Tolerantlığın
Azərbaycan modeli
Tolerantlıq bir termin olaraq dini dözümlülüyü, dinin sülh konsepsiyasının müddəalarını və fərqlilik şəraitində olan yumşaq münasibəti ifadə edir. Bu, müasir dövrdə dünyanın ictimai-siyasi ab-havasında daha çox ehtiyac duyulan və əhəmiyyət verilən fəaliyyətdir. Bu yanaşma hər cür irqçiliyi, ksenofobiya və anti-semitizm kimi ayrıseçkiliyi qəbul etmir.
Tarixin müxtəlif dövrlərində xalqların və fərqli din mənsublarının bir-birinə tolerant yanaşması hallarına rast gəlinsə də bu prosesin ardıcıl davam etməməsi tolerantlığın dayaqlarının o qədər də güclü olmaması və hələ uzun inkişaf yolu keçməsini önə çıxarmışdır.
Etnik ensiklopediyada tədqiqatçı Susan Mendus göstərmişdir ki, "dözümlülük beynəlxalq səviyyədə bir şəxsin xoşlamadığı və ya əxlaqi cəhətdən yanlış saydığı hərəkətə icazə verməyi və ya bu hərəkətin qarşısını almamağıdır." O daha sonra əlavə edir ki, "dözümlülük tolerant şəxsin müdaxilə etmə gücü olmasını, yalnız onun bu gücdən istifadə etməkdən imtinasını tələb edir."Təbii ki, tədqiqatçının fikirləri ilə razılaşmamaq da olar. Əgər hər hansı bir mədəniyyətin daşıyıcısı olan insan qarşısındakı yad millətin dəyərinə hörmətsizliklə yanaşırsa o, fərdi olaraq yox, qanunla cəzalandırılmalıdır. Və dünyanın hər bir yerində yad miqrant və ya yad etnosa məxsus vətəndaş ictimaiyyətin rahatlığını pozan hallara yol verərsə və bu, xüsusilə tarix, din, mədəniyyət kimi həssas mövzulara aid olarsa ona dərhal reaksiya verilməli və bu, təbii hal kimi qiymətləndirilməlidir. Praktika sübut edir ki, hansı dövlətdə ictimai qınaq güclüdürsə, həmin dövlət öz dəyərlərinə daha çox sadiq olur və inkişafa doğru yolda daha inamlı təsir bağışlayır. Sadəcə, tolerantlığın özəlliyi ondadır ki, hər hansı neqativ hala qarşı maksimum dözümlülük göstərməklə yanaşı, bunu qanun çərçivəsində və ya qarşılıqlı anlaşma yolu ilə həll etməyə çalışır. Daha doğrusu, həmin müxtəlif konfessiyalar neqativ hallara qarşı birgə mübarizə ortaya qoyur və fəqlilikdən yaranan hər hansı bir narazılığın qarşısını almağa çalışır. Təbii ki burada əsas məsuliyyət din xadimlərinin, ruhanilərin, ziyalıların üzərinə düşür.
Dünyanın böyük mütəfəkkiri Mahatma Qandi qeyd edir ki, " Yalnız bir dinin deyil, müxtəlif dinlərin tərəfdarlarına qarşı hörmət və dözümlülük göstərilməlidir." Bu baxımdan dinlər arasında dialoqun yaradılması, qarşılıqlı əməkdaşlıq və anlaşmanın qurulması istənilən müasir cəmiyyətdə demokratik dəyərlərin qorunmasına və inkişafına xidmət etməklə yanaşı, daxili sabitliyin təminatına da şərait yaradan amillərdəndir.
Azərbaycanda tolerantlığın tarixi
çox qədimdir. Belə ki,
hələ eramızdan
əvvəl ölkəmizdə
yaşayan xalqlar müxtəlif dinlərə
sitayiş etmişlər.
Əhalinin bir hissəsi
tək Tanrılığa,
bir hissəsi xristianlığa, digər
hissəsi zərdüştlüyə
mənsub olmuşdur.
Bununla belə, o dövrün tarixində kiçik istisnalar nəzərə alınmasa, dini zəmində müharibələrə
rast gəlmək çətindir. Hələ Babil
hökmdarlarının Yerusəlimi
zəbt etmələri
nəticəsində İudeya
çarlığından qaçan
yəhudi köçkünləri
Azərbaycan torpağında
özlərində sığınacaq
tapmışlar. Bundan savayı,
xalqımızın etnogenezində
yaxından iştirak etmiş xəzər-türk
tayfalarının müəyyən
bir qismi yəhudi dinini qəbul etmiş və ölkəmizdə məskunlaşmışlar.Daha bir tarixi xalqlarımızdan
olan albanlar xristian dininə bağlı olmuş və onların məbədləri günümüzədək
gəlib çatmışdır.
Bundan əlavə, ölkəmizdə atəşə
inanan bir qrup zümrə də olmuşdur ki, bu da
fars Əhəməni
imperiyasının təsiri
nəticəsində yaranmışdı.
Hazırda Suraxanı qəsəbəsində
yerləşən və
bu günə qədər gəlib çatmış Atəşgah
məbədində istər
yerli, istərsə də uzaq Hindistandan
belə zəvvarlar gəlmiş və ibadət etmişlər.
Lakin VII əsrdə
yaranmış İslam
dini bu coğrafiyaya
gəlib çıxdıqdan
sonra Azərbaycanda etnik və dini
mənzərə xeyli
dərəcədə dəyişdi. İlk ərəb orduları ölkəmizə daxil olduqda onlara tapşırılmışdı: Qocalarla,qadınlarla,uşaqlarla
pis davranmayın. Ağacları kəsməyin, tarlaları
dağıtmayın. Dini
məbədləri sökməyin.Əhalini
dinini dəyişməyə
zorla məcbur etməyin...
Bu şüar və
İslamın ilk fəthlər
dövründə göstərilən
səmimi münasibət,
əksər ölkələrdə
olduğu kimi, Azərbaycanda da rəğbətlə qarşılandı. Və onların
İslamın əxlaq
və mərhəmət
kodeksinə məhəbbəti
getdikcə artmağa başladı. Beləcə
üstündən 100 il keçdikdən sonra Azərbaycanda mütləq əksəriyyət
müsəlmanlar idi. Bu hadisə Azərbaycanda
vahid dövlətin və vahid xalqın
yaranması baxımından
olduqca əlverişli
oldu. Eyni zamanda, bu, düşmən hücumuna
qarşı mübarizə
əzmini artıraraq daxili birliyi təmin etdi.
Lakin bütün
bu dəyişikliklərə
baxmayaraq Azərbaycanda
İslam dini mənsubları ilə digər dinlərin ardıcılları arasında
kütləvi qarşıdurmalar,
demək olar ki, olmamışdır. Xilafət dağıldıqdan
sonra qurulan müsəlman dövlətlərində
kifayət qədər
gürcü, erməni,
yəhudi tamamilə əmin-amanlıq içərisində
yaşamış, onların
hüquqları dövlət
səviyyəsində həmişə
qorunmuşdur. Əgər başqa
müsəlman məmləkətlərində
İslam dininin cihad və ya
şəriət ehkamlarına
əsas diqqət ayrılırdısa, Azərbaycanda
vəziyyət nisbətən
başqa cür idi. Burada dinin əsas
ehkamları ilə yanaşı, onun əsas fəlsəfəsi
olan elm öyrənməyə təşviq və sülh
prinsiplərindən insanlarımız xeyli bəhrələnmişdir.
Orta əsr İslam intibah dövründə Azərbaycandan
çıxmış böyük alimlərin olması və
qarşıdurmalar olan yerlərdən qaçan insanların məhz
bu ölkədə sığınacaq tapması buna əyani
sübutdur.
Müqəddəs
Qurani-Kərimin "əl-Bəqərə" surəsinin
256-cı ayəsində deyilir: "Dində məcburiyyət
yoxdur". Azərbaycanda bu müqəddəs ayəyə
bütün dövrlərdə xalq tərəfindən riayət
olunmuş, hətta tarix səhnəsinə gəlib-getmiş
müsəlman sülalələri də İslamın bu
şərtinə əməl etmişdir. Yəhudilər,
xristianlar tarix boyu bu məmləkətdə sülh və əmin-amanlıq
içərisində yaşamışlar. Bəzən hətta elə məqamlar olmuş ki,
yerli əhalidən, müsəlmanlardan daha çox digər
din mənsublarına qayğı ilə
yanaşılmışdır.
Bir çox Qərb tədqiqatçıları, xüsusilə məşhur politoloq Samuel Hantinqton "Sivilizasiyaların toqquşması" əsərində gələcəkdə mədəniyyətlərin toqquşmasını labüd sayaraq, burada əsas amilin dinlərin, daha doğrusu, xristianlıq və İslamın olduğunu nəzərə çatdırırdı. O hesab edirdi ki, İslam və xristianlıq tarixən bir-birini heç bir şəkildə qəbul etməmiş,müharibələr aparmış və təşəbbüs birindən digərinin əlinə keçmişdir. Biz tanınmış politoloqun əsərinə şərh vermək niyyətində deyilik, çünki Hantinqtonun nəzəriyyəsində haqlı müddəlar da yer almışdır və bu əsərdə tarixi baxımdan əsaslandırılmış dəlillər vardır. Lakin əminliklə deyə bilərik ki, dünyada müsəlman və xristian imperiyalarının bir-biri ilə savaşdığı dönəmlərdə də Azərbaycanda xristianlar və müsəlmanlar dostluq və mehriban qonşuluq prinsipləri ilə yaşamış və bəzi hallarda hətta müttəfiq də olmuşlar. Gürcü çarları ilə Azərbaycan hökmdarları arasında tarixin bir çox dövrlərində olmuş siyasi müttəfiqlik, rus tacirlərinin həmişə bu ölkədə sərbəst ticarətlə məşğul olmaları, yəhudilərin qədimdən öz dinlərini dəyişmədən xalqımızla qaynayıb-qarışması təkzibolunmaz gerçəklikdir. Hətta imkan düşdükcə bizə qarşı düşmənçilik etməkdən çəkinməyən, hazırda tarixi torpaqlarımızda öz dövlətlərini qurmuş, ərazi bütövlüyümüzü pozmuş, etnik türklərə qarşı deportasiya və soyqırımı aktlarını həyata keçirmiş ermənilərə də bu torpaqlarda ən yaxşı yerlər və ən yaxşı vəzifələr verilmişdir. Azərbaycan tarixinin bütün dövrlərində ermənilərə dövlət səviyyəsində etimad göstərilmiş, onların sərbəst hərəkət etmələrinə şərait yaradılmışdır. Hətta öz ideologiyasını İslam dininin qatı ehkamlarına uyğun olaraq quran Azərbaycan Səfəvilər dövlətində belə ermənilərə xüsusi qayğı ilə yanaşılmış, onlar hər cür sıxıntılardan sığortalanmışdılar. Türkiyəli tədqiqatçı Cihad Aydoğmuşluoğlu "Şah Abbasın dini siyasəti" adlı elmi məqaləsində yazır ki, "Osmanlı-Səfəvi müharibələri əsnasında İsfahana köçürülən ermənilər üçün xüsusi məhəllə salınmış, ibadət etmələri üçün tam azadlıq verilmiş, kilsə tikmələrinə icazə verilmiş, öz başçılarını özlərinin seçməsi hüququ tanınmış və Şah tərəfindən bir çox imtiyazlara layiq görülmüşdülər... Bu səbəbdən Səfəvilər dövlətində ən rahat həyat tərzi keçirən xristian toplum məhz ermənilər idi." Bütün bunlar xalqımızın qədimdən üzü bəri yüksək dözümlülük hisslərinə sahib və ali keyfiyyətlərə malik bir etnos olduğunu təsdiqləyir. Yalnız qədim mədəniyyətə, zəngin, çeşidli ənənələrə malik olan millət bu dəyərlərə sahibdir. Tolerantlıq bir millətin əsilzadəliyini, qonaqpərvərliyini, yüksək insani hisslərə malik olmasını göstərən başlıca keyfiyyətlərdən biridir.
Azərbaycanda tolerantlıq digər dövlətlərlə müqayisədə daha sabit, etibarlı və səmimidir. Bunu Azərbaycanda yaşayan fərqli dinə mənsub millətlərin dostluq və qardaşlıq prinsipləri ilə bir-birinə yanaşması sübut edir. Ölkəmizdə dünyanın əsas üç səmavi dininin kifayət qədər ardıcılları var. Bundan əlavə, burada krişnaçılar, buddistlər, induistlər də az sayda fəaliyyət göstərir və yaşayırlar. Hər bir dinə məxsus ibadət evləri və onların inzibati mərkəzləri fəaliyyət göstərir. Bütün bu amillər müstəqil Azərbaycan Respublikasında unikal tolerant mühitin mövcudluğunun simvoludur. Dövlət səviyyəsində dinlərarası dialoqa verilən önəm xalqların təhlükəsiz həyat şəraiti qurmasına imkan yaratmışdır. Məsələn, bir çox ölkələrdə hər zaman məhrumiyyətlər yaşamış, kütləvi soyqırımlara məruz qalmış yəhudilər ölkəmizdə hər zaman və indi də əmin-amanlıq şəraitində yaşayırlar.
1990-cı ildən ölkəmizdə "Azərbaycan - İsrail" dostluq cəmiyyəti, habelə "Soxnut" cəmiyyəti fəaliyyət göstərir. Yəhudi bayramlarında, mətbuatda, respublikamızın yəhudi icmasının tanınmış nümayəndələri ilə müsahibələr, onlar haqqında yazılar dərc olunur.Milliyyətcə yəhudi olan fizik, Nobel mükafatı laureatı Lev Landau, respublikanın əməkdar həkimi Solomon Qusman, milli qəhrəmanımız Albert Aqarunov və digər məşhur yəhudi şəxsiyyətlərinin yaşadıqları binalarda hörmət əlaməti olaraq xatirə lövhələri qorunub saxlanılmışdır. Bundan əlavə, Bakıda yəhudi sinaqoqları fəaliyyət göstərir. Hazırda Quba rayonunun "Krasnaya sloboda" qəsəbəsində 5 minə qədər yəhudi yaşayır. Bura hələ SSRİ dövründə də onların toplu halında yaşadıqları nadir yerlərdən biri sayılırdı. Müstəqilliyimiz bərpa olunana qədər qəsəbədə 11 sinaqoq var idi. Onlardan yalnız 1-i fəaliyyət göstərirdi. Lakin daha sonra iki sinaqoq da yəhudilərə dövlətimiz tərəfindən qaytarılmışdır. Ümummilli lider Heydər Əliyev 15 noyabr 1998-ci il tarixdə yəhudi icmalarının rəhbərləri ilə görüşündə qeyd etmişdi: "Azərbaycanda - antisemitizmə heç vaxt yer olmayıb və indi də yoxdur. Respublikada belə hadisələr baş vermir və biz onların yaranmasına heç vaxt imkan verməyəcəyik. "
Yəhudilərdən başqa istər provaslav, istərsə də katolik xristianlara dövlət qayğısı daim göstərilməkdədir. Belə ki, paytaxt Bakıda və respublikamızın müxtəlif bölgələrində, 100 ildən çoxdur ki, provaslav xristian əhalinin nümayəndələri yaşamaqdadır. Onların da öz növbəsində kifayət qədər kilsələri və cəmiyyətləri mövcuddur. 2003-cü il aprelin 16-da Bakıya səfər edən Şərqi Roma provaslav kilsəsinin başçısı, patriarx Varfolomey demişdi " Mən buradakı tolerantlığın səviyyəsindən məmnunam. Azərbaycanda hər kəs istədiyi dinə etiqad edir, istədiyi kimi ibadət edir". Bundan savayı 2002-ci ildə Roma Papası II İohan Pavelin Azərbaycana rəsmi səfəri baş tutmuş və şübhəsiz ki, onun bura gəlməsi katolik dünyası liderinin Azərbaycanın ideal tolerantlıq mühitinə verdiyi ən yüksək qiymət idi.
2008-ci ildə Bakının mərkəzi yerlərindən birində Prezident İlham Əliyevin iştirakı ilə katolik kilsəsinin rəsmi açılışı həyata keçirildi. Bu, onu göstərdi ki, ölkəmizdə katolik xristianların sayının barmaqla sayılacaq qədər az olmasına baxmayaraq, dövlət hər bir dini azlığa hörmət və qayğı ilə yanaşır.
İyirmi ildir ki, torpaqlarımızın 20 faizini işğal etmiş, mənəvi məbədgahlarımızı dağıtmış, müsəlmanları öz ata-baba torpaqlarından qovmuş,onlara qarşı açıq terror etməkdən çəkinməmiş ermənilərin Bakının mərkəzindəki qriqorian kilsəsi bu günə kimi qorunur. Baxmayaraq ki, nəinki Ermənistanda, hətta işğal olunmuş Qarabağ torpaqlarımızda belə bütün məscidlər ya dağıdılmış, ya da donuz fermasına çevrilmişdir. Biz onların etdiklərini təkrar edəcək qədər kiçik olmadığımızı hər bir addımımızda göstəririk. Xüsusilə tolerantlıq məsələsində. Çünki tolerantlıq Azərbaycanın dövlət siyasətinin tərkib hissəsidir.
2004-cü ildə "Cənubi Qafqazda tolerantlığın formalaşmasında İslamın rolu" mövzusunda keçirilən seminarda Almaniyanın səfiri maraqlı fikirlər səsləndirmişdir. Səfir Klaus Qrevlix Azərbaycandakı unikal din-dövlət münasibətləri modelini qabardaraq qeyd edir: "Bu gün Azərbaycanda dinlər arasında yaranan dözümlülük və tolerantlıq münasibətləri hamı üçün, bütün Avropa ölkələri üçün pozitiv bir misal ola bilər. Azərbaycanın yaratdığı dövlət-din münasibətləri modelini artıq ixrac etməsi mümkündür. Bu, sizin sərvətinizdir"
Səfirin qeyd etdiyi kimi, həqiqətən Azərbaycan tolerantlıq modelinin unikallığına görə dünyada ixracatçı ölkə kimi çıxış edə bilər. Və bu şübhəsizdir ki, ölkəsinin və xalqının milli təhlükəsizliyini, sabitliyini, sülh və mehriban vətəndaşlıq prinsiplərini təbliğ edən ölkə Azərbaycanı özünə nümunə seçməklə heç vaxt yanılmaz. Çünki ölkəmizdə bu prosesin tarixi kökləri mövcud olduğundan onun davamlılığı da etibarlı hesab edilir. Bunu 2010-cu ildə "Dünya dini liderlərinin Bakı sammiti" kimi mötəbər bir tədbirin ölkəmizdə keçirilməsi də təsdiqlədi. Hər halda, dünyada fəaliyyət göstərən bütün ənənəvi dinlərin liderlərinin Bakıya toplaşması, bu ümumbəşəri xeyirxah prosesdə Azərbaycanın təşəbbüsə yiyələndiyini və etibar qazandığını beynəlxalq ictimaiyyətə bir daha sübut etdi.
Anar TURAN
Xalq qəzeti.- 2012.- 28 avqust.- S. 4.