budur ki, qələbə çevincini xalqımızla bir yerdə yaşayaq.
Şaban Bayramov: - Mən inşaatçı olduğuma görə Bakıdakı quruculuq işlərinə xüsusi diqqət yetirdim. Çox tikilir, yeni infrastruktur yaradılır. Arzu edərdim ki, gələcək tələbat daha çox nəzərə alınsın. Elə tikilsin ki, on illərlə yox, yüz illərlə gərəkli olsun, Qız Qalası kimi tarixləri aşa bilsin.
Bir arzum da odur ki, soydaşlarımızdan xaricdə yaşayan nadir mütəxəssislər ölkəyə dəvət olunsunlar. Belə insanlar bugünkü nəhəng quruculuğa yeni ahəng qata bilərlər. Biz yaşadığımız diyarı bacardığımız qədər vətənləşdirməyə çalışırıq. Bu dəfə də qürbətə qəlbimiz dolusu Azərbaycan aparırıq.
Tahir AYDINOĞLU
Xalq qəzeti.- 2012.- 26 avqust.-
S. 4.